Güloğlan Dünya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/15
tarix17.11.2017
ölçüsü2,8 Kb.
#10721
1   ...   7   8   9   10   11   12   13   14   15

                    Азадлыг миллятин сяадятидир  
 
104
 
 
NƏNƏMİ ƏZİZLƏ EY ANA TORPAQ
 
(Qızyetər nənəmə ithaf olunur) 
 
El-obadan halallıq al, 
Nənəmi əzizlə torpaq. 
Anasısan yerini sal,  
Nənəmi əzizlə, torpaq. 
 
Qızın üçün dua elə, 
İlahidən rəhmət dilə. 
Yerin cənnət məkan eylə, 
Nənəmi əzizlə, torpaq. 
 
Yumşaq, isti yer ayır, 
Yerini nur ilə doyur. 
Neçə ki qoynunda uyur, 
Nənəmi əzizlə, torpaq. 
 
Ruhunu oxşa, al ələ, 
Mələklərlə tanış elə. 
Cismini gülünə bələ, 
Nənəmi əzizlə, torpaq. 
 
Zülmət köşkünə yiyə dur, 
Saçlarına hey sığal vur. 
Həmişə qulluğunda dur, 
Nənəmi əzizlə, torpaq. 
 
Aman vermə qarı yelə, 
Qayanı sipər et selə. 
Hər an ruhunu şad elə, 
Nənəmi əzizlə, torpaq. 
 


Азадлыг миллятин сяадятидир
 
 
  
105
 
 
BAHAR 
 
Yaz qovub qışın izini, 
Qış yerə qoyub dizini, 
Açıb yerin gül üzünü, 
Xoş ovqat gətirib bahar. 
 
 
Sis-dumana sinə gərib, 
Al günəşin nurun dərib, 
Dağa, düzə kilim sərib, 
Bol sovqat gətirib bahar. 
 
 
Yol açıb hər bir çeşməyə
Bəzək vurub hər guşəyə, 
Həyat verib bənövşəyə, 
Eşq-işrət gətirib bahar.  


                    Азадлыг миллятин сяадятидир  
 
106
 
 
XƏTRİNƏ 
 
 
Təbiətin gərdişini izlədim, 
Cah-cəlallı bir elimin xətrinə. 
Yağışını, yağmurunu gözlədim, 
Bağ-bağçamın, tər gülümün xətrinə. 
 
 
Hər gecəmi, gündüzümə mən qatdım, 
Hər arzumu, ilhamını oyatdım. 
Ürəyimi vərəqlərə boşaltdım, 
Öz anamın, öz dilimin xətrinə. 
 
 
Neçə dərə, neçə təpə, yal aşdım, 
Gəncəbasar bölgəsini dolaşdım 
Şiş qayalı zirvəsinə yol açdım 
Qız ismətli Göygölümün xətrinə. 
 
 
Ay Güloğlan, öz gücünə güvən sən, 
Mərd dar gündə Vətəninə olar tən. 
Arzularım çiçəkləyib tutdu dən, 
Doğru-dürüst əməlimin xətrinə. 


Азадлыг миллятин сяадятидир
 
 
  
107
 
 
 
AİLƏ TƏMƏLİNİ BƏRKİDİR UŞAQ 
 
 
Sövq ilə toxunur, hörülür gəbə,  
Eşq-işrət insanı gətirir təbə. 
Sevgidən yaranır, doğulur bəbə
Ailə təməlini bərkidir uşaq. 
 
 
İstedad genindən keçir insana, 
Tərtəmiz sevgiylə çatılır kama. 
Ataya oğul-qız bəxş edir ana, 
Ailə təməlini bərkidir uşaq. 
 
 
Ailədə xoş ovqat yaradır övlad, 
Ata-ana olur hər bir ər-arvad. 
Həsrətli qəlbləri eyləyib abad, 
Ailə təməlini bərkidir uşaq. 


                    Азадлыг миллятин сяадятидир  
 
108
 
NƏVƏ 
 
(Nəvələrim Elnur və Adəmə ithaf edirəm) 
 
Arzular gül açıb, ilahi yenə, 
Dostlar əhsən deyir Şəfəq, bu günə, 
Nəvə sevincini yaşatdın mənə, 
Nəslin iftixarı, arıdı nəvə. 
 
Hər ömrü bəzəyir eşqin həvəsi, 
Boy verib, gül açır könül guşəsi. 
Qəlbləri oxşayır körpənin səsi, 
Hər evin bəzəyi, zəridi nəvə. 
 
 
İnsan öz ağlıyla kəşf edib odu, 
Sevgiylə qazanır hər bir övladı. 
Ömrün, şən həyatın ləzzəti, dadı, 
Bəşərin ən şirin barıdı nəvə. 
 
 
Allah yaratsa da insanı, yeri, 
Ailə yetişdirir gəlini, əri. 
Nənənin daş-qaşı, gövhəri, zəri, 
Babanın sərvəti, varıdı nəvə.  


Азадлыг миллятин сяадятидир
 
 
  
109
 
 
ŞƏFƏQ 
 
(Qızım Şəfəq xanıma ithaf edirəm) 
 
Qızım, bar gətirmir hər vaxt hər əkin, 
Elmdi, bilikdi hər dərdə hakim. 
Oxuyub olmusan mamaçı həkim. 
Gözümün işığı, nurusan, Şəfəq, 
Ömrümün ən gözəl payısan, Şəfəq. 
 
 
Haqqa-ədalətə olmusan əmin, 
Hər işin, hər dərdin tapmısan çəmin. 
Artıq çiçək açıb, bar verir elmin. 
Nəslimin sərvəti, varısan, Şəfəq, 
Ömrümün ən gözəl payısan, Şəfəq. 
 
 
Güloğlan, zəhmətlə qazanılır ad, 
Bir dəfə verilir hər kəsə həyat. 
Hər şeydən əzizdi ataya övlad. 
Könül bağımızın barısan, Şəfəq, 
Ömrümün ən gözəl payısan, Şəfəq. 


                    Азадлыг миллятин сяадятидир  
 
110
 
 
İLKİN  
 
(Qaynım oğlu İlkinə ithaf edirəm
 
İlahi, rəvac ver elin səyinə
Toy-bayram düşməsin heç vaxt çətinə. 
El təşrif gətirib bu toy-düyünə, 
Ruzin bol, məclisin gen olsun, İlkin! 
 
Qəm, qüssə dərd, fikir arzunu boğur, 
Xoş gün, xoş gələcək arzudan doğur. 
Hər işin, əməlin gətirsin uğur, 
Kefin kök, həyatın şən olsun, İlkin. 
 
Xariqə yaradır peşəkar, əsil, 
Övladın elmiylə fəxr edir nəsil. 
Oxu, töhfə versin xalqına təhsil, 
Xoş gün özü sənə tən olsun, İlkin. 
 
Toy el adətidi ruh verir dinə, 
Hamı alqış deyir bu gözəl günə 
Xeyir-dua versin ilahi sənə, 
Gülsün əməllərin dən olsun, İlkin, 
Xoş gün özü sənə tən olsun, İlkin. 


Азадлыг миллятин сяадятидир
 
 
  
111
 
 
BAYATILAR 
 
Daranıb göy çəməni
Gözləyir Göyçə məni. 
Vətən dara düşübdü, 
Səsləyir öncə məni. 
 
Hər kəsdə dözüm ola, 
Hər dərdə çözüm ola, 
Haqq şərə qalib gələ, 
Qarabağ bizim ola. 
 
Təpərsiz oğul olmaz, 
Şəkərsiz noğul olmaz. 
Sərgərdan gəzən kəsin, 
Başında ağıl olmaz. 
 
Bu elə-obaya bax, 
Hər igid balaya bax. 
Ərənlər əsgər gedir, 
Nizami alaya bax. 
 
Ev dönə ola qala, 
Hər oğlum, qızım qala, 
Dədə-baba yurdunda, 
Ocağım, közüm qala.   
 
Torpaq oyanıb durub, 
Çəmən daranıb durub. 
Yarəb, baharı qoru, 
Bənövşə boynun burub. 
 
Bir ara xoşa gəldim, 
Sevindim coşa gəldim. 
Dedim gözəl oğlana, 
Yarını boşa, gəldim.  
 


                    Азадлыг миллятин сяадятидир  
 
112
 
Dostlarım qoşa gəldi, 
Nə dedim xoşa gəldi. 
Yarımı görən kimi, 
Ürəyim coşa gəldi. 
 
Əlimdə para gəldim, 
Eyləyin çara, gəldim. 
Gülüm kömək et mənə, 
Qəlbimdə yara gəldim. 
 
Saçını dara gəlim. 
Dərdimi ara gəlim. 
Sənin hər xoş günündə
Köməyə kara gəlim. 
 
Dayağım, varım olsa, 
Əsəbim tarım olsa, 
Düşmənə güc gələrəm, 
Vəfalı yarım olsa. 
 
Yaylağa cığır gedir. 
Köç gedir, sığır gedir. 
Yer sirdi, möcüzədi, 
Hər gələn sığır gedir. 
 
Yad gələr, sıxar gedər, 
Dost gələr, çıxar gedər, 
Elə bahar gələndə, 
Çölə gül taxar gedər. 
 
 
Bağında gözüm qaldı, 
Dərmədim üzüm qaldı. 
O qızı görən kimi, 
Alışdım közüm qaldı. 
 
Yurd saldım mənim ola, 
Şərəfim, şanım ola, 
Oğul ona deyərəm, 
Düşmənə qənim ola.  
 


Азадлыг миллятин сяадятидир
 
 
  
113
 
 
Sevdiyin gəlin olsa 
Dilçəyin, dilin olsa. 
Həyat üzünə gülər, 
Ürəyin həlim olsa. 
 
Uçaram dəvəm olsa, 
Sehirli gəbəm olsa, 
Arzularım çin olar, 
Cüssəli nəvəm olsa. 
 
Bərəni yoxla gəldim, 
Çiçəyi qoxla gəldim. 
Düşmənə aman vermə, 
Kamanla, oxla gəldim. 
 
Qürbətdə tənə gəldim, 
Döndüm, vətənə gəldim. 
Anamı görən kimi, 
İmana, dinə gəldim. 
 
Yar sevsə, qəmim olmaz, 
Qəzəbim, kinim olmaz, 
Yardan aralı gəzsəm, 
Dərd-qəmsiz günüm olmaz. 
 
Əkməsəm, zəmin olmaz. 
Taxılın, dənin olmaz. 
Sərvətin qorumasan, 
O torpaq sənin olmaz. 
 
Hər qızda əda olar, 
Sevməsə, xəta olar. 
Gözəlin hər dərdinə, 
Ürəyim fəda olar. 
 
Elnur bəy məzəlidi
Qəlbimin özəlidi. 
Nəvələrin içində,  
Hamıdan gözəlidi. 
 


                    Азадлыг миллятин сяадятидир  
 
114
 
Hay düşsə səda gələr, 
Hər cana qada gələr, 
Övladın dar günündə, 
Köməyə dədə gələr. 
 
Qafanda gözüm qaldı, 
Çəmənim, düzüm qaldı. 
Ata-baba yurdunda, 
Ocağım, közüm qaldı.  
 
Şər gələr yaxar gedər, 
Yad gələr baxar gedər, 
Dostun yaman günündə, 
Dost əli sıxar gedər. 
 
İp yansa külə dönər, 
Toxunsa tülə dönər. 
Evə gəlin gələndə, 
Ev-eşik gülə dönər.  
 
Hər dənim tağa döndü, 
Tər bağçam bağa döndü. 
El yaylağa köçəndə, 
Ürəyim dağa döndü.  
 
Şairin sözü gülər
Hər işi, izi gülər. 
El-elə söykənəndə, 
Millətin üzü gülər. 
 
Hardasan, saram mənim? 
Qövq edir yaram mənim. 
Yolunu gözləyirəm, 
Sənsən tək çaram mənim. 
 
Gül, bağça sarı neynir, 
Qızılgül barı neynir, 
Vəfalı yarı olan, 
Sərvəti, varı neynir. 
 


Азадлыг миллятин сяадятидир
 
 
  
115
 
 
Hər bulud qar gətirməz, 
Hər sel-su nar gətirməz.  
Qayğı görsə də ağac, 
Kölgədə bar gətirməz. 
 
Al bəniz alı neynir, 
Qəşəng qız ləli neynir, 
Şirin dili olanlar, 
Şəkəri, balı neynir. 
 
Dağ gölü bəndi neynir, 
Qoç igid fəndi neynir, 
Şəhərdə gəzən «oğlan», 
Kəsəyi-kəndi neynir.  
 
 
Hər zirvədə  qar olmaz, 
Hər gədədə ar olmaz. 
Türkün dostu Türk olar, 
Yad-yamandan yar olmaz. 
 
Ağac əksən bar olar, 
Zəhmət çəksən var olar, 
Namərdlə bir yol getsən
Dünya sənə dar olar. 
 
Şəkəri arı neynir, 
Al şalı qarı neynir, 
Sərvi boylu Xan Çinar, 
Bəhəri, barı neynir. 
 
Ağrına, acına bax, 
Hər qaçqın bacına bax, 
Oğul, eli azad et, 
Taxtına, tacına bax. 
 
Ay oğul, haraya bax, 
Hər evə, saraya bax. 
Böyüyün yolun saxla, 
Yaralı qarıya bax. 


                    Азадлыг миллятин сяадятидир  
 
116
 
Ağam, sənə yaram mən, 
Vurulmuşam koram mən. 
Yolunu gözləyirəm, 
Ölməmişəm varam mən. 
 
İgid dayanmaz gendə, 
Hər zaman gedər öndə, 
Arı qeyrəti olsa, 
Boş-bekar durmaz gündə. 
 
Yazda dağ tülə dönər, 
Bağ-bağça gülə dönər, 
Yarım gəlib çıxmasa, 
Göz yaşım selə dönər. 
 
El yazda dağa köçər, 
Hər bəy, hər ağa köçər. 
Elə ki, çiçək açdı, 
Bülbüllər bağa köçər.  
 
Yaz vaxtı bahar olar, 
Gül dönüb bəhər olar. 
Nakəslə çörək kəssən, 
Bal dönüb zəhər olar.  
 
 
 


Азадлыг миллятин сяадятидир
 
 
  
117
 
MÜNDƏRİCAT 
 
TEZ-TEZ GƏLİN ..............................................................  4 
MƏNİ .................................................................................  5 
GEDİRƏM .........................................................................  6 
İRƏLİ GET, AZƏRBAYCAN ƏSGƏRİ! ......................... 7 
BABALARIN İZİ QALDI VƏTƏNDƏ ............................  8 
GEDİM .............................................................................. 9 
HAQQINA YİYƏ DUR VƏTƏN ..................................... 10 
VƏTƏN MƏNİM YERİM HANI? ................................... 11 
XOŞ XƏBƏR GƏTİR ....................................................... 12 
YAŞADIM .........................................................................  13 
VƏTƏNƏ GƏLİN ............................................................. 14 
VƏTƏN ............................................................................. 15 
QALMIŞAM ..................................................................... 16 
TƏBRİZİM ........................................................................ 17 
GEDİR ............................................................................... 18 
OLASAN ........................................................................... 19 
MƏNİ  BU  MİLLƏTİN  PİSİNDƏN  QORU .................. 20 
EY VƏTƏN .......................................................................  21 
APARDI ............................................................................ 22 
VƏTƏNİN ÜZÜNÜ GÖRÜM .......................................... 23 
VƏTƏNİN DADINA YETƏN OLMADI ......................... 24 
TORPAĞI AZAD ET, VƏTƏN ƏSGƏRİ! .......................  25 
TARİXİMİZİ QORUYAQ ................................................ 26 
AZƏRBAYCAN ............................................................... 27 
KÜSÜBDÜ ........................................................................  28 
DEYİL ............................................................................... 29 
QƏLBİMİ  KÖKSÜNƏ  QOYUB  GEDİRƏM. ...............  30 
GÖR NEÇƏ EL QALIB DÜZDƏ AY ALLAH ................ 31 
BALA ................................................................................ 32 
ƏLDƏN GEDƏR .............................................................. 33 
GÖRÜŞÜNƏ  GƏLİM  DAĞLAR ................................... 355 
DAĞLAR ...........................................................................  36 
BƏLALI  DAĞLAR .......................................................... 37 


                    Азадлыг миллятин сяадятидир  
 
118
 
 
DAĞLAR, BİZİ QINAMAYIN ........................................ 38 
AÇIQ  OLSUN  YOLUN  DAĞLAR ................................  39 
ELAT DAĞLARA KÖÇƏNDƏ ........................................  40 
GÜL AÇSIN HƏR KOLUN, DAĞLAR ........................... 41 
ŞEİRLƏR ...........................................................................  42 
QATILDIM ....................................................................... 43 
SONRA ..............................................................................  44 
DƏYMƏSƏ ....................................................................... 45 
O  QIZDA  İŞVƏNİ  NAZI  GÖRMƏSƏ ......................... 46 
ÇATARSAN ......................................................................  47 
AĞLAMAQDAN  DOYMURUQ  BİZ ............................ 48 
AZADLIQ  MİLLƏTİN  SƏADƏTİDİR ..........................  49 
GÖRMƏSƏ ....................................................................... 50 
BİLİNMİR ......................................................................... 51 
OLUM  MƏN  DƏ MƏN .................................................. 52 
YERİNƏ ............................................................................ 53 
BİZİM GÖZLƏMƏYƏ HAQQIMIZ YOXDU ................. 54 
ÜZÜLDÜ DÜNYA ........................................................... 55 
DOSTLAR İŞ-GÜCÜMÜZ SƏBİRDƏN KEÇİR ............ 56 
YAXŞIDI ...........................................................................  57 
NANKOR YAĞI ............................................................... 59 
BƏXTƏ-BƏXTDİ ÖMÜR ÖZÜ ƏZİZİM ........................ 59 
BARIŞA BİLMİRƏM BU HƏYAT İLƏ .......................... 60 
ÜMİD VER YAŞAYAQ ALLAH ..................................... 61 
XALQIN ARZUSUYLA YAŞAYIR ŞAİR ...................... 62 
TALEYİMƏ YAZILIBDI KƏDƏR, QƏM .......................  63 
ƏYRİ YOLA DARTMA MƏNİ ....................................... 64 
ASILIDI .............................................................................  65 
ÜZƏ ÇIXMIR .................................................................... 66 
YER ÜZÜKSƏ GÜNƏŞ ONUN QAŞIDI ........................ 67 
ÇƏKİLƏN ZƏHMƏTƏ DƏYMƏZMİŞ DÜNYA ........... 69 
TÜRK ÖZ DÜŞMƏNİNDƏN ÜZR İSTƏMƏZ ............... 69 
ÖZÜNÜ XALQINA SEVDİRİB İLHAM .........................  70 
İLHAM ....................................................................  ……..71
 
ÖLƏRƏM  GÖRMƏSƏM  ÜZÜNÜ  GÜLÜM ................ 73 
SƏN OLSAN ..................................................................... 74 


Азадлыг миллятин сяадятидир
 
 
  
119
 
 
BU DİLBƏR ......................................................................  75 
QADAN ALIM .................................................................. 76 
NİGARIM. .........................................................................  77 
MƏHƏBBƏT .................................................................... 79 
GÜLÜM  GƏL .................................................................. 79 
GÜLSÜN ........................................................................... 80 
YARIM OL ........................................................................ 81 
QALMIŞAM  EŞQİMİN  SORAĞINDA  MƏN .............. 82 
İZİN VER QIZINIM  EŞQİN ODUNA ............................ 83 
GÖZƏLİM .........................................................................  84 
OLAYDIN ......................................................................... 85 
MƏN SƏNİN OLUM ........................................................ 86 
DAĞ ÇEŞMƏSİ TƏK DURUSAN GÜLÜM ................... 87 
GÖRÜŞ AXŞAMI ............................................................. 89 
QONUR GÖZLÜ NAZLI DİLBƏR ..................................  89 
O GÜNÜ ............................................................................ 90 
QƏM-QÜSSƏ YARAŞMIR ALA GÖZÜNƏ. ................. 91 
GÜLÜM GERİ DÖN ......................................................... 92 
GƏL ÜZÜNÜ GÖRÜM SƏNİN ....................................... 93 
KÜSƏYƏN GƏLİN .......................................................... 94 
GÖZƏLİM SORAQLA MƏNİ ......................................... 95 
SƏNSİZ DÖZƏ BİLMİRƏM YAR .................................. 96 
QALIB ............................................................................... 97 
KÖNLÜM ..........................................................................  99 
SEVGİLİM SƏNİN SAYƏNDƏ ...................................... 99 
GÜLÜM .............................................................................  100 
ANA................................................................................... 101 
AY ANA ............................................................................ 102 
OLMUŞAM .......................................................................  103 
NƏNƏMİ ƏZİZLƏ EY ANA TORPAQ .......................... 104 
BAHAR ............................................................................. 105 
XƏTRİNƏ ......................................................................... 106 
AİLƏ TƏMƏLİNİ BƏRKİDİR UŞAQ .............................  107 
NƏVƏ ................................................................................  108 
ŞƏFƏQ .............................................................................. 109 
İLKİN ................................................................................ 110 
BAYATILAR .................................................................... 111 


                    Азадлыг миллятин сяадятидир  
 
120
 
 
GÜLOĞLAN DÜNYA 
Azadliq millətin səadətidir 
 
Mətbəənin direktoru: Mirfazil Əliyev 
Redaktor: Xasay Cahangirov 
Korrektor: Məftun Ənvəroğlu 
Korrektor: Şəfəq Güloğlan qızı 
Operator: Dürdanə Quliyeva 
Dizayner: Ruhiyyə Məmmədova 
Texniki Redaktor: Mehriban Səfərova 
 
 
 
 
 
 
 
 
 
 
_____________________ 
 
Yığılmağa verilmişdir: 10.02.2009 
Çapa imzalanmışdır: 20.02.2009 
Kağız formatı: 60x84, 1/16. Ofset çapı. 
Fiziki ç.v. 7,5. Tirajı 200. Sifariş №32. 
Kitab “Dərələyəz-M”mətbəəsində çap edilmişdir. 
Tel: (012) 448 04 04; (018) 646 50 42. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə