Güloğlan Dünya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/15
tarix17.11.2017
ölçüsü2,8 Kb.
#10721
1   2   3   4   5   6   7   8   9   10   ...   15

                    Азадлыг миллятин сяадятидир  
 
46
 
O  QIZDA  İŞVƏNİ,  NAZI  GÖRMƏSƏ 
 
Ağac çiçək açmaz gülüm, hər vədə, 
Arzular çin olar abad ölkədə. 
Bülbül qanad çalıb ötməz bəlkə də, 
Laləli çəməni, düzü görməsə.  
 
 
İlk bahar kökləyir kamanı, sazı 
Yaz gülə, çiçəyə öyrədir nazı. 
Şair tərifləməz hər göyçək qızı, 
O qızda işvəni, nazı görməsə. 
 
 
Daş, qayalı yerdə sular lal axmaz, 
Balıq gün görməsə sahilə çıxmaz. 
Aşiq məşuqunun üzünə baxmaz, 
Məşuqun üzündə közü görməsə. 
 
 
Vətənə həsr olan ömü-gün itməz
Hər arzu-diləyə ömür bəs etməz 
Şair hər kütlənin ardınca getməz, 
Qabaqda doğrunu, düzü görməsə. 


Азадлыг миллятин сяадятидир
 
 
  
47
 
ÇATARSAN  
 
O qədər üst-üstə yığılıb dərd-qəm, 
Hər dərddən yapışsan aya çatarsan. 
Qışda arzuları düzsən uc-uca, 
Vaxt-vədə yetişər, yaya çatarsan. 
 
 
Hər zəhmət var-dövlət gətirməz ələ, 
Kişi verdiyini gətirməz dilə. 
Ürək-dirək versə, hər bir kəs elə, 
Elin kölgəsində saya çatarsan. 
 
 
Gülüm, gün doğmasa açılmaz səhər. 
Nə bir dən yetişər, nə də bir bəhər. 
Ağılla çözülən iş getməz hədər, 
Bulaqtək çağla, coş, çaya çatarsan. 


                    Азадлыг миллятин сяадятидир  
 
48
 
AĞLAMAQDAN  DOYMURUQ  BİZ 
 
Güvənirik şux bədənə, 
Daş atırıq hər yetənə. 
Qulp qoyuruq hər gedənə
Əl çalmaqdan doymuruq biz. 
 
 
Əyriyə veririk izin, 
Ardınca getmirik düzün. 
Dilimizdən düşən sözü 
Söz yerinə qoymuruq biz. 
 
 
Düz sözə yatmır dilimiz, 
Ölüdən betər dirimiz. 
Dəsmal alıb hər birimiz 
Ağlamaqdan doymuruq biz. 


Азадлыг миллятин сяадятидир
 
 
  
49
 
AZADLIQ  MİLLƏTİN  SƏADƏTİDİR 
 
Yer gün görmək üçün dünyanı gəzər, 
Bulaq üzə çıxıb özün görkəzər. 
Azadlıq hər eli, obanı bəzər, 
Azadlıq millətin səadətidir. 
 
Hər nurlu səhəri, sübhü gün doğur, 
El gücü gətirir millətə uğur. 
Şah xofu, bəy zülmü milləti boğur, 
Azadlıq millətin səadətidir. 
 
Bitki bar gətirməz heç vaxt kölgədə
Tale üzə gülməz, hər an, hər vədə. 
Qanun at oynadar azad ölkədə, 
Azadlıq millətin səadətidir. 
 
İgid el yolunda saralıb solar, 
Arxalı, köklü el, müstəqil olar. 
Köləlik millətin ağlını alar. 
Azadlıq millətin səadətidir. 
 
Hər kəs ərən olmaz çəksə də qada, 
El yolunnan dönməz düşsə də oda. 
Köləlik ləkədi millətə, ada, 
Azadlıq millətin səadətidir. 


                    Азадлыг миллятин сяадятидир  
 
50
 
GÖRMƏSƏ 
 
Nə bir çiçək açar, nə bir dən bitər, 
Yer üzü kotanı, xışı görməsə. 
Sənət sənətkarın əlində gülər, 
Sənətkar işini naşı görməsə. 
 
İnsan bir mühitdə qalammaz heç an, 
Soluxub, bürüşməz dərd görməsə can. 
Min il ömür sürər bəlkə də insan, 
Boranlı, şaxtalı qışı görməsə. 
 
Nöqsansız iş olmaz, ağrısız yara, 
Hər dərdə, bəlaya el tapar çara. 
Mərd düşər namərdin qurduğu tora, 
Ardınca atılan daşı görməsə. 
 
Dərd yeyib, qəm içib hər oğul uymaz
Qanan kəs böyüyün qəlbini qırmaz. 
Ana dərd-sərini hər oğul duymaz, 
Solmuş yanağında yaşı görməsə. 
 
Novruzda hər dərə, hər dağ oyanmaz. 
Təbiət al-əlvan rəngə boyanmaz. 
Bənövşə boynunu büküb dayanmaz, 
Göydə cəh-cəh vuran quşu görməsə. 
 
Güloğlan, Vətəndi mərdin dərd-səri, 
Mərd qoymaz tapdağa dönsün yurd yeri. 
Mərd atıb döyüşü qayıtmaz geri, 
Bədənnən ayrılan başı görməsə.  
 


Азадлыг миллятин сяадятидир
 
 
  
51
BİLİNMİR  
Alimlər düşünüb, araşdırsa da, 
Bu dünya bir sirdir, yaşı bilinmir. 
Yerin ilk sakini hər bir daşıdı, 
Yer kürəsi birdir, daşı bilinmir. 
 
Bəlkə, gün yaranıb yerlə bir gündə 
Yer günün, gün yerin cazibəsində. 
Yalnız yer fırlanır öz çevrəsində,  
Yerin ayağıyla, başı bilinmir. 
 
İlham qərb sərvəti, qəlb sirdaşıdı, 
Elm dərrakədi, yol yoldaşıdı. 
Günəş kainatın gözü, qaşıdı, 
Gözü işıq saçır, qaşı bilinmir. 
 
Fələk al geyinib durubdu gendə, 
Şər-gəda zülmüylə üzləşir bəndə. 
Dərd çəkir, ağlayır kişi içində,  
 
Nə yazır, nə yapır işi bilinmir. 
Demə, dərd yaranıb insanla birgə, 
İnsan mətinləşir düşdükcə bərkə. 
Qorxaqlıq, bəd əməl yaraşmır türkə, 
Türklər arasında dişi bilinmir. 
 
Nakəs arxalanır qol-qanadına, 
Sofu əməlinə, şair adına. 
Yaş yanır qurunun közü oduna
Quru şölə saçır, yaşı bilinmir. 
 
Güloğlan, təsvir et hər bir insanı, 
Şeirlə yoğrulub millətin canı. 
Heyif, pul həll edir işi, imkanı, 
İstedad korşalıb, naşı bilinmir.  


                    Азадлыг миллятин сяадятидир  
 
52
 
OLUM  MƏN  DƏ MƏN 
 
Arzu ruh gətirir, məhəbbət sevinc, 
İstərəm özümü görəm səndə mən. 
Eşqin dağ çayıdı, ürəyim dəniz 
Çağla qəlbimə ax, olum mən də mən. 
 
 
Odum dərd odudu, qəlbim ah evi
Gücüm lərzə salıb bəlkə də divi. 
Dosta bel bağladım, olmadı məfi, 
Nankora əl verdim, qaldım gendə mən. 
 
 
Dərdim dözülməzdi, günüm boş-bekar, 
Ömrüm müəmmalı, arzum təzə-tər. 
Namərd kölgəsində nakəs diz çökər, 
Nə kölgədə durdum, nə də gündə mən. 
 
 
İşim gözdən keçir, yolum yoxuşdan, 
Sözüm şərdən ötür, şerim naxışdan. 
Bir an təbim dondu kinli baxışdan, 
Yandım daldalarda, söndüm öndə mən. 
 
 
Payım bir əl çatmaz göydən asılıb, 
Gülüm bir ün yetməz yerdə açılıb. 
Güloğlan, məkrdən Vətən basılıb, 
Kimsəni görmədim heç bu gündə mən.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə