Güloğlan Dünya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/15
tarix17.11.2017
ölçüsü2,8 Kb.
#10721
1   ...   7   8   9   10   11   12   13   14   15

                    Азадлыг миллятин сяадятидир  
 
74
 
 
SƏN OLSAN 
 
Hər ötən həsrətlə bağıma baxar, 
Gül üzlü bağımın barı sən olsan. 
Duyğumda, hissimdə şimşəklər çaxar, 
Bağımın atəşi, qoru sən olsan. 
 
Sevdalı ürəkdə övc etməz kədər
Şövq ilə görülən iş getməz hədər. 
Zülmət də önümdən çəkilib gedər, 
Gözümün işığı, nuru sən olsan. 
 
Sən üzə çıxanda günəş, ay saçar, 
Sızqa çeşmələr də çağlayıb, coşar. 
İlhamım şəninə, nəğmələr qoşar, 
Qəlbimin kamanı, tarı sən olsan. 
 
Yolunda borana, tora düşərəm, 
Kəc baxan gözləri oyub deşərəm. 
Sən gələn yollara xalı döşərəm, 
Evimin bəzəyi, zəri sən olsan. 
 
İstəsən hər zaman yanında qallam 
Sənlə qürur duyub, səndən kam allam. 
Dünyanın ən zəngin adamı ollam, 
Könlümün sərvəti, varı sən olsan. 
 
Güloğlan, səsinə səs verə canan
Şaqraq nəğmə üstə köklənə zaman. 
Özümü bəxtəvər sanaram o an, 
Ömrümün sirdaşı, yarı sən olsan. 


Азадлыг миллятин сяадятидир
 
 
  
75
 
 
BU DİLBƏR 
 
Məhəbbəti ürəyimdə kök atıb, 
Saf eşqimin özəlidi bu dilbər. 
Səadətin, düz ilqarın, dostluğun, 
Sarsılmayan özülüdü bu dilbər. 
 
Qız tərifi olubdu bu ənənə, 
Ədəb-ərkan yaraşıqdı zənənə. 
Göyçək deməz aşiq hər şux canana 
Gözəllərin gözəlidi bu dilbər. 
 
Qızıl alma sel gətirməz hər vədə, 
Nəcib əməl qala bilməz kölgədə. 
İnsan deyil bir mələkdi bəlkə də
Şirin dilli, məzəlidi bu dilbər. 
 
Al bənizi günəşidi köksümün, 
Qonur gözü güzgüsüdü eşqimin. 
Daim coşan dəli-dolu köksümün, 
Şeiriyyəti, qəzəlidi bu dilbər. 
 
Göz oxşayıb, könül açır yar səsi, 
Yar dərdini duya bilməz özgəsi. 
Həyatımın ən dəyərli müjdəsi, 
Daş-qaşıdı, qızılıdı bu dilbər. 
 
Güloğlan, ömür-gün hələ yarıdı, 
Vəfalı yar dərdin xilaskarıdı. 
Pis günümün həmdəmidi, yarıdı, 
Xoş günümün əzəlidi bu dilbər.  


                    Азадлыг миллятин сяадятидир  
 
76
 
 
QADAN ALIM 
 
Bahar dolaşdıqca elləri bir-bir
Çıxır pişvazına gül, qadan alım. 
O boynu bükülü gül bənövşədir, 
Baharın özüdü bil, qadan alım.  
 
 
Bizi bağlayıbdı saf eşqin teli, 
Heç vaxt ayırammaz fitnəkar feli. 
Qoru eşqimizi açılsın gülü, 
Üfür xar gözünə kül, qadan alım. 
 
 
Bulaqtək duru ol, çağla çaya ax, 
Aytək yüksələ bil, parla yerə bax. 
Açılsın üzünə xoş gün, xoş sabah, 
Sünbülün bar tutsun, gül, qadan alım. 
 
 
Güloğlan saf eşqi dürr-inci bilir, 
Məhəbbət ürəkdən dərd-qəmi silir. 
Eşq qəlbdə çağlayır, gözlərdə gülür, 
Ürəyi fəth edir dil, qadan alım. 


Азадлыг миллятин сяадятидир
 
 
  
77
 
 
NİGARIM 
 
Aşiqi ayırd et, yoxla dara çək, 
Saf eşqin ardınca sürün, nigarım. 
Könül ver açılsın eşqin çiçəyi, 
Yarım ol çiçəyə bürün, nigarım. 
 
 
Ürəkdən su içir hər arzu, dilək, 
Sevgidən güc alıb, çağlayır ürək. 
Yoxdu yer üzündə sənin tək mələk, 
Özün bəd nəzərdən qorun, nigarım. 
 
 
O ülvi eşqini sirr saxlamısan, 
Yad baxıb yaxılıb, göz dağlamısan. 
Haqqa, saf eşqinə bel bağlamısan, 
Tərtəmiz eşqinlə barın, nigarım. 
 
 
Yolum yoxuşludu, amalım uca, 
Dönmərəm o yardan könul alınca. 
İki qəlb bir könül, bir can olunca, 
Eşqin kəməndinə sarın, nigarım. 


                    Азадлыг миллятин сяадятидир  
 
78
 
MƏHƏBBƏT 
 
Ömrün sönməz işığıdı, nurudu, 
Al-günəşin şüasıdı məhəbbət. 
Kainatın qazancıdı, varıdı, 
Yaranışın anasıdı məhəbbət. 
 
 
Bir örnəkdi, nümunədi, dərgidi, 
Sevgi ağlın, dərrakənin dərkidi. 
Qərib könlün istəyidi, ərkidi, 
İki gəncin sevdasıdı məhəbbət. 
 
 
Mənası var üzdə hər bir cizginin, 
Ürək bilər eşqin doğru, düzgünün. 
Əl çatmayan zirvəsidi sevginin, 
Qız-gəlinin ədasıdı məhəbbət. 
 
 
Hər amalı, eşqi duyan ürəkdi, 
Eşq insana, şeiriyyətə gərəkdi. 
Ehtirasdı, saf arzudu, diləkdi, 
Titrək qəlbin sədasıdı məhəbbət. 
 
 
Eşqdi külli kainatın rişəsi, 
Güldü yazın ən dəyərli müjdəsi. 
Şən həyatın dadı, duzu, nəşəsi, 
Xoş günlərin mayasıdı məhəbbət. 


Азадлыг миллятин сяадятидир
 
 
  
79
 
 
GÜLÜM,  GƏL 
 
 
Yaralı bülbüləm, vaxt gedir hədər, 
Ömrümün yarıdı, gülüm, bu gün gəl. 
Qəlbim dağ gölüdü, quruyub gedər, 
Bulaq tək çağla-coş, durma, yeyin gəl.  
 
 
Bahar müjdəsisən, xarı bülbülüm, 
Sənsiz cadar-cadar olubdu dilim. 
Gül yazın ömrüdü, günüdü gülüm, 
Əyninə güllü don, gülüm, geyin gəl.  
 
 
Haqq özü yaradıb xilqəti, dini, 
İnsana bəxş edib sevgini, kini. 
Hər vaxt tapmaq olmur gülüm, xoş günü, 
Qəlbinə hakim ol, yarla öyün gəl. 
 
 
Ey gülüm, könül ver səni sevənə, 
Güloğlan dərdindən olub divanə. 
Əyriyə yol vermə, şərə bəhanə, 
Nakəs əməlindən, şərdən yayın gəl.  


                    Азадлыг миллятин сяадятидир  
 
80
 
 
GÜLSÜN  
 
 
Eşqi büruzə ver gülüm
Al yanağın, üzün gülsün. 
Ədəb-ərkan ilə dolan, 
Danışdıqca sözün gülsün. 
 
 
Aciz gedə bilməz önə, 
Comərd sinə gərər kinə. 
Tapın, səcdə et eşqinə, 
Hər əməlin, izin gülsün. 
 
 
Qoçaq axtardığın tapar, 
Mərd bildiyi işi yapar. 
Könül bağımı dər, qopar, 
Dərdikcə gül üzün gülsün. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə