Güloğlan Dünya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/15
tarix17.11.2017
ölçüsü2,8 Kb.
#10721
1   ...   7   8   9   10   11   12   13   14   15

Азадлыг миллятин сяадятидир
 
 
  
67
 
 
YER ÜZÜKSƏ GÜNƏŞ ONUN QAŞIDI 
 
Yer günəşə bağlanıbdı, daş yerə, 
Hər bir yerin ilk sakini daşıdı. 
Ulu dünya sirrin vermir heç kimə, 
Çox bilsə də, hələ insan naşıdı. 
 
 
Mən torpağı dəyişmərəm heç nəyə, 
Qayğı görsə daş da dönər çiçəyə. 
Zəhmət həyat, gün can verir kəsəyə. 
Yer üzüksə, günəş onun qaşıdı. 
 
 
Hər dağ-dərə bənzəyir bir beşiyə,  
Ana kimi qucaq açıb meşəyə. 
Ağacları həyat verir çeşməyə, 
Ötüb keçən əsrlərin yaşıdı. 
 
 
Hər yaranış sinə gərir zillətə, 
Mətin insan sığal vurur zəhmətə. 
Yağan yağış şəfa verir xilqətə, 
Göllər göyün yerdəki göz yaşıdı.  


                    Азадлыг миллятин сяадятидир  
 
68
 
 
ÇƏKİLƏN ZƏHMƏTƏ DƏYMƏZMİŞ DÜNYA 
 
Qız-gəlin itirib ədəb-ərkanı, 
Fəlakət bürüyüb bütün ölkəni. 
Doğanaq ram edir uzun örkəni, 
Çəkilən zəhmətə dəyməzmiş dünya. 
 
 
Boş-bekar dolaşır sənət adamı, 
Hər işin dalınca qovurlar xamı. 
Xamın ümidinə qalıbdı hamı, 
Çəkilən zəhmətə dəyməzmiş dünya. 
 
 
Güloğlan tacıdı şeir sənətin, 
Sevdası baş tutmaz bəylə rəyyətin. 
Qulu, nökəridi mərd cəmiyyətin, 
Çəkilən zəhmətə dəyməzmiş dünya.  


Азадлыг миллятин сяадятидир
 
 
  
69
 
 
TÜRK ÖZ DÜŞMƏNİNDƏN ÜZR İSTƏMƏZ 
 
Qeyrətli kəs uymaz hər fitnə-felə
Hər an sinə gərər daşqına, selə. 
Fəqət, bələnsə də qanına belə, 
Türk öz düşmənindən üzr istəməz. 
 
 
Dərd-qəm birləşdirər mətini, mərdi, 
Hər zaman bol məhsul gətirməz kərdi. 
Çalışıb, vuruşub, çözər hər dərdi, 
Türk öz düşmənindən üzr istəməz.  
 
 
Qazi ayırd edər böhtanı, şəri 
Yurd-yuva Vətənə bağlayar əri. 
Ölsə də döyüşdən çəkilməz geri, 
Türk öz düşmənindən üzr istəməz.  
 
 
Mətin el sarsılmaz düşsə də bərkə 
Nərə balığına yem olar kilkə. 
Hər dərdi ram edər el-oba birgə
Türk öz düşmənindən üzr istəməz. 
 
 
Qoç igid qoruyar torpağı, mülkü, 
Kəsib doğruyammaz çinarı kərki. 
Erməni hədəsi qorxutmaz türkü, 
Türk öz düşmənindən üzr istəməz. 


                    Азадлыг миллятин сяадятидир  
 
70
 
 
ÖZÜNÜ XALQINA SEVDİRİB İLHAM 
 
(Doğum gününə ithaf edirəm) 
 
Hər eli dolaşıb, hər kəsi duyub, 
Hər yerdə görülən işə göz qoyub. 
Hər kənddə, kəsəkdə nişan, iz qoyub, 
Özünü xalqına sevdirib İlham. 
 
 
Hər kəsin dərdini arayıb, anıb, 
Həmişə xalqının halına yanıb. 
Özün də Vətənin əsgəri sanıb, 
Özünü xalqına sevdirib İlham. 
 
 
Daim əməl edib verdiyi vədə
İş yeri açdırıb hər bir bölgədə. 
Bütün rəqibini qoyub kölgədə. 
Özünü xalqına sevdirib İlham.  
 
 
Hər yanda bağ salıb, ağac əkdirib, 
Ucqar bölgələrə yollar çəkdirib. 
Hər qəlbdə özünə bina tikdirib, 
Özünü xalqına sevdirib İlham.  
 
 
Büsbütün, gücünü elmə sərf edib, 
Hər yerdə, hər yanda xalqı vəsf edib. 
Ömrünü gününü xalqa həsr edib, 
Özünü xalqına sevdirib İlham. 
5.11.2007 


Азадлыг миллятин сяадятидир
 
 
  
71
 
 
 
 
İLHAM 
 
(Doğum  günü  münasibətilə hörmətli 
prezidentimizə ithaf edirəm) 
 
Heydər bulağının suyundan içib, 
Haqqın, həqiqətin yolunu seçib, 
Savadlı gəncləri irəli çəkib, 
Xalqını xoş günə çatdırıb İlham. 
 
 
Hər eli seyr edib, hər yeri gəzib, 
Hər işi yoxlayıb, hər dərdi sezib
Elin dərd-sərini vaxtında çözüb, 
Xalqını xoş günə çatdırıb İlham. 
 
 
Hər yerdə, hər yanda sözünü deyib, 
Kimini danlayıb, kimini öyüb, 
Hər işdə, hər kəsə uğur diləyib, 
Xalqını xoş günə çatdırıb İlham.  
 
 
İlahi alına yazır yazını, 
Həyat yetişdirir mərdi, qazini, 
Hər elin, obanın çəkib nazını, 
Xalqını xoş günə çatdırıb İlham.  
 
18.11.2008-ci il 


                    Азадлыг миллятин сяадятидир  
 
72
 
 
 
 
 
MƏHƏBBƏT  
ŞEİRLƏRİ 
 
 
 
 
 
  Durma boynu bükük tər bənövşə tək
 Dərd çəkməz aşiqə tən olan çiçək. 
 


Азадлыг миллятин сяадятидир
 
 
  
73
 
 
 ÖLƏRƏM  GÖRMƏSƏM  ÜZÜNÜ, GÜLÜM 
 
Yanağın allanıb, gözün güləndə, 
Gözündə görürəm özümü gülüm. 
Tutaş kirpiklərin qapanan kimi, 
Pozulur ömrümün düzümü, gülüm. 
 
 
Şövq ilə hörülüb qurulur hər dam
Sevgidən güc alıb dirçəlir adam. 
Eşqin ürəyimi fəth edib tamam, 
Səndən çəkəmmirəm gözümü, gülüm. 
 
 
Sənsən hər arzuma, dərdimə əlac, 
Hicrana sinə gər, vüsala yol aç. 
Mənə bir ömürlük sevgidən söz aç, 
Söylə qəlbindəki sözümü, gülüm. 
 
 
Aşiq məşuqundan eşq umur hər an, 
Tərtəmiz sevgiylə qidalanır can. 
Yalqız ürəyimi dərd üzüb yaman, 
Ölərəm görməsəm üzünü, gülüm! 
 
 
Düz əməl ağardır insanın üzün, 
Heç vaxt yerə salmır yar-yarın sözün. 
Könül ver yollarda qalmasın gözüm, 
Gəlişin güldürsün üzümü, gülüm.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə