Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə151/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   147   148   149   150   151   152   153   154   ...   158

321 
 
Terminlər  ümumişlək  söz  və  söz  birləşmələri  kimi  həm  anlayışı,  həm  də 
əşyanı  adlandırmağa  qabildir  və  “termin”  anlayışını  aydınlaşdırmaq  üçün  xüsusi, 
elmi-texniki  anlayışların  məişət  anlayışlarından  nə  ilə  fərqləndiyini  bilmək 
lazımdır. 
Anlayışda  əşyaların  mühüm  və  fərqləndirici  əlamətləri  əks  olunur.  Məişət 
anlayışları ilə elmi anlayışların fərqi dəqiqliyin və fəaliyyətin səviyyəsindədir. 
Ümumişlək  söz  terminləşdikdə  öz  funksiyasını  dəyişir.  O,  nominativ 
funksiya  ilə  yanaşı  olaraq,  deyinitiv  funksiya  da  qazanır,  yəni  nəinki  adlandırır, 
həm  də  obyekti  müəyyən  edir.  Terminləşmək  həddinə  çatan  sözün  funksional 
deyişməsi,  həmçinin  onun  mənasının  xüsusiləşməsinə  gətirib  çıxarır.  Əgər  sözün 
ümumişlək söz kimi bir neçə mənası varsa, terminləşdikdə o ya  monosemik olur, 
ya da monosemiyaya meyl edir. 
Məlumdur  ki,  termin  hansı  dilə  keçirsə,  həmin  dilin  fonetik,  qrammatik, 
orfoepik   normalarına   uyğunlaşdırılaraq, assimilyasiyaya  məruz  qalaraq işlədilir. 
Çox  vaxt  isə  alınma  termin  onun  fonetik  tərkibindən  asılı  olaraq  assimilyasiya 
edilmədən  dil  tərəfindən  ümumilikdə  mənimsənilir.  Məsələn,  blok,  alqoritm, 
avtokod, elektrofaks, domen, kompleks, preprint və s. 
Azərbaycan dili mövcudluğu ərzində ən müxtəlif dillərlə əlaqədə olub və bu 
.dillərdən həm  şifahi,  həm də  yazılı  yolla gələn zəruri sözləri öz leksikasına daxil 
edib, hətta bu xarici sözlərin əksəriyyəti dilimizin şəkilçilərini qəbul edərək özünün 
alınma  söz  olma  xüsusiyyətini,libasını  itirir.  Dildə  bu  proses  təbii  şəkildə  gedir. 
Amma burada əsas problem mətbuatda alınma sözlərin və terminlərin mənalarının 
dürüst dərk və izah olunmaması, onların yerli-yerində işlədilməməsidir. 
Müasir  dövrdə  Azərbaycan  dilciliyinin  qarşısında  duran  mqhqm 
problemlərdən  biri  də  məhz  terminologiyanın  inkişafının  təmin  edilməsi, 
terminlərin  mənalarının  dəqiqləşdirilməsi,  terminologiya  səhəsində  özləşmə,  milli 
terminlərin yaradılması və s. məsələlər öz həllini  gözləyir. 
 
ƏDƏBİYYAT 
1.
 
Qurbanov A. Müasir Azərbaycan ədəbi dili. 
2.
 
 Həsənov H. Müasir Azərbaycan dilinin leksikası. Bakı, 1987 
3.
 
 Səfərov M.  Termin və bədii dil.Bakı, 1988 
4.
 
 Terminologiya məsələləri Bakı. AMEA.2008 
5.
 
 Nitq mədəniyyəti və terminologiyanın aktual problemləri. KM, 2011 
6.
 
 İsmayılova M. Azərbaycan dili terminologiyasının linqvistik təhlili. Bakı, 2001. 
7.
 
Sadıqova S. Azərbaycan dili terminologiyasının nəzəri problemləri. Bakı, 2002. 
8.
 
Sadıqova  S.  Müasir  Azərbaycan  ədəbi  dilində  termin  yaradıcılığı  prosesi.  Bakı, 
2010.  
 
 
 


322 
 
Gülnara Əliyeva

 
 
AZƏRBAYCAN VƏ İNGİLİS DİLLƏRİNDƏ MÜRƏKKƏB 
CÜMLƏLƏRİN  KOMPONENTLƏRİNİ BAĞLAYAN VASİTƏLƏR 
 
İki  və  daha  artıq  sadə  cümlənin  birləşməsindən  əmələ  gələn  cümləyə 
mürəkkəb cümlə  deyilir.  Mürəkkəb cümləni  əmələ  gətirən sadə  cümlələr bir-biri 
ilə  sintaktik  cəhətdən  iki  cür  bağlanır:  tabesizlik  yolu  ilə,  tabelilik  yolu  ilə. 
          Mürəkkəb  cümləni  təşkil  edən  sadə  cümlələrin  ya  hamısı  bərabər  hüquqlu 
olur,  ya  da  tərkib  hissələrindən  biri  qrammatik  cəhətdən  müstəqil,  digəri  ondan 
asılı olur. Məsələn: “Günəş öz şüasını hər tərəfə saçırdı və ətraf nura boyanırdı” ; 
“The  Curtain  parted  and  the  Italian  stepped  out”–  cümlələrində  tərkib  hissələri 
bərabərhüquqludur  (hətta  bəzi  belə  cümlələrdə  tərkib  hissələrinin  yerini  dəyişsək 
də məna dəyişmir). Mürəkkəb cümləni təşkil edən sadə cümlələr arasındakı bu cür 
bağlılıq  tabesizlik  bağlılıqdır.  Belə  mürəkkəb  cümlələr  tabesiz    mürəkkəb 
cümlələr  adlanır.  “O  yerdə  ki  böyüyə  hörmət  olmadı,orada  iş  keçməz”;  “Susan 
was  already  there  when  I  reached  the  Grand”  –  cümlələrində  sadə  cümlələrdən 
ikincisi qrammatik cəhətdən  müstəqil olduğu  halda,birinci ikinciyə  tabedir, çünki 
birinci  cümlənin tərkib hissəsi (O yerdə ki böyüyə  hörmət olmadı) ikinci  hissəni 
(orada iş keçməz) aydınlaşdırır və tamamlayır. 
        Mürəkkəb cümlənin tərkibindəki sadə cümlələr arasında bağlılıq tabeli 
bağlılıq  adlanır.  Belə  mürəkkəb  cümlələrə  tabeli  mürəkkəb  cümlələr  deyilir. 
Beləliklə    Azərbaycan  dilində  olduğu  kimi,  ingilis  dilində  də  mürəkkəb  cümlələr 
iki qrupa bölünür: 1) tabesiz mürəkkəb cümlələr; 2) tabeli mürəkkəb cümlələr 
Mürəkkəb  cümlələrin  bir  qismində  tərəflər  bərabərhüquqlu  olur.  Tərkib 
hissələr  bir-birindən  eyni  dərəcədə  asılı  olur,  fikrin  ifadəsini  də  eyni  dərəcədə, 
bərabər  şəkildə  edir.  Məsələn:  “Arabir  göy  guruldayır,  yağış  güclənir.  Birdən 
Əlabbas  kişi  pəncərəni  açdı,  külək  yağışı  kişinin  üzünə  çırpdı.”və  ya  “The  girl 
passed on, and Aunt Ann looked after her slim little figure.” 
Bərabərhüquqlu  sadə  cümlələrin  birləşməsində  əmələ  gələn  mürəkkəb 
cümlələrə  tabesiz  mürəkkəb  cümlələr  deyilir.  Tabesiz  mürəkkəb  cümlələrin 
hissələri  ya  yalnız  intonasiya  ilə  ya  da  intonasiya  və  tabesizlik  bağlayıcıları  ilə 
əlaqələnir. Məsələn: “Elə özü deyir, özü də eşidilirdi. Doğrudur, babam sağlamdı, 
lakin  mən  yenə  də  Allahdan  əlimi  üzmədim.”    və  ya  “The  hall  was  not  dark,nor  
yet  was  it  lit.The  night  was  black  and  dreamy  too,  and    the  moon  was  still  well 
down  behind  the  mountains.”  Bu  tabesiz  mürəkkəb  cümlələrdən  əvvəlki  ikisinin 
tərkib hissələri intonasiya ilə, sonrakıların tərkib hissələri və, lakin bağlayıcıları ilə 
əlaqələnmişdir. 
        Tərkib  hissələri  intonasiya  ilə  əlaqələnən  tabesiz  mürəkkəb  cümlələr 
bağlayıcısız,  bağlayıcıların  köməyi  ilə  tabesiz  mürəkkəb  cümlələr  bağlayıcılı 
                                                           

Əliyeva Gülnara - Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistrantı. 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə