Gulistani Irem cur cdr



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə22/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   ...   18   19   20   21   22   23   24   25   ...   70

 
89 
sair yerləri istila etdilər. Bunlar həddən artıq zülm edib saysız-
hesabsız mal və dövlət topladılar. Bu zaman bərdəli Qazi Mühiy-
yəddin Dəşti-Qıpçağa, Cüci ibni-Çingiz xan övladından  ədalətli, 
maarifpərvər və  pərhizkar bir padişah olan Canibəy xanın yanına 
getdi. Gözəl nəsihət və möizələrlə onu vadar etdi ki, gedib Əşrəf 
zalımı cəzalandırsın. Canibəy 300000 qoşun götürüb Dərbənd yolu 
ilə  gəldi.  Şirvanşah Kavus ibni-Keyqubad, bu gözəl səfərdə ona 
qarşı çox xidmətlər göstərdi. Buna görə, Moğol və tatar tayfası, 
zatən talançı olsalar da, xərmən vaxtı kimsənin taxılına əl uzatma-
dılar. Canibəy Təbrizə  gəlib  Əşrəfi öldürdü və onun xəzinələrinə 
sahib oldu. İndi də xalq arasında belə bir məsəl məşhurdur: 
 
Eşşək Əşrəfi gördünmü nə etdi? 
O özü ilə lənət apardı, Canibəy isə altun. 
 
Bu hadisədən sonra, oğlu Bərdi bəyi Azərbaycanda canişin 
qoyub, öz paytaxtına qayıtdı. Bərdi bəy atasının bərk xəstələndiyi 
xəbərini alınca, moğollardan Axıcıq adlı bir nəfəri Təbrizdə naib 
qoyub getdi. Axıcıq da 15 ilə yaxın,  Əşrəf kimi, zülmkarlıq edib 
Təbriz əhlini təngə gətirdi. Təbrizlilər Müizziddin Üveys Elxanidən 
kömək istədilər. O, çoxlu qoşunla gəldi. Axıcıq onun qarşısına çıxdı 
və  məğlub olub, Naxçıvana qaçdı. Buradan da Qarabağa gəldi. 
Sultan Üveys onu təqib etdi, tutub boynunu vurdu. Hicri 775-ci 
(=1374) ildə,  İraqi-Əcəm və Azərbaycanı aldıqda,  Şirvan valisi 
Huşənk ibni-Kavus da ona tabe oldu. Bu səfərdən Bağdada xəstə 
qayıtdı. O biri il, çox gənc ikən vəfat etdi... 
Sonra oğlu Sultan Hüseyn padişahlığa çatdı. O, ölkə və ordu 
işlərindən qəflət edərək, eyş-işrətlə  məşğul idi. Qardaşı Sultan 
Əhməd, hicri 784-cü (=1383) ildə, türkmən qaraqoyunlu Qara 
Məhəmmədin köməyilə onu öldürdü. Qardaşı Şeyx Əliyə də qalib 
gəldi. Şirvan valisi Huşənk Kavus oğlunun vasitəsilə o biri qardaşı 
Sultan Bayəzidlə  də Azərbaycanda sülh edib, səltənət taxtına 
oturdu. Bu zaman ölkələr fatehi Əmir Teymur Kürəkən xürç etdi... 
 
90
Bir çox tarixçilərin yazdığına görə o, Çingiz xanın böyük əmir-
lərindən Qaracar noyanın oğlu nəvəsi, moğolların Barlas qəbiləsi 
əmirlərindən Əmir Turağayın oğludur. Hicri 736-cı (=1336) ildə Keş 
nahiyəsində Şəhrsəbzdə anadan olmuşdur. Çox tərəqqi etdi, Əmir 
Hüseynin damadı olduğundan, Kürəkən deyə  şöhrət tapdı.  Əmir 
Hüseynə də qalib gəlib, 35 yaşında Mavəraünnəhrin padişahı oldu. 
Moğolustanı, İranın bir çox vilayətlərini, hətta Gilan və Azərbaycanı 
da aldı, sonra yenə Mavəraünnəhrə qayıtdı. 
Hicri 787-ci (=1386) ilin qışında, Toxtamış xan 90000 qoşunla 
Dərbənd yolu ilə Şirvan və Azərbaycana soxuldu, qarət və təxribat-
dan sonra, yenə həmin yol ilə geri qayıtdı. 
«Zübdətüttəvarix»
1
 müəllifinin yazdığına görə, Çingiz övladın-
dan Toxtamış xan, keçmişdə Urus xan tərəfindən məğlub edilmişdi, 
hicri 787-ci (=1381) ildə,  Əmir Teymurun köməyilə  Qıpçaq padi-
şahlığına yetişdi. Ertəsi il, Əmir Teymur İrana yürüş etdiyi zaman, 
Xorasandan ona xəbər çatdı ki, Sultan Əhməd Cəlayir Elxani Bağ-
daddan Təbrizə  hərəkət etmişdir. Hacı Seyfəddin adlı birisini bir 
dəstə qoşunla onu dəf etmək üçün göndərdi. Əmir Teymurun gəl-
mək xəbərini eşidərək qayıtmaq fikrində olan Sultan Əhmədə, 
Naxçıvan duzlağında çatdı. Müharibə başlandı. Sultan Əhməd 
nicatı qaçmaqda gördü, qoşunlarından bir dəstəsi öldürüldü və or-
dusu talan edildi. Əmir Teymur özü Təbrizə gəldi, məşhur adam-
lardan bir çoxunu öldürdü və bir çoxunu da cərimə etdi. Bu şəhərin 
tanınmış sənətkarlarını yığıb Səmərqəndə göndərdi. Payız fəslində 
Naxçıvan və Qars qalalarını aldı. Qarsı viran edərək, Gürcüstana 
hərəkət etdi. Buranın valisi Əmir Baqrat müqavimət göstərdi, 
məğlub olub əsir düşdü.  Əmir Teymur buradan Qarabağa gəlib, 
islam dinini qəbul edən Baqrata öz irsi mülkünü qaytardı.  Şirvan 
                                                 
1
 «Zübdətüttəvarix» - Teymur dövrünün tarixçilərindən Hafiz Abrunun əsəridir. O, 
Heratda anadan olmuş  və hicri 834-cü (=1430/31) ildə  vəfat etmişdir. 
«Zübdətüttəvarix» dünyanın yaradılışından hicri 829-cu (=1425/26) ilə qədər olan 
hadisələri təsvir edir. 


 
91 
valisi  Əmir  İbrahim, öz ölkəsini qurtarmaq məqsədilə, ləyaqətli 
töhfələr və hədiyyələrlə Əmir Teymurun hüzuruna gəldi. Sahibqran 
tərəfindən mehribanlıqla qarşılandı və Şirvanşah ləqəbini aldı. 
Bahar zamanı,  Teymurun  ordusu  Araz  kənarından Gəncəyə 
yetişdikdə xəbər çatdı ki, Toxtamış xan tərəfindən Şirvana külli qo-
şun gəlmişdir. (Əmir Teymur), oğlu Miranşahı onları  dəf etməyə 
göndərdi. Miranşah onları  məğlub edib Dərbəndin o biri tərəfinə 
qədər qovdu və çoxlu qənimət ələ keçirdi. Dövlətşah Səmərqəndi 
«Təzkirətüş-şüəra»sında yazır: Sultan Əhməd zahiri cah-cəlaldan 
başqa cürbəcür fəzilətlərə  də malikdi. İnşa,  ərəbcə  və farsca şeir 
söyləmək, nəqqaşlıq, mozaika və sair fənlərdə mahir idi. Havacat 
və musiqi elminə dair bir çox təlifatı vardır. Bunlara baxmayaraq o, 
etimadsız, pis əməlli, tiryəki, hərdəmxəyal və  mərdümazar bir 
adam idi... 
Xülasə, pis işlərinə görə  rəiyyət və qoşun ondan nifrət edib 
Əmir Teymura sığındılar. Hicri 791-ci (=1389) ildə, Sahibqran Bağ-
dada hərəkət etdiyi zaman, Sultan Əhməd bu qitəni yazıb ona 
göndərdi: 
 
Ruzigarın cəfasına nə üçün boyun əyək! 
Hər bir kiçik işdən ötrü nə üçün zəhmət çəkək! 
Dənizi və dağı ötüb keçək, 
Ünqa kimi dəniz və quru qanadımızın altında qalsın. 
Ya muradımıza çatıb fələklərə yüksələk, 
Ya da, kişi kimi mübarizə yolunda başdan keçək. 
 
Sahibqran təbi-şeiri olmadığına görə, təəssüf edib buyurdu, 
övladından biri onun cavabını yazsın. Bəzilərinin qeydinə görə, 
Sultan Xəlil yazdı. Cavab bundan ibarətdir: 
 
Zəmanənin çəfasına boyun əymək lazımdır, 
Böyük işi kiçik sanmaq olmaz. 
Ünqa kimi Qaf dağına nə üçün uçursan! 
 
92
Sərçə kimi kiçil və qol-qanadını salla. 
Xam xəyalı başından çıxar, 
Ta, sənin başın uğrunda yüz min baş (kəsilməsin). 
 
Sultan  Əhməd müqavimət göstərə bilməyib Ruma getdi. 
Bağdad Sahibqranın ixtiyarına keçdi. Xacə Məsud Sərbədar buraya 
hakim təyin edildi. Əmir Teymur, bu səfərdən sonra, paytaxtı  Sə-
mərqəndə qayıtdı. Hicri 793-cü (=1391) ildə Qıpçağa getdi, Qun-
duzca adlı yerdə Toxtamış xanı məğlub etdi. Cüci qəbiləsini qətl-
qarət edib onlardan əsir aldı. 
Əmir Teymur hicri 796-cı (=1394) ildə yenə  gəlib Gürcüstanı 
qarət etdi və Şəkini ələ keçirdi. Sultan Mahmud Qazan xan tərəfin-
dən, dəniz kənarında, Kür çayının iki qolu arasında bina etdirilmiş 
Mahmudabad şəhərində qışladı. Bu zaman xəbər çatdı ki, Toxtamış 
xanın qoşunundan bir dəstə Dərbənddən keçib yenə Şirvanı çalıb-
çapmaqla məşğuldur. Buna görə, Toxtamış xanı  cəzalandırmaq 
üçün külli qoşun götürərək hicri 797-ci (=1395) ilin baharında Dər-
bənd yolu ilə hərəkət etdi. «Həbibüssiyər»in yazdığına görə, Əmir 
Teymur Samur çayının kənarına çatıb dənizdən beş ağac yuxarıda 
düşdü. Bu zaman, Toxtamış xanın yanına elçi göndərilən Şəmsəd-
din Almalığı, düşmənanə yazılmış bir məktubla varid oldu. Sahib-
qran burada qoşununu nəzərdən keçirdi. Heç bir zaman onu bu 
çoxluqda və bu təchizatda qoşun müşayiət etməmişdi. Buradan 
qəsd etdiyi tərəfə hərəkət etdi. Yolda, Toxtamış xanın tərəfdarların-
dan rast gəldiyi tayfaların hamısını qətl-qarət edirdi. Xülasə, iki qo-
şun indi Terek adlanan Qori çayının kənarında üz-üzə gəldi. Burada 
əsrlər boyu misli çox az görünmüş şiddətli bir müharibə baş verdi. 
Döyüşün şiddətindən qiyamət gününün dəhşəti bərpa oldu. Məğ-
lubiyyət nişanələri Teymurun qoşununda görünməkdə idi. Bu za-
man nüsrətli padişahın yüksək himməti və ağıllı tədbirləri sayəsin-
də, müharibənin gedişi başqa bir şəklə girdi. Toxtamış xan, hədsiz 
qoşunu ilə  pərişan bir halda qaçmağa üz qoydu. Əmir Teymur 
Qumari çayının kənarında öz qoşununun başçılarına  ənam verib 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə