Gulistani Irem cur cdr



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə15/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   ...   11   12   13   14   15   16   17   18   ...   70

 
61 
bu qənimətlərin hamısını qoşun arasında bölüşdürdülər. Xəzər 
şahzadəsi bu xəbəri eşidəndən sonra müharibə qəsdilə Həmridən 
hərəkət etdi. Əbu Übeydə də qarşıya çıxdı. Dərvaq çayı kənarında 
iki qoşun bir-birilə üzləşdi... hər iki tərəfdən dava təbili vuruldu, 
bayraqlar ucaldı, çox şiddətli bir müharibə başlandı. İki tərəfdən də 
adam qırıldı. Axırda xəzər qoşunu müqavimət göstərə bilmədi, 
bütün təchizatını buraxaraq, qaçıb qurtardı. Müsəlmanlar onları 
təqib edib qətl və qarət edirdilər. O gün xəzərlərdən 7000 nəfər və 
müsəlmanlardan 2000 nəfər öldürülmüşdü. Xaqanın oğlu çox 
çətinliklə özünü İnci şəhərinə yetirib dedi: «Gördüyüm düşmən çox 
güclüdür, əgər sizə kömək gəlməzsə, özünüzü qaçmaqla qurtarın». 
Oradan Bəlxə gedib Bəlx, Ulu Macar, Kiçik Macar, Qızılyar və sairin 
hakimlərini  Əhran hakiminə tapşırdı. Ölkənin mühafizəsi üçün 
lazım gələn əsgəri tədbirləri görüb, özü paytaxta qayıtdı. 
Əbu Übeydeyi-Cərrah Qayakənd yaxınlığında bir təpə üzərin-
də  vaqe  olan  Həsin qalasını alıb, indi Tarxu adlanan Səməndər 
şəhərinə getdi. Buranın əhalisi təslim oldu. Buradan İnci qalası üzə-
rinə gəldi. Bu qala bir tərəfdən dağ, o biri tərəfdən dəniz ilə yanaşı 
idi, dağ ilə dəniz arasında da bir hasar vardı. Buranın əhalisi, yerin 
möhkəmliyinə, su və azuqənin bolluğuna arxalanıb, qalanı müdafiə 
etməyi qərarə aldılar... Müsəlmanlar  ətrafdan 12000 araba topla-
yıb, üzərlərinə taxta yığdılar. Qoşun da bunların ardınca gedərək 
şəhərə daxil oldu. İncinin əmiri ərkə sığındı və gecə bir neçə nəfər 
rəis və  əsgərlə  İnci ilə  Bəlx arasında olan Keyvan qalasına qaçdı. 
Sübh zamanı müsəlmanlar İnci əhalisini islama dəvət etdilər, qəbul 
etməyəni öldürdülər və ya əsir aldılar. İnci qalasını da dağıtdılar. 
«Rövzətüssəfa» və «Güzidə» kitablarında deyilir: Əbu Übeydeyi-
Cərrah Xəzər mülkünü qətl və qarət edib, Azərbaycana qayıdandan 
sonra, Xəzər Xaqanı türklərin müxtəlif qəbilələrindən kömək istə-
yib, 300 min qoşun topladı. Xaqanın oğlu Pəşənk, o cəmiyyətlə 
Dərbənddən keçərək, Kür və Araz çayları qovşağında düşdü. Qoşu-
nunu  ətrafı çalıb-çapmağa göndərdi. Bu zaman Əbu Übeydənin 
qoşunu dağınıq bir halda idi. Özü də atəşgədəni dağıtmaq üçün 
 
62
Ocan səhrasına getmişdi. Yanında olan azacıq qoşunla xəzərlərin 
qarşısına çıxdı.  Şiddətli bir müharibə oldu, müsəlmanlar məğlub 
olub çoxlu tələfat verdilər. Əbu-Übeydeyi-Cərrahın özü də öldürül-
dü və ailəsi əsir düşdü. İslam qoşunu ilə bərabər olan və Azərbay-
canın böyük adamlarından sayılan Mərdanşah da öldürüldü. Türk 
qoşunları Azərbaycan və Ermənistan ölkələrində  qətl və qarətə 
başladılar. Ermənistanda zərb olunan dirhəmlərdən məlum olur ki, 
bu vilayət həmin iğtişaş zamanı  xəlifələrin  əlindən çıxmamışdır. 
Xülasə, bu xəbər, o dövrün xəlifəsi Hişam ibni-Əbdülməlikə
1
 yetiş-
di. O, hicri 114-cü (=733) ildə Səid ibni-Əmri-Hərşini böyük bir qo-
şunla türklərin müharibəsinə göndərdi. O da, bir çox qələbələrdən 
sonra, Qarabağ Bəyləqanına yetişdi. Eşitdi ki, Xaqanın oğlu müsəl-
man qalalarından birini mühasirəyə almışdır, az qalmışdır ki, qala-
dakılar təslim olsunlar. Bu zaman fars şahzadələrindən Xudavəndi-
Əsbi-Əbləğ adlı Xəzər dilini bilən bir nəfəri göndərdi ki, qaladakıla-
ra onun gəlməsini bildirsin. Şahzadə ertəsi gün oraya çatdı. Xəzər-
lər onu tutub soruşdular: Sən kimsən və hara gedirsən? O dedi: - 
Ərəb sərkərdəsi məni göndərdi ki, qaladakılara onun gəlməsini 
xəbər verim. Xəzərlər ona dedilər: Əgər qurtarmaq istəyirsən, qala-
nın yanına gedib de ki, ərəb qoşunu hələ çox uzaqdadır. Şahzadə 
dərvazaya yaxınlaşıb səsləndi: - Ey müsəlmanlar, məni tanıyırsınız? 
Sizə müjdə olsun! Səidi-Hərşi külli qoşunla Bəyləqandadır. İki üç-
gündən sonra gəlib sizə çatar. Mərd və igid olun! 
Müsəlmanlar təkbir dedilər. Xəzərlər  şahzadəni oradaca par-
ça-parça etdilər və özləri də köçüb Ərdəbilə tərəf getdilər. Bu za-
man ağ atlı və ağ paltarlı bir şəxs Səidin yanına gəlib dedi: - 2000 
nəfər xəzər 5000 islam əsiri ilə filan yerdədirlər. Əmir casus gön-
dərib onun sözünü təhqiq etdi, söz doğru çıxdı. Əmir 40000 nəfər 
götürüb, səhərə yaxın qəflətən onların üzərinə töküldü. Bir çoxunu 
öldürdü və əsirləri geri aldı. Qılıncdan qurtaranlar Xaqan oğlunun 
ordusuna qaçdılar. Səid külli qənimətlə geri qayıtdı. Ağ atlı yenə 
                                                 
1
I Hişam ibni-Əbdülməlik - əməvilərdən onuncu xəlifədir (105-125=724-743). 


 
63 
gəldi, Səid ona dedi: - Ey xoşxəbər kişi, sən harada qaldın, sənin 
üçün yaxşı hissə  və pay saxlamışam. O, cavabında dedi: - O pay 
əmirin yanında daha yaxşı qalar, mən indi sənə başqa qənimət 
haqqında məlumat verəcəyəm. Budur, xəzərlərdən bir dəstə filan 
yerdə külli mal və əsirlə öz vilayətlərinə gedirlər. Müsəlmanlardan 
bir dəstə oraya gedib təkbir deyərək, düşmənə hücum etdi. Türk-
lərdən bir çoxunu öldürüb, əsirləri azad etdilər, qənimətləri də ələ 
keçirildi. Səid, Əbu Übeydeyi-Cərraha mənsub olan adamları əziz-
ləyib, onlara çoxlu mal bağışladı. Bu əhvalatdan sonra, Xaqanın 
oğlu kədərli bir halda vuruşmaya başladı. Səid də Bəyləqan, Bərdə 
və hökmü altında olan başqa şəhər və qəsəbələrə qasidlər göndə-
rib qoşun toplamağa əmr verdi. Ağ atlı yenə gəldi və salam verdi. 
Səid çox şadlıqla onun salamını alıb: - «Sən çox mübarək nəfəsli 
(xoşxəbər) adamsan. Sənin sayəndə iki dəfə düşmənə qalib gəldim, 
sənə çox pay və hissə ayırmışam, niyə almırsan?» - dedi. O: - 
«Lazım olanda istərəm, siz indi dava tədarükü görməklə  məşğul 
olun. Xaqanın oğlu 40000 nəfərlə üstünüzə  gəlir» - deyə cavab 
verdi. Səid öz qoşununu düzəltdi. İkindi çağı, iki qoşun bir-birinə 
yetişdi, müharibə başladı. Günbatan çağı türk qoşunu basıldı  və 
onlardan bir çoxu qılıncdan keçirildi. Səid də öz ordugahına qayıt-
dı. Sübh olunca, ağ atlı yenə gəlib dedi: - «Ey əmir! Xaqanın oğlu 
öz dağınıq qoşununu toplayıb, yenə müharibə etmək fikrindədir» 
Səid (qənimət alınmış) yükləri və malları qeyd və mühafizə etmək 
üçün bir dəstə adam təyin edib, qalan qoşunla yola düşdü.  İki 
qoşun bir-birilə üz-üzə  gəldikdə o: - «Kim bilir, Xaqanın oğlu 
Pəşənk harada durur?» - deyə soruşdu. Onun cavabında: - «Baş 
sancılmış ağacın olduğu yerdədir» - deyə cavab verdilər. O yenə: - 
«O kimin başıdır» deyə soruşunca:-«Əbu Übeydeyi-Cərrahın başı-
dır» - deyə cavab verdilər. Səid igidlərlə oraya hücum edərək, Xa-
qan oğlunun tacına bir zərbə endirib onu atdan yerə saldı. Türk-
lərdən bir dəstə, şahzadənin ətrafını alıb onu yenə ata mindirdilər. 
Müharibə atəşi  şiddətli surətdə alovlandı. Axırda türklər döyüş 
meydanından üz çevirdilər. İslam əhlinin əlinə çoxlu qənimət keçdi. 
 
64
Səid bu qənimətin xümsünü Şama, Hişam ibni-Əbdülməlikə gön-
dərdi, qalanını da 40000 əsgər arasında bölüşdürdü. Hər bir nəfərə 
17000 dinar düşdü. Daha sonra, hicri 115-ci (=734) ildə Hişam Er-
mənistan, Azərbaycan və Şirvan əyalətlərini öz qardaşı Əbu Müsli-
mə verdi. Ona Şam və  Cəzirə qoşunlarından 24 min nəfər verib 
Dağıstan işlərini nizama salmağa göndərdi. 
Müəllifə məlum olduğu vəchlə, Əbu Müslim haman Müslimə 
ibni-Əbdülməlikdir. Ehtimal ki, yazıda səhv olmuşdur və  ərəb 
dilinin qanununa görə, Əbu Müslim onun küniyəsi və Müslimə isə 
adı olub, hər ikisilə  də  şöhrət tapmışdır. Hər halda, Əbu Müslim 
Dərbəndə  gəlib onun hasar və burclarındakı xaraba yerləri təmir 
etdirmişdir. Narınqalada Nuşirəvan dövründən qalma Səhrinc adlı 
böyük bir imarəti sökdürüb yerində su, neft, sursat anbarı və cəb-
həxana tikdirdi. Narınqalanı çox möhkəm bir hala saldı. Qeyd adlı 
imarəti təmir edib, divarını yüz arşından artıq dəniz içərisinə çək-
dirdi. Müəllif deyir: dörd-beş il bundan əvvəl, o Qeydin özülü bir 
yerindən sökülmüşdü. Bu sökükdən məlum oldu ki, böyük daşları 
dəmir millər ilə bir-birinə möhkəm bənd edib, aralarına da əridil-
miş qurğuşun töküblər. Əbu Müslim əmr verdi ki, bütün Dağıstan-
dan toplanan xərac, - istər pul olsun, istərsə mal - ehtiyac zamanı 
Dərbənd  əhalisinə  və mühafizlərinə paylamaq üçün anbarlarda 
saxlasınlar. Xülasə, Dərbənd  əhalisinin çoxunu müsəlmanlardan 
təşkil edib, şəhəri yeddi məhəlləyə böldü. Hər məhəllə tayfası üçün 
bir məscid tikdirib, onun adı ilə adlandırdı: 1) Xəzər məscidi, 2) Fə-
ləstin məscidi, 3) Dimişq məscidi, 4) Həmməs məscidi, 5) Qeysəriy-
yə  məscidi, 6) Cəzair məscidi, 7) Mosul məscidi. Bunlardan əlavə, 
cümə namazı üçün böyük bir məscid tikdirdi ki, indi də qalır. 
Şəhərə 6 dərvaza qoydurdu: 1) Babül-mühacir - indi Carpçı qapı 
adlanır, 2) Babülcəhad - indi Qırxlar qapı adlanır, 3) Babülxüms - 
indi Yeni qapı adlanır, 4) Babüssəğir - indi Türkmən qapı adlanır, 5) 
Babülməktub - indi Bayat qapı adlanır, 6) Babüləlqəmə - indi Na-
rınqala qapı adlanır. 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə