Güloğlan Dünya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/15
tarix17.11.2017
ölçüsü2,8 Kb.
#10721
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

Азадлыг миллятин сяадятидир
 
 
  
53
 
 
YERİNƏ 
 
Zəbt edib tarlanı, zəmini, düzü, 
"Dostum" turp əkdirir, darı yerinə. 
Kəsib ağacların itirib izin
İmarət tikdirib arı yerinə. 
 
İlahi, gör necə dəyişib zaman, 
Fitri istedada şər vermir aman. 
"Dostum"  öz işiylə öyünür hər an, 
Demə bal düzəldir arı yerinə. 
 
Hara gedirəmsə gəlir tək səbir, 
Sən demə, səfərə gedibdi xeyir. 
"Dostum" saxta yolla düzəldib möhür, 
Rezini sırıyır dəri yerinə. 
 
"Dostum"un şöhrəti salıb səs-səda
Nə yetim, nə yesir düşməyir yada. 
Kəsib qoz ağacın satdırır yada, 
Bağça-bağ satılır barı yerinə. 
 
Haqsızlıq həmişə haqdan gizlənib, 
Dəyərli yazılar çapdan gizlənib. 
Qatil imkan tapıb xandan gizlənib, 
Ölü məhkum olur diri yerinə. 
 
İşə başlamaqdı işin çətini, 
El dərdi yaşadır mərdi, mətini. 
Güloğlan yaşadır el sənətini, 
Özünün iş-gücü, karı yerinə.


                    Азадлыг миллятин сяадятидир  
 
54
 
 
BİZİM GÖZLƏMƏYƏ HAQQIMIZ YOXDU 
 
Bit-birə həşərat düşdü torpağa
Gül üzlü bağça-bağ döndü tapdağa. 
Heç kim qoya bilməz haqqa qadağa, 
Bizim gözləməyə haqqımız yoxdu. 
 
 
Sevdası baş tutmaz nurla zülmətin 
Nər igid qoruyar elin sərvətin. 
Zülmə-zəlalətə baş əyməz mətin, 
Bizim gözləməyə haqqımız yoxdu. 
 
 
Soyuqluq gətirər əsdikcə külək, 
Dərd-kədər böyüyər dözdükcə ürək. 
El yükün götürər cüssəli kürək, 
Bizim gözləməyə haqqımız yoxdu. 
 
 
O qərib məzarın uludu yaşı, 
Soluxub, kövrəlib torpağı, daşı. 
Qazangölə axır ruhun göz yaşı, 
Bizim gözləmyə haqqımız yoxdu. 
 
 
Kor qaldı çeşməsi, soldu ormanı, 
Üzdü için-için dərd Güloğlanı. 
Qoy, düşünsün elin hər bir oğlanı, 
Bizim gözləməyə vaxtımız yoxdu.  
 
 


Азадлыг миллятин сяадятидир
 
 
  
55
 
 
ÜZÜLDÜ DÜNYA 
 
Qışın havasıyla oynayıbdı yaz, 
Gül-çiçək yerinə gətiribdi yas. 
Bir gözündə sevinc, bir gözündə yaş, 
Dərd, kədər içində üzüldü dünya. 
 
 
Qarı qış yağdırdı qarı, dolunu, 
Kırs gəlib, bağladı elin yolunu. 
Hərə bir tərəfə çəkdi çulunu, 
Çıxdı məhvərindən pozuldu dünya. 
 
 
Həyatın nəbzini tutmadı mətin, 
Yaman çətin günə düşdü millətim.  
İtirdi yurd yerin, işin el bütün, 
Haqqı tapdalandı, əzildi dünya.  
 
 
Yad-yağı şər atdı, saldı davanı, 
Yandırdı hər kəndi, bağı-bafanı. 
Tərk etdi türk eli bir-bir Qafanı, 
Qopdu ilmə-ilmə, süzüldü dünya. 
 
 
Güloğlan, keçmişi vərəqlə, sana 
Gör necə zülm etmiş daşnak insana. 
Bir gündə bir eli bələdi qana, 
Tarixə "soyqırım" yazıldı, dünya. 


                    Азадлыг миллятин сяадятидир  
 
56
 
 
DOSTLAR İŞ-GÜCÜMÜZ SƏBİRDƏN KEÇİR 
 
Həyat bir tikandı, güldü, lalədi, 
Kimə şirin paydı, kimə bəladı. 
Varlının kefi kök, işi əladı, 
Kasıbın hər işi dəmirdən keçir. 
 
 
Heç bir güc zalıma eyləməz əsər, 
Zalımın xofuna xalq düşüb əsir. 
Namərd qılıncının hər üzü kəsir, 
Mərdin yol-irizi çamırdan keçir. 
 
 
Çəkilib pul ilə getməsən başa
Çəkdiyin hər zəhmət gedəcək boşa. 
Yağış damcıları çatmamış daşa, 
Daşları göyərdən mamırdan keçir. 
 
 
Əyri aman vermir düzə, doğruya, 
Dünya meydan açıb şərə, oğruya. 
Ürək sinə gərir dərdə-ağrıya, 
Dərd-dərdə qalanıb ömürdən keçir. 
 
 
Güloğlan, bəd sözü gətirmə dilə, 
Zülmə-zəlalətə döz, gülə-gülə. 
Hamı bir-birinə deyir səbr elə, 
Dostlar iş-gücümüz səbirdən keçir. 


Азадлыг миллятин сяадятидир
 
 
  
57
 
YAXŞIDI 
 
Övladı Vətənə bağlayır ana, 
Gərgin zəhmət ilə çatılır kama. 
Dərd-kədər milləti yığıbdı cana, 
Tale üzümüzə gülsə yaxşıdı. 
 
 
Ağac bar gətirməz heç vaxt kölgədə, 
Gün görsə, gül açar örüş-örgə də. 
Hər kişi ər olmaz qürbət ölkədə,  
İgid vətəninə dönsə yaxşıdı. 
 
 
Namərd kölgəsində mərd yata bilməz, 
Ağac bar tutubsa, gül, buta bilməz.  
Şax-şaxəli ağac köz tuta bilməz, 
Ocaq köz tutmursa, sönsə yaxşıdı. 
 
 
Ünvana gec çatar  gecikən qatar
Toxum saf mühitə düşsə boy atar. 
Yad atı üstündə nər itib-batar, 
Hər kəs öz atına minsə yaxşıdı. 


                    Азадлыг миллятин сяадятидир  
 
58
 
NANKOR YAĞI 
 
Yağılardan aldıq qızı, 
Hər gələndə kəsdik quzu. 
Yaramıza səpdi duzu, 
Könlümüzü aldı yağı. 
 
 
Mələk donu geydi fələk. 
Gülə-gülə gəldi kələk. 
Yol-irizi kəsdi külək, 
Eli çapdı çaldı yağı. 
 
 
Bərk tutmuşuq kürsümüzü, 
Unutmuşuq irsimizi. 
Zalım dilə tutdu bizi
Vətəndə yurd saldı yağı. 
 
 
Şər bağladı əlimizi, 
Zor susdurdu dilimizi. 
Zəbt elədi elimizi, 
Əlimizdən aldı yağı. 


Азадлыг миллятин сяадятидир
 
 
  
59
 
 
BƏXTƏ-BƏXTDİ ÖMÜR ÖZÜ, ƏZİZİM 
 
Si-dumana bələnibdi hər kəndim, 
Görünməyir nə bir izim, nə rəddim. 
Bu bəladan qurtar bizi, ya Rəbbim! 
Qucsun günəş dağı, düzü, əzizim. 
 
 
Ömür dərd-qəm təknəsində yoğrulur. 
Ellər yanır, külü göyə sovrulur. 
Bu zillətə daş da dözmür ovulur
Bəxtə-bəxtdi ömür özü, əzizim. 
 
 
Əyri gedir baş əyriyə baş əyir, 
Daş-baş üçün özünə yer eləyir. 
Düz, düz gedir, ayağına daş dəyir, 
Qalıb düzdə, düzün düzü əzizim.  
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə