H. F. Bağirova, Ş. H. QƏDİmova böYRƏk xəSTƏLİKLƏRİ VƏ hamiLƏLİK



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə6/24
tarix18.05.2018
ölçüsü0,6 Mb.
#44665
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   24

17 

 

ola  bilər.  Hamiləliyin  sonuna  doğru  uşaqlığın   



20-30

  dəfəyə  qədər  böyüməsi  ilə 

əlaqədar xronik pielonefritin kəskinləşməsinə təkan verən əlavə şərtlər meydana çıxa 

bilər. Onlara sidik axarlarının tonusunun dəyişilməsi və hipotoniyası, hamilə qadının 

uşaqlığı  tərəfindən  onların  sıxılması  aiddir  ki,  bu  da  sidiyin  durğunluğuna,    sidik 

kisəsi-sidik  axarları  reflyuksunun  və  hidronefrozun  əmələ  gəlməsinə  şərait    yaradır. 

Bundan  başqa,  hamiləlik  zamanı  qanın  plazmasının  həcminin  fizioloji  böyüməsi 

sidiyin  qatılığının  azalması  ilə  müşayiət  olunur.  Bu  zaman    qadınların  70%-də  

qlükozuriya inkişaf edir ki, bu da bakterial floranın böyüməsinə imkan verir, sidikdə 

progesteronun  və  estrogenlərin  miqdarının  artması  isə  sidik  yollarının  aşağı 

şöbələrinin  epitelisinin  mikroorqanizmlərin  invaziyasına  qarşı  davamlılığının 

azalmasına  gətirib  çıxarır.  Hamiləlik  dövründə  pielonefritin  kəsiknləşməsi  zaman 

etibarilə  çox  vaxt  onun  pozulması  təhlükəsi  ilə  üst-üstə  düşür.  Bunu  bəzi  müəlliflər 

sidik  axarlarının  və  böyrək  ləyənlərinin  tonusunun  dəyişilməsi  (qanda  cift  və  döl 

hormonlarının  miqdarının  yüksəlməsi  nəticəsində)  ilə  izah  edir.  Bununla  belə, 

uşaqlığın yüksək oyanıqlığı və onun dövri şəkildə yığılmaları pielonefritin törədiciləri 

olan   qrammənfi bakteriyaların lipopolisaxaridlərinin təsiri nəticəsində meydana çıxa 

bilər.  Bundan  başqa,  böyrək  ləyənlərində  inkişaf  edən  infeksiya  daşların  əmələ 

gəlməsinə  şərait  yaradır  ki,  onlar  da    sidik-ifrazat  yollarının  epitelisinin 

zədələnməsinə  və  urodinamik  pozulmaların  ağırlaşmasına  səbəb  olur.  Beləliklə, 

hamiləlik  zamanı  böyrək  toxumasında    iltihab  prosesini  saxlayan  və  xəstəliyin 

gedişinin ağırlaşmasına təkan verən çoxlu sayda qapalı dairə əmələ gəlir. 

  Hamilə  qadınlarda  sidik-ifrazat  sisteminin  patologiyasının  formalaşmasında 

fetoplasentar  kompleksin  morfofunksional  assimmetriyasının  rolunun  öyrənilməsinə 

həsr  olunmuş  müayinələrin    nəticələri  son  dərəcə  maraqlıdır.  Tədqiqatçılar  qeyd 

edirlər  ki,    hamiləlik  vaxtı  səciyyəvi  simptom  böyrəklərin  kasacıq-ləyən  sistemində 

(KLS)  dilatasiya  dəyişikliklərinin  asimmetriyası  sayılır:    KLS-nin  genişlənməsi  sağ 

böyrəkdə  daha  çox  rast  gəlir  və  kəskin  nəzərə  çarpır.  Bundan  başqa,  hətta  sidik-

ifrazat  sisteminin  patologiyası  qeyd  edilməyən  sağlam  qadınlarda  normal  gedişli 

hamiləlik  zamanı    böyrək  parenximasının  həcminin  xeyli  artması  nəzərə  çarpır,  bu 

zaman  adı  çəkilən  dəyişikliklər  hamiləliyin  birinci  üçaylığında  aşkar  edilir.  Ciftin 



18 

 

lokalizasiyası da həmçinin uşaqlığın sağ və ya sol tərəfinə bu və  ya digər dərəcədə 



yerdəyişmiş  olur.  Bu  fenomen  lateralizasiya  adını  almışdır,  əsasən    70%-dən  çox 

hallarda ciftin yerləşməsi  daha çox dəyişikliklər nəzərə çarpan böyrək tərəfi ilə üst-

üstə  düşür.  Tədqiqatçıların  fikrincə,    bu  fenomenin  olması  böyrəklərdə  baş  verən 

dəyişikliklər və ciftin yerləşdiyi tərəf arasında düz asılılığın olması şübhə doğurmur. 

Bu  əlaqə,  çox  güman  ki,  hamiləliyin  müxtəlif  dövrlərində  böyrəklərin  KLS-nin 

rezistentliyinə  həm  böyrək,  həm  də  uşaqlıq  qan  dövranının  təsir  etməsi  yolu  ilə 

həyata keçirilir. Bundan başqa,  aşkar edilmişdir ki, uşaqlığın kontraktil fəallığının və 

böyrək  patologiyasının  lateralizasiyanın  strukturu  praktik  olaraq  hamiləliyin  32-ci 

həftəsinə  qədər  eyni  tipdədir:    böyrək  patologiyasının  əmələ  gəlməsi  və  ya  artıq 

mövcud  olan  xəstəliyin  kəskinləşməsi  ehtimalı  və  uşaqlığın  fəallığının  dərəcəsinin 

sanki  güzgüdə  əksini  görmüş  oluruq.  Uşaqlığın  fizioloji  yığılmalarının  baş 

verməməsi  və  ya  onların  amplitudasının  lazımi  səviyyədə  olmaması  KLS-nin 

dilatasiyasının  formalaşması  baxımından  proqnostik  əlverişsiz  əlamət  sayılır.  Baş 

verəcək  dəyişikliklərin  mexanizmi  -  uşaqlıq  nasosunun  qoşulmasıdır  -  o,  kiçik 

çanaqda  durğunluğun  yaranmasına,  sidik  axarlarının  yığılma  fəallığının  azalmasına 

və sonra böyrəklərin kasacıq-ləyən strukturunun genişlənməsinə gətirib çıxarır . 

 Klinik-laborator  müayinələr  arasında  pielonefritin  diaqnostikasında  qanın  və 

sidiyin  klinik  və  biokimyəvi  müayinələri  mühüm  rol  oynayır.    Qanın  ümumi 

müayinəsində    leykositoz,    leykositar  formulun  sola  doğru  neytrofil  yerdəyişməsi 

(çubuqnüvəli  formaların  sayının  artması  sayəsində),  EÇS-nin  sürətlənməsi  aşkar 

edilir. Yuxarıda qeyd edilən dəyişikliklər xronik pielonefritin kəskinləşməsi dövründə 

daha  qabarıq  nəzərə  çarpır.  Xəstəlik  şiddətləndikcə    çox  vaxt    hipoxrom  anemiya  

inkişaf  edir.    35-40%  hallarda  limfopeniya  (limfositlərin  sayı  18%-dən  azdır)  aşkar 

edilir,  bu  zaman  o,  xəstəliyin  həm  kəskinləşməsi,  həm  də  remissiyası  dövründə  baş 

verir  ki,  bu  da  həmin  qrupdakı  xəstələrdə  immunodefisitin  olmasından  xəbər  verir. 

Sidiyin  müayinəsi  zamanı    piuriya,  bakteriuriya,  proteinuriya  və  mikrohematuriya 

aşkar  edilə  bilər.    Sonuncu  ikincili  pielonefrit  qeyd  edilən  xəstələrdə,  xüsusilə  də 

sidik  daşı  xəstəliyinin  fonunda  inkişaf  etdikdə  daha  kəskin  nəzərə  çarpır.  Bu  halda 

hematuriyanın  yaranması  mexanizmi  –  sidik-ifrazat  yollarının  epitelisinin  konkre-



19 

 

mentlər  tərəfindən  travmatik  zədələnməsi  sayılır.  Hesab  edilir  ki,  sidik  yollarının 



infeksiyalaşmasının  meyarı    1  ml  sidikdə  10

5

  –dən  çox  koloniyaların  böyüməsidir, 



lakin  sidik  yollarının  infeksiyası  simptomları  və  leykosituriya  qeyd  edilən  hamilə 

qadınlarda  daha  az  (10

3

-10


4

)  sayda  bakteriyaların  (xəstəliyin  əsas  törədiciləri  olan) 

aşkar  edilməsi  də  həmçinin  diaqnostik  əhəmiyyət  daşıyır.  Zimnitski  sınağını 

qoyduqda  böyrəklərin  toplama  qabiliyyətinin  pozulması  ilə  müşayiət  olunan 

xəstəliyin  uzunmüddətli  gedişi  zamanı  hipoizostenuriya  və  nikturiya  aşkar  edilir. 

Sidiyin  klinik  müayinəsi  zamanı  sidiyin  passajının  pozulması  və  zədələnmiş  orqan 

tərəfdə  urostazın  yaranması  ehtimalını  yaddan  çıxarmaq  lazım  deyildir.  Bu  halda 

leykosituriya  və  proteinuriyanın  dərəcəsi    infeksiyalaşmış  sidiyin  osbtruksiya 

yerindən yuxarıda durğunluğu nəticəsində  pielonefritin ağırlaşması dərəcəsinə uyğun 

gəlməyəcək.  Belə  şəraitdə  xəstəliyin  ağırlıq  dərəcəsinin  düzgün  qiymətləndirilməsi 

məqsədilə  klinik  simptomatikanın  ifadə  dərəcəsini  nəzərə  almaq,  əlavə  diaqnostik 

metodlardan istifadə etmək lazımdır. 

 Pielonefritin əsas klinik və laborator diaqnostika metodlarından başqa, müxtəlif 

əlavə müayinə metodları da vardır -  onlar böyrəklərin funksional vəziyyətini, pato-

loji prosesin ağırlıq dərəcəsini, sidik-ifrazat yollarının infeksiyasının  digər orqan və 

sistemlərə  təsirinin  xarakterini  və  intensivliyini  bilavasitə  və  ya  dolayı  qiymət-

ləndirməyə  imkan  verir.  Son  illər  aparılan  elmi  axtarışlar  təkcə  düzgün  diaqnozun 

qoyulmasına  yardım    göstərməyə  qabil  olan  diaqnostik  metodlara  deyil,  həm  də 

xronik  pielonefritdən  əziyyət  çəkən  xəstələrdə  hamiləliyin  müxtəlif  ağırlaşmalarının 

proqnozlaşdırılması  imkanını  yaradan  metodlara  yönəldilmişdir.  Bu,  olduqca 

aktualdır,  belə  ki,  həmin  qrupdan  olan  hamilə  qadınlarda  hestasiya  prosesinin 

ağırlaşmalarının  tezliyinin  artması  (azalma  meyli  olmadan)    nəzərə  çarpır.  İlk  öncə 

söhbət  eklampsiyadan  gedir  ki,  o,  hazırda  ana  ölümünün  səbəblərinin  strukturunda 

aparıcı  yer  tutur,  həmçinin  perinatal  itkilərə  və  yenidoğulmuşların  xəstələnməsinə 

əhəmiyyətli  təsir  göstərir.  Bəzi  tədqiqatçıların  fikrincə,  belə  metodlardan  biri 

böyrəklərin  qan  axının  həcmini  və  damar  müqavimətinin  göstəricilərini  qiymətlən-

dirməyə  imkan  verən  kompüter  reorenoqrafiyası  sayılır.  Müəyyən  edilmişdir  ki,  

xronik  pielonefriti  olan  hamilə  qadınların  hamısında  həm  xəstəliyin  kəskinləşməsi 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə