Gulistani Irem cur cdr



Yüklə 7,74 Mb.
Pdf görüntüsü
səhifə18/70
tarix01.08.2018
ölçüsü7,74 Mb.
#60562
1   ...   14   15   16   17   18   19   20   21   ...   70

 
73 
olub, öldürüldü. Axırda Səmsam məğlub olub geri qayıtdı və 15 il 
sakit olaraq öz yerində oturdu. Bir gecə  Səmsam öz qoşunu ilə 
qəflətən Tərsa kəndi üzərinə tökülüb əhalini qırdı. Mal və əyallarını 
qarət və  əsir edib apardı. Bundan doqquz il keçdi, Dərvişai Dər-
bəndə,  Əbu Müslimin yanına gəlib, ondan kömək istədi,  Əbu 
Müslim də öz bacısı Ümmülmöminatı, müsəlman olan Dərvişaiyə 
verdi, onu qoşunla bərabər göndərdi ki, gedib Səmsam  şəhərini 
alsın və  xəzərlərin kökünü kəssin. Müharibə yeddi ay uzandı, heç 
bir nəticə əldə edilmədi. 
Axırda, Dərvişai  Şeyxşahi-Əlbürzinin obasına gəldi. Bu adam 
qüreyş tayfasından olub, Əlbürz ölkəsində yurd saldığından, bu 
ləqəblə tanınırdı.  Ətəyində yaşadığı dağ da onun (Şeyxşahın) adı 
ilə  şöhrət tapmış  və çox işlənmək nəticəsində  Şalbürz olmuşdur. 
Şeyxşah gizlicə bir nəfər göndərib Səmsamın vəziri  şamlı  Əmir 
Kağını öz yanına dəvət etdi. Bunlar məşvərət edərək, Səmsamın 
əleyhinə ittifaq bağladılar. Əmir Kağı şəhərdəki təbəələrini xəbər-
dar etdi. Dərvişai cümə gecəsi 6000 qoşunla dərvazanın yanına 
gəldi.  Əmir Kağının təbəələri onları  şəhərə buraxdılar.  Əmir Kağı 
onlardan on nəfərlə gedib Səmsamı öldürdü. Dərvişai divanxanaya 
gəlib, xalqı islama dəvət etdi. İslamiyyəti qəbul edənlər öz mal-
larına sahib oldular. Qəbul etməyənləri öldürüb mal və  əyallarını 
qənimət olaraq apardılar. Şəhər də Əmir Kağının adı ilə adlandı. Bir 
zaman keçdikdən sonra, bu ad Mikrağ şəklinə düşdü. Sonra Dərvi-
şai, Əmir Kağı və Şahi-Əlbürzi Dərbəndə Əbu Müslimin yanına get-
dilər. Əbu Müslim bunlara çox nəvaziş etdi. Şəhbani kəndini də Üx-
ti, yəni bacıya mənsub deyə adlandırdı. Bu da çox işlənmə nəticə-
sində Axtı şəklini almışdır. Əhalinin dediyinə görə, Axtı məscidinin 
cənub divarı, Əbu Müslim tərəfindən bina edilən divarın qalığıdır. 
Bu zaman, Səmsamın qaçıb qurtaran adamlarından beş nəfəri 
Şahi-Əlbürzinin obası üzərinə tökülüb, onun bir oğlunu öldürdülər, 
iki qızını da mal və dövlətilə  bərabər  əsir apardılar. Arvadı ikinci 
oğlu ilə qaçıb qurtardı. Buna görə,  Şahi-Əlbürzi  Əmir Kağı 
şəhərindən Qüreyş obasına 30 ev köçürüb, oranı özü üçün oturaq 
 
74
seçdi. Samur çayının sol tərəfində, Kələkürənin qarşısında olan bu 
obanın adı – çox  işlənmək nəticəsində - indi Quruş şəklinə girmiş-
dir. Qıpçah adlı yerdə bir şəhər xarabası vardır ki, xalq tərəfindən 
Qəmqam adlanır. Bura Tərsa  əmirlərinin məskəni olmuşdur. Bu 
yerin Qıpçah adlanması əhalisinin keçmiş vətəni olan Qıpçaq adın-
dan alınmış ola bilər. Çox ehtimal vardır ki, bu əhvalat hicri 5-ci 
əsrdə Şeyx Əbu Müslimin dövründə olmuşdur; çünki o öz ailəsi ilə 
bu ölkədə sakin idi. Daş bir günbəz altında olan qəbri də Xumzaq 
qəsəbəsində  məruf və  məşhurdur. Bizcə, bu, Şeyx  Əbu Müslim 
xəlifənin qardaşı  Əbu Müslim deyildir; çünki xəlifənin qardaşı öz 
qoşunu ilə  gəlib yenə geri qayıtmışdır. Onun öz bacısını  gətirib 
burada ərə verməsi də ağlasığan bir məsələ deyildir. 
Məhəmməd Rəfi Əbdürrəhim oğlu Şirvani hicri 712-ci (=1313) 
ildə bir tarix kitabı yazmışdı. O, bu kitabı yazmaq üçün, qədim 
məktub və vəsiqələrdən, bir də hicri 318-ci (=931) ildə yazılan bir 
əsərdən istifadə etmişdi. Müəllifin haman tarix kitabının 1030-cu 
(=1617) ildə yazılan nüsxəsində belə deyilir: Həmzənin qızı Ümmatın 
nəslindən olan Şeyx Əbu İshaq İbrahim, Şeyx Əhməd və Şeyx Əli
Abbas ibni Əbdülmüttəlibi - Qüreyşi övladından Şeyx Məhəmməd, 
Şeyx Nasirəddin ilə  bərabər, hicri 200-cü (=816) ildə  Hərəmeyn-
dən, yəni Məkkə və Mədinədən çıxdılar. Onlar 2000 nəfər əqrəba 
və tabelərilə  Şam ölkəsinə  gəldilər. Bir neçə ildən sonra 5000 
nəfərlə Misrə gedib bir neçə il də orada qaldılar, bir çox ölkəyə 
səfər etdilər. Sonra, o dövrdə müharibə meydanı olan Çərkəz ölkə-
sinə gəlib çıxdılar. Bunlar uzun müddət cəhd edib, Əmir Əzzalı öl-
dürdülər, onun mal və dövlətini qənimət aldılar. Buradan da Qay-
taq vilayətinə gəlib, onun əmiri Qəzənfəri öldürdülər. Mal-dövlətini 
və  xəzinəsini  ələ keçirib, əhalini də müsəlman etdilər.  Ərəblərin 
adətinə görə, qəbilə içərisində yaşca böyük olan əmir olurdu, o 
biriləri də danışıqsız və boyun qaçırmadan ona itaət edirdilər. 
Bu dövrdə  Əmir Çoban Sultan Əli bəy oğlu onların rəisi idi. 
Təbərsəran əhalisinin çoxu müsəlman oldu. Əmir Çoban öz qızını 
Təbərsəran  əmiri Məsum bəyə verdi və onun qızını da özü üçün 


 
75 
aldı. Qaytaqda bir çox kənd saldırıb, Qumuq əmirləri ilə əhdnamə-
lər bağladı. Bir neçə müddətdən sonra öz əhdini sındırıb, qəflətən 
onların üzərinə hücum etdi. Əmirlərdən bir çoxunu öldürdü və 
şəhərlərini ələ keçirərək əhalisini islam dininə gətirdi. Öz qohum-
larından, Şam vilayətinin Xal kəndində doğulmuş və babasının adı 
ilə adlanan Şamxalı o yerlərə əmir təyin etdi. Bundan sonra, cənub-
dakı dağlara tərəf gəlib Qəbələ mahalından sayılan Maza şəhərini 
aldı və buranı özü üçün məskən intixab etdi. Bu kəndin kişi və qa-
dınları onun qulu idi. Maza ərəbcə bir söz olub «Bu nədir» deməkdir. 
Əmir Çoban kafirlərin  ətrafda olan bir çox kəndlərini xarab 
etdi. Quruş  əmirlərindən  İsmayıl bəy və  Həsən bəylə  əhdnamə 
bağladı. O, Şamaxı nahiyəsinə qədər bütün dağ əhalisindən xərac, 
cizyə və dəhiyek alırdı. Məktublaşma və elçilər vasitəsilə Şirvanşah 
Sultan Firidun ilə barışıq etdi. Qızını onun oğlu Keyqubada verdi və 
onun qızını da oğlu Sultan Süleyman üçün aldı. Bir müddət bun-
ların arasında dostluq davam etdi. Axırda xərac və dəhiyek üstündə 
aralarında  ədavət düşdü, bir neçə vaxt hərb etdilər, sonra yenə 
barışdılar. Qumuq şəhəri türklər tərəfindən xarab edilən zaman, 
Həsən - Ələvi -Səfəvi burada qazi idi. O, Məhəmməd Rəfi Şirvani-
nin yuxarıda adı çəkilən tarixindən istifadə edərək, başqa bir əsər 
yazmışdı. Dağıstanda çox yayılmış olan bu əsərdə, yuxarıda söylə-
nilən hadisələr bəzi fərqlərlə daha geniş    bir  surətdə  təsvir edilir. 
Bu  əsərdə göstərdiklərimizdən  əlavə deyilir: İndi Xumzaq ya-
xınlığında bir kənd vardır. Bu kənd keçmişdə Avarın qədim paytaxtı 
Tanıs  şəhəri idi. Burada Süraqə adlı  şövkətli və  şücaətli bir əmir 
olurdu. O, müsəlmanlıqdan dönüb bütpərəst olmuşdu. Ləqəbi 
Novsal idi. Avarlılar padişahlarına bu ləqəbi verdilər. 
Müəllif zənn edir ki, onun nəsəb silsiləsi (şəcərəsi) doğru 
deyildir. Buna da bəzi halların və adların münasibətsizliyi səbəb 
olmuşdu. Hər halda, bu əmir, Süraqə ibni-Sərətan ibni-Urusxan 
ibni-Ümməxan ibni-Firuzşahdır, özü də,  Ərəskani nəslindəndir. 
Şamaxı hüdudundan Çərkəz vilayətinə qədər olan sahəni öz idarəsi 
altına almışdı. O, Əkərə qəsəbəciyindən başqa bütün əmirliklərdən 
 
76
və camaatdan vergi olaraq hər cür mal, pul, taxıl, mal-qara, qumaş, 
meyvə, hətta yumurta da alırdı. Vergilərin miqdarı bu qədər idi: 
ildə hər ailədən üç dirhəm gümüş və ya bu qiymətdə qızıl; bir gil
1
 
ən çox sərf edilən taxıl; hər bir tacirdən iki top ipək və iki top bez; 
hər bağdan bir çuval üzüm; hər bir qatildən 100 qoyun; cani və 
oğrudan bir öküz; hər bir kənddən yeni taxta oturan padişahı 
təbrik etmək üçün bir qara və dörd sarı olmaqla beş tülkü dərisi və 
beş qoç; vəfat edən padişahın basdırılması üçün bir at; padişah 
ailəsində edilən toy üçün bir öküz və iki qoç. 
Qumuq və Qaytaq ölkələrinin ayrı-ayrı əmirləri var idi. Qaytaq 
əmiri çox şövkət və əzəmətə malik Qəzənfər adlı bir şəxs idi. Misir 
və Şamdan cəhd edərək, Rum və Hindistan hüduduna qədər get-
miş olan Həmzə  və Abbasın xələfləri, axırda  Şirvana gəlmişdilər. 
Səfər tədarükü görüb yaxşı fillər, dəvələr və atlarla cəhad üçün 
Dağıstana yürüş etdilər. Bunların gəlmək xəbərini eşidən Dağıstan 
əhalisi və rus tayfası Çur və ya Sur şəhəri yaxınlığında tam mənası 
ilə toplaşdılar. Müsəlmanlar düşmənin vəziyyətini öyrənmək üçün 
igid adamlarından 100 nəfərini kəşfiyyata göndərdilər; düşmənin 
çoxluğundan və qüvvəsindən qorxuya düşdülər. Vəziyyətdən çıx-
maq üçün belə bir hiylə düşündülər: bir xeyli xörək bişirib ona zə-
hərli ot qatdılar və az bir mal ilə onu ordugahda qoydular. Hərbə 
girişincə qaçmağa başladılar. Düşmən qoşunu ordugahı aldı  və 
xörəkləri yedi. Onlardan saysız-hesabsız adam tələf olub, dağılma-
ğa üz qoydular. Müsəlmanlar qələbə qazandılar.  Əvvəlcə Qaytaq 
vilayətini alıb viran etdilər. Əmir Çoban Sultan Əli bəy oğlu burada 
hakim oldu. O, bir çox kənd saldırdı, o cümlədən Qüreyş qalasını 
bərpa etdirərək özünə hökumət mərkəzi təyin etdi. Buradan Avara 
getdi. Bu yerin Əmiri Bayar Süraqə oğlu özünə tabe olan Tuş nahi-
yəsinə qaçdı. Müsəlmanlar ardı-arası  kəsilmədən qalib gəlirdilər. 
Bir zaman keçdikdən sonra, onların xələfləri Krımı da ələ keçirdilər. 
Xülasə, Avarda bir çox kəndi viran etdilər. Xumzaq şəhərini güclə 
                                                 
1
 Taxıl - dən ölçüsüdur, xalq «kilə» deyir. 


Yüklə 7,74 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə