H. F. Bağirova, Ş. H. QƏDİmova böYRƏk xəSTƏLİKLƏRİ VƏ hamiLƏLİK



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə1/24
tarix18.05.2018
ölçüsü0,6 Mb.
#44665
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   24


 

H.F. BAĞIROVA,  Ş.H.QƏDİMOVA 



 

 

 

BÖYRƏK XƏSTƏLİKLƏRİ VƏ HAMİLƏLİK 

(dərs vəsaiti) 

 

 

 

 

 

 

 

 

 

 

 

Bakı – 2017 

 

 

 

 


 

Tibb elmləri doktoru, professor H.F.Bağırova 



Tibb üzrə fəlsəfə doktoru Ş.H.Qədimova 

Böyrək xəstəlikləri və hamiləlik  (dərs vəsaiti) 

 

 

Rəyçi:   



 

 

Dərs  vəsaiti  Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyinin  ...........  2017-cı  il 



tarixli ....... saylı kollegiyasının qərarı əsasında təsdiq edilmişdir. 

 

Dərs  vəsaiti  Azərbaycan  Tibb  Universitetinin  tədris  proqramı  əsasında  tərtib 



edilmişdir.  Burada  hamilə  qadınlarda  böyrək  xəstəliklərinin  klinik  gedişinin 

xüsusiyyətləri  və  xəstəliyin  klinik  simptomlarının  müxtəlif  qruplarının  diferensial 

əlamətləri    və    yanaşı  gedən  infeksion-  iltihabi    və  ginekoloji  xəstəliklərin  onun 

gedişinə  təsiri,  sidik-ifrazıat  yollarının  xəstəliklərinin  hamiləliyin  gedişinə  və 

nəticəsinə  təsiri  (xəstəliyin  klinik  gedişi  ağırlaşdıqca  və  hamiləliyin  müddəti 

uzandıqca  güclənən)  və  s.  məsələlər  öz  əksini  tapmışdır.  Dərs  vəsaitində  

planlaşdırılan və hazırkı hamiləlik dövründə böyrək xəstəliklərinin  efefktiv müalicə 

metodlarına  geniş  yer  ayrılmışdır.  Dərs  vəsaitindən  həmçinin  praktik  həkimlər  də 

istifadə edə bilər.   

 

 



 

Bakı- 2017 




 

HAMİLƏ QADINLARDA BÖYRƏK PATOLOGİYASI PROBLEMİNİN 



MÜASİR VƏZİYYƏTİ  

 

  Müasir  dövrdə  sidik-ifrazat  sistemi  orqanlarının  patologiyası  tibb  elmi  və 



təcrübəsinin  başlıca  mühüm  problemlərindən  biri  olub  hamilə  qadınların 

xəstələnməsinin  strukturunda  aparıcı  yerlərdən  birini  tutur.  Böyrək  xəstəliklərinin 

geniş  yayılması,  onların  tibbi-sosial  əhəmiyyəti  və  patologiyanın  əlilliklə 

nəticələnməsi  hamilə  qadınlarda  sidik-ifrazat  sistemi  orqanlarının  xəstəliklərinin 

erkən  diaqnostikası  və  profilaktikası  probleminin  mühüm  əhəmiyyətə    malik 

olduğunu  göstərir.  Böyrəklərin  bir  çox  xəstəliklərinin    aqibəti    olan  xronik  böyrək 

çatışmazlığı    daha  ağır  patoloji  vəziyyət  hesab  edilir.  Hamilə  qadınlarda  böyrək 

xəstəlikləri zamanı hamiləliyin başa çatdırılmamasının yüksək tezliyi (15-20%), onun 

azalma  meylinə  malik  olmaması,    yanaşı  gedən  mamalıq  patologiyasının 

şiddətlənməsi,  perinatal  və  postnatal  ağırlaşmaların  inkişaf  etməsi  bu  patologiyanın 

aktuallığını artırır. 

 Qadın  orqanizminin  xüsusiyyətləri,  böyrəklərin  və  hamilə  qadının  uşaqlığının 

bir-birinə  topoqrafik  baxımdan  yaxın  olması,  qarın  boşluğunun  hemodinamikasının 

əhəmiyyətli  dəyişiklikləri,  limfa  sisteminin  drenaj-dezintoksikasiya  funksiyasının, 

immunitetin  xeyli  zəifləməsi,  qadınlarda  homeostazın  tənzimləmə  sistemlərindən 

birinin  –  böyrəklərin  sidik-ifrazat  funksiyasının  əvvəldən  zədələnməsi  bu 

xəstəliklərinin  etiologiyasında,  patogenezində,  diaqnostikasında    özünəməxsus    rol 

oynayır və  spesifik profilaktika və müalicə taktikasının aparılmasını tələb edir.  Bu 

zaman  müalicənin  hər hansı bir üsulunun effektivliyinin qiymətləndirilməsi patoloji 

prosesin  ağırlıq  dərəcəsi  ilə  əldə  edilən  effektin  müqayisəsi  aparılmadan  mümkün 

deyildir. Bir çox hallarda infeksion proses yayılmış xarakter daşıyır, sepsisin inkişaf 

etməsinə gətirib çıxarır.   

 Bir sıra tədqiqatçılar qeyd edirlər ki, sidik-ifrazat yollarının xəstəlikləri hamilə 

qadınlarda  ən  geniş  yayılmış  patologiyalardan  birinə  aiddir.  Belə  qadınlarda 

hamiləliyin,  doğuşların  ağırlaşmaları  daha  çox  inkişaf  edir,  bir  qayda  olaraq,  dölün 



 

inkişafının ləngiməsi  meydana çıxır, eləcə də,  döl beyin qan dövranının pozulması 



əlamətləri və digər əlverişsiz neonatal nəticələrlə  doğulur. 

   Sidik-ifrazat 

sisteminin 

xəstəliklərinin 

doğuşların, 

hamiləliyin 

və 

doğuşdansonrakı dövrün gedişinə, həmçinin  dölün  və yenidoğulmuşun vəziyyətinə 



təsiri    bir  çox  tədqiqatçılar  tərəfindən  öyrənilmişdir.  Hamiləliyin  və  sidik-ifrazat 

sisteminin  xəstəliklərinin  birgə  gedişi    çox  vaxt  bir  sıra  ağırlaşmalarla:  hamiləliyin 

başa  çatmaması  (I  trimestrdə  özbaşına  düşüklər,  inkişafdan  qalmış  hamiləlik); 

vaxtındanqabaq 

doğuşlar; 

dölün 


bətndaxili 

infeksiyalaşması 

(bətndaxili 

pnevmoniyanın  inkişaf  etməsi  mümkündür);    ciftin  funksiyasının  pozulması    ilə 

müşayiət  olunur  ki,  bu  da  dölün  formalaşmasına  və  inkişafına  mənfi  təsir  göstərə 

bilər .  Bəzən  böyrəklərin və sidik-ifrazat orqanlarının patologiyası ilk dəfə hamiləlik 

vaxtı  aşkar  edilir.  Hamiləlik  vaxtı  mamalıq  təcrübəsində  ən  çox  yayılmış 

xəstəliklərdən biri sidik-ifrazıat sisteminin infeksion-iltihabi xəstəlikləri (simptomsuz 

bakteriuriya, sistit, pielonefrit, sidik daşı xəstəliyi) hesab edilir. 

  Hamilə  qadınlarda  pielonefritin  diaqnostikası  və  müalicə  metodarının 

öyrənilməsinə  həsr  olunmuş  xeyli  sayda  işlərə  baxmayaraq,    xəstələnmənin  yüksək 

səviyyədə qalması (xüsusilə də gənc qadınlar arasında) pielonefritin tez-tez baş verən  

kəskinləşmələri,  o  cümlədən  hamiləlik  vaxtı,  irinli  ağırlaşmaların  inkişaf  etməsi 

təhlükəsi  və  sonradan  onun  xronik  formaya  keçməsi,    böyrəklərin  fəaliyyətinin 

dayanması ilə əlaqədar bu problem indiyə qədər öz aktuallığını itirmir.  

 Lakin    bu  illər  ərzində  hamilə  qadınlarda  pielonefritlə  xəstələnmə  səviyyəsi  o 

qədər də azalmamışdır, silinmiş və atipik xəstəlik hallarının sayının artması isə erkən 

diaqnostikanı  çətinləşdirir  və    məqsədyönlü    səmərəli  müalicəsinin    başlanmasını 

gecikdirir  ki,  bu  da  müasir  şəraitdə  erkən  diaqnostika  problemini  daha  da 

aktullaşdırır,    yeni  tədqiqatların  aparılmasını  tələb  edir.    Bir  çox  tədqiqatçıların 

fikrincə, yalnız erkən diaqnostika və vaxtında aparılan səmərəli müalicə bu xəstələrin 

maksimal  dərəcədə  sağalmasını  təmin  edə  bilər.  Hamilə  qadınlarda  pielonefritin 

müalicəsinin  əsas  istiqaməti    hazırda  kombinə  olunmuş,  böyrəklərdən  törədicinin 

eliminasiyasına  yönəldilmiş  antibakterial  müalicə  sayılır.  Tibbi-iqtisadi  standartlara 

uyğun olaraq antibakterial müalicənin əsasını  geniş təsir spektrinə malik antibiotiklər 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə