H. F. Bağirova, Ş. H. QƏDİmova böYRƏk xəSTƏLİKLƏRİ VƏ hamiLƏLİK



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə8/24
tarix18.05.2018
ölçüsü0,6 Mb.
#44665
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   24

23 

 

   



Qlomerulonefritin  diaqnostikasında  laborator  məlumatlar  xüsusi  əhəmiyyət 

daşıyır:  sidikdə    xəstəliyin  formasından  asılı  olaraq    0,01-dən  90  q/l-ə  qədər  zülal; 

sidiyin  Neçiporenko  üsulu  ilə  müayinəsi  zamanı  -  eritrositlərin  miqdarının  artması 

aşkar  edilir.  Qan  zərdabının  və  sidiyin  immunkimyəvi  müayinəsi  zamanı  filtrasiya 

səddlərinin  qlomerulyar  tipi  üzrə  zədələnməsi  nəzərə  çarpır.  Hamiləlik  zamanı 

qlomerulonefrit  ilə  xəstələrdə    çox  vaxt  normal  yerləşmiş  ciftin  vaxtındanəvvəl 

ayrılması, qanın laxtalanma sisteminin dəyişiklikləri, hamiləliyin başa çatdırılmaması 

və dayandırılması, dölün böyüməsinin ləngiməsi sindromu, həmçinin preeklampsiya  

rast gəlir . 

 Diferensial  diaqnoz  -    ürək-damar  xəstəlikləri,  pielonefrit,  eklampsiya  ilə 

aparılır.  Qlomerulonefrit  hamiləliyin  dayandırılması  üçün  mütləq  göstəriş  deyildir. 

Lakin  yadda  saxlamaq  lazımdır  ki,    ana  və  döl  üçün  proqnoz    ciddi  ola  bilər. 

Preeklampsiya  erkən  inkişaf  edir  və  çox  ağır  keçir.  11%  qadınlarda    özbaşına 

düşüklər müşahidə edilir, 29%-də vaxtındanqabaq doğuşlar baş verir. Ensefalopatiya, 

ürək,  böyrək  çatışmazlığı  kimi  ağırlaşmalar  da  mümkündür,  onlar  qadının  ölümünə, 

dölün hipotrofiyasına və hipoksiyasına (onun antenatal ölümünə qədər) gətirib çıxara 

bilər.  Yarımçıq  doğulmuş  uşaqların  doğuşdan  sonra  ölməsi  ehtimalı  yüksəkdir. 

Hamiləlik  vaxtı,  doğuş  zamanı  və  doğuşdansonrakı  dövrdə    qanaxmalar  da 

mümkündür, belə ki,  DDL (disseminasiyalı damardaxili laxtalanma) sindromunun I 

mərhələsi  üçün  səciyyəvi  olan  trombositopeniya,  koaqulyasiya  həlqəsində 

dəyişikliklər    inkişaf  edir.    Sonralar    DDL  sindromunun  2-ci  və  hətta  3-cü  tipi  üzrə 

ağır hipokoaqulyasiya  baş verə bilər.  Hamiləliyin erkən vaxtlarında hamilə qadının 

müayinəsi  və  hamiləliyin  saxlanması  məsələsinin  həlli  vacibdir.  Kəskin 

qlomerulonefrit  hamiləliyin dayandırılması üçün göstəriş sayılır.  Keçirilmiş kəskin 

qlomerulonefritdən  sonra    3-5  ildən  tez  olmayaraq  yenidən  hamilə  qalmağa  izacə 

verilir.  Kəskinləşmə  mərhələsində  olan  və  kəskin  hipertenziya  və  azotemiya  ilə 

müşayiət edilən xronik qlomerulonefrit hamiləliyin uzadılması üçün əksgöstərişdir. 

 Qlomerulonefrit  olan  qadında  hamiləliyin  aparılması  və  müalicəsi    mama-

ginekoloq  və  nefroloq  ilə  birlikdə  həyata  keçirilir.  Hamiləliyin  erkən  vaxtlarında 

birincili  hospitalizasiyadan  başqa,    həmçinin  xəstənin  ümumi  vəziyyət  ağırlaşdıqda,  




24 

 

hamiləliyin  pozulması  təhlükəsi  əlamətləri,  preeklampsiya,  dölün  hipoksiyası  və 



hipotrofiyası  olduqda  hamiləliyin  istənilən  müddətlərində  stasionar  müalicənin 

aparılmasına  göstəriş  vardır  .  Hamiləliyin  36-37-ci  həftəsində  qadını  doğuşa 

hazırlamaq və doğuş metodunu seçmək üçün hamilə qadınların patologiyası şöbəsinə 

planlı  hospitalizasiyanın  aparılması  vacibdir.  Böyrəklərin  funksiyasının  pozulması 

(sutkalıq diurezin,  yumaqcıq filtrasiyasının, böyrəyin qan dövranının azalması, zülal 

mübadiləsinin 

pozulması, 

azotemiyanın 

artması, 

AT-nin 


yüksəlməsi, 

preeklampsiyanın  ağır  formalarının  qoşulması,  aparılan  müalicənin  səmərə 

verməməsi)  ilə  müşayiət  olunan  xronik  qlomerulonefritin  kəskinləşməsini  doğuşun 

vaxtındanəvvəl  aparılmasına  göstəriş  sayırlar.  Bu  zaman  doğuş  yollarının 

hazırlanması və doğuşu oyatmaq üçün ümumi qəbul edilmiş sxem təyin edilir. Doğuş 

vaxtı  spazmolitiklər,  analgetiklər  tətbiq  edilir,  qanaxmaların  profilaktikası  aparılır.  

Doğuşun  II  mərhələsi    AT-nin  qiymətindən,  dölün  vəziyyətindən  (idarə  olunan 

hipotoniya,  mamalıq  maşaları,  perineotomiya)  asılı  olaraq  aparılır.  Qlomerulonefriti 

olan  hamilə  qadınlarda  Qeysəriyyə  kəsiyi    nadir  hallarda,  əsas  etibarilə  mamalıq 

göstərişlərinə  görə  yerinə  yetirilir.  Doğuşdansonrakı  dövrdə  vəziyyəti  ağırlaşdıqda 

zahı qadını ixtisaslaşdırılmış stasionara keçirirlər ki, bundan sonra o, terapevtin və ya 

nefroloqun nəzarəti altında saxlanır . 

 Kəskin qlomerulonefritin müalicəsini antibiotiklər (penisillin və onun sintetik 

analoqları)  ilə  başlanılır,  həmçinin  sidikqovucu  preparatlarla  birlikdə  hipotenziv 

vasitələrdən  istifadə  edilir.  Qlomerulonefritin  hipertonik  formasında  periferik 

vazodilatatorlar, qanqlioblokatorlar, ürəyin işini  azaldan vasitələr (klofelin 0,000075-

0,00015 dozada gündə  2-4 həb, anaprilin 0,01 dozada gündə 4 dəfə yeməkdən sonra, 

obzidan  0,04  dozada  gündə  2-4  dəfə    və  ya    0,1%  məhlul  şəklində  ə/d  1-5  ml; 

apressin 0,01-0,025 dozada gündə 2-4 dəfə, 2%-li papaverin məhlulundan  ə/d 2,0 ml, 

1%-li  dibazol  məhlulu    ə/d  2-3  ml,  2,4%-li  eufillin  məhlulu  v/d  10  ml;  diadinamik 

cərəyan,  yaxalıq  zonasının  qalvanizasiyası,  böyrəklər  nahiyəsinə  impuls  rejimində 

US;  v/d  zülal  preparatları:  albumin  5%-10%-20%  -  75-100  ml,  protein  200-300  ml, 

quru  plazma  1:3  nisbətində  200-100  ml  həftədə  1-2  dəfə,  vitaminlər, 

desensibilizasiyaedici vasitələr istifadə edilir. Kəskin böyrək çatışmazlığı  zamanı ilk 




25 

 

öncə  diaqnostik  və  müalicə  məqsədilə  sidik  axarlarının  kateterizasiyasını  aparmaq 



lazımdır . 

 

SIDIK DAŞI XƏSTƏLIYI 



 

     Sidik daşı xəstəliyi (SDX)  0,1-0,2% hamilə qadında və zahı qadında rast gəlinir.  

Böyrəklərdə  daşların  əmələ  gəlməsi  mexanizmi  indiyə  qədər  məlum  deyildir.  

Şübhəsiz,  söhbət  polietioloji  xəstəlikdən  gedir.  SDX-nin  inkişaf  etməsində 

aşağıdakılar rol oynayır: fosfor-kalsium mübadiləsinin dəyişilməsi, sidik və kəhraba 

turşusunun mübadiləsinin pozulması, sidik axarlarının və ləyənciklərin genişlənməsi, 

onların  tonusunun  azalması,  sidiyin  axmasının  çətinləşməsi  və  sidiyin  qatılığının 

yüksəlməsi – bunların hamısı  daşların əmələ gəlməsinə şərait yaradır.  İnfeksiyaların 

da  böyük  rolu  vardır.  Xəstənin  endemik  ocaqda  yaşaması  ehtimalına  da  diqqət 

vermək  lazımdır.  Xronik  pielonefritin  olması  isə  aparıcı  amil  sayılır.  Xronik 

pielonefrit 85% hamilə qadınlarda sidik daşı xəstəliyi ilə ağırlaşır, 80%-də isə  sidik 

daşı xəstəliyinə pielonefrit qoşulur. 

      Hamiləliyin  konkrementlərin  sürətlə  böyüməsi  üçün  əlverişli  şərait  yaratması 

haqqında  söylənilən  fikirlər    sidikdə  duzların  yüksək  miqdarda  olmasına,  hormonal 

dəyişikliklərin  baş  verməsinə,    urodinamikanın  pozulmasına  və  böyrəklərdə  iltihab 

prosesin  ağırlaşmasına  əsaslanmışdır.    Eyni  zamanda  hamiləlik  indiyə  qədər  latent 

sürən xəstəliyin aşkar edilməsinə də imkan verir.  Məsələn, sidik daşı xəstəliyinin ən 

ağır forması -  mərcanşəkilli daşlar – çox vaxt az nəzərə çarpan simptomlarla keçir, 

yalnız  hamiləlik  zamanı  böyrəklərin  funksiyası  kəskin  pozulduqda  aşkar  erdilir.  

Nefrolitiaz    və  onun  fəsadları    hamiləliyin  saxlanması  üçün  ciddi  maneə  ola  bilər, 

çünki  morfoloji  dəyişikliklərin  xarakteri  xəstəliyin  müddətindən,  iltihab  prosesinin 

olmasından,  sidik  yollarının  obstruksiyasından  asılıdır.    Böyrəklərin  fuknsiyasının 

daha  əhəmiyyətli  dəyişiklikləri  ikitərəfli  nefrolitiaz  və  ya  yeganə  böyrəyin 

zədələnməsi  zamanı  müşahidə  olunur.  Urodinamikanın  dəyişilməsi  və  sidik 

axarlarının hipertorofiyası daşların yerdəyişməsinə kömək edir, ona görə də hamiləlik 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə