H. F. Bağirova, Ş. H. QƏDİmova böYRƏk xəSTƏLİKLƏRİ VƏ hamiLƏLİK



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə24/24
tarix18.05.2018
ölçüsü0,6 Mb.
#44665
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   24

72 

 

Foto  6.Böyrək  patologiyası  olan  hamilə  qadına  aid  cift  toxumasında  əsasən 



damarətrafı  sahələri  əhatə  edən  kollagen  proliferasiyası  (boyaq:  hematoksilin-eozin; 

böyütmə: ×40) 

CIFT VENALARINDA DOLUQANLILIQ 

Venoz  qanın  damarlarda  toplanması  nəticəsində  toxumalarda  hipoksiya  və 

buna müvafiq olaraq işemik dəyişikliklər yaranır. Bu səbəbdən toxumada damarların 

vəziyyəti mühüm morfoloji əlamət hesab edilir. Doluqanlı damarlar hematoksilin və 

eozin  ilə  boyanmış  preparatlarda  ciftin  stromasında,  mənfəzində  narıncı  rəngli 

eritrositlər olan, ətrafında çəhrayı rəngli damar divarı ilə əhatə olunmuş strukturlardır. 

Arterial damarlardan fərqli olaraq venaların divarı daha incə olması ilə fərqlənir. 

 

Foto  7  A  -  Böyrək  patologiyası  olmayan  hamilə  qadına  aid  cift  toxumasında  bəzi 



venoz  damarlarda  zəif  dərəcli  doluqanlılıq  (boyaq:  hematoksilin-eozin;  böyütmə: 

×100);  B  –  Böyrək  patologiyalı  hamilə  qadına  aid  cift  nümunəsində  ekatatik 

genişlənmiş  venoz  damarlar,  damarətrafı  fibroz  və  fokal  nekroz  sahəsi  (boyaq: 

hematoksilin-eozin; böyütmə: ×40). 

Venoz  doluqanlılıq  da  digər  parametrlər  kimi  4  dərəcə  ilə  qiymətləndirilir: 

venoz  doluqanlılıq  qeydə  alınmayan  nümunələr  0;  bəzi  venalarda  dolqanlılıq  olan 

nümunələr  1  (Foto  7A);  əksər  venalarda  doluqanlılıq  olan  nümunələr  2  (Foto  7  B); 

əksər  venalarda  doluqanlılıq  olan,  bununla  yanaşı  damarətrafı  qansızmalar  və 

hemosiderin topantıları qeydə alınan nümunələr isə 3 bal ilə qiymətləndirilmişdir. 

 



73 

 

CIFT TOXUMASININ ÖDEMI 



Bu parametr əksər vaxtlar venoz doluqanlılıq təsadüf edilən cift nümunələrində 

qeydə alınır. Qan durğunluğu ilə əlaqədar olaraq toxumalarda plazmanın toplanması 

ödem  şəklində  özünü  biruzə  verir.  Hipoksiyaya  məruz  qalan  ciftlərdə  ödem  ən  çox 

rast  gəlinən  əlamətlərdən  biridir.  Cift  toxumasında  ödem  adətən  damarətrafı 

sahələrdə və terminal xovların stromasında müəyyən edilir. Tədqiqata cəlb edilən cift 

nümunələrində  ödemin  olmaması  0  bal,  terminal  xovların  10%`də  ödemin  olması  1 

bal (Foto 8 A), terminal xovların 10-50%`də ödemin olması 2 bal, terminal xovların 

50%`dən çoxunda ödemin olması isə 3 bal (Foto 8B) ilə qiymətləndirilmişdir. 

 

Foto  8A  -  Böyrək  patologiyası  olmayan  hamilə  qadına  aid  cift  toxumasında 



bəzi  xovlarda  zəif  dərəcəli  ödem  və  xovlararası  sahədə  az  miqdarda  fibrin  lifləri 

müəyyən  edilir  (boyaq:  hematoksilin-eozin;  böyütmə:  ×100);  B  –  Böyrək 

patologiyası olan hamilə qadına aid cift nümunəsində terminal xovlarla yanaçı lövbər 

xovlarda geniş ödem sahələri (boyaq: hematoksilin-eozin; böyütmə: ×100). 

 

CIFTDƏ DEGENERATIV DƏYIŞIKLIKLƏR 



Cift toxumasında degenerativ dəyişikliklərdən ən çox təsadüf olunanı distrofik 

kalsinoz və hialinozdur. Bəzi hallarda ödem ilə trofoblastlarda hidropik distrofiya da 

müaşhidə  edilə  bilər.  Mikroskopik  müayinədə  distrofik  kalsinoz  tünd  bənövşəyi 

rəngli  qalın  sahələr  şəklində,  terminal  xovların  arasında  və  ya  lövbər  xovların 

stromasında görünə bilər. Hialinoz isə çəhrayı homogen sahələr şəklində, ciftin geniş 



74 

 

birləşdirici  toxuma  olan  nahiyələrində  qeydə  alınır.  Bu  parametrlərin  rast 



gəlinməməsi 0 bal, fokal olaraq tək ocaq şəklində görünməsi 1 bal, birdən çox sahədə 

az miqdarda rast gəlinməsi 2 bal, yayılmış şəkildə əksər sahələrdə qeydə alınması 3 

bal ilə qiymətləndirilmişdir (Foto 9A və 9B). 

 

Foto 9A – böyrək patologiyası olan hamilə qadına aid cift nümunəsində lövbər xovda 



yayılmış  hialinoz  (boyaq:  hematoksilin-eozin;  böyütmə:  ×100);  B  -  böyrək 

patologiyası  olan  hamilə  qadına  aid  cift  nümunəsində  çoxsaylı  distrofik  kalsinoz 

ocaqları (boyaq: hematoksilin-eozin; böyütmə: ×40).

 

 



 

 

 



XOVLARARASI  SAHƏDƏ  FIBRIN  LIFLƏRIN  TOPLANMASI 

Ciftdə  terminal  xovların  arasında  az  və  ya  çox  miqdarda  fibrin  liflərin 

çöküntüsü  müşahidə  edilir.  Əsasən  ciftin  hipoksiyası  zamanı  müşahidə  edilən  bu 

dəyişiklik bəzən hətta normal ciftlərdə də görünə bilir. (Foto 10). 




75 

 

 



Foto  10.Böyrək  patologiyası  olan  hamilə  qadına  aid  cift  nümunəsində 

xovlararası  sahədə  bol  miqdarda  fibrin  depozitləri  (boyaq:  hematoksilin-eozin; 

böyütmə: ×100). 

 

Mikroskopik  müayinədə  terminal  xovların  arasındakı  sahələrdə  homogen 



çəhrayı rəngə boyanmış, diqqətlə baxdıqda incə lifli arxitektura ilə seçilən strukturlar 

xarakterikdir.  

 

HAMILƏ QADINLARDA BÖYRƏKLƏRIN XƏSTƏLIKLƏRININ 



PROFILAKTIKASI TƏDBIRLƏRININ IŞLƏNIB  HAZIRLANMASI 

 

 Müasir mərhələdə  sidik-ifrazat  sistemi orqanlarının birincili profilaktikasının 



–  fərdi,  ailə  və  populyasiya  səviyyəsində  təzahür  edən  risk  amillərinin  erkən  aşkar 

edilməsinə əsaslanmış -   təşkilati-metodik məsələlərinin  həll edilməsi aktual olaraq 

qalır.  Bundan  başqa,    son  illər  hamilə  qadınlar  arasında    xronik  xəstəliklərin 

strukturunda  böyrəklərin  patologiyasının  (xüsusilə  sidik-ifrazat  sistemi  orqanlarının 

zədələnmələri  ilə  şərtlənmiş)    xüsusi  çəkisinin  artması  baş  verir.  Bir  qayda  olaraq,  

onlar  çox  gec,  artıq  böyrəklərin  funksiyalarının  dərin  dəyişiklikləri  mərhələsində 

aşkar edilir, bəzən də erkən vaxtda  əlillik və letal nəticələrlə başa çatır. 



76 

 

Hamilə  qadınlar  arasında  sidik-ifrazat  sistemi  orqanlarının  xəstələnmə 



səviyyəsinin  azaldılmasına  yönəldilmiş  müalicə-bərpaedici  və  profilaktika 

tədbirlərinin  təkmilləşdirilməsi  üzrə    elmi  cəhətdən  əsaslandırılmış  kompleks 

proqramın  hazırlanması  zərurəti    hazırkı  tədqiqatların  aparılması  üçün  zəmin 

olmuşdur. 

 Müayinələrin  yekun  mərhələsində  hamilə  qadınlarda  böyrəklərin  mövcud 

profilaktikası  sisteminin    təhlili  aparılmışdır.  Əldə  olunmuş  məlumatların 

epidemioloji  təhlilinin  nəticələrinin  sayəsində  əsas,  ağırlaşmış  və  yanaşı  diaqnozlar 

(xəstəliklərin  10-cu  baxış  Beynəlxalq  təsnifatına  əsasən  qoyulmuş)  da  nəzərə 

alınmaqla  hər  nefroloji  xəstəlik  hadisəsinin  qeydə  alınması  məsləhət  görülür. 

«Böyrəklərin  xronik  xəstəliyi»  diaqnozu  (mütləq  onun  dərəcəsi  təyin  edilməklə)  

qoyulmalıdır. 

  Profilaktika    proqramı  üzrə  aparılan  tədbirlər  hamilə  qadınlarda  hazırkı 

müayinələrin  sayəsində  təyin  edilmiş  böyrək  xəstəliklərinin  formalaşmasının  risk 

amillərinə  təsir  göstərilməsini  nəzərə  tutur.  Müasir  dövrdə  böyrəklərin  xronik 

xəstəliklərinə  şərait  yaradan  məlum  risk  amillərindən  əksəriyyəti  potensial  aradan 

qaldırıla  bilər  və  onlarla  mübarizə    yumaqcıq  filtrasiyasının  saxlanmış  və  ya  cüzi 

azalmış  sürət həcmində xüsusilə səmərəlidir. 

 Həyat keyfiyyətinin göstəriciləri həkimə müalicənin gedişini izləməyə və onun 

nəticəsini  proqnozlaşdırmağa,  yeni  metodların  tətbiqinin  nəticələrini,  həmçinin 

müxtəlif farmakoloji preparatların klinik effektivliyini qiymətləndirməyə imkan verir. 

Həyat keyfiyyətinin dəyişilməsi  heç də həmişə klinik yaxşılaşma ilə paralel getmir. 

Bununla belə,  məhz həyat keyfiyyəti  müalicənin uğurunu və xəstəliyin proqnozunu 

təyin edir. 

  Ənənəvi  olaraq  tibb  elmi  və  təcrübəsində    xəstəliyin  biotibbi  aspektlərinin:   

xəstənin vəziyyətini xarakterizə  edən  və müalicənin nəticələrini əks etdirən klinik və 

metabolik  parametrlərin  öyrənilməsinə  diqqət  verilmişdir.  Lakin    kəskin  xəstəlik 

üçün vacib və kafi  olmasına  rəğmən  xronik xəstəliklər zamanı  ön plana xəstənin 

həyatına  onların  təsir  xüsusiyyətləri,  onun  psixi  və  sosial  statusu    -  həm  öz 

xəstəliyinə, həm də müalicənin nəticələrinə münasibətdə   - çıxır.  



77 

 

 Biotibbi  sağlamlıq  modelin  əvəzinə  biopsixososial  model  gəlir,  onun 



mərkəzində xəstə bir şəxsiyyət kimi durur – xəstəliyə dair  öz subyektiv təsəvvürləri, 

qorxuları  və  həyəcanları,  öz  şəxsi  müşahidələri  və  təcrübəsi    ilə  birlikdə.  Özü  də 

xəstəlik təkcə fərdin özünə deyil, həm də onun ailəsinə, iş yoldaşlarına təsir göstərir. 

  Həyat  keyfiyyətinin  öyrənilməsi  məqsədilə  yaradılmış  metodikaların 

əksəriyyəti  fiziki  və  psixi  vəziyyətlərin,  sosial  məhdudiyyətlərin  öyrənilməsini,  rol  

fəaliyyətini  və  öz  vəziyyətinin  subyektiv  qavranmasını  nəzərdə  tutur.  Həyat 

keyfiyyətinə  həmçinin  xəstənin  yaşı,  cinsi,  sosial-iqtisadi  vəziyyəti,  əmək 

fəaliyyətinin  növü,  dini  fikirləri,  mədəni  səviyyəsi  təsir  edir.    Xəstələrin  həyat 

keyfiyyətinə xəstəliyin təsirinin öyrənilməsi  -  bu və ya digər xəstəliyin nəticəsində 

baş  verən    məhdudiyyətlərin    xəstələr  tərəfindən  özbaşına  qiymətləndirilməsinin 

öyrənilməsinə əsaslanmışdır. Belə məlumatların əldə olunması sorğu vasitəsilə, anket 

və ya sorğu vərəqələrinin, testlərin və ya şkalaların xəstələrin özləri və ya tibb heyəti 

tərəfindən doldurulması ilə mümkündür.  

Yanaşı gedən patologiya BP-nin klinik gedişinin ciddi ağırlaşması  (xəstələrin 

həyat keyfiyyətini ağırlaşdıran) sayılır -  onlara ürək-damar sisteminin, sidik-ifrazat, 

endokrin  sistemin  xəstəlikləri,  qidalanma  pozulmaları  və  maddələr  mübadiləsinin 

pozulması  aiddir,  bu  isə  fiziki  aktivliyin  xeyli  məhdudlaşmasını,  peşə  və  məişət 

qayğılarının  yerinə  yetirilməsi  zamanı  funksional    imkanların  azalmasını  göstərir. 

Ambulator-poliklinika  müəssisələrində  müşahidə  altında  saxlanan  BP  olan  hamilə 

qadınlarda  müalicə-profilaktika  tədbirlərinin  və  bərpaedici  proqramların  müntəzəm 

yerinə  yetirilməsi  psixoloji  salamatlıq  fonunda  həyat  keyfiyyətinin  əksər  fiziki 

meyarlarının optimallaşmasına imkan verir. 

 Beləliklə, BP olan hamilə qadınlarda  HK-nin aşkar olunan fərdi xüsusiyyətləri 

aparılan müalicənin effektivliyinin qiymətləndirilməsi zamanı istifadə edilə bilər. BP-

nin  tam  nəzarətdə  saxlanması  BP  olan  hamilə  qadınların  həyat  keyfiyyətinin  fiziki, 

sosial,  psixoemosional  tərkib  elementlərinə  müsbət  təsir  göstərir  və  onu    sağlam 

şəxslərin  həyat  keyfiyyətinə  yaxınlaşdırır.    İlk  dəfə  olaraq  Bakı  şəhərində  BP  olan 

hamilə  qadınlarda  xüsusi  SF-36  sorğu  vərəqi  vasitəsilə  həyat  keyfiyyətinin  aşağı 




78 

 

səviyyəsi  müəyyən  olunmuş  və  öyrənilmiş,  müalicənin  dinamikasında  onun 



yaxşılaşdırılması üzrə metodlar işlənib hazırlanmışdır.  

IXTISARLARIN SIYAHISI 

 

AFP  - alfa- fetoprotein 



AS – amniosentez 

AFS – antifosfolipid sindrom 

AOS -  antioksidant sistem 

AOM – antioksidant müdafiə 

BPÖ – biparietalölçü  (dölünbaşının) 

AİQ – anadangəlmə inkişaf qüsurları 

DBİL – dölün bətndaxili inkişafının ləngiməsi 

KÇOİX-  kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri 

LHP  - lipidlərin  hidroperoksidləri 

HSQ–histerosalpinqoqrafiya 

YFS- yumaqcıq filtrasiyasının sürətinin  

DN – diabetiknefropatiya 

DDL- sindrom   - disseminasiyalı damardaxili laxtalanma sindromu 

BU – budun uzunluğu 

DNT – dezoksiribonuklein turşusu 

MBY – mədə-bağırsaqyolu 

KT -  kompütertomoqrafiyası 

KUR – kompensator-uyğunlaşma  reaksiyaları 

KTQ – kardiotokoqrafiya 

TQV – turşu-qələvivəziyyəti 

LPS – lipopolisaxarid 

SİY – sidik-ifrazıyolları 

SDX – sidikdaşı xəstəliyi 

TDH – tənəffüsün dəqiqəlik həcmi 

UDQ - uşaqlıq-dölqandövranı 

UCS - uşaqlıq-ciftsahəsi 

MRT - maqnit-rezonanstomoqrafiya 

H.H. – hestasiya həftəsi 

AMH – aşağı molekullu heparinlər 

NL - neytrallipidlər 

HLA – insanın leykositar antigenləri 

KRVİ -  kəskin respirator virus infeksiyaları 

DS -  dölyanı sular 

KRX  - kəskin respirator xəstəlik 

QD – qarındairəsi 

OƏ – oksidləşmə əmsalı 

QOM-test – qranulositlərin oksidləşmə metabolizmi 

CÇ – cift çatışmazlığı 




79 

 

BP – böyrək patologiyası 



NYCVA – normal yerləşmiş ciftin vaxtından əvvəl ayrılması 

PNL – polimorf nüvəli leykositlər 

SAT – sistolik  arterial  təzyiq 

SDO – sistolo-diastolik nisbət 

QZ 

- qan zərdabı 



SRO  - sərbəst radikallı oksidləşmə 

DEBA (VEGF) - damar-endotelial böyümə amili 

SOD  - super oksidismutaza 

TBA – transformasiyaedən  böyümə  amili 

USM – ultrasəs  müayinəsi 

XBP- xronik böyrək  patologiyası 

XP – xronik pielonefrit 

XQ – xronik qlomerulonefrit 

DXBDH – dölün xronik bətndaxili  hipoksiyası 

XQT – xorionikqonadotropin 

KLS- kasacıq-ləyən sistemi 

ÜYT – ürək  yığılmalarının  tezliyi 

MSS – mərkəzi  sinir  sistemi 

sAMF – siklik adenozin  mono fosfat 

DİK – dövredən  immun  kompleks 

FL - fosfolipidlər 

FPK -   feto-plasentar kompleks 

FPÇ  -  feto-plasentar çatışmazlıq 

FPS – fetoplasentar sistem 

ŞNA – şişin nekrozu amili 

EKQ   -  elektrokardioqrafiya 

EXO-KQ -  exokardioqrafiya 

EU – ekskretor uronefroqrafiya 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


80 

 

 



ƏDƏBİYYAT: 

1.

 



Azərbaycan  Respublikasının  Səhiyyə  Nazirliyi.  Doğum  evlərində  (şöbələrində) 

doğuşayardım işinin təşkili üzrə metodik təlimat.  Bakı, 2013. 

2.

 

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi. Vaxtindan əvvəl doğuşlar üzrə  



klinik protokol Bakı, 2011, 16 səh. 

3.

 



BağırovaH.  “Mamalıq”.  AzərbaycanTibbUniversiteti,  TəbibNəşriyyatı,  Bakı, 

2007, 367 səh. 

4.

 

Fizioloji  hamiləliyi  olan  qadınlara  antenatal  qulluq  üzrə  klinik  protokol.  B.: 



Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin TTTQBZ, 2008, 20 səh. 

5.

 



 Məmmədov  C.,  Əliyeva  F.,  Əliyeva  E.,  Axundova  N.,  Məmmədova  L., 

Bədəlova  A.,  Qəhrəmanova  F.,  Babayeva  A.,  Hüseynova  G.  Vaxtından    əvvəl 

doğuşlar üzrə klinik protocol, Bakı, 2011, 16 səh.  

6.

 



 Məmmədov  C.,  Əliyeva  F.,  Tağıyeva  İ.,  Məmmədova  L.,  Bədəlova  A., 

Rəhimova Ş., Qazıyeva S. Döl qişalarının vaxtından əvvəl cırılmasının  diaqnostika 

müalicəsi üzrə klinik protocol, Bakı, 2011, 19 səh.   

7.

 



Məmmədov C., Əliyeva F., Abışov N., Əliyeva E., Həsənova M., Qurbanova 

V., Vəzirova R., Şəmsəddinskaya N., Quliyeva G., Orucova L. Hamiləlik dövründə 

trombofilik ağırlaşmalar üzrə klinik protokol. Bakı, 2013, 28s.  

8.

 



Məmmədov  C.,  Əliyeva  F.,  Axundova  N.,  Əliyeva  E.,  Məmmədova  L., 

Bədəlova  A.,  Qəhrəmanova  F.,  Babayeva  A.,  Hüseynova  G.  Normal  doğuş  üzrə 

klinik protokol.  Bakı, 2012. 24 səh.  

9.

 



Tağıyev N.Ə. Neonatologiya: dərslik / ATİ.  B.: Çaşıoğlu, 2008, 536 səh. 

10.


 

 Безнощенко Г.Б. Беременность и пиелонефрит. Омск, 2006, 178 с. 

11.

 

Волков А.Е.  Ультразвуковая  диагностика  в акушерстве и  гинекологии. 



Ростов-на-Дону, Феникс, 2007, 477 с. 

12.


 

Гайтон  А.К.,  Джон  Э.  Холл.  Медицинская  физиология.  М:    Логосфера 

2008, 1256с. 

13.


 

Иванов Д.Д. Лекции по нефрологии . Донецк: издатель Заславский А. Ю., 

2010, 200 с. 



81 

 

14.



 

Лопатин Н.А. Урология. М: ГЭОТАР-Медиа, 2007; 368с. 

15.

 

Максимова  А.С.  Заболевания  почек.  Санкт-Петербург,  Феникс,  2007, 



256с.  

16.


 

Медведев  М.В.  Алгоритмы  пренатальной  диагностики:  Учеб.  пособие 

.М.: «Реальное Время», 2005, 168с. 

17.


 

Мухин  Н.А.  Нефрология:  национальное  руководство.  М.:  Гэотар-Медиа, 

2009, 720 с.  

18.


 

 Тареева И.Е. Нефрология: рук.для врачей. М.: Медицина, 2007,  688 с. 

19.

 

Харкевич  О.Н.,  Лискович  В.А.,  Шишко  Г.А.  Методические 



рекомендации. 

Алгоритмы 

анализа 

эффективности 

акушерской 

и 

перинатальной  служб  в  лечебно-профилактических  учреждениях  республики. 



М., 2006, 20 с. 

20.


 

 Шехтман М.М.  Руководство  по  экстрагенитальной  патологии  у 

беременных. М.: Триада, 2003, 816 с. 

21.


 

Шехтман М.М. Акушерская нефрология. М.: Триада - X, 2010, 256 с. 

22.

 

Шехтман М.М.,  Павлов  В.В. ,  Линева  О.И.  Почки  и  беременность. 



Самара: ГП Перспектива, 2007, 256 с. 

23.


 

Шрайер  Р.В.  Руководство  по  нефрологии.  Пер.  с  англ.  Под  ред.  Н.А. 

Мухина. М: ГЭОТАР-Медиа,  2009; 547с. 

24.


 

Экстрагенитальная  патология  и  беременность.  Под  ред  Л.С.  Логутовой. 

М: Литтерра, 2012, 431с. 

25.


 

Энкин  М.  Т.  Руководство  по  эффективной  помощи  при  беременности  и 

рождении ребенка: СПб.: ИД «Петрополис», 2009, 240с. 

 

 



 

 

 



 

                                   




82 

 

 



                                MÜNDƏRİCAT: 

 

Hamilə 



qadinlarda 

böyrək 


patologiyasi 

probleminin 

müasir 

vəziyyəti............................................... 



Böyrəklərin müxtəlif xəstəlikləri zamanı hamiləlik və doğuşlar................... 

Pielonefrit............................................................................................. 

Qlomerulonefrit........................................................................... 

Sidikdaşixəstəliyi........................................................................................ 

Hidronefroz.................................................................................................... 

Böyrəklərin anomaliyasi........................................................................................ 

Simptomsuz bakteriuriya........................................................................................... 

Böyrək 


patologiyası  zamanı  hüceyrə  membranlarının  struktur-funksional 

dəyişiklikləri......................................................................................................... 

Böyrək patologiyası olan qadınlarda hamiləliyin və doğuşların aparılmasının ümumi 

prinsipləri................................................................................................ 

Hestasiya  zamanı  sidik-ifrazat  sisteminin  (SİS)  infeksiyalarının  laborator 

diaqnostikası....................................................................................................... 

Hamiləlik zamanı SİS-nin infeksiyalarının diaqnostikası zamanı aparılan instrumental 

müayinələr..................................................................................... 

Hamiləlik zamanı SİS-nin infeksiyalarının profilaktikası və müalicəsi...... 

Bakı  şəhərində  hamilə  qadınlarda  böyrəklərin  patologiyası  ilə  xəstələnmənin 

strukturu........................................................................................................ 

Böyrək  patologiyasi  olan  hamilələrə  aid  cift  nümunələrinin  histopatoloji 

xüsusiyyətləri................................................................................................................... 

Hamilə qadınlarda böyrək xəstəliklərinin profilaktikası............................ 

İxtisarlarin siyahisi........................................................................... 

İstifadə olunmuş ədəbiyyatin siyahisi................................... 

 

 



83 

 

 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə