Güloğlan Dünya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/15
tarix17.11.2017
ölçüsü2,8 Kb.
#10721
1   ...   7   8   9   10   11   12   13   14   15

Азадлыг миллятин сяадятидир
 
 
  
89
 
 
QONUR GÖZLÜ NAZLI DİLBƏR 
 
Baxışın könlümü alıb, 
Eşqin qəlbimdə yurd salıb. 
Gözlərim yollarda qalıb, 
Qonur gözlü nazlı dilbər. 
 
 
Gözüm görməyəndə səni, 
Dərd, fikir götürür məni. 
Sənsən dərdimin məlhəmi, 
Qonur gözlü nazlı dilbər. 
 
 
Tərifli sözlərə uyma
Sevdiyin oğlana qıyma. 
Arzumu gözümdə qoyma, 
Qonur gözlü nazlı dilbər. 
 
 
Saz ilə, söz ilə yarış, 
Məhəbbət oduyla alış. 
Könül istəyinlə barış, 
Qonur gözlü nazlı dilbər. 
 
 
Unut yersiz inadını, 
Çin et arzu, muradımı. 
Sənsən ömrümün qadını, 
Qonur gözlü nazlı dilbər. 


                    Азадлыг миллятин сяадятидир  
 
90
 
 
O GÜNÜ 
 
Kinli baxışların qınadı məni, 
Qorxudan yerimdə dondum o günü. 
Eşqin dara çəkib, sınadı məni, 
Əhdi-peymanımı dandım o günü. 
 
 
Tutuldun, danışıb, gülə bilmədin, 
Çəkindin sirrini bölə bilmədin. 
Kövrəldin dərdini bilə bilmədim, 
İlhamım sozaldı, söndü o günü. 
 
 
Nazınla, qəmzənlə oyatdın məni, 
Yerimdən oynadıb, laxlatdın məni. 
Bir anda özünə bağladın məni, 
Sevginin gücünü andım o günü. 
 
 
Utandın, özünü çəkə bilmədin, 
Sevib-sevilməyi ləkə bilmədin. 
Gözünü gözümdən çəkə bilmədin
Ürəyim bir dağa döndü o günü. 
 
 
Qəlbini dinlədin, sözünü tutdun, 
Acı sözlərimi yağ kimi uddun. 
Qoymadın yıxılam, əlimnən tutdun, 
Özümü bəxtəvər sandım o günü. 
 
26.10.2008 


Азадлыг миллятин сяадятидир
 
 
  
91
 
 
QƏM-QÜSSƏ YARAŞMIR ALA GÖZÜNƏ 
 
Durma boynu bükük tər bənövşə tək, 
Dərd çəkməz aşiqə tən olan çiçək
Güləndə daha da olursan göyçək, 
Qəm-qüssə yaraşmır ala gözünə. 
 
 
Varlığın güc-qüvvət veribdi mənə, 
Büsbütün həyatım bağlanıb sənə. 
Amandı, gəl gülüm, görüşək yenə, 
Qəm-qüssə yaraşmır ala gözünə. 
 
 
Divar hörülməmiş qoyulur özül
Dərd-kədər üzülmür ötsə də yüz il. 
Lalətək cilvələn əzilib-büzül, 
Qəm-qüssə yaraşmır ala gözünə. 
 
 
Yandır ocağını, ov umacını, 
Hər şeydən üstün tut, öz amacını. 
Həmişə sığalla, dara saçını, 
Qəm-qüssə yaraşmır ala gözünə. 
 
 
İç eşqin badəsin, xumarlan, şən ol, 
Gəl yarınla yarı, «nəşələn», «dəm» ol. 
Sevincimə qatıl, şənimə tən ol, 
Qəm-qüssə yaraşmır ala gözünə. 


                    Азадлыг миллятин сяадятидир  
 
92
 
 
GÜLÜM, GERİ DÖN 
 
 
Sənsiz dünya uçur, haqq tapdalanır, 
Bu zaman, bu məkan, vaxt tapdalanır.  
Könlüm viran olub, bağrım talanır, 
Ürəyim qırılar, getmə, geri dön. 
 
 
Eşq odu qəlbimi yandırıb, yaxır, 
Könlümdə, hissimdə şimşəklər çaxır. 
Ruhum cilvələnib, cismimnən çıxır, 
Ürəyin qırılar, getmə, geri dön. 
 
 
Qartala, quzğuna qaya gərəkdi, 
Sevən sevdiyini duya gərəkdi. 
Yiyəsiz könlümə yiyə gərəkdi, 
Ürəyim qırılar, getmə, geri dön.  


Азадлыг миллятин сяадятидир
 
 
  
93
 
 
GƏL ÜZÜNÜ GÖRÜM SƏNİN 
 
De, harda qalmısan, gülüm, 
Sənsiz qara geyib günüm. 
Sənsən xoş avazım, ünüm. 
Gəl üzünü görüm sənin
Saçlarını hörüm sənin. 
 
 
Arzularım coşub-daşır, 
Qəlbim dərdlə vidalaşır. 
Gözüm yollarda dolaşır. 
Gəl üzünü görüm sənin, 
Saçlarını hörüm sənin. 
 
 
Dostluqda yoxdu əvəzin, 
Sənə bağlıdı həvəsim. 
Sənsiz kəsilər nəfəsim. 
Gəl üzünü görüm sənin, 
Saçlarını hörüm sənin. 
 
 
Gülüm, çox aradım, andın, 
Səni ömür dostu sandım. 
Hicran sazağında dondum. 
Gəl üzünü görüm sənin, 
Saçlarını hörüm sənin. 


                    Азадлыг миллятин сяадятидир  
 
94
 
 
KÜSƏYƏN GƏLİN 
 
 
Qaş-qabaq yaraşmır gül üzlü gəncə, 
Yüz ölçüb biçərdin küsmədən öncə. 
Sevdalı bir ömür övc etməz təkcə
Amandı, barışaq küsəyən gəlin. 
 
 
Ot kökü üstündə saralıb-solar, 
Odun yan-yana kösöy-köz olar. 
Gülüm, hər aylədə söhbət-söz olar, 
Amandı, barışaq küsəyən gəlin. 
 
 
Qəm-qüssə kəsilib ömrümə qənim, 
Sənsən ömür dostum, könül həmdəmim. 
Get-gedə laxlayır aylə təməlim, 
Amandı, barışaq küsəyən gəlin. 
 
 
Mən bir dağ çayıyam, sənsə bir dəniz, 
Bizi birləşdirir bir amal, bir iz. 
İnsanı düz yola qaytarır saf hiss, 
Amandı, barışaq küsəyən gəlin.  


Азадлыг миллятин сяадятидир
 
 
  
95
 
 
GÖZƏLİM, SORAQLA MƏNİ 
 
Həsrət ürək yarasıdı, 
Yar ömür-gün parasıdı.  
Qovuşmağın sırasıdı, 
Gözəlim, soraqla məni. 
 
 
Könlümü oxşayıb səsin, 
Gözümdə yurd salıb əksin. 
Səndən başqa yox heç kəsim, 
Gözəlim, soraqla məni. 
 
 
Sevgidir hər şeydən ümdə, 
Dost tanınar yaman gündə. 
Vəfalı yar durmaz gendə, 
Gözəlim, soraqla məni. 
 
 
Demə ki, sevgi hədərdi
Məhəbbət qənddi-şəkərdi. 
Bu dünya gəldi-gedərdi, 
Gözəlim, soraqla məni. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə