H. F. Bağirova, Ş. H. QƏDİmova böYRƏk xəSTƏLİKLƏRİ VƏ hamiLƏLİK



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə13/24
tarix18.05.2018
ölçüsü0,6 Mb.
#44665
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   24

38 

 

BÖYRƏK PATOLOGIYASI OLAN QADINLARDA HAMILƏLIYIN VƏ 



DOĞUŞLARIN APARILMASININ ÜMUMI PRINSIPLƏRI 

 

Hamilə  qadının  orqanizmi  adətən    inkişaf  edən  döl  tərəfindən  ona  qoyulan 



yüksək  tələblərin  öhdəsindən  yaxşı    gəlir.  Lakin  bir  çox  böyrək  xəstəlikləri  

hamiləliyin gedişinə və dölün vəziyyətinə əlverişsiz təsir göstərir ki, bu da  perinatal 

ölümün, vaxtındanəvvəl baş verən doğuşların və dölün hipotrofiyasının səviyyəsinin 

yüksək  olması  ilə  özünü  biruzə  verir.    Ana  və  döl  üçün  proqnoz  əsas  etibarilə  

böyrəyin fuknsiyasının pozulması dərəcəsindən və onun kompensator imkanlarından 

asılıdır. F.İ.Pasternatski hələ XX əsrin əvvəllərində  böyrək xəstəlikləri ilə hamiləlik 

arasında əlaqənin olmasına diqqət vermişdir.  Bununla belə, bu problemə aid olan bir 

çox məsələlər  hazırkı vaxtda da öz müsbət həllini tapmamışdır. Bunlara aiddir: 

1.

 

 Qadın məsləhətxanasına gəldikdə müayinələrin xüsusiyyətləri. 



2.

 

Stasionarda hamiləliyin aparılmasının xüsusiyyətləri. 



3.

 

Hamilə qadınların ixtisaslaşmış mərkəzlərdə idarə olunması. 



 

Qadının  hamiləliklə  əlaqədar  ilk  müraciəti  zamanı  mama-ginekoloq    böyrək 

xəstəliyini  aşkar  etdikdə  onu  tezliklə    qadın  məsləhətxanasının  terapevtinə 

yönəltməli,  özü  isə  xüsusi  müayinə  aparmalıdır.      Sidiyin  müayinəsində  patoloji 

elementlər aşkar etdiyi hallarda,  həmçinin arterial təzyiqin yüksəlməsi və ya ödemlər 

meydana  çıxdıqda  da    mama-ginekoloq  eyni  qaydada  hərəkət  etməlidir.    Hamilə 

qadında  ekstragenital  xəstəliklərin  olması  ilə  əlaqədar  növbəti  məsələlər    mama-

ginekoloq  və  terapevtlə  birlikdə  həll  edilir.    Böyrək  xəstəliklərindən  əziyyət  çəkən 

hamilə  qadınlar  qadın  məsləhətxanasının  terapevtinin  dispanser  qeydiyyatında 

olmalıdır.  Bu, onların  üzərində sistematik  müşahidənin  aparılmasına,  ağırlaşmaların 

erkən  aşkar  edilməsinə  və  hospitalizasiyanın  vaxtında  aparılmasına  imkan  verir. 

Hamiləlikdən əvvəl böyrək xəstəlikləri diaqnozu qoyulan qadınlardan başqa, terapevt  

bu xəstəliyə şübhəli hamilə qadınları da qeydiyyata götürür. Bunlar - hamiləlik vaxtı 

proteinuriya,  hematuriya,  piuriya,  arterial  təzyiqin  yüksəlməsi,  ödemlər  (hamiləliyin 

birinci  yarısında)  aşkar  edilən  qadınlardır.  Müayinədən sonra  onlar  ya  qeydiyyatdan 



39 

 

çıxarılır,  ya  da  onların  üzərində  dispanser  müşahidə  davam  etdirilir  (əgər  böyrək 



xəstəliyi təyin olunarsa). 

  Hamiləliyə  qədər  böyrəklərin  xəstəlikləri  olmayan  hər  bir  hamilə  qadın 

hamiləliyin  kritik  vaxtlarında,  xüsusilə  də  22-28-ci  həftəsində  mamanın  ciddi 

müşahidəsi  altında  saxlanmalıdır.  Bu  dövrdə    çox  vaxt  ilk  dəfə  hamilə  qadınların 

pielonefriti  nəzərə  çarpır.    Hamiləliyin  göstərilən  müddətlərində  şikayətlərin 

olmamasına  baxmayaraq    hər  həftə  sidiyin  müayinəsini,  onun  əkilməsini  həyata 

keçirmək  və    onun  göstəriciləri  normadan  fərqləndiyi  zaman  pielonefritin  inkişaf 

etməsinin qarşısının alınmasına yönəldilmiş   prfilaktika tədbirləri aparmaq lazımdır.  

Belə  ki,  sidiyin  təkrar  müayinələrində  leykositlərin  yüksək  miqdarda  olması  (görmə 

sahəsində  15-20-dən  çox),  xüsusilə  onun  neytral  reaksiyası  zamanı  (bu  zaman 

leykositlərin  bir  hissəsi  dağılmışdır)  və  ya  1  ml  sidikdə  10

5

  –dən  yuxarı  mikrob 



cisimcikləri  olan  bakteriuriya  aşkar  edildikdə  («simptomsuz  bakteriuriya»)  

iltihabəleyhinə və ya antibakterial müalicə kursunun (mütləq hamiləliyin müddəti və 

sidiyin  mikroflorasının  xüsusiyyətləri  nəzərə  alınmaqla)  aparılması  vacibdir. 

Müalicənin  nəticələri  laborator  göstəricilərlə  nəzarətdə  saxlanır.  Ambulator  müalicə 

zamanı  effekt  alınmadıqda  belə  xəstələr  hospitalizasiya  olunmalıdır.  Buna  ehtiyac 

həmçinin o halda yaranır ki, əgər həkimə ilk müraciəti zamanı hamilə qadında kəskin 

pielonefrit 

və 


ya 

xronik 


pielonefritin 

kəskinləşməsi, 

böyrək 

sancıları, 



qlomerulonefritin olması şübhə doğurur.  Mövcud xəstəlik haqqında anamnezə, rayon 

poliklinikasının  ambulator  kartasından  verilən  çıxarışa  və  qadın  məsləhətxanasında 

həyata keçirilən müayinələrin nəticələrinə əsasən rəy söylənilir. 

 Hamiləliyin  birinci  yarısında  sidiyin  müayinəsinin  ayda  1  dəfə  aparılması 

kifayətdir (böyrək xəstəliklərinin kəskinləşməsinin klinik əlamətləri yoxdursa).  Əgər 

belə bir şübhə yaranmışsa, sidiyin müayinəsi tez-tez aparılır. Keçirilmiş anginadan 2 

həftə  sonra  böyrək  xəstəlikləri  olan  qadınlarda  da  həmçinin  sidiyin  yenidən 

müayinəsi  həyata  keçirilir.  Belə  qadınlarda  gecikmiş  preklampsiya  daha  tez-tez  baş 

verdiyi  üçün  hamiləliyin  ikinci  yarısında  sidiyin  müayinəsi  ayda  2  dəfədən  az 

olmamaqla aparılır. 

   

Yalnız  böyrəklərin  xəstəlikləri  kəskinləşdikdə  və  ya  anemiya  meydana 




40 

 

çıxdıqda  qanın  klinik  müayinəsi  ayda    1  dəfədən  çox  aparılır.  Xəstənin  qadın 



məsləhətxanasına  ilk  gəlişi  zamanı  diaqnozu  dəqiqləşdirmək  məqsədilə  və  sonralar 

böyrək  xəstəliklərinin  kəskinləşməsinə  şübhə  olduqda  sidiyin  Neçiporenko  və  ya 

Kakovski-Addis üsulu ilə müayinəsini aparmaq göstərişdir. 

  

Sidiyin  qidalı  mühitlərə  əkilməsinin  daha  dəqiq  metodu  ilə  bakteriyaların 



miqdarını  təyin  və  identifikasiya  etməyə  imkan  verən  bakterioloji  laboratoriya 

olmadıqda    bakteriuriyanın  kəmiyyətcə  təyin  edilməsinin  kimyəvi  (nitrit-test)  və 

bakterioskopik  metodlarından  istifadə  etmək  olar.  Kimyəvi  metodlar  sadədir,  çox 

böyük  vaxt  tələb  etmir  və  kütləvi  müayinələr  aparmağa  imkan  verir.  Böyrək 

xəstəlikləri    aşkar  edilən  (hipertoniya  ilə  müşayiət  olunan)  hamilə  qadınlara  EKQ 

edilir. 


  

Qadın  məsləhətxanasında  aparılan    müşahidənin  ilkin  vəzifəsi  xəstəliyin 

diaqnozunun,  onun  ağırlıq  dərəcəsinin  və  prosesin  kəskinləşməsi  səviyyəsinin 

dəqiqləşdirilməsi  sayılır.  Hamiləliyin  davam  etdirilməsi  imkanı  bu  məsələlərin  həll 

edilməsindən asılıdır. Lakin xəstənin ambulator müşahidə və müayinəsinin aparıldığı 

şəraitdə  onları  həll  etmək  həmişə  mümkün  deyildir.    Ona  görə  də,    belə  qadınların 

hamiləliyin  3  ayına  qədər  müddətdə    hospitallaşdırılması  üçün  yönləndirilməsini 

düzgün hesab etmək olar . 

Stasionarda  hamiləliyin  davam  etdirilməsi  məsələsi  həll  edilir.  Əgər  o,  müsbət 

həll  edilibsə,  xəstəxanadan  (doğum  evindən)  evə  yazıldıqda  bu  haqda  qadın 

məsləhətxanasının həkimi üçün  qeydiyyat aparılır. Qadın məsləhətxanasında hamilə 

qadının  sonrakı  idarə  olunması    mama-ginekoloq  və  terapevt    tərəfindən  ayda  1-2 

dəfədən  az  olmamaqla    fəal  müşahidə  xarakteri  alır,  müəyyən  ardıcıllıqla  aparılan   

dinamik  laborator  müayinə  və  digər  mütəxəssislərdən  (uroloq,  okulist)  məsləhət 

alması yolu ilə davam etdirilir. 

 Təkrar hospitalizasiyaya tələbat aşağıdakı hallarda meydana çıxır: 

1)

 

böyrəklərin xəstəliklərinin kəskinləşməsi; 



2)

 

  preeklampsiya; 



3)

 

  düşüklər və ya vaxtındanəvvəl doğuşlar; 



4)

 

 dölün hipotrofiyasının başlanğıc əlamətləri; 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə