Güloğlan Dünya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/15
tarix17.11.2017
ölçüsü2,8 Kb.
#10721
1   ...   7   8   9   10   11   12   13   14   15

Азадлыг миллятин сяадятидир
 
 
  
81
 
 
YARIM OL 
 
 
Nə yaman baxırsan gözümə mənim? 
Sözün var aç söylə, özümə mənim. 
Qısqanclıq olmamış ömrümə qənim, 
Yarım ol, qoruyaq saf eşqimizi.  
 
 
Mən sənə vurğunam sənədi meylim, 
Sənsiz üzüm gülmür, açılmır eynim. 
Hicrana dözməyir ürəyim neynim, 
Yarım ol, qoruyaq saf eşqimizi. 
 
 
Baxışın könlümü alıbdı ələ, 
Könül istəyimə olmuşam kölə. 
Sevgilim, yaxın gəl, verək əl-ələ, 
Yarım ol, qoruyaq saf eşqimizi. 


                    Азадлыг миллятин сяадятидир  
 
82
 
 
QALMIŞAM EŞQİMİN SORAĞINDA MƏN 
 
 
Qəlbim səni sevib  edibdi seçim
Yiyəsiz qalıbdı ömür-gün köçüm. 
Hardasan fatalı ağ göyərçinim? 
Qalmışam eşqinin sorağında mən. 
 
 
Eşqin ürəyimi fəth edib, gülüm, 
Qəlbimin səsinə qatılıb dilim. 
Könül ver, dərdimi səninlə bölüm, 
Ömürlük qul olum qabağında mən. 
 
 
Yurd-yuva qurmaqdı əsil mətləbim, 
Qəm-qüssə ruhuma kəsilib qənim. 
Vüsal həsrətidi daha həmdəmim, 
Asılı qalmışam budağında mən. 
 
 
Sənsən al şəfəqim, günəşli yazım, 
Sağlığın ömrümə, günümə lazım. 
Qoy, ürək sözümü əbədi yazım, 
Ömür dəftərimin varağında mən.


Азадлыг миллятин сяадятидир
 
 
  
83
 
 
İZİN VER QIZINIM  EŞQİN ODUNA 
 
 
Mən söz sərrafıyam, yaddaşına hör, 
Bəlkə, sözlərimlə düşəm yadına. 
Sevgimi gözümdə öz gözünlə gör
Sən yar axtaranda çatam dadına. 
 
 
Yiyəsiz bağçanı yad-yaman sovar, 
Yetişmiş meyvəni qurd-quş aparar. 
Eşq bəndini nə kirs, nə də sel yarar, 
Eşqiylə bənd olsa kişi qadına. 
 
 
Yalnız vədəsində səpsələr dəni,  
Gündən yararlanıb dürr verər zəmi. 
Qoyma, həsrət yeli dondurur məni, 
İzin ver, qızınım eşqin oduna. 
 
 
Güloğlan, ömür-gün bənzəyir şama, 
Xoş gün qismət olmur hər vaxt adama. 
Sevgilim, könül ver, gəl köç odama, 
Əbədi bağlansın adım-adına. 


                    Азадлыг миллятин сяадятидир  
 
84
 
 
GÖZƏLİM 
 
 
Həsrət zindanında məhkum olmuşam, 
Gəl eşq məhkumuna yol aç, gözəlim. 
Sahibsiz könlümə hakim olmusan, 
Sənsən hər dərdimə əlac, gözəlim. 
 
 
Eşqin ürəyimdə qurubdu tələ
Qorxudan baxmıram başqa bir gülə. 
Niyə qapanmısan özünə belə? 
Qəlbinin səsiylə dil aç, gözəlim. 
 
 
Gün doğub, bəxt-tale gülüb üzünə, 
Sevib-sevilən kəs döyməz dizinə. 
Hər zaman açıqdı qapım üzünə, 
Könül ver, puçurlan, gül aç, gözəlim. 


Азадлыг миллятин сяадятидир
 
 
  
85
 
 
OLAYDIN 
 
 
Canıma od salıb nikbin gözlərin, 
Qəlbimin kösöyü-közü olaydın. 
Məni bihuş edib şirin sözlərin, 
Eşqimin özəli, özü olaydın. 
 
 
Sənsən ürək dostum, ürək-dirəyim, 
Sənsiz övc eyləmir  yalqız ürəyim. 
Amandı, saralır könül çiçəyim, 
Ömrümün baharı, yazı olaydın. 
 
 
Xəyalım səninlə gəzib, dolaşır, 
Ürəyim eşqinlə daim ulaşır. 
Təbim şərəfinə şeirlər qoşur, 
Şeirimin misrası, sözü olaydın. 
 
 
Boşuna fırlanır, qəlbimin çarxı, 
Dərd-qəm ilə keçir günümün çoxu. 
Vüsala tələsir arzumun oxu, 
Arzumun cığırı, izi olaydın. 
 
 
Ana yetişdirir, öyür qızını, 
Aşiq seçib tapır dan ulduzunu. 
Güloğlan çəkəcək işvə-nazını, 
Anamın gəlini, qızı olaydın.  


                    Азадлыг миллятин сяадятидир  
 
86
 
 
MƏN SƏNİN OLUM 
 
 
Hər dərdə bəlaya eşq gərir sinə, 
Məhəbbət çatdırır mərdi xoş günə. 
Ömrümün yazısan, nur saç ömrümə
Pak, təmiz eşqinlə mən təmin olum. 
 
Məhəbbət oxşayır, fəth edir gözü 
Ürəyi qızdırır saf eşqin közü. 
Əsil dost qazancdı, ağardır üzü, 
Arxa dur ucalım, həmdəmin olum. 
 
Üca zirvələrə söykənir bərə, 
Vətən, el güvənir mətin əsgərə. 
Sən işgə bulaqsan, mən sısqa tərə, 
Çağla-coş gül açım, süsənin olum. 
 
Sevdalı quş qonar uca budağa, 
Yar verər eşqini yara sadağa. 
Hər kəs qoya bilməz eşqə qadağa, 
Yurd sal sinəm üstə, mən sənin olum.  


Азадлыг миллятин сяадятидир
 
 
  
87
 
 
DAĞ ÇEŞMƏSİ TƏK DURUSAN, GÜLÜM 
 
 
Ürək bir dünyadı eşqdi səması, 
Ağlı məftun edir abı-havası. 
Büsbütün sağalar ürək yarası, 
Eşqinlə yaramı sarısan, gülüm. 
 
 
Susuz bir səhradı sevdasız ürək, 
Yada könül verməz huri bir mələk. 
Hər vaxt, hər dərdinə olaram gərək, 
Mənimlə bir yerdə qarısan, gülüm. 
 
 
Kükrəyən çayları ovudur dəniz, 
Ürəyi fəth edir saf niyyət, saf hiss. 
Güloğlan bir sızqa dərədi sənsiz, 
Çağla-coş, çeşmə tək durusan, gülüm. 


                    Азадлыг миллятин сяадятидир  
 
88
 
 
GÖRÜŞ AXŞAMI 
 
 
Gecikdin əlimdə bürüşdü gülüm, 
Elə bil dağ uçdu, sürüşdü gülüm. 
Sən gəldin yoluma gün düşdü gülüm
Gözlərim yaşardı, doldu o axşam. 
 
 
Tutuldum, xoş gəldin deyə bilmədim, 
Dərdini anlayıb, duya bilmədim. 
Uydum, günahımı yuya bilmədim, 
Sözüm ürəyimdə qaldı o axşam. 
 
 
Gözəl sürmə çəkməz, gülüm, gözünə, 
Bal qatıb, duz səpər hər bir sözünə. 
Baxdıqca doymadım o gül üzünə, 
Gözlərim gözündə qaldı o axşam. 
 
 
Sevgilim, qış ötdü, gül açdı hər yan, 
Tərtəmiz sevgiylə qidalandı can. 
Kükrədi, qaynadı damarımda qan, 
Eşqin öz toruna saldı o axşam. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə