Güloğlan Dünya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/15
tarix17.11.2017
ölçüsü2,8 Kb.
#10721
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

                    Азадлыг миллятин сяадятидир  
 
60
 
 
BARIŞA BİLMİRƏM BU HƏYAT İLƏ 
 
Qol qanad veribdi zəmanə şərə
Özəlləşib dağlar, tutulub bərə. 
Bir sızqa çeşməyə möhtacdı dərə, 
Barışa bilmirəm bu həyat ilə. 
 
 
Fitnə-fəsad ilə pozulur ara, 
Hər dərdə, bəlaya tapılmır çara. 
Mərdi mərd əliylə salırlar tora, 
Barışa bilmirəm bu həyat ilə. 
 
 
Nakəs güvənibdi arxaya, gücə 
Xırsıza, quldura yol açıb gecə. 
Xoruzun yerinə suçlanır cücə, 
Barışa bilmirəm bu həyat ilə. 
 
 
Güloğlan, ömür-gün bənzəyir şama, 
Görümlə, baxımla çatılır kama. 
Zülmün sıxacında mərd dönüb muma, 
Barışa bilmirəm bu həyat ilə. 


Азадлыг миллятин сяадятидир
 
 
  
61
 
 
ÜMİD VER YAŞAYAQ, ALLAH  
 
Sonunu düşünüb zaman, 
Nadana veribdi meydan. 
Aramızı vurur şeytan, 
Ümid ver yaşayaq, Allah! 
 
 
Haqq yaradıb dağı-düzü, 
Yazı gətirib yer üzü. 
Rübəndin açıb göy üzü, 
Ümid ver yaşayaq, Allah! 
 
Kürsüdə oturub nadan, 
Talanıb hər el, hər mədən. 
Əl açıb əlacsız bəndən, 
Ümid ver yaşayaq, Allah! 
 
 
Ək-becər torpağı dindir. 
Daşın da qiymətə mindi. 
Hər zülmətin sonu gündü
Ümid ver yaşayaq Allah!  


                    Азадлыг миллятин сяадятидир  
 
62
 
 
XALQIN ARZUSUYLA YAŞAYIR ŞAİR 
 
Arzular gözlərdə dönüb kabusa, 
Mütilik yaraşmır türkə, oğuza. 
Könlünü veribdi oğula, qıza, 
Xalqın arzusuyla yaşayır şair. 
 
 
Bərəkət çəkilib görünmür gözə, 
Alaq pərvazlanıb çatıbdı dizə. 
Bədxah əməlləri çıxarıb üzə, 
Xalqın arzusuyla yaşayır şair.  
 
 
Uca zirvələrə söykənib bərə, 
Hər sızqa çeşmədən pay alır dərə. 
Cəsurluq toxumu səpir sözlərə
Xalqın arzusuyla yaşayır şair. 
 
 
Gün görüb, sığınıb xar qızılgülə, 
Hər vaxt əngəl olub güllə bülbülə. 
Hər ümdə bir işi gətirib dilə, 
Xalqın arzusuyla yaşayır şair. 
 
 
Dərdini-sərini gizli saxlayır, 
Polad da don geyir, toqqa bağlayır. 
Bütün ümidini haqqa bağlayır, 
Xalqın arzusuyla yaşayır şair. 


Азадлыг миллятин сяадятидир
 
 
  
63
 
TALEYİMƏ YAZILIBDI KƏDƏR, QƏM 
 
Fələk verib hər bir dərdin əmrini, 
Dərd-qəm ilə məngirləyib ömrümü. 
Ağrı-acı cilovlayıb səbrimi, 
Taleyimə yazılıbdı kədər, qəm. 
 
 
Arzularım daşa dönüb gözümdə, 
Zərrə qədər güc qalmayıb dizimdə. 
Sevincdən bir əsər yoxdu üzümdə
Taleyimə yazılbdı kədər, qəm. 
 
 
İtirmişəm eli, dostu, soydaşı, 
Tapammıram özümə yol yoldaşı. 
Yanağımda puçurlanıb göz yaşı, 
Taleyimə yazılıbdı kədər, qəm. 
 
 
Dərd-qəm ömür-can evimdən öc alıb, 
Sinəm üstə çalın-çarpaz iz qalıb. 
Gözlərimdə qəm buludu köç salıb, 
Taleyimə yazılıbdı kədər, qəm.  


                    Азадлыг миллятин сяадятидир  
 
64
   
 
  ƏYRİ YOLA DARTMA MƏNİ 
 
Qarı fələk, geri dönüb, 
Şər işinə qatma məni. 
Haqsızlığa qucaq açıb, 
Haqqa şahid tutma məni. 
 
Arxa durmusan dumana, 
Kələk gəlmisən ümmana. 
Kölə etdirib yamana, 
Qul yerinə satma məni. 
 
Dağdadı dövlətim, malım, 
Uçurumdu sağım, solum. 
Doğru-dürüst yoldu yolum, 
Əyri yola dartma məni. 
 
Kəsilib bəxtimə qənim, 
Talanıb yurd-yuvam mənim. 
Odlar yurdudu məskənim, 
Yad içinə atma məni. 
 
Tutub atsan da zindana, 
Qulluq etmərəm şeytana. 
Gəl çıxaq ali meydana
Xara möhtac etmə məni. 
 


Азадлыг миллятин сяадятидир
 
 
  
65
          
 
ASILIDI 
 
Yer kökündən laxlayıbdı, 
Kırs yolumu bağlayıbdı. 
Allah məni saxlayıbdı, 
Əlim göydən asılıdı. 
 
 
Dəyişib zaman zay olub, 
Bic pişik şirə tay olub. 
Qazancım bəyə pay olub, 
Halım bəydən asılıdı. 
 
 
Təbrizdən duman çəkilib, 
Arzum şumlanıb, əkilib. 
Gözüm Araza dikilib, 
Yolum çaydan asılıdı. 
 
 
Gözü tox insan uludu
Şeiriyyət ömür yoludu. 
Güloğlan şerin quludu, 
Şerim paydan asılıdı. 


                    Азадлыг миллятин сяадятидир  
 
66
 
 
ÜZƏ ÇIXMIR  
 
Haqq tapdaq altında, nəkəs bəy olub, 
El-oba çalışır, haqq üzə çıxmır. 
Sütün rəndələnib cağa tay olub, 
Təpə şişirdilib, dağ üzə çıxmır. 
 
Yarıyan olmadı dərdi-sərinə, 
Qurd düşdü əkdiyi əkin yerinə. 
Göz yaşı qarışdı alın tərinə, 
Alaq dizə çıxıb, tağ üzə çıxmır. 
 
Gədə araq içib kişiyə dönüb, 
Şir dara çəkilib pişiyə dönüb. 
Bağça qayğı görüb, meşəyə dönüb, 
Bağça böyüdülüb, bağ üzə çıxmır. 
 
Qara arxalandı sərvətə, vara, 
Kömürə ağ dedi, qatığa qara. 
Ağa qara yaxdı, çəkdirdi dara
Qara lovğalanır, ağ üzə çıxmır.  
 
Şeiriyyət məhv olar ürək talansa, 
Haqq yerini tapar şər yaxalansa. 
Yağı üzə çıxar süd çalxalansa, 
Nehrə çalxalanır, yağ üzə çıxmır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə