H. F. Bağirova, Ş. H. QƏDİmova böYRƏk xəSTƏLİKLƏRİ VƏ hamiLƏLİK



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə9/24
tarix18.05.2018
ölçüsü0,6 Mb.
#44665
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   24

26 

 

vaxtı sidik daşı xəstəliyinin gedişi ağırlaşır.   Bəzən xəstəlik  ilk dəfə olaraq hamiləlik 



vaxtı aşkar edilir. 

      Sidik  daşı  xəstəliyi  klassik  simptomlar  triadası:  ağrı,  hematuriya  və 

konkrementlərin  xaric  olunması  ilə  təzahür  edir.    Klinik  mənzərə  çox  rəngarəngdir. 

Böyrəklərdə olan daşlar üçün bel-büzdüm nahiyəsində ağrılar (ginekoloji xəstəliklər 

zamanı  meydana  çıxan  ağrılarla  oxşar)  səciyyəvidir.  Böyrək  sancıları  qəflətən  baş 

verir  –  beldə  qasıq  nahiyəsinə,  cinsiyyət  dodaqları,  ayaqlara,  epiqastrial  nahiyəyə 

irradiasiya  edən  ağrılar    meydana  çıxır.    Bu  zaman  kəskin  appendisit,  xolesistit  ilə 

diferensiasiya  aparılır.  Xəstələr  rahat  vəziyyət  almağa  çalışırlar  -    diz-dirsək,  yan 

tərəfi  üzərində.  Hamilə  qadınlarda  çox  vaxt  sağrətərəfli  sancılar  meydana  çıxır.  

Pasternatski simptomu  müsbətdir. Qanın müayinəsi normaldır, sidiyin müayinəsində 

- eritrositlər, leykositlər, duz kristalları nəzərə çarpır. Tutmalar hamiləliyin pozulması 

təhlükəsinin yaranmasına, doğuşların vaxtındanəvvəl baş verməsinə  səbəb olur. Əgər 

tutmaların  qarşısını  almaq  mümkün  deyildirsə,  belə  hallarda  doğuşların  vaxtından-

əvvəl aparılmasına zərurət yaranır . 

       Hamiləlik  zamanı  SDX-nin  diaqnostikası  mürəkkəbdir.    Hamiləliyin  birinci 

yarısında  rentgenoloji  müayinələr  –  yolverilməzdir,  ikinci  yarısında  –  arzuolun-

mazdır,  ona  görə  də,  bu  xəstəliyi  hamiləliyə  qədər  aşkar  etmək  çox  vacibdir. 

Radioizotop  renoqrafiya,  xromosistoskopiya,  sidik  axarlarının  və  ya  böyrək 

ləyənlərinin  kateterizasiyası, ultrasəs skanlamasının aparılmasına icazə verilir. 

Hamilə  qadınlarda  planlı  şəkildə  SDX-nin  operativ  müalicəsi  həyata  keçiril-

mir.  Uzun  müddət    qarşısı  alınmayan  böyrək  sancısı,  anuriya,  kəskin  pielonefritin 

əlamətləri  olan  qadınları  və  ləyənlərinin  kateterizasiyası  yolu  ilə  sidiyin  axmasının 

bərpa edilməsi mümkün deyildirsə, onda təcili əməliyyat edilir. 

     Hamiləlik  vaxtı  SDX-nin    gedişi    hər  üçüncü  xəstədə  ağırlaşır  ki,  bu  da 

pielonefritin  baş  verməsi  və  ya  kəskinləşməsi,  böyrək  sancılarının  tutmalarının, 

hematuriyanın  tezləşməsi  ilə  özünü  biruzə  verir.  Qarşısı  alına  bilinməyən  böyrək 

sancısı  operativ müalicənin aparılması üçün göstərişdir. Bu halda hamiləlik  daşların 

kənar  edilməsi  üçün  əksgöstəriş    sayılmır.  Lakin  hamiləliyin  1-ci  yarısında  həyata 

keçirilən  əməliyyat    dölə  əlverişsiz  təsir  göstərə,  hamiləliyin  özbaşına 



27 

 

dayandırılmasına  gətirib  çıxara  bilər.  Bununla  əlaqədar  olaraq    hamiləliyin 



saxlanmasına yönəldilmiş müalicənin (spazmolitiklər, tokolitiklər, vitamin E) mütləq 

aparılması vacibdir.  Hamiləliyin 2-ci yarısında (ciftin tam fəaliyyət göstərdiyi vax-

tda)    həyata  keçirilən  əməliyyatlar  belə  əlverişsiz  təsir  göstərmir,  lakin  dölün 

bətndaxili hipoksiyasının profilaktikasının aparılmasını tələb edir. 

      Böyrək sancısının tutmalarının qarşısının alınması  məqsədi ilə  aşağıdakı dərman 

vasitələri:  2%-li  promedol  məhlulu  ə/d  1,0,  50%-li  analqin  məhlulu  2,0  ml  ə/d, 

baralqin  5  ml,    2%-li  papaverin  məhlulu,  2%-li  NO-ŞPA  məhlulu  2  ml,  1%-li 

dimedrol  məhlulu,  2-2,5%-li  pipolfen  məhlulu  2  ml  təbiq  edilir.  Sistenal  20  damcı, 

avisan  0,05 dozada gündə  3 dəfə istifadə edilir. Daşların əmələ gəlməsinə mane olan 

pəhriz təyin edilir. 

 

HIDRONEFROZ 



 

      Hidronefroz -  sidiyin axmasının pozulması nəticəsində meydana çıxan və böyrək 

ləyənlərinin  genişlənməsi,  orada  sidiyin  durğunluğu,  böyrəyin  parenximasının 

atrofiyası  ilə  səciyyələnən  xəstəlikdir.  Sidiyin  axmasına  maneçilik  törədən 

vəziyyətlərə  aiddir:  uretranın  və  sidik  kissəsinin  inkişaf  qüsurları;  çanaq  və 

böyrəkətrafı  toxumada  iltihabi  proseslər;  sidik  axarlarının  burulması  və  əyilməsi; 

sidik axarlarının böyrəklərin qütblərinə doğru gedən qan damarları və ya birləşdirici 

toxuma qatı (sağ sidik axarı və hamiləlik zamanı genişlənmiş damar üçün vahid yataq 

yaradan)  ilə  sıxılması;  hamiləlik  vaxtı  baş  verən    hormonal  dəyişikliklər;  sidik 

axarlarının daşları və divertikulları; sidik axarlarının çapıqvari daralmaları, hamiləlik 

vaxtı  baş  verən  hormonal  dəyişikliklər.  Bunların  hamısı  və  digər  səbəblər  üzvi 

mənşəli hidronefroz törətməyə qadirlirlər.  Hamiləlik vaxtı  orqanizmdə əmələ gələn  

neyrohumoral  dəyişikliklər  ləyənciklərin  və  sidik  axarlarının  atoniyasına  gətirib 

çıxarır,  funksional  mənşəli  hidronefrozun  inkişaf  etməsinə  şərait  yaradır.  

Hidronefroz  təkcə qazanılmış deyil, həm də anadangəlmə ola bilər. 

       Sidiyin  axmasının  pozulması  ləyənlərin  genişlənməsinə,  ləyəndaxili  təzyiqin 

artmasına,  ləyənlərin  və  böyrəyin  parenximasının  nazilməsinə,  fəaliyyət  göstərən 



28 

 

nefronların sayının azalmasına və böyrək çatışmazlığının inkişaf etməsinə səbəb olur.  



Uzun  müddət  mövcud  olan  hidronefroz  zamanı  böyrək,  bir  qayda  olaraq,  

infeksiyalaşır  ki,  bu  da  onun  funksiyasının  zəifləməsi  ilə  müşayiət  olunur  və  

hamiləliyin dayandırılması üçün göstəriş ola bilər.  Hamilə qadınlarda hidronefrozun 

diaqnostikası  əvvələr  rentgenoloji müayinə metodlarına əksgöstərişlər olduğu üçün 

çətinlik  törədirdi.    Yalnız  təcrübəyə  ultrasəs  skanlama  metodunun  tətbiq  olunması  

təkcə  anada  deyil,  həm  də  döldə  hidronefrozu  dəqiq  aşkar  etməyə  imkan  vermişdir.  

Xəstəlik  uzun  müddət  simptomsuz  keçir.  Zaman  keçdikcə  xəstələri  bel  nahiyəsində 

küt  ağrılar  narahat  etməyə  başlayır.    Ağrıların  qasıq  nahiyəsinə  və  buda  irradiasiya 

etməsinə də diqqət yetirmək lazımdır. Ağrı tutmaları zamanı sidik ifrazının ləngiməsi 

və  sonradan  poliuriyaya  keçməsi  baş  verir.  Böyrək  sancısı  təzəlikcə  inkişaf  edən 

xəstəlik üçün daha səciyyəvidir. O, uzun müddət sürdükdə xəstələri beldə daimi küt 

ağrılar narahat edir. Hamiləlik vaxtı belə ağrıları  hamiləliyin pozulması təhlükəsi ilə 

diferensiasiya etmək lazımdır.  

  Hidronefrozun diaqnostikasına USM-dən başqa,  xromosistoskopiya (xüsusilə 

də  sidik  axarlarının  kateterizasiyası  ilə  birlikdə)  daxildir  ki,  bu  da  həmin  böyrəyin 

parenximasının  sekretor  funksiyasının  pozğunluqları,  urodinamikanın,  sidik 

axarlarının  keçiriciliyinin  pozulması  və  maneənin  yerləşməsi  haqqında  fikir 

söyləməyə imkan verir.  Hamilə qadının müayinəsi  diaqnostikaya az köməklik edir, 

çünki  böyümüş  və  dəyişilmiş  böyrək  yalnız  hamiləliyin  kiçik  müddətlərində 

palpasiya olunur.  Bu vaxt hidronefroz zamanı venoz durğunluq ilə əlaqədar meydana 

çıxan  hematuriya  mühüm  simptom  ola  bilər.  Pielonefritlə  ağırlaşmamış  birtərəfli 

hidronefroz    qənaətbəxş  gedişə  malikdir.  Xəstə  böyrəyin  funksiyasının  tədricən 

itməsi ikinci – sağlam böyrək tərəfindən kompensasiya olunur . 

 İkitərəfli  hidronefroz  (özü  də  pielonefrit  ilə  ağırlaşmış)    pionefroz  və  xronik 

böyrək çatışmazlığının inkişaf etməsi təhlükəsi ilə başa çatır ki, bu da qadının həyatı 

və  hamiləliyin  gedişi  üçün  proqnozu  xeyli  ağırlaşdırır.  Hidronefroz  qeyd  edilən  

qadınlarda  10-15%  hallarda  hamiləliyin  gedişi  hestoz  ilə  ağırlaşa  bilər.    Böyük 

hidronefrotik böyrək  normal doğuşların aparılmasına mane ola bilər ki, bu da doğuş 

zamanı  nazikdivarlı  hidronefrotik  kisənin  partlaması  nəticəsində  baş  verir.  Bu 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə