Güloğlan Dünya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/15
tarix17.11.2017
ölçüsü2,8 Kb.
#10721
1   ...   7   8   9   10   11   12   13   14   15

                    Азадлыг миллятин сяадятидир  
 
96
 
 
SƏNSİZ DÖZƏ BİLMİRƏM YAR 
 
Güldü, bənövşədi üzün
Gülüm, səndə qalıb gözüm. 
Aç qəlbinin yol-irizin, 
Sənsiz dözə bilmirəm, yar. 
 
 
Eşq ilə çağlayar ürək, 
Dil açar hər arzu-dilək. 
Sənsən həyatıma gərək, 
Sənsiz dözə bilmirəm, yar. 
 
 
Bəhər qızardıqca dəyər, 
Yetişmiş bar gözə dəyər. 
Gəlişin dünyaya dəyər
Sənsiz dözə bilmirəm, yar. 


Азадлыг миллятин сяадятидир
 
 
  
97
 
 
QALIB 
 
 
O sənli günlərə yetmədi ünüm, 
Zülmətə bələndi sənsiz hər günüm. 
Neçə il ötsə də yenə də gülüm, 
Qəlbimdə eşq odu, kösöy, köz qalıb. 
 
 
Yurduna bağlayır sevgi insanı, 
Məhəbbət ruh verir, yaşadır canı. 
Kaş görə bilsəydim o şux cananı, 
Sevdalı könlümdə neçə söz qalıb. 
 
 
Nəcib qız ayırar yaddan doğmanı, 
Qəlbə məlhəm qoyar eşqin loğmanı. 
İzin ver bağının olum bağbanı, 
O könül bağında nəzər-göz qalıb.  


                    Азадлыг миллятин сяадятидир  
 
98
 
 
KÖNLÜM 
 
Məhəbbətin ürəyimə yol açıb, 
Heç səni incidib, üzərmi, könlüm. 
Səndən asılıdı ömrümün yolu, 
Sənsiz bircə işi çözərmi könlüm? 
 
 
Hər işi ram edər insanın səyi, 
Arzunu çin edər könül istəyi. 
Könül ver açılsın eşqin çiçəyi, 
Könülsüz bir eşqə dözərmi könlüm? 
 
 
Güloğlan, gəl vermə ömrünü yelə, 
Ömür-gün bənzəyir təzə-tər gülə. 
Fəqət, asılsam da dilimdən belə, 
Gül üzlü gözəldən bezərmi könlüm? 


Азадлыг миллятин сяадятидир
 
 
  
99
 
 
SEVGİLİM, SƏNİN SAYƏNDƏ 
 
Mən yatmışdım, sən oyatdın, 
Məndə ülvi hiss yaratdın.  
Dərd-qəmi köksümdən atdım,  
Sevgilim, sənin sayəndə.  
 
Gəzib hər yanı dolaşdım, 
Yalnız səninlə ulaşdım. 
Şirin dilinə alışdım, 
Sevgilim, sənin sayəndə.  
 
Məhəbbətin gücün andım, 
Eşqin atəşində yandım. 
Saf, təmiz eşqə inandım, 
Sevgilim, sənin sayəndə.  
 
Şərdən, böhtandan qaçdım, 
Saf məhəbbətə əl açdım. 
Gözəl günümə yol açdım, 
Sevgilim, sənin sayəndə.  
 
Hər zaman arxamda durdun
Güloğlanla ailə qurdun. 
Abadlaşdı ömür yurdum, 
Sevgilim, sənin sayəndə.  
 
 


                    Азадлыг миллятин сяадятидир  
 
100
 
 
GÜLÜM 
 
Ömrün, günün payızıdı ayrılıq, 
Sənsiz gülüm, rəngim, ruhum sovulur. 
Hicran dərdi yandırıbdı içimi, 
Vüsal hissi ürəyimdə boğulur.  
 
 
Allah verir ömrü, günü, ruzini, 
Həyat özü yetişdirir qazini. 
Eşq yaradır, hər amalı, arzunu , 
İlk məhəbbət gözlərimdə qovrulur. 
 
 
Xariqələr yaradır yaz nəfəsi, 
Çiçək ətri məftun edir hər kəsi. 
Naxış vurur hər ömrə eşq həvəsi, 
Əsil sevgi yaşadıqca doğulur. 
 
 
Ay Güloğlan, güvən arzu, kamına, 
Öyrəş yarın titrək könül damına. 
Üzülürəm, gülüm, tez gəl yanıma, 
Həsrət yeli ümidimi sovurur. 


Азадлыг миллятин сяадятидир
 
 
  
101
 

ANA 
 
(Anamın əziz xatirəsinə  ithaf edirəm) 
 
Xoş niyyətdi, saf arzudu, diləkdi, 
Övladının gözlərində mələkdi. 
Həm gəlinə, həm də qıza örnəkdi, 
İlahinin müjdəsidi analar. 
 
 
İşgüzardı, çox qoçaqdır, zirəkdi, 
Hər yıxılan evə ana dirəkdi. 
Yaranışa, yaşayışa gərəkdi, 
İlahinin müjdəsidi analar. 
 
 
Şən həyatın təməlidi, nəbzidi, 
Hər oğulun, hər bir qızın əzmidir. 
Təmizliyin, gerçəkliyin rəmzidir, 
İlahinin müjdəsidi analar. 
 
 
Yeri odlar diyarıdı bəllidi, 
Dili Türkün ləhcəsidi, dilidi. 
Yer üzünün gövhəridi, ləlidi, 
İlahinin müjdəsidi analar. 


                    Азадлыг миллятин сяадятидир  
 
102
 
 
AY ANA  
 
 
Heç kimsə çəkməsin mən çəkən dərdi 
Heç kim bu əzaba dözməz, ay ana! 
Oğul, qız can verər Vətən yolunda, 
Mərd igid göz yaşı tökməz, ay ana! 
 
 
Sirdaşım günəşdi, yol yoldaşım sən. 
Bəlalı könlümə həmdəmdi dərd-qəm. 
Belə ki, görürəm bu zamanı mən, 
Gün də yolumuza saçmaz, ay ana! 
 
 
Bədxah aman vermir yolumla gedəm
Şəri dara çəkib, böhtanı didəm. 
Hələ ki, göz yaşı axıdır didəm, 
Arzum puçurlanıb açmaz, ay ana! 
 
 
Heç vaxt yalvarmadım özgəyə, yada, 
Günü-günə verdim, zəhməti bada. 
Neçə ki, kasıbam bu gen dünyada, 
Kimsə qapımızı açmaz, ay ana! 
 
 
Nankor harınladı düşdü kəsakəs 
Zülmə sinə gərdi hər qeyrətli kəs. 
Dar gündə vətəni tərk edər nakəs, 
Ər atıb yurdunu qaçmaz, ay ana! 


Азадлыг миллятин сяадятидир
 
 
  
103
 
 
OLMUŞAM 
 
(Anamın əziz xatirəsinə  ithaf edirəm) 
 
Deməyin ayrılıq haqq yazısıdı, 
Ana dünyasında mən sirr olmuşam. 
Göz dəyib deyəsən ülvi eşqinə
Bu dövr, zamana əsir olmuşam. 
 
 
Dünya bəxtə-bəxtdir kiminə düşür, 
Kimi çiçək dərir, kimi gor eşir. 
Zalımın kündəsi yayılıb bişir, 
Mən də yana-yana kömür olmuşam. 
 
 
Düz yol yolum olmuş, saflıq təməlim, 
Nəciblik ilk işim, arzum, əməlim. 
Əlinə əl verib, əl tutub əlim, 
Ömrünə ayrı bir ömür olmuşam. 
 
 
Qəlbim döyündükcə düşürsən yada,  
Ruhunu  qəlbimə etmişəm oda. 
Sənsiz zülm çəkib düşmüşəm oda
Qayğısız böyüyüb mən kür olmuşam. 
 
 
Rahat yat, ay ana, qurbanam sənə, 
Ruhun kömək edir hər zaman mənə, 
Güloğlan bələnib kədərə-qəmə, 
Dönüb qəbrin üstə mamır olmuşam. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə