Üzv dövlətlərin Nazirlər Komitəsindəki nümayəndəlikləri



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
tarix10.07.2018
ölçüsü1,21 Mb.
#54764


 

 

 

Üzv dövlətlərin Nazirlər Komitəsindəki nümayəndəlikləri  

Fevral, 2014 

 

Mövzu: "Mahmudov və Ağazadə Azərbaycana qarşı" və "Fətullayev Azərbaycana qarşı" 

işləri üzrə Azərbaycan hökumətinin Nazirlər Komitəsinə (NK) verdiyi cavabları ilə bağlı 

QHT-lərin şərhləri 

 

NK-in 4-6 mart 2014-cü il tarixində keçiriləcək insan hüquqları ilə bağlı iclası 

Biz, Bakıda fəaliyyət göstərən Media Hüquqları İnstitutu (MHİ), Reportyorların Azadlıq və 

Təhlükəsizlik İnstitutu (RATİ) və Hüquq Maarfiçiliyi Cəmiyyəti, Beynəlxalq Mediaya Dəstək 

(IMS) təşkilatı ilə əməkdaşlıq şəraitində,NK-in 4-6 mart 2014-cü il tarixində keçiriləcək iclası 

zamanı müzakirəsi gözlənilən Mahmudov qrupu Azərbaycana qarşı işlərindəki son yeniliklərlə 

bağlı sizin Nümayəndəliyə müraciət etmək istərdik. Bu müraciəti imzalayan bütün təşlkilatlar 

Azərbaycanda media azadlığı sahəsində fəaliyyət göstərir və bu sahədə durumu yaxından 

izləyir.

1

 



3 yanvar 2014-cü ildə Azərbaycan hökuməti (AH) Nazirlər Komitəsi tərəfindən göndərilən 

sualları cavablandırıb və müvafiq işlərə dair 13 yanvar 2014-cü il tarixli yenilənmiş fəaliyyət 

planını təqdim edib.

2

 Ölkədə ifadə azadlığının ağır durumunu nəzərə almaqla, biz, qeyd olunan 



qərarların icrasınıngedişatı ilə bağlı AH-nin təqdim etdiyi informasiyaya dair öz şərhimizi 

bildirmək istərdik. 

Nazirlər Komitəsinin aşağıda qeyd olunan suallarına bu cür cavab verilib.: 

1. Müvafiq qanunvericiliyin Konvensiyaya uyğun şəkildə tətbiqini təmin etmək üçün 

həyata keçirilmiş və ya həyata keçirilməsi nəzərdə tutulan tədbirlər hansılardır? 

2. Azərbaycan hakimiyyəti Venesiya Komissiyası ilə əməkdaşlığı davam etdirməyi və yeni 

qanunun qəbulundan əvvəl onun tövsiyələrini nəzərə almağı planlaşdırırmı? 

Nümayəndə heyəti təkrar-təkrar bildirib ki, Məhkəmənin qərarlarının milli məhkəmə 

praktikasına böyük təsiri olub. Hər iki işdə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 

diffamasiyaya görə tətbiq olunan bir sanksiya kimi jurnalistlərin həbsini pisləyib və bunu Avropa 

                                                           

1

Media Hüququ İnstitutunun bu işlərlə bağlı Nazirlər Komitəsi ilə individual kommunikasiyasını aşağıdakı linkdə 



əldə edə bilərsiniz 

https://wcd.coe.int/com.instranet.InstraServlet?command=com.instranet.CmdBlobGet&InstranetImage=234793 

6&SecMode=1&DocId=2051068&Usage=2

 

2



https://wcd.coe.int/com.instranet.InstraServlet?command=com.instranet.CmdBlobGet&InstranetImage=241951 

0&SecMode=1&DocId=2093214&Usage=2

 



İnsan Hüquqları Konvensiyası ilə qorunan ifadə azadlığı hüququnun pozuntusu hesab edib. 

Bundan qısa müddət sonra, AH diffamasiyanın tənzimlənməsi sahəsində islahat keçirmək 

təşəbbüsü göstərib.  

AH öz cavabında vurğulayıb ki, AİHM-nin qərarlarınauyğun olaraq Azərbaycanın Ali 

Məhkəməsi ərizəçilər barədə çıxarılmış qərarları ləğv etmək qərarıverib. Bundan başqa qeyd 

olunub ki, 2010-cu ilin 11 noyabrında Ali Məhkəmə, appellyasiya məhkəmələri və ilkin 

instansiya məhkəmələrindən olan hakimlərinin və Prokurorluq nümayəndələrinin iştirakı ilə Ali 

Məhkəmədə plenum keçirilib və cinayət qanununun böhtan və təhqirlə bağlı müddəalarının 



tətbiqi ilə bağlı məhkəmə praktikası müzakirə olunub. Belə bir müzakirələrin keçirildiyi 

vətənaş cəmiyyətinə və hüquqşünaslara məlum deyil - bizim bildiyimiz oldur ki, plenumda 

yalnız ərizəçi Eynulla Fətullayevin cəzası nəzərdən keçirilib və AİHM-nin qərarına uyğun olaraq 

ilkin qərar ləğv olunub. 

AH-nın bu təqdimatıyla bağlı bildiririk ki, Ali Məhkəmənin Plenumu milli qanunvericiliyin milli 

məhkəmələrdə tətbiqi praktikasına dair xüsusi şərhlər qəbul etmək səlahiyyətinə malikdir 

(Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublİkasının Qanunu, maddə 79). Lakin nə 

AH-nın təqdimatında göstərilən tarixdə (2010-cu ilin 11 noyabrında) nə də sonra Ali Məhkəmə 

diffamasiya ilə bağlı hər hansı belə qərar əbul etməyib. 1999-cu il mayın 14-də Ali Məhkəmə 

"Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi 

təcrüməsi haqqında" şərh verib.

3

Milli məhkəmələr diffamasiya ilə bağlı mülki və cinayət işlərinə 



baxan zaman çox vaxt qeyd olunan şərhə istinad edir. Lakin bu Şərhin özü AİHM tərəfindən 

müəyyən olunmuş ifadə azadlığı standartlarına cavab vermir və ona təkrar baxılmalıdır. 

Məktubda AH təkrarən qeyd edir ki, məhkəmə sisteminin müstəqilliyinin təmin olunması, 

məhkəmələrin fəaliyyətini tənzimləyən qanunlara yenidən baxılması və onların 

təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirib. Nəticədə, hakimlərin və 

məhkəmələrin müstəqil fəaliyyətinə kənar müdaxilələrin qarşısını almaq üçün Məhkəmə-



Hüquq Şurası yaradılıb. Bundan başqa, Hakimlərin Seçki Komitəsi yaradılıb və hakim 

vəzifəsinə namizədlərin seçilməsi qaydaları qəbul olunub. 

AH-nin bu təqdimatıyla bağlı bildiririk ki, adıçəkilən iki qurumun strukturu və idarə olunması, 

onların icra hakimiyyətindən müstəqilliyi nöqteyi-nəzərindən bir çox narahatlıqlar doğurur. 

Ədliyyə Naziri Məhkəmə-Hüquq Şurasının sədridir. Şuranın 15 üzvündən çoxu icra hakimiyyəti 

tərəfindən təyin olunur. Bu cür seçim proseduru Şuranı məhkəmə hakimiyyətinin özünü-idarə 

qurumu hesab edən "Məhkəmələr və Hakimlər haqqında Qanun"un özünə ziddir. Digər üzvlər 

Ali Məhkəmə, Vəkillər Kollegiyası və Hakimlər Assosiasiyası tərəfindən təyin olunur; lakin 

namizədlərin irəli sürülməsi və təyinatı daxil olmaqla bütün bu prosesin necə həyata keçirilməsi 

barədə heç bir məlumat yoxdur. Vətəndaş cəmiyyəti bir neçə dəfə müvafiq məlumatı əldə 

etməyə cəhd göstərsə də, bütün cəhdlər uğursuzluqla nəticələnib.  

Hakimlərin seçimi haqqında yeni qaydalar bütün seçim mexanizminin şəffaflığı və neytrallığı 

haqqında narahatlığa səbəb olur.  İlk öncə, Hakimlərin Seçki Komitəsi Məhkəmə-Hüquq Şurası 

tərəfindən yaradılmışdır. Ali Məhkəmənin, Appellyasiya Məhkəməsinin və Ağır Cinayətlər Üzrə 

Məhkəmənin sədrləri Azərbaycan Prezidenti tərəfindən hər hansi dövlət orqanı ilə müşavirə və 

yaxud onların təsdiqi olmadan birbaşa təyin edilir. Bütün digər hakimlərin isə Azərbaycan 

Prezidenti tərəfindən namizədlikləri irəli sürülür və Milli Məclis tərəfindən təsdiqlənir. Bu cür 

proses Azərbaycanda məhkəmənin icraedici orqandan müstəqilliyini ciddi şübhə altına alır. 

 

AH həmçinin hüquqi sistemdə hakimlərin sayının artımına da istinad edir. Hərçənd biz bu cür 



artımın hüququn müstəqilliyini necə möhkəmləndirəcəyini görmürük. 

 

                                                           



3

http://www.supremecourt.gov.az/?mod=2&cat=3009&id=215&c=7&lang=az&f=1

 



AH eyni zamanda Avropa Şurasıyla özü arasında hazırlanmaqda davam edən Fəaliyyət planının 

inkşafına da istinad edib. AHbildirib ki, bu Fəaliyyət Planı qeyd edilən ifadə azadlığı və media 

azadlığı məsələrini özündə cəmləşdirir. Təəssüf hissi ilə qeyd edirik ki, Azərbaycanda vətəndaş 



cəmiyyəti media azadlığının ölkədə inkşafı üzrə olan fəaliyyət planının təkmilləşdirilməsi 

prosesinə cəlb olunmur

 

Nazirlər Komitəsinə xatırlatmaq istərdik ki,   başlanğıcda Azərbaycan Hökuməti cinayət 



diffamasiyanın ləğvi üçün qanunvericiliyin inkşafı üzrə təklifləri işləyib hazırlamaq öhdəliyini 

üzərinə götürmüşdü (2011-ci il Dekabrda qəbul edilmiş İnsan Haqları və Azadlıqların 

qorunmasının effektivliyini artırılması üzrəMilli Fəaliyyət Proqramının 1.2.7-ci maddəsi).  Az 

sonra bu məsələ ilə əlaqədar Venesiya Komissiyası ilə dialoq təşşəbbüsü irəli sürüldü və 

Venesiya Komissiyası Azərbaycanda 14 Oktyabr 2013-cü il tarixindəDiffamasiyadan Müdaifə 

haqqında qanun layihəsinərəy verdi. 

 

Venesiya Komissiyası hazırlanmış qanunun bir çox aspektdən AİHK prinsiplərinə və 



presedent hüququna uyğun olmaması və bu sahədə ölkənin öhdəliklərini adekvat icra etməsini 

təmin edə bilməməsi nəticəsinə gəlib. Bundan əlavə, görünür, bu qanun yerli qanunvericilikdən 

tamam təcrid edilmiş şəkildə hazırlanmış və cinayət defamasiyasının ləğvi yönündə heç bir 

irəliləyişbaş verməyib.

4

 

 



Venesiya Komissiyasi aşağıdakıları xüsusilə vacib hesab edir: 

 



 

Diffamasiya ilə əlaqədar müddəalarmüəyyən olunması zamanı həddən artıq sərt qaydalar 

və sanksiyalara yol verilməməsitəmin olunsun. Komissiya hesab edir ki, diffamasiyaya 

görə tutarlı və effektiv, eyni zamanda mütənasib, tədbirlər mülki hüquqla da təmin oluna 

bilər. 



 



Qanunvericiliyin AİHK-nın prinsiplərinə uyğunluğunu təmin etmək üçün hərtərəfli və 

ardıcıl yanaşma, yəni mülki qanunvericilikdə tutarlı və səmərəli müddəaların yaradılması 

və cinayət qanunvericiliyinin müvafiq müddəalarının çıxarlması və ya əsaslı dərəcədə 

dəyişdirilməsi vacibdir.

5

 

 



Biz, Cinayət Məcəlləsinin diffamasiyaya görə azadlıqdan məhrum etmə daxil olmaqla ağır 

cəzalar nəzərdə tutan müddəalarının ləğvini və diffamasiyaya nəticəsində dəyən ziyana görə 

müəyyən olunan kompensasiyanın məbləğinin azaldılmasını nəzərdə tutan müddəaların 

Venesiya Komissiyasına təqdim olunan qanun layihəsindən çıxarılmasından xüsusilə narahatıq. 

6

 

 



Bundan əlavə, 2013-cü ilin mayında Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər müvafiq 

müddəaların internetdə yayılan məzmuna da şamil olunmasını təmin etdi ki, bu da yuxarıda 

qeyd olunan öhdəliklərə ziddir. Nazirlər Komitəsi dərin təəssüf hissi ilə qeyd etdi ki, "Venesiya 

Komissiyası ilə əməkdaşlıq prosesinin davam etməsinə rəğmən 14 may 2013-cü ildə azərbaycan 

Parlamenti Azərbaycanın Cinayət və İnzibati Xətalar Məcəllələrinə internetdə diffamasiya və 

təhqirə görə cinayət məsuliyyəti müəyyən edən dəyişikliklər etdi.

7

 Yeni müddəalara əsaslanan 



                                                           

4

 Paraqraf 117, 



http://www.venice.coe.int/webforms/documents/?pdf=CDL-AD(2013)024-e

 

5



 Həmin yerdə 3, paraqraf 120 

6

 Vətəndaş cəmiyyəti və ATƏT-in Bakı Ofisi tərəfindən hazırlannış və  Prezident Administrasiyasına nəzərdən 



keçirilməsi üçün təqdim edilmiş diffamasiya haqqında qanun layihəsinə diffamasiyanın dekriminalladırılması 

müddəası da daxil idi 

http://www.mediarights.az/docs/pa_defamatIon_law_eng.pdf

 

7



Nazirlər Komitəsinin 6 iyun 2013 qərarı 

2013 


https://wcd.coe.int/ViewDoc.jsp?Ref=CM/Del/OJ/DH(2013)1172/4&Language=lanFrench&Ver=original 

&Site=&BackColorInternet=B9BDEE&BackColorIntranet=FFCD4F&BackColorLogged=FFC679 




ilk hökm artıq 2013-cü ilin iyulunda çıxarılıb, lakin sonradan Appelyasiya məhkəməsi hökmü 

ləğv edərək təqsirləndirilən şəxsə bəraət verib.

8

 

Venesiya Komissiyasının rəyində qeyd olunduğu kimi, "hakimiyyətin Venesiya Komissiyası ilə 



əməkdaşlıq şəraitində diffamasiyanın dekriminallaşdırılması istiqamətində işləmək öhdəliyini 

dəfələrlə bəyan etməsinə baxmayaraq, diffamasiyaya görə tətbiq olunan ağır cinayət 

sanksiyalarının, o cümlədən azadlıq məhrum etmə cəzasının hələ də qalması Komissiyanı 

narahat edir."

9

 

Biz, buna görə də milli qanunvericiliyin Konvensiya standartlarına uyğunlaşdırılmasını 



təmin etmək istiqamətində hökumətin atdığı addımları yetərsiz hesab edirik. Biz, sizdən 

Azərbaycan hökumətini Venesiya Komissiyası ilə dialoqu davam etdirməyə və diffamasiya 

ilə bağlı yeni qanun qəbul etməzdən əvvəl Komissiyanın tövsiyələrini nəzərə almağa 

çağırmağınızı xahiş edirik.    

3. Azərbaycan hakimiyyəti hal-hazırda Məhkəmənin presedent hüququna uyğun olaraq 

diffamasiyaya görə, xüsusilə də, zorakılıq və nifrət çağırışı olmadıqda, həbs cəzasının 

tətbiqi üzrə de-fakto moratorium olduğunu təsdiqləyə bilərmi? 

Biz, 2011-2013-cü illərdə diffamasiyaya görə azadlıqdan məhrum etmə cəzasının verilməməsi 

faktını yüksək qiymətləndiririk. Lakin bildirmək istərdik ki, qeyri-rəsmi moratorium olmasına 

baxmayaraq, yüksək vəzifəli dövlət məmurlarının tənqidçilərə qarşı cinayət diffamasiya 

ittihamları irəli sürməsi praktikası mediaya böyük mənfi təsir göstərib. Təkcə 2013-cü ildə 

mediaya qarşı aşağıdakı cinayət məsuliyyətinə cəlb olunma və həbs iddiası irəli sürülüb: 

 

Daxili İşlər Naziri Ramil Usubov və Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov əsas 



müxalifət qəzeti olan "Azadığ"ın baş redaktoru Qənimət Zahidin həbsi iddiası ilə 

məhkəməyə müraciət edib; iddialar qəzetdə iki nazir arasında mübahisə haqqında yazının 

dərc olunmasından sonra irəli sürülüb. Beynəlxalq təşkilatlar və beynəlxalq 

ictimaiyyətdən bu işə böyük reaksiya göstərilib. Müəllifin üzr istəməsindən sonra, 

nazirlər öz iddialarını geri götürüb.  

 



İmişli rayon icra başçısı Vilyam Hacıyev "Gündəm Xəbər" qəzetinin baş redaktoru 

Nəsimi Şərəfxanlının və Bakı Dövlət Universitetinin bir qrup heyətinin dəstəyi ilə bir 

direktor "Hüriyyət" qəzetinin redaktoru Anar Həsənlinin böhtan və təhqir maddələri 

ilə həbsini tələb edib. İşə sonradan xitam verilib. 

Biz, internet də daxil olmaqla təhqiredici fikirlərdən müdafiə və şəxsi həyatı müdafiənin 

əhəmiyyətini başa düşürük. Lakin, biz ondan narahatıq ki, praktikada bu cür qanunvericilik 

müddəaları ən çox Azərbaycan hökumətinə münasibətdə tənqidi mövqe tutan jurnalistlərə

bloggerlərə və sosial media fəallarına qarşı həddən artıq istifadə olunur.   

Nazirlər Komitəsinə məktubunda qeyd olunduğu kimi, Azərbaycan hökumətininyuxarıda 

qeyd olunan məqsədlər üçün cinayət diffamasiyasının ləğvi niyyətində olmadığını nəzərə 

alaraq, sizdən, Azərbaycan hökumətini onlayn diffamasiya daxil olmaqla, diffamasiyaya 

görə azadlıqdan məhrum etmə cəzasını Cinayət Məcəlləsindən çıxarmağa çağırmağınızı 

xahiş edirik. 

                                                           

8

 30 iyul 2013 cü ildə Facebook istifadəçisi Mikayıl Talıbov sosial şəbəkədə paylaşdığı “Accessbank- Haqsızbank” 



(“Accessbank-Unfairbank”) şərhlərinə görə Cinayət Məcəlləsinin 147.1 maddəsi (böhtan atma) ilə 1 il müddətinə 

ictimai əməyə məhkum olunmuşdu. Facebook səhifəsi Talıbov işdən azad edildikdən sonra bankın fəaliyyətini 

tənqid etmək üçün yaradılmışdı. Media Hüququ İnstitutunun iş ilə bağlı 

bəyanatı,

http://www.mediarights.az/index.php?lngs=eng&id=79.

 1 yanvar 2014 cü ildə Rayon Məhkəməsi 

Appelyasiya Məhkəməsi tərəfindən göndərilmiş işi bir daha nəzərdən keçirmiş və son qərar olaraq müttəhimə bəraət 

qazandırmışdı. 

 

9

Həmin yerdə 3, paraqraf 119 




4. Fərdi və cinayət ittihamı proseduru arasında fərq nədir? Məsələn, sanksiya tətbiqində 

fərq varmı? Fərdi ittiham da həbs cəzası ilə nəticələnə bilərmi? 

Milli qanunvericiliyə əsasən, diffamasiya üzrə cinayət ittihamları ilə iddia yalnız fərdi ittiham 

proseduruna uyğun olaraq irəli sürülə bilər. Başqa sözlə, belə bir iddia yalnız zərərçəkən 

tərəfindən irəli sürülə bilər. Prezidentin və ya dövlət bayrağının təhqiri və nifrət çağırışı istisna 

olmaqla, eyni ittihamlarla dövlət ittihamı irəli sürülə bilməz.  

Mülki işlərdə yalnız zərərçəkən olduğunu iddia edən fiziki şəxs şikayətçi ola bilər. 

Cinayət Məcəlləsinin böhtan və təhqirlə bağlı maddələrinə (maddə 147 və 148) uyğun olaraq, 

şəxsi ittiham proseduru həbs cəzası ilə nəticələnə bilər. 



5. Komitənin sentyabrda müzakirə etdiyi işdən sonra internetlə bağlı hər hansı bir iş 

olubmu? 

Biz Mikayıl Talıbovun Facebook işindəki bəraətini alqışlayırıq. 2013-cü ilin əvvəlində Talıbov, 

Accesbankın keçmiş işçisi özünün Facebook səhifəsində bank haqqında tənqidi informasiya 

yaydığına görə məhkəmə onu diffamasiya ittiham əsasında təqsirli bilib. Talıbov aylıq əmək 

haqqının 20 faizi tutulmaqla 1 il ictimai iş cəzası alıb. 2013-cü ildə Şirvan Appellyasiya 

Məhkəməsinin işi Astara Rayon Məhkəməsinə göndərməsindən sonra 24 yanvar 2014-cü ildə 

təkrar baxışda müttəhimə bəraət verilib. 

Daha öncə Talıbov AccessBank Qapalı Səhmdar Cəmiyyətində çalışıb. O, bankda işdən azad 

edilməsini qeyri qanuni hesab edib, müvafiq orqanlara şikayət etmiş və bankın fəaliyyətini sərt 

şəkildə tənqid etdiyi Accessbank-Haqqsizbank (Accessbank-Unfairbank) Facebook səhifəsini 

yaradıb. Bank səhifənin böhtan xarakterli olduğunu bildirərək Talıbovun məhkəməyə cəlb 

olunmasını tələb edib. Astara Rayon Məhkəməsi iddianı müstəntiqin Facebook səhifəsindən 

götürdüyü mətn əsasında araşdırıb və Məhkəmə şərhdəki ifadənin böhtan xarakterli olduğu 

qənaətinə gəlib. "Accessbank-Haqqsizbank (Accessbank-Unfairbank)", "Azərbaycanlılar 

tərəfindən qazanılmış pullarla Azərbaycana qarşı", "Accessbank siyasi gərginliyə töhfə verir" 

insanları hökumətdən narazı salır", "bank 50 min dəyər depozitinə görə 5min rüşvət alır" və 

digər oxşar ifadələr. Bank Talıbovu təqsirli hesab edərək onu aylıq gəlirinin 20 faizinin tutulması 

ilə bir il ictimai işlə cəzalandırıb. Məhkəmə həmçinin Talıbovun Facebook da yazdıqlarını təkzib 

etməsini də tələb edib. 

Lakin biz 2013-cü ilin mayında Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə böhtan və 

təhqirə görə nəzərdə tutulan cinayət cəzalarının internetdə yayılan məzmuna şamil 

olunmasından narahatlığımızı bildiririk. Mikayıl Talıbovun işi bu müddıaların tətbiq 

olunduğu ilk iş idi. Biz qəti şəkildə hesab edirik ki, bu cür müddəaların mövcudluğu və 

internetdə tənqidə görə həbs ehtimalı öz fikrini ifadə edən tənqidçi şəxslərin fəaliyyətinə 

mənfi təsir göstərir, buna görə də ləğv olunmalıdır.  

6. Jurnalistlərin və bloqqerlərin jurnalistika fəaliyyıti ilə bağli olmayan şübhəli 

ittihamlarla həbs olunması 

  

Media Hüququ İnstitutu daha öncədə Nazirlər Komitəsini həbs olunmuş və ya azadlıqdan 



məhrum olunmuş jurnalist və bloqqerlərin işi haqqında 2013-cü il məlumatında və 2013-cü ilin 

dekabr ayında Nazirlər Komitəsinin nümayəndəliyinə Komitənin insan hüquqları iclasından 

əvvəl yenilənmiş muraciətində məlumatlandırıb. Bunun müqabilində Azərbaycan Hökuməti 

Nazirlər Komitəsinin səhifəsində yayımlanan Media Hüququ İnstitunun 2013-cü il məlumatında 

göstərilmiş səkkiz jurnalist və bloqqerin işinə istinad edir. Nazirlər Komitəsinin 2013-cü il 

dekabr ayı iclasına qədər Azərbaycanda jurnalist və bloqqerlərə qarşı saxta ittihamla 4 əlavə iş 




də açılıb ki,  bunlar da QHT müraciətinə əlavə edilib. Daha bir cinayət işi 2014 cü il yanvarında 

açılıb. 


 

Hal-hazırda 15 jurnalist və bloqqeronların tənqidlərinə əvəz olaraq jurnalistika fəaliyyəti ilə 

bağlı olmayan şübhəli ittihamlarla həbsdədir. Jurnalistlərə, bloggerlərə və digər tənqidi 

yanaşanlara qarşı saxta xuliqanlıq, rüşvətxorluq, vergidən yayınma, silah daşıma, ixtişaş törətmə 

ittihamları irəli sürülür. (zəhmət olmasa müraciətin sonunda işlərin tam siyahısına baxın). 

 

Avropa Şurası İnsan Hüquqları üzrə Komissarı Nils Muizniesk özünün 2013-cü il Azərbaycana 



səfəri hesabatında jurnalistlərin və digər tənqidi munasibətli insanlara qarşı düşünülmüş cinayət 

işlərində və ədalətsizlikdə açıq aydın intensivləşmə ilə bağlı ciddi narazılığını bildirmişdi.

10

    


 

Buna cavabında AH nifrət çağırışları və zorakılığa təhrik ittihamları ilə təqsirləndirilən Hilal 



Məmmədov, Nicat Əliyev və Araz Quliyevin işlərinə xüsusilə istinad edir. Qeyd edilməlidir ki, 

ilk başda hər üç jurnalist xuliqanlıq və narkotik maddə saxlama ittihamları ilə həbs olunuşdu. 

Sonradan isə onlara qarşı nifrəti qızışdırma ittihamları irəli sürüldü ki, bu da onların həbsinin 

yazıları ilə bağlı olması barədə ciddi narahatlıq doğurur.  

 

AH həmçinin qeyd edir ki, Tofiq Yaqublu jurnalist və ya blogger yox, siyasi partiyanın sədr 



müavinidir. Həbsinə qədər, Tofiq Yaqublu "Yeni Müsavat" qəzetinin köşə yazarı olaraq çox vaxt 

hökumət siyasətinə qarşı tənqidi yazılar yazırdı. O həmçinin müxalifət partiyası olan Müsavatın 

sədr müşaviridir.    

Biz, sizi Azərbaycan hökumətini jurnalist və bloggerlərə qarşı bütün davam edən cinayət 

işlərinə dərhal yenidən baxmağa, ədalətsiz olaraq həbs olunmuş şəxsləri azad etməyə və öz 

tənqidçilərinə qarşı düşünülmüş cinayət işlərinin açılmasına son verməyə təhrik etməyə 

çağırırıq.    

 

Hörmətlə, 



 

Rəşid HACILI, Media Hüquqları İnstitutu 

Gülnarə AXUNDOVA,  Hüquq müdafiəçisi 

Emin HÜSEYNOV, Sədr və Direktor, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 

İntiqam ƏLİYEV, Prezident, Hüquq Maarifçiliyi Cəmiyyəti 

 

 



 

 

 



 

 

                                                           



10

https://wcd.coe.int/com.instranet.InstraServlet?command=com.instranet.CmdBlobGet&InstranetImage=23434 

54&SecMode=1&DocId=2050674&Usage=2

 



 

 

 



Birbaşa peşə fəaliyyəti ilə bağlı olmayan saxta ittihamlarla həbs olunmuş 

jurnalist və bloqçuların siyahısı 

 

 



1. Əvəz Zeynallı, “Xural” qəzetinin baş redaktoru (rüşvət almaq, vergidən yayınma və 

məhkəmə  qərarlarını  icra  etməmək  ittihamları)  -  9  il  müddətinə  azadlıqdan  məhrum 

edilib 

 

Ə



vəz Zeynallı 2011-ci ilin oktyabr ayında millət vəkili Gülər Əhmədovanın şikayəti əsasında 

həbs  edilib.  Anti-Korrupsiya  İdarəsi  jurnalistə  Cinayət  Məcəlləsinin  311.3.3  və  311.3.4-cü 

maddələri  (rüşvət  almaq)  üzrə  cinayət  işi  açıb.  Ə.Zeynallıya  qarşı  sonradan  məhkəmə 

qərarlarını icra etməməyə (Cinayət Məcəlləsi, Maddə 306) və vergidən yayınmağa (Cinayət 

Məcəlləsi,  Maddə  213)  görə  ittihamlar  irəli  sürülüb.  Jurnalistə  qarşı  sürülən  ittihamlar 

ə

sassız idi, onu davamlı olaraq yuksək vəzifəli məmurları kəskin tənqid etdiyinə görə həbs 



etmişdilər.  Məhkəmə  2013-cü  ilin  mart  ayında  jurnalistə  qarşı  irəli  sürülən  ittihamları 

təsdiq edərək onu 9 il müddətinə azadlıqdan məhrum edib.  

 

 

2.  Hilal  Məmmədov,  “Talışi  Sədo”  qəzetinin  baş  redaktoru  (narkotik  vasitələr 



hazırlama, istehsal etmə, əldə etmə, saxlama, dövlətə xəyanət, milli, irqi, sosial və ya 

dini  nifrət  və  düşmənçiliyin  salınması  ittihamları)  –  5  il  müddətinə  azadlıqdan 

məhrum edilib 

 

Hilal  Məmmədov  21  iyun  2012-ci  il  tarixdənarkotik  vasitələr  hazırlama,  istehsal  etmə, 



ə

ldə etmə, saxlama (Cinayət Məcəlləsi, Maddə 234.4.3) ittihamı ilə həbs edilib. İyul ayının 

3-də jurnalistə qarşı dövlətə xəyanətə (Cinayət Məcəlləsi, Maddə 274) və milli, irqi, sosial 

və  ya  dini  nifrət  və  düşmənçiliyin  salınmasına  (Cinayət  Məcəlləsi,  Maddə  283.2.2) 

görəittihamlar irəli sürülüb. 2013-cü ilin sentyabrında jurnalist 5 il müddətinə azadlıqdan 

məhrum edilib.  

 

Cənab Məmmədov həbs olunmazdan əvvəl Azərbaycanda yeganə talışdilli qəzet olan “Talışi 



Sədo”  qəzetinin  baş  redaktoru  idi.  Həmin  qəzetin  Cənab  Məmmədovdan  əvvəlki  baş 


redaktoru casusluq ittihamı ilə həbs olunmuş, 10 il müddətinə azadlıqdan məhrum edilmiş, 

2009-cu ildə həbsxanada vəfat etmişdi. Cənab Məmmədov baş redaktor və fəal olaraq talış 

xalqının  haqları  barədə  ictimai  çıxışlar  edir,  hökumətin  milli  azlıqlarla  bağlı  siyasətini 

tənqid edirdi. 

 

3.  Nicat  Əliyev,  www.azadxeber.org  saytının  baş  redaktoru  (narkotik  vasitələri 

hazırlama,  istehsal  etmə,  əldə  etmə,  saxlama,  daşıma,  göndərmə  və  ya  satma,  dini 

təyinatlı ədəbiyyatı, əşyaları istehsal, idxal etmə, satma və ya yayma, hakimiyyətin 

zorla  ələ  keçirilməsinə  açıq  çağırışlar  etmə  milli,  irqi,  sosial  və  ya  dini  nifrət  və 

düşmənçiliyin  salınmasına  çağırışlar  ittiahmları)  –  10  il  müddətinə  azadlıqdan 

məhrum edilib 

 

 Nicat  Əliyev  20  may  2012-ci  il  tarixdənarkotik  vasitələri  hazırlama,  istehsal  etmə,  əldə 

etmə, saxlama, daşıma, göndərmə və ya satma (Cinayət Məcəlləsi, Maddə 234.1) ittihamı 

ilə  həbs  olunub.  Hüquq  müdafiə  təşkilatları  inanır  ki,  cənab  Əliyev  Eurovision  Mahnı 

Müsabiqəsi  ilə  bağlı  aşırı  xərcləmələr,  cinsi  azlıqların  haqları,  habelə  dini  məzmunlu 

yazılarına  görə  həbs  olunub.  Həbs  olunmasından  8  ay  sonra,  2013-cü  ilin  yanvar  ayında 

N.Əliyevə  qarşı  daha  3  ittiham  irəli  sürülüb:  dini  təyinatlı  ədəbiyyatı,  əşyaları  istehsal, 

idxal etmə, satma və ya yayma (Cinayət Məcəlləsi, Maddə 167-2.2.1); hakimiyyətin zorla 

ə

lə keçirilməsinə açıq çağırışlar etmə (Cinayət Məcəlləsi, Maddə 281.2); milli, irqi, sosial 



və  ya  dini  nifrət  və  düşmənçiliyin  salınmasına  çağırışlar  (Cinayət  Məcəlləsi,  Maddə 

283.2.3). Nicat Əliyev 2013-cü ilin dekabrında 10 il müddətinə azadlıqdan məhrum edilib.  



 

 

4.  Araz  Quliyev, www.xeber44.com  saytının  redaktoru  (qanunsuz  olaraq  odlu  silah 

saxlama,  ictimai  qaydanın  pozulmasına  səbəb  olan  hərəkətləri  təşkil  etmə,  milli, 

irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, hakimiyyət nümayəndəsinə 

müqavimət  göstərmə,  dövlət  bayrağı  və  ya  gerb  barədə  təhqiredici 

hərəkətlərittihamları) – 8 il müddətinə azadlıqdan məhrum edilib 

 

Araz Quliyev 2012-ci ilin sentyabrında Masallı rayonunda keçirilən folklor festivalına etiraz  



etdiyi  üçün  xuliqanlıq  ittihamı  iləhəbs  olunub.  Dini  məzmunlu  yazıları  ilə  tanınan 

jurnalistə  qarşı  sonradan  5  ittiham  -  qanunsuz  olaraq  odlu  silah  saxlama  (Cinayət 

Məcəlləsi  (CM),  Maddə  228.1);  ictimai  qaydanın  pozulmasına  səbəb  olan  hərəkətləri 

təşkil etmə (CM, Maddə 233); milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması 

(CM, Maddə 283.1); hakimiyyət nümayəndəsinə müqavimət göstərmə (CM, Maddə 324); 

dövlət  bayrağı  və  ya  gerb  barədə  təhqiredici  hərəkətlər  ittihamı  irəli  sürülmüşdü. 

Jurnalisti 8 il müddətinə azadlıqdan məhrum edilib. 



 

 

5. Fərəməz Novruzoğlu, müstəqil jurnalist (kütləvi iğtişaşlara çağırışlar etmə, dövlət 



sərhədini  qanunsuz  keçmə  ittihamları)  -  4  il  6  ay  müddətinə  azadlıqdan  məhrum 

edilib 

 

Fərəməz  Novruzoğlu  2012-ci  ilin  aprelində,  sosial  mediada  hökuyməti  sərt  tənqid  edən 



yazılar paylaşdıqdan, vətəndaşları etiraz aksiyalarına dəvət etdikdən sonra həbs olunub. 

Jurnalist  2012-ci  ilin  mart  ayında  çap  olunan  “Azərbaycandan  İtaliyaya  göndərilən  neftin 

taleyi”  və  “Rusiyadan  gələn  şamlar  hara  gedir?”  sərlövhəli  məqalələrində  hökuməti  sərt 

tənqid  etmişdi.  Həmin  məqalələrdə  dövlət  büdcəsindən  ayrılan  külli  miqdarda  vəsaitlərin 

mənimsənilməsindən bəhs olunurdu. Jurnalist həbs olunarkən ona qarşı hədə-qorxu yolu ilə 

pul  tələb  etmə  (Cinayət  Məcəlləsinin  182-ci  maddəsi)  ittihamı  irəli  sürülüb.  Sonradan 

jurnalistə  qarşı  irəli  sürülən  ittihamlar  dəyişib.  F.Novruzoğlu  kütləvi  iğtişaşlara,  habelə 

vətəndaşlara  qarşı  zorakılıq  etməyə  çağırışlar  etmədə  (Cinayət  Məcəlləsi,  Maddə  220.2), 

Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmədə (Cinayət Məcəlləsi, Maddə 

318.1) ittiham edilib. F.Novruzoğlu 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.  

 

 

6.  Fuad  Hüseynov,  müstəqil  jurnalist  (xuliqanlıq  ittihamı)  –  6  il  6  ay  müddətinə 



azadlıqdan məhrum edilib 

 

F.Hüseynov  2010-cu  ilin  oktyabrında  -  yaşadığı  Ucar  rayonunun  yerli  hüquq  mühafizə 



qurumlarındakı  qanunsuz  əməllər  barədə  yazıları  yayıldıqdan  sonra  həbs  olunub. 

Jurnalist 2010-cu ildə Ucar rayonunun polis orqanları əməkdaşlarının narkotika və insan 

alveri ilə məşğul olduğunu yazmışdı. F.Hüseynov xuliqanlıqda (Cinayət Məcəlləsi, Maddə 

221.3) ittiham olunaraq 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.  



 

 

7.  Tofiq  Yaqublu,  “Yeni  Müsavat”  qəzetinin  yazarı  (hakimiyyət  nümayəndəsinə 

müqavimət,  kütləvi  zorakılıqların  törədilməsi  ittihamları)  -  məhkəmə  prosesi 

davam edir 

 

Tofiq Yaqublu 4 fevral 2013-cü il tarixdə həbs olunub. Jurnalist 2013-cü ilin yanvar ayında 



İsmayıllı  rayonunda  baş  vermiş  etiraz  aksiyalarında  vətəndaşları  ictimai  qaydanın 

pozulmasına  çağırışlar  etməkdə  ittiham  olunaraq  həbs  edilib.  Jurnalistə  qarşı 




ə

vvəlcəictimai qaydanın pozulması (Cinayət Məcəlləsi, Maddə 233) ittihamı irəli sürülüb. 

İttihamlar  sonradan  dəyişdirilib  -  Tofiq  Yaqublu  hakimiyyət  nümayəndəsinə 

müqavimətdə  (Cinayət  Məcəlləsi,  Maddə  315)  və  kütləvi  zorakılıqların  törədilməsində 

(Cinayət  Məcəlləsi,  Maddə  220.1)  günahlandırılır.  Jurnalistin  məhkəmə  prosesi  davam 

edir. 


 

 

8.  İlkin  Rüstəmzadə,  bloqçu  vəsosial  şəbəkə  fəalı  (xuliqanlıq  və  ictimai  əsayişin 

pozulması ittihamları) – məhkəmə prosesi davam edir 

 

“Azad Gənclik” təşkilatının üzvü İlkin Rüstəmzadə 17 may 2013-cü il tarixdə xuliqanlıq və 

ictimai  əsayişin  pozulması  ittihamı  ilə  həbs  olunub.  Bloqçunun  həbsi  YouTube  paylaşma 

şəbəkəsindəgeniş  yayılan  “Harlem  Shake”  videosunun  hazırlanmasında  iştirak  etməsi  ilə 

bağlıdır.  2013-cü  ilin  sentyabrında  bloqçuya  qarşı  irəli  sürülən  ittihamlar  dəyişdirilib. 

İ.Rüstəmzadə kütləvi iğtişaşların təşkilində ittiham olunur. İttihamlar təsdiqlənsə onu 12 

il azadlıqdan məhrumetmə cəzası gözləyir. Məhkəmə prosesi davam edir.  

 

9.  Sərdar  Əlibəyli,  tanınmış  jurnalist,  “Psnota.com”  saytının  rəhbəri  (silahdan 



istifadə etməkləxuliqanlıq ittihamı) - 4 il müddətinə azadlıqdan məhrum edilib 

 

Sərdar  Əlibəyli  2013-cü  ilin  iyulunda  həbs  olunub.  Məhkəmə  2013-cü  ilin  noyabrında 



Sərdar Əlibəylini xuliqanlıqda (Cinayət Məcəlləsi, maddə 221.3) günahkar bilərək, onu 4 il 

müddətinə  azadlıqdan  məhrum  edib.  Müdafiəçiləri  Sərdar  Əlibəyliyə  qarşı  ittihamların 

qurama  olduğunu,  onun  həbs  olunmasının  əsas  səbəbinin  sərt  tənqidi  yazıları  olduğunu 

bildirirlər.  Jurnalistin  təsisçisi  olduğu  “Psnota.com”  saytı  onun  həbsindən  sonra 



faəliyyətini dayandırıb. Eyni adlı qəzetin çapından da imtina edilib.  

 

10.    Pərviz  Həşimli, 



www.moderator.az

  saytının  direktoru,  “Bizim  yol”  qəzetinin 

ə

məkdaşı,  Mülki  və  Siyasi  Hüquqlar  Mərkəzinin  rəhbəri  (odlu  silah  saxlama 

ittihamı) - həbsdədir, məhkəmə prosesi davam edir  

 

Pərviz  Həşimli  sentyabrın  17-də  Milli  Təhlükəszilik  Nazirliyinin  əməkdaşları  tərəfindən 



həbs olunub. Jurnalist odlu silahın və döyüş sursatının qaçaqmalçılığı və qanunsuz olaraq 

odlu  silah,  onun  komplekt  hissələrini  və  döyüş  sursatını  əldə  etmə,  saxlama,  daşımada 

ittiham  olunur.  Jurnalist,  onun  yaxınları  bütün  ittihamların  qurama  olduğunu  bəyan 

ediblər. Jurnalist saxlandığı təcridxanada işgəncəyə, pis rəftara məruz qalıb.  




 

 

11.  Rəşad Ramazanov, bloqçu (külli miqdarda narkotik maddə saxlama ittihamı) - 9 



il müddətinə azadlıqdan məhrum edilib 

 

Sosial şəbəkələrdə hökumətə yönəlik sərt tənqidi fikirləri ilə tanınan R.Ramazanov 2013-



cü  ilin  noyabrında  narkotik  maddə  saxlama  (Cinayət  Məcəlləsi,  Maddə  234.4.3)  itiihamı 

iləhəbs  olunub.  R.Ramazanovun  hökumətə  yönəlik  çox  sərt  tənqidlərindən  az  sonra 

saxlanılması  ona  qarşı  irəli  sürülən  rəsmi  ittihamların  doğruluğunu  şübhə  altına  salır. 

Bloqçunun vəkilləri R.Ramazanova Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla 

Mübarizə  İdarəsində  işgəncələr  verildiyini,  təhqiredici  rəftara  məruz  qaldığını 

açıqlayıblar. Bloqçu 9 il müddətinə azadlıqdan məhrum edİlib. 

 

 

12. Əbdül Əbilov, sosial şəbəkə fəalı (narkotik maddə saxlama ittihamı) həbsdədir, 



istintaq davam edir 

 

Sosial  şəbəkə  fəalı,  facebook  şəbəkəsindəki  „Yaltaqlara  dur  deyək!”,  „Seçki  saxtakarlıqları“ 



səhifələrinin  idarəedicilərindən  olan  Əbdül  Əbilov  noyabr  ayının  22-də  Daxili  İşlər  Nazirliyinin 

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Həmin 

idarədə  saxlanılarkən  bloqçunun  idarə  etdiyi  facebook  səhifələri  ləğv  olunub.  Nərimanov 

Məhkəməsində  barəsində  3  ay  müddətinə  həbs  qətiimkan  tədbiri  seçilib.  Əbdül  Əbilova  qarşı 

narkotik  maddə  saxlama  (Cinayət  Məcəlləsi,  Maddə  234.4.3)  itiihamı  irəli  sürülüb.  Bloqçunun 

istintaqı davam edir.  



 

 

13. Ömər Məmmədov, bloqçu (narkotik maddə saxlama ittihamı) - həbsdədir, 

istintaqı davam edir 

 

Ömər  Məmmədov  facebook  şəbəkəsində  çox  populyar  olan,  hökuməti  və  onun  ayrı-ayrı 



fiqurlarını  sərt  tənqid  edən  “AZ  TV-dən  seçmələr”  səhifəsinin  administratorlarından  biri  olub. 

Ö.Məmmədov  6  fevral  2014-cü  il  tarixdə  narkotik  maddə  saxlama  ittihamı  ilə  həbs  olunub. 

İstintaqı davam edir.  

 



 

14-15.  Məmməd Əzizov və Bəxtiyar Quliyev, sosial şəbəkə fəalları. Həbslərinə qədər 

Facebookda  geniş  tanınan  tənqidçi-satirik  “Heydər  Əliyev  adına  səhifə”nin  administratorları 

olublar.  Bloqçular kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmədə, qanunsuz 

olaraq  narkotik  vasitələri  əldə  etmə,  saxlama  və  ya  satmada,  qanunsuz olaraq  silah, partlayıcı 



maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə ittihamları ilə həbsə atılıblar.  

 

 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə