Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə156/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   150   151   152   153   154   155   156   157   158

332 
 
İsmin  mənaca  növlərinə  digər  ədəbiyyatlarda    haqlı  olaraq  təklik  və 
topluluq  bildirən  isimləri  də  əlavə  edirlər.  Lakin  Q.Kazımov  bu  bölgünü  öz 
kitabında qeyd etməmişdir. Ümumi isimlərin çoxu tək bir sözdən ibarət olub, ayrı-
ayrı varlığın adını bildirdiyi halda, bir qismi də cəmlik şəkilçisi qəbul etmədən tək 
bir  sözlə  varlığın  topluluğunu  –  çoxluğunu  bildirir:  adam,  quş,  inək,  at  (təklik 
bildirir),  xalq,  el,  cəmiyyət,  ordu,  sürü  (topluluq  bildirir).  Formaca  tək  olan, 
mənaca  çoxluq  bildirən  isimlər  toplu  isimlərdir.  Bu  isimlərin  leksik  mənasında 
çoxluq  anlayışı  vardır.  Bunlar  cəm  şəkilçisi  ilə  işlənə  bilir.  Məsələn:  sürülər, 
ilxılar, xalqlar, qoşunlar və s. 
Hər  sahədə  olduğu  kimi  burda  da  müəyyən  istisnalar  var:  camaat    əhali 
sözləri cəm şəkilçisi ilə işlənmir. 
Göründüyü  kimi,  isimlərin  tədqiqi  işində  fikir  müxtəlifliyi  olduğu  kimi, 
fikir bərabərliyi də mövcuddur ki, oxşar bölgülərdə bu bərabərliklər özünü göstərir. 
 
ƏDƏBİYYAT 
1.Azərbaycan dilinin qrammatikası. I hissə, Morfologiya. Bakı:  Azərbaycan SSR 
Elmlər Akademiyası Nəşriyyatı, Bakı, 1960. 
2.  Ə.Rəcəbli.  Göytürk  dilinin  morfologiyası.  Bakı:  Bakı  Universiteti  Nəşriyyatı, 
Bakı, 2002. 
3.  Q.Ş.Kazımov.  Müasir  Azərbaycan  dili,  Morfologiya,  Bakı:  “Elm  və  təhsil”, 
2010. 
4.  M.Hüseynzadə.  Müasir  Azərbaycan  dili.  III  hissə.  Morfologiya.  Bakı:  “Şərq-
Qərb”, 2007. 
5.  Y.Seyidov.  Azərbaycan  dilinin  qrammatikası  Morfologiya  (III  nəşr). 
Monoqrafik dərs vəsaiti. Bakı: Bakı Universiteti Nəşriyyatı, 2006. 
 
Sevda Əliyeva

 
 
DİALEKTLƏRDƏ MƏNSUBİYYƏT KATEQORİYASI 
 
Mənsubiyyət  kateqoriyası  sahib  şəxslə  mənsub  əşya  arasında  olan  əlaqəni 
bildirir.  Ümumiyyətlə,  mənsubiyyət  kateqoriyası  tarixin  bütün  mərhələlərində 
geniş  işləkliyə  malik  olmuşdur.  Mənsubiyyət  kateqoriyasının  istifadə  dairəsi  də 
geniş olmuşdur. Araşdırmalardan məlum olur ki, mənsubiyyət şəkilçiləri şivələrdə 
həm  ədəbi  dilə  uyğun  olaraq,  həm  də  qədim  türk  yazılı  abidələrinə  uyğun  olaraq 
işlənir. 
Şivələrdə  mənsubiyyət  şəkilçilərinin  oxşarlığı  geniş  şəkildə  nəzərə  çarpsa 
da,  müəyyən  dərəcədə  fərqlərə  rast  gəlinir.Mənsubiyyət  kateqoriyasının  müxtəlif 
əmələgəlmə yolları vardır. Bununla bağlı alimlərin  fikirləri müxtəlifdir. Dilçilərin 
bəziləri  mənsubiyyət  kateqoriyasının  iki  üsulla  yarandığını  deyirlər:1)  morfolojı; 
                                                           

Əliyeva Sevda - Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistrantı. 
 


333 
 
2) morfoloji-sintaktik. Bəzi dilçilər isə mənsubiyyət kateqoriyasının yaranmasında 
üç üsulun olduğunu qeyd edirlər: 1) morfoloji, 2) morfoloji-sintaktik, 3) sintaktik. 
Dilçilərin  digər  qrupu    mənsubiyyət  kateqoriyasının  yaranmasında  dörd 
üsulun  olduğunu  göstərirlər:  1)  morfoloji;  2)  morfoloji-sintaktik,  3)  sintaktik.  4) 
morfoloji-leksik. 
M.Məmmədli  mənsubiyyət  kateqoriyasının  əmələgəlməsində  morfoloji 
üsula  daha  çox  yer  verir.  Alim  ona  əsaslanır  ki,  mənsubiyyət  kateqoriyası 
mənsubiyyət  təbiətlidir.  Müəllifin  fikrinə  görə,  digər  üsullardan  mənsubiyyət 
anlayışı bildirən birləşmələr kimi bəhs etmək daha düzgün olardı. 
Ə.Şükürlü  isə  mənsubiyyət  kateqoriyasının  əmələ  gəlməsindən  bəhs 
edərkən qədim yazılı abidələrə əsaslanır və bu kateqoriyanın əmələ gəlməsində üç 
üsulun olduğunu göstərir: 1) morfoloji; 2) sintaktik; 3) morfoloji-sintaktik. 
E.Əzizov  isə,  ümumiyyətlə,  üsullara  toxunmur,  birbaşa  mənsubiyyət 
kateqoriyasının formal əlamətlərinin - şəkilçilərinin tədqiqini verir. 
Qeyd  etdiyimiz  kimi,  bir  çox  tədqiqatçı-alimlər  mənsubiyyət 
kateqoriyasının  əmələ  gəlməsində  morfoloji  üsulu  əsas  götürürlər.  Ona  görə  
şivələrimizdə işlənən mənsubiyyət şəkilçilərinə üzrə nəzər salaq: 
1)  -im,  -m  şəkilçiləri:  Saitlə  bitən  sözlərə  -m,  samitlə  bitən  sözlərə  isə  -ım 
şəkilçisi  artırılır.  Məsələn,  bağım,  ipim,  atam,  bobam  və  s.Bu  şəkilçi  ədəbi 
dilimizdə  işlənən  mənsubiyyət  şəkilçisinin  I  şəxs  təki  ilə  eyniyyət  təşkil  edir. 
Şivələrdə  bu  şəkilçinin  yalnız  damaq  və  dodaq  ahənginə  görə  fərqləri  nəzərə 
çarpır.  Şərq  qrupu  şivələrində  (Bakı,  Şamaxı,  İsmayıllı  və  s.),    əsasən,  damaq 
ahənginə  uyğun  olaraq  -ım,  -im  variantları  işlənir.  Məsələn,  qolım,  gözim,  evim, 
damım, bocam, bobam, üreyim (Şam.)  və s. 
Ümumiyyətlə,  I  şəxsdə  mənsubiyyət  şəkilçisinin  damaq  ahənginə  uyğun 
olaraq  -ım,  -im  variantında  işlənməsi  bir  çox  türk  dillərində  də  müşahidə  olunur. 
Məsələn,  türkmən  dilində  I  şəxs  təkin  damaq  variantında  işlənməsi  eynilə  ədəbi 
dilimizə uyğundur: menii kitabım. 
Qıpçaq  qrupu  dillərində  də  eyni  vəziyyət  təkrarlanır.  Bu  dillərdə 
ümumiyyətlə,  dodaq  ahəngi  mühafizə  olunmur.  Ona  görə  də  qıpçaq  qrupu 
dillərində bizim dilimizdəki kimi -ım variantı, bizim dilimizdən fərqli olaraq isə - 
em  variantı  da  işlənir.Başqırd,  qaraçay-balkar  dilində  isə  mənsubiyyət 
şəkilçilərinin çox fərqli variantları nəzərə çarpır. Qədim türk yazılı abidələrində də 
I şəxsin təkinin mənsubiyyət şəkilçisi damaq ahəngi variantında işlənir. Məsələn, 
sabım  (sözüm),  inyeqünüm  (qohumum),  bodunum  (xalqım),  oğuşum  (qəbiləm), 
kutım (bəxtim), beqlərim (bəylərim).  
Gördüyümüz kimi, nümunələrdə -ım, -m şəkilçiləri damaq ahənginə uyğun 
olaraq işlənir. 
I şəxs təkinin mənsubiyyət şəkilçisi -ım bəzi şimal qrupu şivələrində fonetik 
dəyişikliyə uğrayaraq işlənir. Xüsusən də Şəkinin bəzi  şivələrində fonetik şəraitdə 
-s,  ç,  c  samitləri  ilə  bitən  isimlərdə  qalın,  dodaqlanan  saitli  sözlərdən  sonra  incə, 
dodaqlanan saitli şəkilçilərin gəlməsinə təsadüf olunur. Məsələn, quşüm və s. 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə