Gulistani Irem cur cdr



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə13/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   ...   9   10   11   12   13   14   15   16   ...   70

 
53 
baları indi də qalır); Tarxu ilə İndiri kəndi arasında Keyvan qalasını; 
Əhran, yəni Qoysu çayı kənarında Bəlx şəhərini və qoşun iqamət-
gahı olan bu şəhərin qalasını çayın sol kənarında bina etdirdi. 
Şəhərin şimal tərəfində də bir neçə qala tikdirdi. Nuşirəvan, Tuman 
qəbiləsini yerləşdirmiş olduğu bu yerləri, Həmri hüduduna qədər, 
bu qəbilə  əmirlərindən birinə tapşırdı. Ona Tumanşah adı verdi. 
İsfəndiyar  Əhran  şəhərində  qızıl taxta oturduğundan,  Əhranı bu 
ölkənin hamısı üçün mərkəz qəbul etdi. Terek çayı  dəhnəsindəki 
gümüş  və  Əhrandakı mis mədənlərini  Əhranın sərdarına verdi. 
Qoysunun sol kənarında, Çilyurdun üst tərəfində bir isti su vardır. 
İndi də ona Gülbax isti suyu deyirlər. 
3. Qaytaq. Nuşirəvan buraya əmir təyin edərək qalalarını təmir 
etdirdi. Gilan və Kaşandan bir çox əhalini buraya köçürdü və onu 
nizama saldı. İndi Köbəçi adlanan Zirihgəran da buraya daxildir. 
4. Qumuq dağlarında və onun ətrafında olan yerlər.  İndi 
Qaziqumuq, Aqquşa mahalları, Avar və sair hissələrdən ibarətdir. O 
buraya Filanşah ləqəbli bir əmir təyin etdi. 
5. Təbərsəran. Buranın  əhalisi çərxçi və  Dərbəndin  ən yaxşı 
qoşunlarından olub, Təbəristandan və İsfahandan gəlmədir. Bunla-
rın əmirinə Hicranşah deyirdilər. 
6. Massaget. Bu yer Təbərsəran və Qumuq dağlarının aşağı 
tərəfindədir.  Əhalisi alanlar olub, sayca başqalarından az idi. 
Əmirləri də Bütünşah adlanırdı. 
7. Şabran və Müskür. Bu yerlərdə  Şabran, Bağdad, Kərkər 
şəhərlərini və axırıncı şəhərin bir ağaclığında Abad şəhərini; Müs-
kürdə  Kəsran  şəhərini, Dərbəndin üç ağaclığında Sul və ya Sur 
şəhərini və bunlardan başqa sair şəhər və  kəndləri bina etdirdi. 
Fars  əhalisindən bir qədərini köçürüb Müskür, Kürə  və Axtıda 
yerləşdirdi. Öz sülaləsindən onlara bir əmir təyin etdi. Nuşirəvan 
bu qayda ilə ölkə işlərini və sərhədlərin mühafizəsini möhkəm bir 
surətdə nizama salıb geri qayıtdı. Bu zaman Xaqan, Gülbax vilayəti-
ni ələ keçirib öz sərdarını Əhranda oturtdu. Deyirlər ki, Nuşirəvan-
dan əvvəl İsfəndiyar da həmin qala və kəndləri təmir etdirib yeddi 
 
54
vilayətə bölmüşdü.  Əhran  ətrafındakı qalaların  əhalisini Xorasan-
dan köçürtmüşdü və onun sərdarı Əhranda otururdu. 
«Axtınamə»də deyilir ki, Sasanilər sülaləsindən  Şah-Bani adlı 
bir  əmir, Nuşirəvanın  əmrilə fars əhlindən 60 ailə  və 300 nəfər 
əsgərlə gəlib, Axtı adlanan bir yerdə bir qala tikdirdi və orada sakin 
oldu. Bu qalanın asarı dağın başında indi də durur. O, 1500 əşrəfi 
sərf edərək Axtı isti suyunun üzərində bir hamam tikdirdi və ona 
xərac qoydu. 560-ci ildə, Nuşirəvan otuz illik səltənətdən sonra, 
Adil ləqəbi aldı. Bu münasibətlə ətrafın rəisləri hamamın qabağın-
da toplaşıb məşvərət etdilər. Şah-Banidən xahiş etdilər ki, Nuşirə-
van hamam xəracinı onların üzərindən götürsün. Şah-Bani bu 
məqsədlə, oğlu Şah-Asanı o zaman Azərbaycanda olan Nuşirəva-
nın hüzurinə göndərdi və onun xahişi qəbul edildi. Bundan sonra 
Şah-Bani 15 il daha hökmranlıq edib vəfat etdi. Oğlu  Şah-Asan 
onun yerinə keçib 12 il hökmranlıq etdi. 
«Tarixi-güzidə» sahibi hicri 730-cu (=1330) ildə yazır:  Nuşirə-
vanın Dərbənd  ətrafı  əmirlərinə verdiyi ləqəblərin və  təşrifatın 
bəziləri indi də söylənməkdədir: Filanşah və Şirvanşah kimi. 
Ömər ibni-Vərdi
1
, «Xəritətüləçaib» adlı  ərəbcə  qədim coğra-
fiya kitabında yazır: Babüləbvab  İranın  şimal tərəfində vaqedir, 
Çoxlu meyvə bağları olan bu şəhər, Nuşirəvan tərəfindən Xəzər 
dənizi kənarında bina edilmişdir. Bu, Xəzər tayfası qarşısında bir 
haildir (səddir). Qapıları Qaytaq dağları keçidindədir, məsələn, Ba-
büssul, Babi-Alan, Babüssabran, Babi-Laziqə, Babüssəcəsi, Babi-
Sahibüssərir, Babi-Filanşah, Babi-Karumanşah, Babi-İranşah və 
Babi-Liyanşah. Dərbənd dərya kənarında, böyük yol üzərində va-
qedir və buranın ən böyük qalalarından olduğuna görə, Babüləb-
vab adı ilə şöhrət tapmışdır. Dərbənd hasarının silsiləsi uca bir da-
                                                 
1
 Ömər ibni-Vərdi - hicri 690-cı (=1291) ildə Suriyada anadan olmuş  və 749-cu 
(=1349) ildə  Hələb  şəhərində  vəfat etmişdir. «Xəritətüəcaib»dən başqa dil, 
ədəbiyyat, hüquq, tarix, fəlsəfə və təsəvvüfə aid bir çox əsər yazmışdır. 


 
55 
ğa doğru uzanıb gedir. Bu hasar bir tərəfdən o biri tərəfə keçməyə 
mane olur. Bu dağda çoxlu qala da vardır. 
Əbülhəsən Məsudi deyir: bu ölkədə 300 şəhər var və hər bir 
şəhərin də, bir-birinə oxşamayan, ayrı dili vardır. Hovqəli
1
 deyir: 
mən bunu inkar edirdim, lakin özüm təhqiq edib bildim. Bu ölkə-
nin çoxnüfuslu və abad məmləkətlərindən biri də Şirvanşah vilayə-
tidir. Bu vilayət çox vüsətli olub çoxlu nahiyələri, kəndləri və ima-
rətləri vardır. Bu yerin əhalisi dikbaş olub heç kəsə itaət etməzlər. 
Şirvanşahlar səltənətini Nuşirəvan qurmuşdur. 
«Rövzətüssəfa», «Xülasətüləxbar» müəllifləri və bir çox başqa 
tarixçilər yazırlar: xaqanın qızını Nuşirəvan almış  və onu boşayıb 
atasının evinə geri qaytarmamışdı. Nuşirəvanın bundan Nuşizad və 
Hürmüz adlı iki oğlu oldu. Bu qadın Zərdüşt dinini qəbul etmə-
mişdi. Onun böyük oğlu Nuşizad da, hədd-buluğa çatdıqdan son-
ra, atəşə sitayiş etmədi. Buna görə  də o, atasının hökmilə  həbsə 
alındı. Nuşirəvan  Şam vilayətində fütuhat ilə  məşğul ikən, onun 
şiddətli bir surətdə xəstələnməsi haqqında Nuşizad yalan bir xəbər 
aldı. O, həbsxanadan çıxıb, başına çoxlu adam yığdı. Atasının təyin 
etdiyi məmurları Farsdan, Ehvazdan qovdu və İraqı almaq məqsə-
dilə o tərəfə hərəkət etdi. Nuşirəvan bu əhvalatdan xəbərdar olub, 
İran sərkərdələrindən Ranbərzinə bir hökm yazdı və onu oğlunun 
fitnəsini dəf etməyə  təyin etdi. Ranbərzin  şahzadəyə  nə  qədər 
nəsihət etdisə də, fayda vermədi. Müharibə əsnasında Nuşizad bir 
oxla yaralanıb öldü. 
Nuşirəvan 48 il səltənətdən sonra, miladi 578-ci ildə və hicrət-
dən 44 il əvvəl vəfat etdi. Nuşirəvanın Xəzər xaqanı qızından olan 
ikinci oğlu Hürmüz İran taxtına oturdu. Bu münasibətlə ona türk-
zad deyirdilər. 
                                                 
1
 İbn-Hovqəl olmalıdır, İbn-Hovqəl - hicri IV (=X) əsrin ən məşhur səyyahlarından 
biridir. «Kitabülməsəlik vəlməmalik» adlı əsəri gəzdiyi və gördüyü yerləri təsvir edir. 
 
 
56
«Rövzətüssəfa» sahibi deyir: Hürmüz dövründə  Xəzər tayfası 
Dərbənddən keçib Ermənistan və Azərbaycan ölkələrini qarət 
etdilər. Bu çapqın hicri 4-cü (=626) ildə vaqe oldu. Rum qeysəri 
Herakli onları bu ildə İranla müharibəyə təşviq edirdi. 
«Tarixi-güzidə» sahibi və sair tarixçilər deyirlər: Hürmüz zülm 
etməyə başlayınca, xalq ona qarşı üsyan qaldırıb sikkəni onun oğlu 
Xosrov Pərvizin adına vurdurdular. Buna görə  də Xosrov Pərviz 
atasından qorxub Azərbaycana gəldi. Muğan və Bacərvanda oldu-
ğu zaman, «Bərdə» hökmdarı Mihinbanu gəlib onu Bərdəyə apardı 
və ona mehmannəvazlıq etdi. Xosrov Mihinbanunun qardaşı  qızı 
Şirini sevib axırda onu aldı.  Şeyx Nizami bu əhvalatı  məşhur 
«Xəmsə»sinin beş poemasından biri olan «Xosrov və Şirin» kitabın-
da gözəl bir surətdə təsvir etmişdir. 
Nuşirəvandan sonra Şirvan vilayəti haqqında ayrıca bir məlu-
mat yoxdur. Ancaq bu qədər məlumdur ki, xəzərlərin istilasi və İran 
səltənəti işlərinin qarışıqlığı  nəticəsində,  Şirvan iğtişaş  məhəlli ol-
muşdur. Bu hal, ərəb qoşununun gəlib, ardı-arası kəsilməyən mü-
haribələr ilə, şimal tayfalarını məğlub və bu vilayəti ərəb ölkəsinə 
ilhaq edincəyə qədər davam etmişdir. 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə