Güloğlan Dünya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/15
tarix17.11.2017
ölçüsü2,8 Kb.
#10721
1   2   3   4   5   6   7   8   9   ...   15

Азадлыг миллятин сяадятидир
 
 
  
9
 
GEDİM  
 
İgid vətən dərdi çəkər
Vətənə üz qoyum gedim. 
Hər dərəmə bir dağ səngər, 
Gülünə göz qoyum gedim. 
 
 
Fələk durubdu qəsdinə, 
Nakəs şər yayır köksünə. 
Nənəmin qəbri üstünə, 
Nişanə-iz qoyum gedim.  
 
 
Ocağı sönüb hər kəsin 
El unudubdu nəşəsin. 
Qəlbimin odun-atəşin, 
Ocağa köz qoyum gedim. 
 
 
Ana dedim Vətən, sənə, 
Öyrəşdim ülvi eşqinə. 
İzin ver zülmət köşkünə
Üç arşın bez, qoyum gedim. 


                    Азадлыг миллятин сяадятидир  
 
10
 
HAQQINA YİYƏ DUR, VƏTƏN 
             
 (Dostum Məftun Ənvəroğluna ithaf edirəm
 
Xar səni saldı kəməndə, 
Sitəm etdi hər bir kəndə. 
Haqqını itirdi bəndə, 
Haqqına yiyə dur, Vətən. 
 
 
Əsir düşdü Şuşa, Laçın, 
Talandı daşın, ağacın. 
Məngirləndi taxtın-tacın, 
Taxtına yiyə dur, Vətən. 
 
 
Bəxtinnən küsübdü həyat
Əlacsız qalıbdı elat. 
Hər qeyrətli Türkü oyat, 
Bəxtinə yiyə dur, Vətən. 
 
 
Harayla o Xan çobanı, 
İrahla, yandır sobanı. 
Al qoynuna el-obanı, 
Xalqına yiyə dur, Vətən. 


Азадлыг миллятин сяадятидир
 
 
  
11
 
VƏTƏN MƏNİM YERİM HANI? 
(Dünyamalı Məftuna ithaf edirəm) 
 
Yada sinə  gərə-gərə, 
Ögeyliyi görə-görə, 
Parçalandıq neçə yerə, 
Vətən, mənim yerim hanı? 
 
Kimlər verdi haqsız qərar, 
Satın aldı yerini  xar. 
Milyonlarla şərikin var,  
Vətən, mənim yerim hanı? 
 
Haqsızlıq artırar dərdi, 
Çətin gün qorxutmaz mərdi. 
Əkməyə yoxdu bir kərdi
Vətən, mənim yerim hanı? 
 
Od-alov qızdırır sacı, 
Boş vədlər doyurmaz acı. 
Yerdi kasıbın taxt-tacı, 
Vətən, mənim yerim hanı? 
 
Torpağa bağlıdı soyad, 
Torpaqdan yoğrulub həyat. 
Anadan pay umur övlad, 
Vətən, mənim yerim hanı? 
 
Dost dərdinə dost olar tən, 
Əl tutar oğluna Vətən. 
Diz çökür qarşında bəndən, 
Vətən, mənim yerim hanı? 


                    Азадлыг миллятин сяадятидир  
 
12
 
XOŞ XƏBƏR GƏTİR 
 
Oğuz ellərinin haqqı tapdanır, 
Ay oğul, özünü köməyə yetir. 
Qərib könülləri şad etmək üçün, 
Özünlə sədəfli sazını götür. 
 
 
Dolaş hər diyarı, dinlə hər eli, 
Seyr et çəmənləri, oxşa hər gülü. 
Yaşat hər adəti, ləhcəni, dili, 
Sənəti nəsildən–nəsilə ötür. 
 
 
Ağılla zamanın gərdişinə bax, 
Ədalətə bürün, şər-gədanı yax. 
Açılsın üzünə xoş gün, xoş sabah, 
Şövqlə başladığın hər işi bitir. 
 
 
Güloğlan, bəxt gülə, qovuşa ellər, 
Köçə yaddaşlara qadalı illər. 
Gəlinlik donunu geyəndə çöllər
O taydan, bu taya xoş xəbər gətir.  


Азадлыг миллятин сяадятидир
 
 
  
13
 
YAŞADIM 
 
(M.Araza ithaf edirəm) 
 
Hər işimi malaladı bir əlim, 
Talan oldu gül-bülbüllü bir elim. 
Dar günümə həyan oldu əməlim, 
Bax beləcə qərib ömrü yaşadım.  
 
 
Duydu nakəs kələyini ürəyim, 
Çəkdi ağır şələsini kürəyim. 
Bir dəriz də ot görmədi mərəyim, 
Bax beləcə qərib ömrü yaşadım. 
 
 
Sinə gərdim gərdişinə dumanın, 
Dözdüm necə tənəsinə yamanın. 
Öyrəşdim hər diqtəsinə zamanın,  
Bax beləcə qərib ömrü yaşadım.  
 
 
Mən özümü dönüklükdə qınadım 
Bərkdə-boşda dözümümü sınadım. 
Hay gəlmədi, yerimdəcə sanadım, 
Bax, beləcə qərib ömrü yaşadım.  
 
 
Nifrət etdim, qoxusuna barıtın, 
Günü-günə, ili-ilə sarıdım. 
Güloğlanam, qəriblikdə qarıdım, 
Bax beləcə, qərib ömrü yaşadım.  
 
 


                    Азадлыг миллятин сяадятидир  
 
14
 
VƏTƏNƏ GƏLİN 
 
Qoymayın dağ-dərə, yurd qəribsəsin, 
Sis-duman dağlara çökəndə gəlin. 
Sorun hər obanı,  sorun hər eli
Elat yaylaqlara köçəndə gəlin. 
 
 
Bir sehir, bir sirr var buz bulağında, 
Həyat cilvələnir bağça-bağında. 
Ana təbiətin oğlan çağında, 
Bülbül gül qoynunda səkəndə gəlin. 
 
 
Qovun ürəklərdən qəzəbi-kini, 
Yaşadın hər eldə adəti, dini. 
Xatirə saxlayın hər ötən günü, 
Ana könlünüzdən keçəndə gəlin.  
 
 
Dərya tək kükrəyin, sel kimi axın, 
Namərdi qoymayın torpağa yaxın. 
Boylanıb hər kolun dibinə baxın, 
Bənövşə boynunu bükəndə gəlin.  


Азадлыг миллятин сяадятидир
 
 
  
15
VƏTƏN 
 
Həsrətin qəlbimi üzüb, ey Vətən
İzin ver yoluxum, yalqız qalmışam. 
Ana qucağında uşaq kam alar, 
Axı qucağında mən doğulmuşam.  
 
 
Ömrümün tər vaxtı qoynunda keçib, 
Hər dağın, dərəsin yüz ölçüb-biçib. 
Köksünnən ən zərif çiçəyi seçib, 
Laləli döşünnən ilham almışam.  
 
 
Gənclik dağ çayı tək tez aşıb-daşar, 
Xəyalım keçmişi gəzib dolaşar. 
Könlüm o elimlə hey sövdalaşar, 
O vaxtdan Vətənə mehr salmışam. 
 
 
Ötən o xoş çağlar, yaşar özümnən
Ürəyim alışar, yanar közümnən. 
Ziyad çeşməsinin içib gözünnən, 
Döşün gülün dərib, otun çalmışam.  
 
 
Güloğlan, vətənsiz millət kor olar, 
Bülbülsüz bir bağça gülə dar olar. 
Gül, çiçək açmasa, bülbül xar olar, 
Mən yaz çiçəyiyəm sənsiz solmuşam.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə