Güloğlan Dünya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/15
tarix17.11.2017
ölçüsü2,8 Kb.
#10721
  1   2   3   4   5   6   7   8   9   ...   15


Азадлыг миллятин сяадятидир
 
 
  
1
Güloğlan Dünya 
 
 
 
 
 
AZADLIQ MİLLƏTİN 
SƏADƏTİDİR 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
"Dərələyəz-M" 
Sumqayıt - 2009 
  
 


                    Азадлыг миллятин сяадятидир  
 
2
  
 
 
 
 
 
 
 
Redaktor: Xasay Cahangirov 
 
GÜLOĞLAN DÜNYA 
 
 
Azadlıq millətin səadətidir 
 
(Şeirlər), «Dərələyəz-M» mətbəəsi -2009, səh 120. 
 
Güloğlan Dünya mətbuatda tez-tez görünən, sevilə-sevilə oxunan 
və ədəbi mühitdə özünəməxsus yeri olan bir şairdir. 
«Azadlıq millətin səadətidir» kitabı müəllifin oxucularla 
ikinci görüşüdür. Birinci kitabda olduğu kimi bu kitabda da, 
yurd həsrəti, Vətən sevgisi, bu sevgidən yaranan ağrı acılar, ana 
məhəbbəti, təbiət gözəlliklərinin bədii tərənnümü, haqsızlığa 
qarşı barışmamazlıq kitabda toplanmış şeirlərin əsas qayəsini 
təşkil edir. 
 
 
 
 
D
48456523
6434357A
   qrifli nəşr 


Азадлыг миллятин сяадятидир
 
 
  
3
 
 
 
 
 
 
 
 
 
 
 
VƏTƏN  
SƏTİRLƏRİ 
 
 
 
Qəlbimin odun- atəşin, 
Ocağa köz qoyum gedim.  


                    Азадлыг миллятин сяадятидир  
 
4
 
TEZ-TEZ GƏLİN 
  
 
Tez-tez gəlin səksəkəli dağlara, 
El-obanın gözü yolda qalmasın. 
Nazın çəkin hər çəmənin, hər gülün, 
Tər çəmənlər vaxt-vədəsiz solmasın. 
 
Bahar vurur dağa, döşə zər-xalı, 
Hey daranır hər yamacı, hər yalı. 
Dostlar, gəzin, görün bu cah-cəlalı, 
Dərd yol tapıb, qəlbinizə dolmasın. 
 
Möcüzədi hər dəqiqəsi, hər anı 
Göz oxşayır, könül açır hər yanı. 
Dağı qoru, deməsinlər, el hanı? 
Sinən üstə yağı ləpir salmasın. 
 
Çiçək açmaz, yetişməsə zamanı, 
Qoruduqca zərə dönər samanı. 
Al şəfəqlər daim qucsun səmanı, 
Göy üzünü qara bulud almasın. 
 
Ay Güloğlan, «Vətən!» de ki, şən olum, 
Hər otuna, tikanına tən olum. 
Hər daşına, kəsəyinə bənd olum
Arzularım gözlərimdə qalmasın. 
 
12.07.2008 


Азадлыг миллятин сяадятидир
 
 
  
5
 
MƏNİ 
 
Vətən, qərib eldən halımı soruş, 
Gözünnən göz yaşı tökəndə məni. 
Soruş zirvədəki o sər çeşmədən, 
Oğul həsrətini çəkəndə məni. 
 
 
Qoru qarlı qışdan zümrüd meşəni, 
Xəzan küləyinnən tər bənövşəni. 
Harayla qartalı, gözlə guşəni, 
Sar bağça-bağında səkəndə məni. 
 
 
Yandır ocağımı, küllə sacımı, 
Unudum bircə an ağrı-acımı. 
Bahar mehi ilə oxşa saçımı, 
Cadar torpağını əkəndə mənim. 
 
 
Güloğlan, vətənsiz çəkdin qada sən
Həmişə, hər yerdə düşdün oda sən. 
Vətən, oğul de ki, əziz tutasan 
Cismimi kəfənə bükəndə məni. 
 
 


                    Азадлыг миллятин сяадятидир  
 
6
 
 
GEDİRƏM 
 
Düşmüşəm yolun ağına, 
Bilmirəm hara gedirəm. 
Gözlərimdə həsrət yükü, 
Qəlbimdə yara, gedirəm. 
 
Gecə uzun, gündüz gödək. 
Can ağrısın duymur kötək. 
Əl atdım olmadı ətək, 
Qövr edir  yaram, gedirəm. 
 
Vətən, dağım-düzüm səndə, 
Soyum, köküm, izim səndə. 
Hara getsəm gözüm səndə
Söz verib yara, gedirəm. 
 
Neçə ki, həyatda varam, 
Qohuma, qonşuya yaram. 
El dərdi sağalmaz yaram, 
Eyləyin çarə, gedirəm. 
 
Arzum neçə qapı döyüb, 
Könlüm neçə eli öyüb. 
Əynimə ağ libas geyib 
Bilinməz yerə gedirəm. 


Азадлыг миллятин сяадятидир
 
 
  
7
 
İRƏLİ GET, AZƏRBAYCAN ƏSGƏRİ! 
 
Oğul, yağı həmləsinə sinə gər, 
Bir zərbəylə yad-yamanı yerə sər. 
Bağça-bağın gülün qoxla, barın dər, 
İrəli get, Azərbaycan əsgəri! 
 
 
And içmisən hərbi andın üstə dur, 
Elin qatı düşməninə tələ qur. 
Qarabəxtli Qarabağa yiyə dur, 
İrəli get, Azərbaycan əsgəri! 
 
 
Nankor talar, yiyəsiz görsə bağı, 
Mərddən qorxub, ehtiyat edər yağı. 
Ər qaytarar itirilən torpağı, 
İrəli get, Azərbaycan əsgəri! 
 
 
Qayğı görsə, bar gətirər hər bir kol, 
Baş komandan hər bir işə tapar yol. 
Aman vermə erməniyə, qənim ol, 
İrəli get, Azərbaycan əsgəri! 
 
25.08.2008 


                    Азадлыг миллятин сяадятидир  
 
8
 
BABALARIN İZİ QALDI VƏTƏNDƏ 
 
Zəbt elədi Laçını yad qoşunu, 
Elin qovdu, taladı daş-qaşını. 
Məngirlədi torpağını, daşını,  
Babaların izi qaldı Vətəndə. 
 
 
Ayırmadı dostdan yadı, gədəni, 
O qan içən gədə çaldı didəni. 
Tale küsdü, bəxt ayırdı Vətəni, 
Xalqın ruhu, gözü qaldı Vətəndə. 
 
 
Fələk haqqı qorumadı heç zaman, 
Sara uydu, xara güvəndi düşmən. 
Ev-eşiyi çaldı-çapdı yad-yaman, 
Ocağının közü qaldı Vətəndə. 
 
 
Həyat bizi barışdırdı zülümnən, 
Xoş günlərin dadı qaçdı dilimnən 
Güloğlan da ayrı düşdü elinnən, 
Neçə dağı, düzü qaldı Vətəndə. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə