H. F. Bağirova, Ş. H. QƏDİmova böYRƏk xəSTƏLİKLƏRİ VƏ hamiLƏLİK



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə7/24
tarix18.05.2018
ölçüsü0,6 Mb.
#44665
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   24

20 

 

mərhələsində, həm də bu mərhələdən kənarda hestasiyanın 16 həftədən 20 həftəsinə 



qədər  müddətdə  böyrəyin  hemodinamikasının  pozulması:  böyrəyin  qan  dövranının 

həcminin    azalması  və    böyrəklərin  damar  müqavimətinin  artması  nəzərə  çarpır. 

Göstərilən  dəyişikliklərin  ağırlıq  dərəcəsi    orta  dərəcə  ilə  ağır  dərəcə  arasında 

tərəddüd edir. 

      Böyrəklərin  funksiyasını  qan  dövranının  vəziyyətinə  əsasən  qiymətləndirməyə 

imkan  verən  digər  metod  dopplerometriyadır.    Həyata  keçirilən  müayinələrin 

nəticəsində  müəyyən  edilmişdir  ki,  xronik  pielonefritdən  əziyyət  çəkən  hamilə 

qadınlarda    hestasiyanın  4-16-cı  həftəsindən  etibarən  böyrəklərin  qan  dövranının 

intensivliyinin azalması müşahidə olunur. Onun azalması dərəcəsi xəstəliyin müddət-

ni,  onun  gedişinin  xarakteri,  patoloji  prosesin  yayılması  səviyyəsi  (birtərəfli  və  ya 

ikitərəfli)  ilə  düz  korrelyasiya  asılılığındadır.  Birtərəfli  zədələnmə  zamanı  böyrəyin 

qan dövranının pozulması hər iki böyrəklərdə qeydə alınır. Bundan başqa, göstərilən 

dəyişikliklərin  dərəcəsi  ilə  preeklampsiyanın  inkişaf  dərəcəsi,  həmçinin  onun  klinik 

gedişinin xarakteri arasında düz asılılıq aşkar edilmişdir.  Digər müəlliflər, yuxarıda 

qeyd edilən məlumatları təsdiq edərək göstərirlər ki, böyrəklərin hemodinamikasının 

dəyişilməsi  ilə  yanaşı  xronik  pielonefriti  olan  qadınlarda  damar  rezistentliyinin 

artması  və  göbək  ciyəsinin  arteriyasında  mikrosirkulyasiyanın  pisləşməsi  müşahidə 

edilir  ki,  bu  da  cift  çatışmazlığının  inkişaf  etməsi  ilə  pielonefrit  arasında  əlaqənin 

olmasını göstərir . 

  Hamilə  və  zahı  qadınlarda  pielonefritin  müalicəsi  böyrəklərin  iltihabi 

prosesinin ümumi müalicə prinsipləri üzrə həyata keçirilir ki, bu da sidiyin əkilməsi 

və  antibiotiklərə  qarşı  həssaslığın  təyin  edilməsi  yolu  ilə  aparılır.  Müalicə 

tədbirlərinin kompleksinə aşağıdakılar aiddir:  tamdəyərli vitaminləşdirilmiş pəhrizin 

təyin  olunması,  gündə  bir  neçə  dəfə  10-15  dəqiqə  ərzində  diz-dirsək  vəziyyətində 

durması  və  sağlam  tərəfi  üzərində  yuxuya  getməsi,  böyrəkətrafı  nahiyənin 

diatermiyası, mineral suların içilməsi. Antibiotiklər 8-10 gün, neviqramon - 2 kapsula 

gündə    4  dəfə    4  gün  ərzində,  sonra  1  kapsula  gündə  4  dəfə  10  gün  ərzində  təyin 

edilir. 2-ci trimestrdən başlayaraq - KANEFRON  2 həb olmaqla gündə  3 dəfə 4 gün 

ərzində, sonra 1 həb gündə 3 dəfə 10 gün ərzində; furaqin  0,1  dozada  gündə 4 dəfə 



21 

 

4  gün  ərzində  və  0,1  dozada  gündə  3  dəfə  10  gün  ərzində  təyin  edilir. 



Dezintoksikason müalicə - ringer,  reopoliqlükin, albumin, protein ilə aparılır. Dölün 

bətndaxili  hipotrofiyasının müalicəsi məqsədilə - 500 ml 5%-li  qlükoza məhlulunda 

5  ml  trental  v/d  yeridilir.  Spazmolitiklər  -  baralqin  5  ml,  avisan  0,05  dozada  ə/d 

gündə  3  dəfə;  suprastin  və  ya  dimedrol  1  həb  olmaqla  gündə  1  dəfə,  sidikqovucu 

vasitələr – bitkilər yığıntısı, ayıqulağı, böyrək çayı təyin edilir.      

Əgər müalicə nəticə vermirsə, sidik axarlarının kateterizasiyası həyata keçirilir. 

Böyrəklərin  funksiyasının  xeyli  azalması  (bu,  hamiləliyin  sonunda  baş  verir)  xronik 

böyrək  çatışmazlığının  inkişaf  etməsinə    gətirib  çıxara  bilər  ki,  bununla  əlaqədar 

olaraq  vaxtından  əvvəl  doğuşun  aparılması  məsələsi  meydana  çıxır.  Pielonefritdən 

əziyyət  çəkən  qadınlarda  doğuşdan  sonra    böyrəklərin  funksiyasının  müayinəsini 

aparmaq  lazımdır  ki,  buraya  diaqnozun  dəqiqləşdirilməsi,  həmin  xəstələrin 

reabilitasion müalicəsinin  vaxtında aparılması üçün  yerinə yetirilən rentgenouroloji 

metodlar daxildir . 

  Doğuş  təbii  doğuş  yollarından  həyata  keçirilir.  İnfeksiyalaşmış  orqanizmdə 

Qeysəriyyə kəsiyinin aparılması o qədər də məqsədəuyğun deyildir və ciddi mamalıq 

göstərişləri  olduqda  aparılir.  10%  hallarda,  yəni  pielonefrit    preeklampsiya  ilə  bir 

yerdə  rast  gəldikdə  və  aparılan  müalicə  nəticə  vermədikdə  vaxtındanəvvəl  doğuşlar 

həyata  keçirilir.  Doğuşdansonrakı  dövrdə  pielonefritin  müalicəsi  10  gün  ərzində 

davam etdirilir. Qadın doğum evindən uroloqun müşahidəsi altında evə yazılır. 

 

QLOMERULONEFRIT 



 

  Hamilə  qadınlarda  nisbətən  az  rast    gəlinən  digər  patologiya  -  hamilə 

qadınların  qlomerulonefriti  sayılır  (0,1%-dən  9%-ə  qədər).  Lakin  hamiləliyin  və 

qlomerulonefritin  birgə  rast  gəlməsi  baş  verən  fəsadların  daha    ağır  olması  ilə 

əlaqədar  daha  təhlükəlidir.  Bu,  böyrəklərin  yumaqcıqlarının  immunkompleks 

zədələnməsinə  gətirib  çıxaran  infeksion-allergik  xəstəlikdir.  Törədicisi  -    hemolitik 

streptokokdur.  Çox vaxt bu xəstəlik anginadan, qripdən sonra meydana çıxır .  Klinik 

gedişinə  görə  kəskin  diffuz  qlomerulonefrit,  yarımkəskin  diffuz  qlomerulonefrit, 




22 

 

xronik  diffuz  qlomerulonefrit  (birincili  və  ya  ikincili  –xronik)  və  ocaqlı  nefrit  ayırd 



edilir.    Kəskin  qlomerulonefritin  gedişi  siklik  və  ya  asiklik  ola  bilər.  Kəskin 

qlomerulonefrit  çox vaxt uşaq və ya gənc yaşlarda rast gəlir, hamilə qadınlarda isə - 

xəstəliyin  inkişafına  mane  olan  kortikosteroidlərin  hasil  olunması  ilə  əlaqədar  az  

hallarda təsadüf edir. 

  Kəskin  qlomerulonefritin  siklik  forması  qəflətən  başlayır:  xəstənin  ümumi 

vəziyyəti pisləşir, temperatur yüksəlir, baş ağrısı meydana çıxır, üzdə şişkinlik əmələ 

gəlir ki, o da sonra əllərə və ayaqlara yayılır, oliquriya baş verir. AT-nin yüksəlməsi, 

sidiyin  müayinələrində  dəyişikliklər:  makrohematuriya,  proteinuriya,    silindrlərin 

olması müşahidə edilir. Qlomerulonefritin asiklik forması tədricən başlayır:  əzginlik, 

baş  ağrısı,  yumşaq  toxumaların  pastozluğu,  AT-nin  bir  qədər  yüksəlməsi  nəzərə 

çarpır.  Lakin nefrozdan fərqli olaraq belə qlomerulonefrit  hematuriya törədir ki, bu 

da  onun sidik daşı xəstəliyi ilə diferensial diaqnostikasının aparılmasını  tələb edir. 

Kəskin qlomerulonefritin asiklik forması  yüngül gedişata malik olur, lakin çox vaxt 

xronik formaya keçir. Kəskin qlomerulonefrit olan xəstələrdə hamiləlik nadir hallarda 

qənaətbəxş  başa  çatır.    Qadınların  əksəriyyətində  döl  bətndaxili  məhv  olur  və  ya 

xəstəlik hamiləliyin vaxtındanəvvəl dayandırılmasına gətirib çıxarır. 

      Hamiləlik vaxtı əsasən xronik qlomerulonefrit müşahidə edilir ki, o da hipertonik, 

nefrotik, qarışıq və latent formada inkişaf edir.  Hipertonik forma  AT-nin yüksəlməsi 

ilə  səciyyələnir,  halbuki    orta  dərəcəli  sidik  sindromu  da  nəzərə  çarpır:  hematuriya, 

proteinuriya,  silindruriya.  Nefrotik  forma  üçün  aşağıdakı  simptomlar  səciyyəvidir:  

kəskin  proteinuriya,  ödem,  hipoproteinemiya,  hiperxolesterinemiya.    Sidiyin 

çöküntüsündə    çoxlu  miqdarda  hialin,  mumabənzər,  eritrositar  və  dənəli  silindlər 

tapılır.    AT  yüksək  olur.  Qarışıq  forma  zamanı    sidiyin  1  l-də  1-dən  6q-a  qədər 

proteinuriya, qanda ümumi zülal və onun fraksoyalarının bir qədər azalması, sifətin, 

əllərin və ayaqların müxtəlif dərəcəli ödemi qeyd olunur. Arterial təzyiq yüksək olur, 

sidikdə  -  qlomerulonefritə  xas  olan  dəyişikliklər  nəzərə  çarpır.  Xəstəliyin  bu 

formasında eklampsiya tutmaları inkişaf edə bilər. Çox vaxt hamilə qadınlar xronik 

qlomerulonefritin  latent  formasından  əziyyət  çəkir  ki,  bu  zaman  sidik  sindromu  az 

nəzərə çarpır: mikrohematuriya, mikroproteinuriya, tək-tək silindlər vardır. 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə