Azər HƏSRƏt mən taniqliq ediRƏM



Yüklə 3,98 Mb.
Pdf görüntüsü
səhifə1/35
tarix28.06.2018
ölçüsü3,98 Mb.
#51982
  1   2   3   4   5   6   7   8   9   ...   35


Azər HƏSRƏT
MƏN TANIQLIQ 
EDİRƏM


Redaktor: 
Əkbər QOŞALI
Üz qabığının fotosu:
S.Rasim
Azər HƏSRƏT.  Mən tanıqlıq edirəm  /bəlgəsəl-roman/
Bakı, Qanun Nəşriyyatı, 2016, 200 səhifə, 500 nüsxə
Çapa imzalanmışdır: 12.04.2016
Kitab  yazarın  şəxsən  iştirakçısı  olduğu  tarixi  olayların  təs-
vi rini  əks  etdirir.  Gerçək  olaylar  əsasında  qələmə  alınmış  əsər 
1990-cı  ilin  20  yanvar  olayları  və  onların  doğurduğu  sonuc-
lar  haqqında  ilk  əldən  bilgi  almaq  istəyən  hər  bir  oxucu  üçün 
əvəzsiz mənbə rolunu oynaya bilər. Kitabdakı obrazların hamısı 
real şəxslərdir.
ISBN 978-9952-36-201-5
     
 
 
     
 
 
© Azər HƏSRƏT, 2016
 
 
 
 
© Qanun Nəşriyyatı,  2016


Bu  əsəri  doğulub  boya-başa  çatdığım  Dədəli  kəndi-
nin  (Xaçmaz  rayonu)  dörd  igid  oğlu  –  Qarabağ  savaşı 
şə hid ləri  Qurbət  Zakiroğlu,  Natiq  Əzizullaoğlu,  Şeyda 
Ziyəddinoğlu və Bahadur İkramoğlunun əziz xatirəsinə 
ithaf edirəm.
Əsər, həm də bir 20 yanvar şahidinin həmin gecənin 
bütün şəhidlərinin, onların timsalında bütün Azərbaycan 
şəhidlərinin  əziz  xatirəsinə  dərin  sayğısının  ifadəsidir. 
Onlar şəhid oldu, bizsə şahid. Onlar canlarını fəda etdilər 
ki, biz yaşayaq. Tanrı qatında yerləri uca olsun.


Redaktordan
Azər Həsrətin iti qələmi, cəsarətli sözü Azərbaycan 
oxucusuna  yaxşı  tanışdır.  Özəlliklə,    xalqımızın, 
Türk Dünyasının ağrı-acılı, sevincli, uğurlu günləri 
ilə bağlı (fərqli dürlərdə) qələmə aldığı yazılar ona 
şöhrət  qazandırıb.  Azər  öz  əsas  mövzularına,  öz 
yazı  texnologiyasına  münasibətdə  yetərincə  ardıcıl 
olan,  məhsuldarlığı  ilə  seçilən  aydınlarımızdandır. 
Təsadüfi deyil ki, milli mətbuatımızın 140 illik yubi-
leyi münasibəti ilə dövlət ödüllərinə layiq görülənlər 
sırasında onun da adı vardı və “Əməkdar jurnalist” 
fəxri  adının  nişanını  Azərin  yaxasına  məhz  dövlət 
başçımız - Prezident İlham Əliyevin özü taxdı.
Azər Həsrətin jurnalistika sahəsində uğurlarının ya-
nısıra ədəbi yazılarla çıxış etməsi də diqqətdən qaçmır 
- “Bir əsgərin yaşantıları” romanı, “Azər Qurdbasan”, 
“Soysuzun ölümü” hekayələri, hər nə qədər “mən ya-
zıçı deyiləm”, “yazıçılıq iddiasında deyiləm” desə də, 


5
onun idrak prosesindən, ağıl gücündən savayı, könül 
çırpıntılarına, qəlb atışına (ilhamın şahə qalxmasına) da 
aşina olduğunu göstərir. Azərin bədii təxəyyülü, ədəbi 
qələmi araşdırmaçı-jurnalist kimliyinə uduzsa da, sanki 
həmişə eyni işlə məşğul olduğu təəssüratı oyadır. Azər 
Həsrət “Öncə Vətən!” şüarı ilə yazıb-yaradır. Çünki o 
ideyalı yazardır. Yazdığının dürü, forması, həcmi, hətta 
estetikası, bədii məziyyəti deyil, ideyası ön planda olur 
həmişə.  Bax,  məhz  bu  amil Azər  Həsrət  qələmindən 
çıxanları bir başqa cür maraqlı edir, adilikdən çıxarır...
Məncə, onun imzasına davamlı oxucu münasibəti 
də, daha çox bu dediyimiz amillə bağlıdır. Mən bunu 
təqdirəlayiq hal hesab edirəm. Özəlliklə, yurdumu-
zun-yuvamızın  bu  çağında  (Ermənistan  tərəfindən 
elan olunmamış savaşa uğradığımız dönəmdə) ide-
yalı yazar, ideyalı yazı çox önəmlidir.
Azər  Həsrət  bədii-estetik  baxımdan  uduzduğu 
məqamların fərqində olsa da, ideyalılığı üstün tutur; 
ariflər qatında alqış qazanacağına ümid edir (Mənim 
tanıdığım,  uzun  illərin  dost-qardaşı Azər,  alqış  qa-
zanmaq,  təqdir  görmək  üçün  özəl  çaba  xərcləmir  - 
onun çalışmaları bu şəkillənmələrə gətirib çıxarır).
***
20 yanvar mövzusunun Azər Həsrət qələmindən 
dəfələrlə keçdiyini bilirəm; ancaq bir bədii mətn (ro-


6
man) şəklində, bir xeyli ayrıntılı şəkildə yazdığını bil-
mirdim. Sağ olsun, güvənərək, mənim də çap öncəsi 
baxmağımı  uyğun  görməsi  sonucu  “Mən  tanıqlıq 
edirəm”lə yaxından tanış olmaq, onu incələmək im-
kanım yarandı. Qənaətlərim qısaca olaraq bunlardır:
- Bu əsər bir daha göstərir ki, 20 yanvar haqqın-
da hələ yazılası çoxlu mövzu, açılmamış məqamlar, 
öyrəniləsi olaylar vardır;
- Müəllif  (özünün  timsalında)  bir  Azərbaycan 
gəncinin canlı tanıqlığı ilə oxucunu o müdhiş günlərə 
qaytarmağı bacarır - o illərdə yaşamamış yeni nəsil 
gənclərimiz üçün bu, çox önəmlidir;
- Azər bacardıqca (öz xarakteri gərəyincə) ədalətli, 
obyektiv, səmimi ovqatda, o günlərdə baş verənlərə 
münasibətdə hikkədən, nifrətdən uzaq, soyuq başla 
qərar verərək yazmaq əzmini nümayiş etdirir;
- “Mən tanıqlıq edirəm”lə 20 yanvar 1990-cı il tari-
xinə, o günü doğuran, o gündən doğan olaylara xalqlara-
rası, ölkələrarası nifaq mərtəbəsizliyində deyil, əksinə, 
o günlərdən, o illərdən dərs almaq mərtə bə sində yana-
şan  Azər  Həsrət,  bağımsız  Azərbay ca nın  varlığını, 
haqlı olaraq, tarixi uğur kimi qiy mət ləndirir;
- Azər Həsrət ruhlu, ümidli yazır - bir Azərbaycan 
yazarının, türk aydınının yazmalı olduğu kimi...


7
- “Mən tanıqlıq edirəm” mövzuya yeni baxış ol-
maqla  yanaşı,  özünün  də  vurğuladığı  kimi  tanıq 
sözü - şahid ifadəsi dəyərindədir...
- “Tanıq sözü” demişkən, Azər Həsrətin bu kitabı-
nı oxuyarkən kiminiz roman, kiminiz povest, kiminiz 
də publisistika... təyinini yaraşdıra bilərsiniz; mənə 
qalsa, bu, mövcud şəkli ilə daha çox bədii-publisistik, 
tarixi  əsərdir.  Xalqın  taleyinə,  keçdiyi  yola  urvatlı 
baxışına  görə,  bədii  məziyyət,  estetika  baxımından 
çatışmayan yönləri ilə birgə, “Mən tanıqlıq edirəm”i 
gənclərin oxumasında yarar vardır. Gənclərə üz tut-
mağımız  təbiidir  -  himnimizdə  də,  “cümlə  gənclər 
müştaqdır” deyilir; ölkə əhalisinin önəmli hissəsini 
gənclər təşkil edir; nazirliklərimizdən biri Gənclər və 
İdman Nazirliyi adlanır; nəhayət, müəllif özü çağdaş 
gənclər hərəkatından çıxmış aydınlarımızdandır.
- Bu “qənaət sıralaması”nda onu da vurğulamaq 
istərdim ki, Azər Həsrətin ideyalılığı onun dil-üslub 
özəlliyində də görsənir. Həm bu baxımdan, həm də 
belə bir mövzuya müraciət edib, bir sıra məqamları 
(örnək  üçün,  Xudat-Xaçmaz  olayları)  gün  üzünə 
çıxardığına görə ona şükranlığımı bildirirəm.
Sayğılarımla, 
Əkbər QOŞALI


Yüklə 3,98 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə