Gulistani Irem cur cdr



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə14/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   ...   10   11   12   13   14   15   16   17   ...   70

 
57 
İKİNCİ FƏSİL 
 
ƏRƏB QOŞUNLARININ AZƏRBAYCANA 
GƏLMƏSİNDƏN BAŞLAYARAQ 
MOĞOLLARIN İSTİLASINA QƏDƏR 
 
«Tarixi-Təbəri», «Tarixi-güzidə» və «Rövzülmitar» kitablarında 
deyilir: Ömər ibni-Xəttab
1
  İran ölkəsini fəth etdiyi zaman, Süraqə 
ibni-Əmri Azərbaycanı almağa göndərdi.  O,  bu  ölkəni fəth etdik-
dən sonra, hicri 22-ci (=644) ildə, Bəkr ibni-Əbdüllahi Şirvan səmti-
ni mühafizə etməyə göndərdi. Sonra Əbdürrəhman ibni-Rəbiəni 
pişdar təyin edib, özü də onun ardınca o tərəfə  hərəkət etdi. 
Əbdürrəhman Muğan, Bəkr isə Ermənistan tərəfindən hərəkətlə, 
bir çox yerləri aldılar. Bu yerlərin bəzisini hərb ilə, bəzisini də sülh 
ilə ələ keçirdilər. Araz üzərindəki Xudafərin körpüsünü Bəkr tikdir-
mişdir. O zaman ermənilər ərəb qoşununun zülmündən qaçıb, Qa-
rabağın çətin gedilən yerlərinə sığınmışdılar. Onların çoxu indi də 
bu yerlərdə yaşamaqdadır. Bərdə şəhəri o zamandan xarabalığa üz 
qoydu. Xülasə, Bəkr və Əbdürrəhman Şirvanın yaxınlığına çatınca, 
o yerin padişahları nəslindən olan vilayət hökmdarı Şəhriyar aman 
istədi və sülh etdi, bu şərtlə ki, xərac və ciziyə verməsin və bu ver-
gilər, türkləri və sair müxtəlif din sahiblərini dəf etmək üçün sax-
lanacaq qoşuna sərf edilsin. Onlar Şəhriyarın bu təklifini Süraqə 
ibni-Əmrə yazdılar, o da bunu Ömər ibni-Xəttabın hüzuruna gön-
dərdi. Xəlifə də bunu qəbul etdi. Ərəblərlə şirvanşahlar arasında bu 
qayda həmişə saxlanırdı. Süraqə qoşun başçılarından hər birini, bir 
dəstə qoşunla, keçidlərə  və dağlıq yerlərdəki  şəhərlərə göndərdi. 
Alan və Xəzər keçidlərinin hamısını möhkəmləndirib, müsəlmanları 
bu yerlərdə sakin etdi. 
Süraqə vəfat edincə, Ömərin əmrilə Əbdürrəhman onun yeri-
nə təyin edildi. O da qoşun götürüb 200 ağaclıq məsafəsi olan bir 
                                                 
1
 Ömər ibni-Xəttab – xülafəyi-raşidindən ikinci xəlifədir (13-23=634-644). 
 
58
keçidə girdi. Bir çox şəhərin  əhalisi müsəlman oldu, Gürcüstan 
əhalisi ilə də, ciziyə vermək şərtilə sülh bağlandı. Bəzi başqa xalqla-
rı da müsəlman edib, yenə  Dərbəndə  gəldi. Osmanın
1
 xilafəti za-
manında burada vəfat etdi... 
«Həbibüssiyər»də deyilir: Osman ibni-Üffanın  əmrilə, Həbib 
ibni-Səlmə ərəb qoşunu ilə Ermənistana, Azərbaycana, Muğana və 
Şirvana gəldi, başlıca üsyançıları sülh ilə yola gətirdi. Ondan sonra 
- Osmanın vəfatına qədər - Hüzeyfə ibni-Yəman, Müğeyrə ibni-
Şəbə və Əşəc ibni-Qeys bu hüdudda hökmran idilər. 
«Dərbəndnamə» sahibi deyir: 
... Hicri 41-ci (=662) ildə, səhabələrdən Səlman və  Rəbiə-
tülbahili, 4000 igid və döyüşkən qoşunla, xəzərlərin geri aldıqları 
Dərbəndə doğru hərəkət etdilər.  İslam qoşunu gəlincə, Dərbənd 
Narınqalasının mühafizələri Həmri qalasına qaçdılar. Müsəlmanlar 
qalanı  və  Dərbənd  şəhərini  ələ keçirdilər. Xəzər padişahı Xaqan, 
külli qoşunla onları dəf etməyə gəldi. Müsəlmanlar da onu qarşıla-
dılar. Dərvaq çayı  kənarında hər iki tərəf üz-üzə  gəldi.  Ərəblərin 
şücaəti haqqında çox şeylər eşitmiş  olan  Xaqan,  müharibə etmək 
istəmirdi, zənn edirdi ki, silah onların bədənlərinə kar etmir. Bu 
halda, xəzərlərdən bir nəfər dəniz sahilinə getdi, orada tək başına 
çimməkdə olan bir müsəlmanı öldürdü, başını  kəsib Xaqanın 
hüzuruna gətirdi. Bu əhvalatdan sonra, müharibəyə cəsarət etdilər, 
5 gün səhərdən axşama qədər hərb meydanı qızışdı, hər iki tərəf-
dən bir çox camaat qırıldı. 6-cı gün Xaqan öz qoşununu çox mə-
zəmmət edib dedi: bu gün hər kim müharibədən üz çevirsə, müka-
fat olaraq məndən əzab görəcəkdir. Bu tərəfdən də, müsəlmanlar 
cəhad şövqilə ruhlanmışdılar. Səlman və Rəbiə öz qoşun dəstələri-
nin qarşısında, 40 nəfər könüllü ilə düşmənə  həmlə etdilər. Çox 
şiddətli bir müharibə oldu, Xaqanın qoşunundan neçə min nəfər 
öldürüldü. Səlman ilə Rəbiə də bu 40 nəfər ilə birlikdə öldürüldü-
lər. Bunların qəbirləri, Dərbənd şəhərinin yanında, Qırxlar adı ilə zi-
                                                 
1
 Osman ibni-Üffan – xülafəyi-raşidindən üçüncü xəlifədir. (23-35= 644-656). 


 
59 
yarətgahdır. İslamın qalan qoşunu məğlub oldu, yaralılar Dərbəndə 
və buradan da Şama qayıtdılar. Xaqan, Dərbənd şəhərini mühafizə 
etmək üçün 3000 nəfər əsgər təyin edib, öz paytaxtına qayıtdı. 
Əməvilərdən Vəlid ibni-Əbdülməlik
1
, hicri 86-cı (=705) ildə, 
xilafətə oturduğu zaman, öz qardaşı Müsliməni 40000 igid əsgərlə 
Dərbəndi almağa göndərdi. Müslimə  əvvəlcə Naxçıvan ölkəsində, 
Araz çayı kənarında - indi də xarabaları məlum olan - Çülah şəhəri-
ni aldı. Sonra Lahıcan şəhərini alıb viran etdi. Bundan sonra Şirvana 
gəldi. Müskürə  qədər  ələ keçirdiyi yerlərdə hakimlər təyin etdi. 
Buradan da Dərbənd üzərinə yürüş edərək oranı mühasirəyə aldı. 
Lakin qalanı almaqdan məyus olub, qayıtmaq fikrində idi. Bir gecə 
qaladan bir nəfər gəlib dedi; əgər onu dünya malından təmin etsə-
lər, bildiyi gizli bir yol ilə qoşunu qalaya daxil edər. Müslimə bu işə 
könüllü bir nəfər istədi, kimsə cəsarət etmədi. Bu halda, Əbdüləziz 
Bahili iki oğlu və qəbiləsindən yüz nəfər igidlə bu işi yerinə yetir-
məyi öhdəsinə aldı, bu şərtlə ki, Beytülmala çatacaq xümsdən baş-
qa, qənimətlərin hamısı ona çatsın. Sonra dağ tərəfindən 6000 nə-
fər də onların ardınca getdi. Bələdçinin göstərişilə, lağım atıb, Dər-
vaq tərəfindən yer altındakı dərvazanı açdılar. Qalaya elə daxil ol-
dular ki, qarovulçulardan kimsə bunu bilmədi. Gecə yarısı müha-
ribə başlandı. Xəzərlər öz can və  əhli-əyallarını müdafiə edirdilər. 
Müharibə sübh açılıncaya qədər davam etdi. Sübh zamanı, müsəl-
manlar qalanın dərvazasını tutdular, İslam qoşununun hamısı içəri 
daxil oldu. Xüms çıxıldıqdan sonra, bütün qənimətləri Əbdüləzizə 
verdilər. O da bu qənimətləri qalanı almaqda iştirak edən 6000 nə-
fər əsgər arasında bölüşdürdü. Bələdçilik edən kişiyə də çoxlu mal 
verib bir qulluğa qoydular. 
Müslimə, özündən sonra xəzərlərin əlinə keçməsin deyə, qala-
nın dağıdılmasını məsləhət gördü. Qoşun sərkərdələri də onun rə-
yini təsdiq etdilər. Ancaq Əbdüləziz dedi: bu, boş bir xəyaldır; çün-
ki xəzər tayfası gəlib, onu əvvəlkindən də yaxşı təmir edər. Nə qə-
                                                 
1
 Vəlid ibni-Əbdülməlik - əməvilərdən altıncı xəlifədir (86-96=705-715). 
 
60
dər Dərbənd onların əlində olsa, Ermənistan və Azərbaycan ölkələ-
ri salamat qala bilməz. Müslimə onun sözünü qəbul etməyib, qala 
divarının hər iki tərəfdən dağıdılmasına  əmr verdi. Əbdüləzizi də 
Ermənistan və Azərbaycan hakimi təyin edib Şama qayıtdı. Xəzər 
tayfası yenə Dərbəndə gəldi, lakin onlar qalanı təmir etmədilər. Hər 
il oradan keçib, Ermənistan və Azərbaycanı  qətl və qarət edirdilər. 
Bu ölkə  əhalisindən peydərpey gələn  şikayətlərə görə, Müslimə 
ikinci dəfə 40000 qoşunla Dərbəndə  gəldi. Qalanı  təmir edərək, 
burada 5000 nəfər əsgər qoyub, Şama qayıtdı. Bundan bir neçə il 
keçdi. Dərbənd mühafizləri xəzərlərin qorxusundan qaladan bayıra 
çıxa bilmirdilər. Xəzərlər dərədən keçib Ermənistan və Azərbaycanı 
çapdılar. Ermənistan və  Şirvan hakimi Əbdüləziz Bahili, hərdənbir 
müdafiəyə qalxışırdısa da, onları dəf etməyə gücü çatmırdı... 
Hicri 103-cü (=722) ildə Əbdüləziz vəfat etdi. O əsrin xəlifəsi 
Yəzid ibni-Əbdülməlik
1
, Əbü Übeydeyi-Cərrahı 6000 nəfər əsgərlə 
Dərbənd mühafizlərinin köməyinə göndərdi. Xaqanın oğlu da öz 
qoşunun ilə Həmriyə gəldi. Əbu Übeydeyi-Cərrah Müskürə gəlib, o 
ətrafın qalalarındakı qoşunları toplayaraq Rubas çayı  kənarında 
dayandı. O, Təbərsəran və Qaytağın hələ  də islam dinini qəbul 
etməmiş olan əmirləri ilə görüşüb dedi: Mən Ərəbistandan xəzər-
lərin müharibəsinə  gəlmişəm, sizin də bu xüsusda mənə kömək 
etmənizi arzu edirəm. Ləzgi rəislərindən Artanış adlı bir nəfər, bu 
əhvalatı gizlicə Xaqanın oğluna bildirdi. Əbu Übeydeyi-Cərrah 
bundan xəbər tutub, üzdə dedi ki, guya o, burada ancaq üç gün 
dayanacaqdır. Lakin gecə, mənqəllərin işığı ilə Rubas çayından və 
Dərbənd şəhəri içərisindən keçdi. O, Avayın çeşməsi yanında, sağ 
cinah  əmirini 2000 nəfərlə  Təbərsəran tərəfinə çapqına göndərdi. 
Tapşırdı ki, günəş doğunca ordugaha qayıtsınlar. Sağ cinah əmiri 
12000 qaramal, qoyun və 700 əsirlə, sol cinah əmiri də 40000 qa-
ramal, at, qoyun və 2000 əsirlə geri qayıtdı. Onlar bunlardan əlavə 
bir çox başqa qənimətlər də gətirdilər. Xümsünü çıxdıqdan sonra, 
                                                 
1
 II Yəzid ibni-Əbdülməlik - əməvilərdən doqquzuncu xəlifədir (101-105 =720-724). 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə