Gulistani Irem cur cdr



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə17/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   ...   13   14   15   16   17   18   19   20   ...   70

 
69 
sultan» deyə yazılmışdır. Bundan məlum olur ki, o, müsəlman olub 
abbasi xəlifəsinə tabe imiş. Bundan sonra Filanşah hökmranlıq 
etmişdir. 
Hicri 210-cu (=826) ildə, Bəyləqan tərəflərində, atəşpərəstlər-
dən Babək adlı bir nəfər meydana çıxdı. O, atəşpərəstlik məzhəbin-
dən Xürrəmgiş adlı bir məzhəbin  əsasını qoydu. Bu məzhəb,... 
Məzdək dininin əslini yeni bir şəklə salmaqdan başqa bir şey de-
yildi. Babək öz başına çoxlu tərəfdar topladı... Ardı-arası  kəsilmə-
yən müharibələrlə Azərbaycanı ələ keçirib Həmədan və İsfahanı da 
fəth etdi. Mötəsim
1
  xəlifə  İshaq ibni-İbrahim ibni-Müsəəbi çoxlu 
qoşunla  İraqi-Əcəm hüduduna göndərdi,  İshaq onlardan 60000 
nəfər qırdısa da yenə bir nəticə əldə edilmədi. Axırda, hicri 221-ci 
(=836) ildə, Mavəraünnəhr əyanlarından Aqşın ləqəbli Heydər ibni-
Kavus, saysız bir qoşunla Babəki dəf etməyə təyin edildi. Müharibə 
iki il davam etdi. Babək məğlub olub, bir neçə nəfərlə Ermənistana, 
Səhəl Sunbat oğlunun yanına qaçdı. Aqşın etimad etdiyi bir nəfəri 
4000 qoşunla Babəki tələb etmək üçün göndərdi. Səhəl, Babəki 
qolu bağlı Aqşının yanına gətirdi. Səhəl təltif edildi. Babək də Bağ-
dada göndərilib orada böyük bir əziyyətlə öldürüldü. Ehtimala gö-
rə, Azərbaycan sözü Azər-Babəkan sözünün ərəbcələşdirilmiş şəkli-
dir. Azərbaycan bunun və ya başqa bir Babəkin adından alınmışdır. 
Məşhur olduğu üzrə, atəşpərəstlik dini bu ölkədə zühurə gəlmiş və 
yayılmışdır. «Riyazüssəyahə»
2
 müəllifi Azərbaycanı Azərbayəganın 
ərəbcələşmişi sayır. Bu da qədim fars dilində atəşgah mənasındadır. 
Xülasə, bu yol ilə Azərbaycan və Ermənistan ölkələri, yenə 
xəlifənin ixtiyarına keçdi. Muğanda xaraba qalmış - Bərzən şəhərini 
Aqşın abad etdi, indi yenə viran bir haldadır. Hicri 230-cu (=845) 
ildə, Mötəsimin oğlu Vasiq-Billahın
3
 xilafəti dövründə, Filanşahi 
                                                 
1
 Mötəsim-Billah- abbasilərdən səkkizinci xəlifədir (218-227=833-842).
 
2
 «Riyazüssəyahə» - məşhur Azərbaycan alim və səyyahı Hacı Zeynəlabdin Şirva-
ninin əsəridir. O, hicri 1194-cü (=1780) ildə Şamaxı şəhərində anadan olmuşdur. 
3
 Vasiq-Billah - abbasilərdən doqquzuncu xəlifədir (227-232=842-847). 
 
70
Şirvani itaətə  gəldi, Dərbənd də xilafənin təsərrüfünə keçdi. Hicri 
270-ci (=884-cü) ildə Mötəmid
1
  xəlifənin hökmü ilə Bakı neft və 
duz mədənlərinin mədaxili, Dərbənd mühafiz və əhalisinə maaş tə-
yin olundu. Məhəmməd ibni-Əmmar təhvildar idi, hər il mədən-
lərin mədaxilini təyin edilən miqdar ilə təqsim edirdi. 
Hicri 290-ci (=903) ildə Haşim adlı bir nəfər Dərbəndə hakim 
gəldi. Müktəfi
2
  xəlifə  qəramitələr ilə  hərb etməkdə idi, xilafət 
işlərində  də bir çox qarışıqlıq hökm sürməkdə idi. Haşim istifadə 
edərək bütün təyin edilmiş maaşları, mədənlərin mədaxilini və 
Dərbənd əhalisinə yetişəsi olan kənd məhsullarını özü mənimsədi. 
Dərbənd  əhalisi naçar qalıb, alver və  qəsbkarlıqla məşğul oldu. 
Əxlaqsızlıq onların arasında yayıldı. Xəzərlər yenə gəlib, Dərbəndi 
almaq üçün çox çalışdılar. Müsəlmanlar daxildən və xaricdən 
hücum edərək onları məğlub etdilər. 
Bu zaman rus tayfası, Xəzər padişahından icazə alıb, 500 
gəmidə 50000 qoşunla Atil çayından Xəzər dənizinə girdi. Bu şərtlə 
ki, ələ keçirəcəkləri qənimətləri onunla bölsünlər. Onlar Mazanda-
randan başlayıb Dərbəndə qədər, dəniz sahillərində olan şəhər və 
qəsəbələrdən bir çox qənimətlər əldə etdilər. Dəniz sahilində yaşa-
yan  əhali isə  xəzərlərin gəmiləri olmadığını bildiyindən, belə bir 
təhlükəni gözləmirdi. 
Əbülqasim Yusif ibni-Əbüssac, xəlifə Müqtədir-Billah
3
 tərəfin-
dən, hicri 296-cı (=909) ildən 306-cı (=919) ilə qədər - on il – Er-
mənistan və Azərbaycan valisi idi. Şirvan da onun hökmü altında 
idi. O öz cəmiyyətini toplayıb,  Şirvan vilayətinə daxil olan və  Əli 
ibni-Heyşəm tərəfindən idarə edilən neft mənbəyi sahilinə, yəni 
Bakıya gəldi. 
                                                 
1
 Mötəmid - abbasilərdən on beşinci xəlifədir (256-279=870-892). 
2
 Müktəfi-Billah - abbasilərdən on səkkizinci xəlifədir (295-320=908-932). 
3
 Müqtədir-Billah - abbasilərdən on səkkizinci xəlifədir (295-320=908-932) 


 
71 
Ruslar, bundan sonra, Bakıya yaxın adalarda sakin olmuşdular. 
Onların bu adalarda sakin olmasına aid bəzi izlər indi də mövcud-
dur... 
Hicri 332-ci (=944) ildə, Məsudi bu əhvalatı yazdığı halda, İbn-
əl-əsir
1
 öz tarixində bundan bir kəlmə də olsun bəhs etməmişdir. 
Lakin  İbnələsir deyir: Rus tayfası hicri 332-ci (=944) ildə,  Ərranın 
paytaxtı olan Bərdə  şəhərini almaq üçün qayıqlarla dənizdən və 
Kür çayından keçib gəldilər. Buranın hakimi 5000 nəfərlə qarşıya 
çıxdı  və  məğlub olaraq geri qayıtdı. Ruslar Bərdəni alıb,  əhaliyə 
aman verdilər. Əhali müxalifət göstərdi, ruslar bir həftə içərisində 
şəhəri boşaltmağı onlara əmr etdilər... Mərzban ləqəbilə  məhşur 
olan Azərbaycan valisi Məhəmməd ibni-Müsafir, 30000 nəfər 
qoşunla gəldi. Ruslar bir ildən artıq burada qaldılar, sonra Mərağə-
yə səfər etdilər. Bu səfər əsnasında çoxlu meyvə yediklərindən, ara-
larına  şiddətli xəstəlik düşdü. Mərzban bu dəfə hiylə ilə mühari-
bəyə başladı, azacıq müqavimətdən sonra qaçmağa üz qoydu. 
Ruslar da onları təqib etməyə başladılar. Mərzban qayıdıb hücum 
etdi və pusquda qoyduğu qoşun da, rusların arxasına keçdi... Bu 
hadisə münasibətilə qoşunla Səlmas nahiyəsinə gedən Mərzban, 
Şəhristanı mühasirə etmək üçün bir dəstə qoşun qoydu. Ruslar bir 
gecə  dəyərli  şeylərini çiyinlərinə alaraq, özlərini Kür çayı  kənarına 
yetirdilər və qayıqlara minib vətənlərinə qayıtdılar. 
Müəllif deyir: ehtimala görə, bu iki hadisə haman bir səfər 
əsnasında vaqe olmuşdur. Lakin müəlliflərin aldıqları  xəbərlər 
müxtəlif olduğundan, bir-birinə zidd olaraq yazılmışdır. Məsudinin 
yazdığına görə, hicri 332-ci (= 944) ildə, Əbdülməlik adlı bir şəxs 
Dərbənddə, qardaşı oğlu da Təbərsəranda hökmran idi. 
Bundan sonra, islam ölkələrində get-gedə qarışıqlıq və hərc-
mərclik baş verdi. Bağdad xəlifələri öz qoşunlarının öhdəsindən 
gələ bilmədilər. Bu ölkənin işləri də nizamdan düşdü, Dərbəndə 
                                                 
1
 İbnələsir - məşhur ərəb tarixcisidir, hicri 555-ci (=1160) ildə anadan olmuşdur. 
Onun adını Şərq və Qərb aləmində şöhrətləndirən «Əl-kamilfittarix» adlı kitabıdır.
 
 
72
tabe olan qalalar və kəndlərdə də üsyan qalxdı. Dağıstan əmirləri 
isə bir-birilə müxalifətə və qovğaya başladılar. 
Mərdavic ibni-Ziyad sülaləsinə mənsub və Gilanın qədim ha-
kimləri nəslindən olan Deyləm padişahları, hicri 315-ci (=927) ildə, 
Təbəristanda xüruc etdilər. Bunlardan 6 nəfəri İran vilayətlərindən 
bir çoxunda 150 il hökmran olmuşlar. Məlum olduğu üzrə, onlar 
bu tərəflərə də əl atmışdılar. Çünki bu sülalənin ikinci padişahı olan 
və hicri 323-cü (=935) ildən başlayaraq 33 il hökumət sürən Şəmkir 
ibni-Ziyad, Gəncə yaxınlığındakı  Şəmkir  şəhərini öz adına bina 
etdirmişdi. Şəhərin asarı: məscid gül-dəstəsi olan ikiqapılı uca bir 
minarə, körpü və qala xarabası indi də qalır. Bu şəhər əmir Teymur 
Kürəkən dövründə və ondan sonrakı dövrlərdə də abad idi. 
«Axtınamədə» deyilir: xəzərlər Şirvanı istila etdikləri zaman, öz 
əmirlərindən Səmsam adlı şəxsi, bir dəstə ilə indiki Mikrağ kəndi-
nin yerində sakin etdilər. Şam əhlindən Əmir Kağı adlı bir şəxsi ona 
vəzir təyin etdilər. Səmsama kömək olmaq üçün xəzərlər Samur 
çayının sol kənarında başqa bir şəhər də saldılar. Tərsa dedikləri bu 
şəhər  əhalisini indiki Qızlardan gətirmişdilər. Səmsam,  Şəhbani 
qalasını almaq və Şəhbani nəslindən olan bu yerin əmiri Dərvişaini 
tələf etmək istəyirdi. Dərvişai 3000 əşrəfi göndərib Tərsa əmirlərini 
özünə tərəf cəlb etdi. Səmsam üç dəfə bu qalanı mühasirə etdisə 
də, məqsədinə çatmadan qayıtdı. Birinci dəfə mühasirənin müd-
dəti bir ay çəkdi. Qala əhli üçün Axtı çayından su gətirmək çətin idi, 
buna görə də, onlar suyu çox əziyyətlə Samur çayından gətirirdilər. 
Səmsam qayıdandan sonra, Dərvişai üç ayın müddətində qaladan 
Axtı çayına örtülü bir yol çəkdirdi. Yolun və yol üzərindəki burcun 
hasarı indi də qalır. İkinci dəfə mühasirənin müddəti altı ay davam 
etdi, lakin qaladakılar darlıq çəkmədilər. Səmsam üç ildən sonra, 
üçüncü dəfə olaraq yenə  gəldi. O bu dəfə yuxarı  tərəfdən gəlib 
qalanın yanında yeddi il dayandı. Dərvişai çarəsiz qalıb Tərsanın 
əmirlərini və Rütul, Cınıq və Rüfuqun təcrübəli adamlarını köməyə 
çağırdı. Yeddi ay da bu müharibə davam etdi. Hər iki tərəfdən çox 
adam öldü. Dərvişainin oğlu Şah Qasım da bu müharibədə məğlub 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə