H. F. Bağirova, Ş. H. QƏDİmova böYRƏk xəSTƏLİKLƏRİ VƏ hamiLƏLİK



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə2/24
tarix18.05.2018
ölçüsü0,6 Mb.
#44665
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   24

 

təşkil  edir,  bu  zaman  seçim  qrupu  çox  vaxt  aminoqlikozidlər  və  1-3-cü  nəsil 



sefalosporinlər  sayılır.  Lakin  antibiotiklərə  bəslənən  ümidlər  özünü  tam 

doğrultmamışdır, antibiotikoterapiya  isə heç  də  təhlükəsiz  müalicə  metodu deyildir, 

çünki  çoxlu  sayda  ağırlaşmalar,  əlavə  reaksiyalar,  allergiyanın  baş  verməsi, 

immunitetin  zəifləməsi  ilə  müşayiət  olunmuş  və  eyni  zamanda  mikrofloranın 

davamlılığı üzündən heç də həmişə sağalmaya gətirib çıxarmamışdır.  Ona görə də, 

son  illər  alimlərin  axtarışları  həm  antibotiklərin  mənfi  xüsusiyyətlərindən  məhrum 

olan  yeni  mikrobəleyhinə  və  antivirus  agentlərin  yardılmasına,  həm  də    elm  və 

texnikanın  müasir  nailiyyətlərindən  istifadə  etməklə  birgə  hamilə  qadınlarda 

pielonefritin  digər  müalicə  metodlarının  işlənib  hazırlanmasına  istiqamətlənmişdir.  

Belə  istiqamətlərdən  biri  orqanizmin  qeyri-spesifik  reaktivliyinin  artırılması, 

immunitetin  bərpa  olunması  sayılır  ki,  onlar  da  iltihab  ocağının  ləğv  edilməsinə  və 

xəstələrin sağalmasına yönəldilmişdir. 

   Sidik daşı xəstəliyi 0,2-0,8% hamilə qadınlarda rast gəlir və bu göstərici ildən 

ilə  yüksəlir.  Belə  vəziyyət  müasir  həyat  tərzi  ilə  bağlıdır:  fosfor-kalsium 

mübadiləsinin dəyişikliklərinə səbəb olan hipodinamiya, qidada purinlərin bol olması 

və onun nəticəsində hiperurikemiya və hiperurikuriyanın baş verməsi.  Sidik daşının 

etiologiyasında böyrəklərin interstisial toxumasında yerləşən  infeksiyaya (pielonefrit 

zamanı) böyük rol ayrılır. İnfeksiya daşların əmələ gəlməsinə şərait yaradır, daşlar isə 

sidik  yollarını  zədələyərək    və  urodinamikanı  dəyişdirərək  infeksiyanın  yayılmasını 

və  pielonefritin  inkişaf  etməsini  asanlaşdırır.  Xronik  pielonefrit    85%  xəstələrdə 

nefrolitiaz  ilə  ağırlaşa  bilər,    60-80%  xəstələrdə  isə  infeksiya  nefrolitiaza  qoşulur.  

Simptomsuz  bakteriuriya  fonunda  təqribən  30-40%  hallarda    kəskin  pielonefrit 

inkişaf  edir,  ona  görə  də,  belə  hamilə  qadınlara  profilaktik  müalicənin  vaxtında 

aparılması vacibdir. 

 Sistit    sidik-ifrazat  sisteminin  və  cinsiyyət  orqanlarının  müxtəlif  patoloji 

vəziyyətlərini  müşayiət  edir.  O,  pielonefritin  və  ya  digər  uroloji  xəstəliklərin  ilk 

əlaməti ola bilər.  Hamiləlik zamanı simptomsuz bakteruriyanın və sistitin vaxtında 

aşkar edilməsi,   müalicə olunması kəskin pielonefrit riskinin  həm ana, həm də döl 




 

üçün onun həqiqi fəsadlarının (çox vaxt bu, hamiləliyin pozulması və ya doğuşların 



vaxtındanəvvəl baş verməsi təhlükəsidir) xeyli azalmasına gətirib çıxarır. 

Yuxarıda  deyilənlər  müasir  diaqnostika  metodlarının  informativliyinin  kafi 

olmamasını,  həmçinin  hamilə  qadınlarda  böyrəklərin  patologiyasının  kompleks 

patogenetik müalicəsi prinsiplərinin gələcəkdə təkmilləşdirilməsinin zəruri olduğunu 

göstərir.  Mamalığın  nəticəsini  və  böyrəklərin  xəstəliklərinin  gedişinə  hamiləliyin 

mənfi  təsir  göstərməsi  ehtimalını  müəyyən  edən  əsas  amillərə  böyrəklərin  ilkin 

fəaliyyəti  və  AT-nin  səviyyəsi  (böyrəklərin  patologiyasının  xarakterindən  asılı 

olmayaraq) aiddir. Əvvəllər keçirilmiş böyrək xəstəliklərin olmasını  ənənəvi  olaraq 

hamiləlik  üçün  əlverişsiz  amil  sayılır  (əksgöstəriş  deyildirsə).  Bununla  belə, 

məlumdur  ki,  əksər  hallarda    böyrəklərin  patologiyası  olan    qadınlarda  hamiləlik  

funksional dəyişikliklər və arterial təzyiq olmadıqda əlverişli keçir. Məsələn,  xronik 

qlomerulonefrit  zamanı  xəstəlik  hallarının  yarısında  hamiləlik  xəstəliyin  gedişinə 

əhəmiyyətli  təsir  etmir,  baş  verən  ağırlaşmalar  isə  2/3  hallarda  geriyə  dönəndir  və 

85%  halda    hamiləlik      diri  uşaqların  doğulması  ilə  başa  çatır.  Diabetik  nefropatiya 

(DN) zamanı hamiləliyin əlverişli gedişi və nəticələnməsinə dair məlumatlar vardır. 

Beləliklə,  hamiləliyin başa  çatdırılması  imkanı  və onun  təqibi  taktikası  məsələsinin 

həlli  BP və hamiləliyiin bir-birinə qarşılıqlı təsirinin xüsusiyyətlərinin daha dərindən 

anlaşılmasını    tələb  edir.  Hamilə  qadında  ekstragenital  patologiyanın,  xüsusilə  də 

böyrək  patologiyasının  olması  xəstələrin  bu  qrupuna  tibbi  yardımın  göstərilməsi 

zamanı  müalicəvi-diaqnostik  standartın  yerinə  yetirilməsi  üçün  əlavə  məsrəflərin 

aparılmasını tələb edir.   Qadın məsləhətxanasında hamilə qadınlar üzərində aparılan 

tibbi    müşahidənin  keyfiyyətinin  artırılması  üzrə  bir  çox  tibbi-təşkilati  tədbirlərin 

qəbul edilməsinə baxmayaraq, BP olan hamilə qadınlara tibbi yardımın göstərilməsi 

zamanı müalicəvi-diaqnostik standartın yerinə yetirilməsində bir çox səhlənkarlıqlara 

yol  verilmişdir  ki,  bu  da    hospital  mərhələsində  xəstəliyin  diaqnostikasına  və 

müalicəsinə sərf olunan vəsaitin izafi xərclənməsinə gətirib çıxarmışdır. 

  Beləliklə,    hamilə  qadınlarda  böyrəklərin  xəstəliklərinin  geniş  yayılmasını, 

onların  tibbi-sosial  əhəmiyyətini  təsdiq  edən  çoxlu  sayda  elmi  işlərin  aparılmasına 

baxmayaraq,  qadın  məsləhətxanasında  hamilə  qadınlara  göstərilən  müalicəvi-



 

diaqnostik  yardımın  optimallaşdırılmasına  dair  tədbirlərin  hazırlanmasına  həsr 



olunmuş işlər praktik olaraq yoxdur. 

Hamilə  qadınlarda  estragenital  patologiyalar  arasında    böyrəklərin  və  sidik-

ifrazıat  sisteminin    xəstəlikləri  ürək-damar  sisteminin  xəstəliklərindən  sonra  ikinci 

yerdə durur və həm ana, həm də döl üçün təhlükə təşkil edir. Preeklampsiya da erkən 

vaxtda  işkişaf  edir  və  ağır  keçir,  çox  vaxt  özbaşına  düşüklər,  vaxtındanqabaq 

doğuşlar,    normal  yerləşmiş  ciftin  vaxtındanəvvəl  ayrılması,  dölün  bətndaxili 

yoluxması,  onun  hipotrofiyası  və  xronik  hipoksiya,  uşaqların  vaxtındanəvvəl 

doğulması, ölü doğuşlar baş verir.  Öz növbəsində hamiləlik  böyrək patologiyasının 

yaranmasına, yaxud  böyrəklərin hamiləliyə qədər latent keçən xronik xəstəliklərinin 

kəskinləşməsinə  təkan verə bilər. 

   Hamilə  qadınlarda  böyrək  xəstəliklərinin  (onlar  hamiləliyin,  doğuşların 

nəticəsinə  və  yenidoğulmuşların  sağlamlıq  vəziyyətinə  əhəmiyyətli  təsir  göstərir) 

artması  meyli    xəstələrin  bu  qrupuna    göstərilən  müalicəvi-diaqnostik  yardımın 

keyfiyyətinin  və  həcminin  öyrənilməsinə  yönəldilmiş  müayinələrin  aparılması 

zərurətini  yaratmışdır.  Həyata  keçirilən  tədqiqat  işlərinin  əksəriyyətində  mama-

ginekoloji  xidmətin  işinin  təşkili  məsələləri,  ana  və  uşaqların  sağlamlığının 

mühafizəsi  sistemində  tibbi  yardımın  göstərilməsi  ilə  əlaqədar  aparılan  işin  həcmi 

öyrənilmiş,  çox  az  elmi-tədqiqat  işlərində  isə  ekstragenital  patologiyanın  müxtəlif 

formaları  qeyd  edilən  hamilə  qadınlara  münasibətdə  aparılan  müalicə-diaqnostik 

xidmətin effektivliyi təhlil olunmuşdur.    

  Tibbi  xidmətin  göstərilməsi  zamanı  maliyyə  vəsaitinin  sərf  olunduğu  ən 

mühüm istiqamətlərdən biri  diaqnostik təminata qoyulan xərclər sayılır, çünki onlar  

müalicə  prosesinin  yekun  göstəricilərinə  böyük  təsir  edir.    Hamilə  qadında 

ektragenital  patologiyanın  olması    xəstələrin  bu  qrupuna  tibbi  yardım  göstərildikdə 

müalicə-diaqnostik  standartın  yerinə  yetirilməsinə    əlavə  vəsaitin  sərf  olunmasını 

tələb  edir.  Qadın  məsləhətxanalarında  tibbi  yardımın  keyfiyyətinin  yüksəldilməsi 

üzrə  bir  sıra  tibbi-təşkilati  tədbirlərin    qəbul  edilməsinə  baxmayaraq,  ekstragenital 

patologiyası  olan  hamilə  qadınlara  tibbi  yardımın  göstərilməsi  zamanı    müalicə-

diaqnostik  standartın yerinə yetirilməsindən kənara çıxma halları nəzərə çarpır ki, bu 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə