Gulistani Irem cur cdr



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə12/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   ...   8   9   10   11   12   13   14   15   ...   70

 
49 
da birinci dəfə onun tələbini qəbul etdilər. Lakin qış olduğundan 
Pompey Kürün kənarında qışladı. Bu zaman albanlar qırx min nə-
fərlə gözlənmədən onunla müharibəyə gəldilər. Pompey albanların 
çaydan keçməsinə mane ola bilərdi, lakin keçincəyə qədər onlara 
hücum etmədi. Albanlar Kür çayını keçdikdən sonra, Pompey mü-
haribəyə başladı və onları yaman bir halda məğlub etdi. Bu əhva-
latdan sonra, Albaniya padişahı Orizi çarəsiz qalıb, barışıq istədi və 
buna da nail oldu. 
Pompey qarşısına qoyduğu səfərə davam etdi. Kolxidaya çat-
dıqda ona xəbər verdilər ki, albanlar ikinci dəfə olaraq toplaşmışlar. 
O (Pompey), getdiyi yol ilə geri qayıtdı. Kürü və Kür ilə Araz çayları 
arasındakı susuz çölləri və çətin yolları keçdikdən sonra, Abaza çayı 
kənarında 60 min piyada və 12 min süvaridən ibarət Albaniya 
qoşununa rast gəldi. İkinci dəfə, onları məğlub etdi. Qoşun sərdarı 
olan Albaniya padişahının oğlu Kozisi də öz əlilə öldürdü. Pompey 
albanları oradan üç günlük məsafədə olan dəniz sahillərinə qədər 
təqib etmək istəyirdi. Lakin bu nahiyədə olan çoxlu zəhərli ilan 
onun yürüşünə mane oldu. O buradan Kiçik Ermənistana qayıtdı. 
Qeysər ləqəbi daşıyan Roma imperatorlarının ilk hökmranlıq-
ları dövründə albanlar İveriya sultanları ilə müttəfiq idilər. Onlar 
Ermənistan vilayətləri uğrunda parfyanlarla - yəni Kürdüstan tayfa-
sı ilə - romalılar arasında gedən çəkişmələrə müdaxilə edirdilər. O 
dövrün hadisələrini qeyd edən tarixçi Tatsitin
1
 yazdıqlarından  ən 
məhşuru budur: Qeysər Tiberi öz səltənəti zamanında  İveriyada 
səltənət sürən Farazmanın qardaşı Mitridadı Ermənistan əyalətinə 
təyin etdi. Lakin Ermənistan səltənətinə göz dikmiş parfyan padişa-
hı Artaban bu işə razı deyildi. Farazman, albanlarla bərabər Mitri-
dada kömək edirdi. Dağıstan, Şirvan və indi Gəncə mülkü adlanan 
Qarabağ dərəsi yolu ilə Sərmat tayfasından onun köməyinə qoşun 
                                                 
1
 Tatsit -məşhur Roma tarixçilərindəndir, I əsrin ikinci yarısında anadan olmuş və II 
əsrin birinci rübündə vəfat etmişdir. 
 
 
50
gətirdilər, bu iş yaxşı  nəticə verdi. İran vilayətlərindən bir çoxu 
Parfyan və Ermənistan sultanlarının əlində idi; Albaniya da erməni-
lərin ixtiyarında və istilası altında idi. 
Erməni tarixçisi Çamçiyan deyir: Ermənistan padişahı Artaşes 
Sanatruk oğlu, miladın 88-ci ilində Alan, yəni Muğan səhrasında 
birləşmiş Alan, Dağıstan, Kuhistan və iveriyalıların bəzisi ilə mühari-
bəyə girişərək onlara qalib gəldi. Alan padişahının oğlu Saten əsir 
alındı. Erməni qoşunundan bir dəstə Kürün sol tərəfinə də keçmişdi. 
Alan padişahı sülh etmək istədi. Onun qızı Satenek Kürün kənarına 
gəlib, çayın o biri kənarında olan Artaşes ilə mütərcim vasitəsilə da-
nışmağa başladı və dedi: «Ey ağıllı və güclü padişah! Rəva deyildir ki, 
qardaşımın öldürülməsi üzündən iki şövkətli və  əzəmətli padişah 
arasında daimi ədavət düşsün». Artaşes (bunu eşidib) Kürdən keç-
di, üz-üzə onunla danışmağa başladı, onun kamal və camalına aşiq 
oldu. Sonra öz qoşununun sərdarı Sumbatı, qızın atası Alan padi-
şahının yanına elçiliyə göndərdi. Qohumluq baş tutdu, Saten azad 
edildi və hər iki padişah da öz hökumət mərkəzlərinə qayıtdılar. 
Bir zaman keçdikdən sonra, Alan padişahı vəfat etdi və onun 
sərdarlarından biri səltənətə keçdi. Saten qaçıb Artaşesə  pənah 
apardı, o da Sumbatı külli qoşunla onun köməyinə göndərdi. Bö-
yük bir vuruşma oldu, səltənəti qəsb edən sərdar türk ölkəsinə 
qaçdı. Sumbat onu Dərbəndin o tərəfinə qədər təqib etdi. Fəth və 
zəfərə nail oldu. Onun qoşunlarından bir çoxunu öldürdü və bir 
çoxunu da əsir aldı. Onlar Ermənistan ölkəsinə Ağrı dağının ətrafın-
da yerləşdilər. Saten də öz atasının mülkündə müstəqil oldu. Qazi-
qumuq şəhəri ətrafında bir kəndlə bir dağın indi də Sumbat adı ilə 
məhşur olması bu mətləbi təsdiq edir. 
Ermənistan padişahı Xosrovu, miladi 258-ci ildə öz əmisi oğlu 
Anak, Udi şəhəri yaxınlığında hiylə ilə öldürdü. Xosrovun vərəsələri 
də Anakı bir çox övlad və tabeləri ilə bərabər öldürdülər. Anakın iki 
kiçik yaşlı oğlunu lələlər götürdülər; böyüyü həzrət Corcisi Qeysə-
riyyəyə, kiçiyi Sureni də bibisinin - Haptaq padişahı Cavanşirin 
arvadının yanına gətirdilər. Sonra Suren 39 il Dərbənddə hökmran-


 
51 
lıq etmişdir. Xosrovun qətlindən sonra, Ermənistan ölkəsində 
iğtişaş başladı. Ərdəşir Sasani bu ölkəni istila etməyə və Xosrovun 
nəslini kəsməyə qalxmışdı. Bu zaman Ermənistan  əmirlərindən 
Artavazd Xosrovun oğlu Tiridatı götürüb Qeysəriyyəyə qaçdı. 
Tiridat çox qüvvətli və şücaətli idi, əsgəri xidmətə girərək yük-
sək şöhrətə malik oldu. Axırda Roma qoşunu ilə gəlib Ermənistan 
ölkəsini aldı. Daha sonra, 289 və 290-cı illərdə  İveriya,  Əğvan və 
Massageteni  ələ keçirdi. Sumbat övladından Sumbat adlı birini 
göndərib, Alan padişahının qızı  Əşkəni aldı. II Xosrov bundan ol-
muşdur. Əğvanlar ikinci dəfə iğtişaşa başladıqları üçün Tiridat yenə 
gəldi. Hər iki tərəfdən çoxlu qoşun toplandı; Muğan səhrasında 
çox  şiddətli bir müharibə oldu. Ermənilərin böyük sərdarı qoca 
Artavazd öldürüldü. Tiridat bundan qəzəblənərək, özü müharibəyə 
girişdi. Alanda doğulmuş Baslas padişahı  cəsur Katarhun, Tiridata 
bir kəmənd atdı. Tiridat kəməndi kəsib onu öldürdü. Xülasə  əğ-
vanlar məğlub oldular. Tiridat onları təqib etdi. Nəsl və qaynayıb-
qarışma səbəbilə bir tayfa hesab edilən alan, baslas, haptaq və 
hunları özünə tabe etdi. Onlardan girov alıb geri qayıtdı. Bundan 
sonra, sasanilərdən Hürmüzün oğlu Şapur ilə müharibəyə başladı. 
Azərbaycanı aldıqdan sonra, onunla barışdı... 
Vaqarşapat şəhərini Ermənistan padişahı Vaqarş miladi II əsrin 
axırında bina etmişdi. Tiridatın vəfatına qədər bura Ermənistanın 
paytaxtı olmuşdur; indiyə  qədər də ermənilərin böyük xəlifəsinin 
(patriarxının) oturduğu yerdir. 
Məhəmməd Əvvabi Aqtaşi (Ağdaşlı), hicri XI əsrin əvvəllərində 
Şamxal Çoban bəy Gəray xan oğlunun xahişinə görə, İndiri kəndin-
də ixtisarla farscadan türkcəyə  tərcümə etdiyi “Dərbəndnamə”də 
deyir: Türklərlə iranlılar arasında daima müharibə getdiyindən 
Şirvan, Ermənistan və Azərbaycan ölkələrinə onlardan zülm və təx-
ribat yetişirdi. İran padişahı Qubad Firuz oğlu Sasani, paytaxtı Atil 
çayı  kənarında olan Xəzər padişahı Xaqan ilə barışıb, onun qızını 
aldı. Xaqanın 400000 nəfər qoşunu var idi. Moskva, Noqrad – ehti-
mal ki, Novqorod olsun - və bütün ruslar ona (Xaqana) xərac verir-
 
52
dilər. Bundan sonra Qubad elçi göndərib, istədi ki, iki ölkənin ara-
sında bir sədd çəkdirsin. Xaqan da buna razı oldu. Qubad tarix-
lərdə görmüşdü ki, müqəddəs hesab edilən Dərbənddə  İskəndər 
Zülqərneynin səddi olmuşdur. Deyirlər ki, bu səddin bir mil qədəri 
Xəzər dənizinin içində olub, qalan hissəsi isə Qara dənizə  qədər 
uzanıb getmişdir. Qubad əmr etdi ki, hasarı torpağın və qumun al-
tından çıxarıb təmir etsinlər. Hasarı Təbərsəranın yuxarısına qədər 
çəkib, ona dəmir qapılar saldılar. Bundan sonra Dərbəndin cənub 
tərəfindəki divarı çəkdirdi və şəhərin binasını qoydu. Bu işlərin ha-
mısı yeddi ilə tamam oldu. İş bitdikdən sonra, xəzərilərin çox qüv-
vətli olmasına baxmayaraq, onların bu möhkəm hasara əl tapa bil-
məyəcəklərinə arxayın oldu. Xaqanın qızını atasının evinə geri qaytar-
dı ki, nəslin qarışması üzündən ölkənin işlərinə ixtilal yol tapmasın. 
Deyirlər ki, bu səddi Qubaddan əvvəl Bəhrami-Gurun oğlu 
Yəzdicird Sasani də təmir etdirmişdi. Bu təmir Nuşirəvan dövründə 
tamam oldu. Qubad və Nuşirəvan - hər ikisi İran vilayətlərindən 
müxtəlif xalqları köçürüb bu ölkədə bir çox şəhər və kənd bina et-
dirmişdilər. Nuşirəvan atasının səltənəti dövründə xeyli zaman bu 
ölkədə yaşamışdır. O, Dərbənd səddindən əvvəl (Xəzərlər səddi ilə 
adlanır) İsfəndiyar Güştasib oğlunun dənizdən dağa qədər çəkdir-
diyi Alğon səddinin uçulan yerlərini təmir etdirdi. Ona Babi-Alan 
adlı bir darvaza saldırdı. Nuşirəvan özü də burada sakin olurdu. 
Sonra atasının icazəsilə Dərbənd ətrafında 360 qala və şəhər bina 
etdirdi. İran vilayətlərindən bir çox əhalini köçürüb buralarda sakin 
etdirdi. Alğon səddindən Əhrana qədər olan yerləri yeddi vilayətə 
böldü və hər birinə ayrı-ayrı əmir təyin etdi: 
1. Gülbax. Burada, Qoysu çayının sağ kənarında, indiki Çilyurd 
yerində  Əhran  şəhərini;  İndiri kəndinin aşağı  tərəfində, Qızılyarda 
Sürxab qalasını;  İndiri kəndinin yuxarı  tərəfində, Çumlu adlanan 
yerdə Kiçik-Macarı; indi Minarət və daha əvvəllər Tatartop adlanan 
Ulu-Macarı bina etdirdi. 
2. Tumanşah mülkü. Burada, Tarxu şəhəri yerində, Səməndər 
qalasını; bunun üç ağaclığında, dəniz kənarında İnci qalasını (xara-


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə