H. F. Bağirova, Ş. H. QƏDİmova böYRƏk xəSTƏLİKLƏRİ VƏ hamiLƏLİK



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə18/24
tarix18.05.2018
ölçüsü0,6 Mb.
#44665
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   24

53 

 

tətbiq  olunan  metodlar  nisbətən  az    istifadə  edilir.  Belə  ki,  maqnit-rezonans 



müayinəsi    hestasiya  zamanı  SİS-nin  obstruktiv  pozulmalarının  diaqnostikasında 

tətbiq edilə bilər.  Bu metodun üstünlüklərinə yüksək həlletmə qabiliyyəti və ionlaş-

dırıcı  şüalanmanın  ekspoziyasının  olmaması  aiddir.  Maqnit-rezonans  müayinəsinin 

tətbiq  edilməsi  sayəsində  hamilə  qadınlarda  SİS-nin  obstruksiyasının  səviyyəsini  və 

xüsusiyyətlərini yüksək dəqiqliklə təyin etmək olar.  Bununla yanaşı, bu müayinənin 

geniş yayılmaması və çox bahalı olması onun mamalıq, nefroloji və uroloji təcrübədə 

istifadə edilməsini məhdudlaşdırır . 

  SİS-nin  obstruksiyası  zamanı  sidiyin  axmasının  pozulmalarının  ağırlıq 

dərəcəsinin təyin edilməsi məqsədilə  radioizotop renoqrafiyadan istifadə edilə bilər.  

Hamilə  qadınlarda  bu  metodun  istifadəsi  zamanı  ionlaşdırıcı  şüalanmanın  cüzi 

ekspoziyası  ilə  əlaqədar    onun  dinamik  nəzarət  məqsədilə  istifadə  edilməsi 

mümkündür.  Hamilə  qadınlarda  sistoskopiyanın,  xromosistoskopiyanın  və  ekskretor 

uronefroqrafiyanın  aparılması    yalnız  ciddi  göstərişlər  olduqda  -    lazımi  diaqnostik 

məlumatları  digər müayinə metodları vasitəsilə əldə etmək olmadıqda, mümkündür. 

  Sistoskopiya  sidik  kisəsində  və  sidik  axarlarının  dəliyi  nahiyəsində  yerləşmiş 

konkrementləri  vizuallaşdırmağa  imkan  verir.    SİS-nin  obstruksiyasının  təyin 

edilməsində  xromositoskopiya  zamanı  sidik  axarlarının  dəliyindən  rəngləyici 

maddənin  xaric  olunmasının  simmetrikliyinin  qiymətləndirilməsi  müəyyən  rol 

oynayır.  Adları  çəkilən  müayinə  metodlarının  hamilə  qadınlarda  yerinə  yetirilməsi  

qaydası hamilə olmayanlarda aparılan eyni müayinələrdən fərqlənmir. 

   Ekskretor uronefroqrafiya (EU)  - ionlaşdırıcı radiasiyanın istifadə edilməsi ilə 

səciyyələnən  diaqnostik  metoddur,  ona  görə  də  onun  hamilə  qadınlarda  tətbiq 

edilməsi  yüksək  teratogenlik  riski,  yenidoğulmuşların  əqli  inkişafının  ləngiməsi  və 

erkən  uşaq  yaşlarında  bədxassəli  epitelial  şişlərin  tezliyinin  artması  ehtimalı  ilə 

assosiasiya edir.  Bundan başqa, EU apardıqda rentgenkontrast maddələrdən istifadə 

etmək  lazımdır,  bu  isə  allergik  reaksiyaların  inkişaf  etməsi  ilə  müşayiət  oluna  bilər. 

Yuxarıda göstərilən səbəblər hamiləlik zamanı EU-nun  aparılmasından yan qaçmağa 

sövq edir – o, yalnız çox vacib olduqda və döl üçün onun aparılması riski  ana üçün 

gözlənilən riskdən (SİY-nin obstruksiyasının diaqnostikasının vaxtında aparılmaması 



54 

 

ilə  əlaqədar  meydana  çıxan)  aşağı  olduğu  hallarda  istifadə  edilə  bilər.      Hamilə 



qadınlarda  EU  apardıqda  döl  üçün  ionlaşdırıcı  şüalanmanın  ekspoziyasını  azaldan 

tədbirlərin  həyata  keçirilməsi  vacibdir    -    buraya  yalnız  zədələnmiş  tərəfin 

şüalandırılması,  ananın  çanağının  ekranla  örtülməsi  və  çəkilən  rentgen  təsvirlərinin 

sayının azaldılması daxildir.  

  Müasir  təbabətdə  bir  çox  xəstəliklərin  (o  cümlədən  uroloji)  diaqnostikasında 

maqnit-rezonans tomoqrafiya (MRT) metodundan kifayət qədər geniş istifadə edilir. 

Hamiləlik  zamanı  böyrəklərin  MRT-nin  aparılmasının  meyarlarına  aiddir:    SİS-nin 

anomaliyalarının  olması;  hamiləlik  vaxtı  infeksion-ilihabi  xəstəliklərin  tez-tez 

kəskinləşməsi; 

ağır  fəsadların  (karbunkul,  apostematoz  nefrit  şəklində) 

formalaşmalaşması ehtimalı; böyrəklərin funksional vəziyyətinin qiymətləndirilməsi 

zərurəti . 

 

 

 



 

HAMILƏLIK ZAMANI SİS-NIN INFEKSIYALARININ PROFILAKTIKASI 

VƏ  MÜALICƏSI 

 

  Hamiləlik böyrəklərin üzərinə düşən yükü artırır ki, bu da onların zədələnməsi 



zamanı  həddən  artıq  yüksələ  bilər.  Ona  görə  də,    hamilə  qadınlarda  böyrəklərin 

funksional  vəziyyətinin  qorunub  saxlanması  üsulları,  böyrək  çatışmazlığının  və 

infeksion-iltihabi  prosesin  residivlərinin      profilaktikası  məsələsi  olduqca  aktualdır.  

Bu məqsədlə tətbiq edilən preparatlar ya hamiləlik vaxtı məhdud şəkildə istifadə edilə 

bilər, ya da istisna (antibakterial vasitələr, diuretiklər və s.)  edilmişdir.  

   Reproduktiv  yaşlı  hamilə  olmayan  qadınların  populyasiyasında    sidik-ifrazat  

yollarının  infeksiyalarının  (SİYİ)  tezliyi  2-5%  təşkil  edir.    Hamilə  qadınlarda  SİYİ 

tez-tez  rast  gələn  ağırlaşmalardan  olub  bəzi  məlumatlara  əsasən  18%-ə  çatır. 

Müəyyən  edilmişdir  ki,  SİYİ  olduqda  vaxtındanəvvəl  baş  verən  doğuşların,  cift 

çatışmazlığının,  dölyanı  suların  vaxtındanəvvəl  axması,  xorioamnionitin  yaranması 




55 

 

riski artır. Yarımçıq doğulan və ya funksional cəhətdən yetişməmiş yenidoğulmuşlar, 



həmçinin bətndaxili inkişafı ləngiyən və bətndaxili infeksiya əlamətləri olan uşaqlar 

doğulur.    Hazırda  hamiləlik  zamanı  anadangəlmə  inkişaf  qüsurları,  əqli  inkişafın 

ləngiməsi  və  uşaq  serebral  iflici  ilə  uşaqların  doğulmasının  səbəblərindən  biri  kimi 

SİYİ-nin  rolu  geniş  müzakirə  olunur.  Perinatal  ölümün  səviyyəsi  artır.  Bir  çox 

müəlliflər  hesab  edir  ki,  göstərilən  ağırlaşmaların  inkişaf  etməsi  üçün  kəskin  klinik 

simptomların  olması  çox  da  vacib  deyildir.  Qadınlarda  doğuşdansonrakı  və 

əməliyyatdansonrakı  dövrdə  infeksion  ağırlaşmaların  yüksək  inkişaf  riski  qeyd 

olunur.  Məlumdur  ki,  sidik-ifrazat  sisteminin  fizioloji  dəyişiklikləri    hamiləliyin 

erkən vaxtlarında başlayır, hestasiyanın sonuna qədər davam edir və doğuşdan əvvəl 

maksimuma  çatır.    Çox  güman  ki,  bu,  emriogenezin  vahid  olması  və  cinsiyyət 

sisteminin anatomik qohumluğu ilə əlaqədardır .  

     


Hesab  edirlər  ki,  böyrəklərdə  baş  verən  fizioloji  dəyişikliklərin  əsasında  

böyrəklərin damar şəbəkəsinin sıxlığının və intrarenal kollektor sisteminin həcminin 

artması  durur.  Böyrəklərin  kasacıq-ləyən  aparatının  dilatasiyasının  inkişafını 

şərtləndirən  başlıca  amillərə    hormonal  pozulmalar  (estrogenlərin,  progesteronun, 

prostoqlandinin  E

2

  sintezinin  artması),  daha  gec  müddətdə  isə  –  həmçinin  uşaqlığın 



böyüməsi  nəticəsində  sidiyin  axmasının  pozulması  aid  edilir.  Hamiləlik  dövründə 

sidik  axarlarının  fizioloji  dəyişikliklərinin  inkişaf  etməsini  hestasion  hormonal 

dəyişikliklərin,  mexaniki  kompressiyanın,    sidik  axarlarının  aşağı  şöbələrində 

köndələn  əzələ  dəstəsinin    hipertrofiyasının  kombinasiyalı  təsiri  ilə  əlaqələndirilir. 

Sidik  kisəsinin  strukturunun  və  funksiyasının  dəyişilməsi  vezikouretral  reflyuksun 

inkişaf etməsinə gətirib çıxarır. Əks proseslər doğuşdansonrakı dövrdə 3-4 ay ərzində 

baş verir. 

  SİYİ  anlayışı  –  ümumi  termin  olub  uretradan  başlayan  və  böyrəklərlə  başa 

çatan    sidik  yolunun  infeksiyalaşması  ilə  əlaqədardır.  Diaqnoz  qoymaq  üçün 

infeksiyanın  klinik  əlamətləri  və  simptomları  olduğu  halda  sidikdə  böyük  sayda  

bakteriyaların  olması  vacibdir.    SİYİ  lokalizasiyasına  və  xəstəliyin  gedişinə  görə 

təsnif edilir.  Lokalizasiyasına görə – aşağı (kəskin uretrit və sistit) və yuxarı (kəskin 

və  xronik  pielonefrit)    sidik-ifrazat  yollarının      infeksiyaları  ayırd  edilir.  Gedişinə 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə