Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə1/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
  1   2   3   4   5   6   7   8   9   ...   158



 
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
BAKI DÖVLƏT UNİVERSİTETİ 
 
 
 
Görkəmli dilçi alim, ədib professor  
Bəkir Çobanzadənin
  
anadan olmasının 
120 illik 
yubileyinə həsr olunmuş 
«BƏKİR ÇOBANZADƏ VƏ TÜRKOLOGİYANIN 
MÜASİR PROBLEMLƏRİ»  
 mövzusunda Respublika elmi konfransının 
 
M A T E R İ A L L A R I 
31 may 2013-cü il 
 
 



 
 
 



 
BƏKİR ÇOBANZADƏ – BÖYÜK FİLOLOQ 
 
 
Tofiq Hacıyev

 
 
I TÜRKOLOJİ QURULTAYDA BƏKİR ÇOBANZADƏNİN 
FƏALİYYƏTİ 
 
 
Moskva    I  Türkoloji  qurultaya  bir  neçə  il  əvvəldən  başlamış,  bir  sıra 
təşkilat  məsələləri  ilə  yanaşı,  onun  yeri  haqqında  da  yəqin  ki,  ciddi  düşünmüşdü.  
Görünür,  elmi-mədəni  səviyyəni,  Bakı  Universitetinin  varlığını,  başqa  türk 
respublikalarından  Moskvaya  daha  yaxın  olmağını,  nəzarətdə  saxlamağın  daha 
asanlığını nəzərə alaraq, Bakı seçildi. Yəqin ki, Türkiyədən çağırılmış elm və təhsil 
işçilərinin  burada  fəal  çalışdıqlarını  nəzərə  alaraq,  Moskva  Bakını  türkoloji 
mərkəzə  çevirmək  qərarına  gəlir  və  Türkoloji  qurultaya  mühit  hazırlanması  üçün 
Azərbaycan rəhbərliyinə göstəriş verilir. Bu hazırlıq işi N.Nərimanovun sağlığında 
başladığından  və  Moskvada  bilavasitə  Şərq  məsələləri  ilə  məşğul  olduğundan, 
türkoloji qurultayın çağırılması ideyasında da, mərkəzin  - məkanım seçilməsində 
də, şübhəsiz, onun böyük xidmətləri olmuşdur.  
 
Mühit  hazırlanmasına  SSRİ-də  çalışan  adlı-sanlı  türkoloq  alimlərin 
Bakıya  dəvət  olunamsından  başlayırlar.  Özbəkistandan  Xalid  Səid  Xocayev, 
Krımdan  Bəkir  Çobanzadə  dəvət  olunurlar.  Mirzə  Məmmədəli  Kazımbəyin 
şərqşünaslıq  məktəbinin  yetirməsi  Jüje  artıq  yaradılışından  Bakı  Universitetində 
pedaqoji  fəaliyyətdə  idi  (o,  gələcəkdə    Xalid  Səidlə  Türk  Dünyasının  nəhəng 
abidəsi  “Divanü-lüğat-it  türk”ü  Azərbaycan  türkcəsinə  çevirəcəkdilər),  eləcə  də 
eston türkoloqu Zifeld Simumyaqi, çuvaş Nikolay İvanoviç Aşmarin Bakıda elmi-
pedaqoji sahələrdə işləyirdilər (professor Aşmarinin 1925-ci ildə rus dilində “Nuxa 
şəhərinin  xalq  şivələrinin  icmalı”  –  Общий  обзор  народныx  говоров  города 
Нухи - əsəri çap olunmuşdu). 
 
Beləliklə,  1925-ci  ildən  professor  Bəkir  Çobanzadə  Azərbaycan  təhsil 
sistemində  elmi  və  pedaqoji  işə    başlayır.  Və  maraqlıdır  ki,  Azərbaycanda 
işləməsinə baxmayaraq, Türkoloji qurultayın anketində o, “krım tatarı” kimi qeydə 
alınmışdır (həmin prinsiplə qurultayda Türkiyə nümayəndəsi kimi iştirak edən Əli 
bəy Hüseynzadə “Azərbaycan türkü” kimi göstərilmişdir). 
 
Bəkir  Çobanzadənin  qurultayın  işindəki  fəaliyyətini  təxmin  etmək  üçün 
onu  da  yada  salmaq  yetər  ki,  onun  qurultay  anketində  “təşkilat  komissiyası” 
tə’yinatı  ayrıca  qeyd  olunur.  B.Çobanzadə  də  daxil  olmaqla  qurultayın  təşkilat 
                                                           

 
Hacıyev Tofiq – Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri,  AMEA-nın 
müxbir üzvü, filologiya üzrə elmlər doktoru, professor. 



 
komissiyasının  on  üç  üzvü  vardı:  Səməd  Ağamalıoğlu  -  Azərb.  MİK  sədri, 
azərbaycanlı (Bakı), E.İ.Aşmarin – professor, çuvaş (Moskva), Əhməd Baytursun – 
kazak  (Qızıl  Orda),  Vasili  Vladimiroviç  Bartold  –  akademik,  rus  (Leninqrad), 
Zifeld  –  Simumyaqi  Artur  Rudolfov  -  ədəbiyyatşünas,  eston(Bakı),  Qalimcan 
İbrahimov – Qazan tatarı (Qazan), Həbibulla Odabaş – universitet müəllimi, Krım 
tatarı (Simferopol), Əhməd Pepinov – Gürcüstan türkü (Bakı), Nazir Turyakulov – 
jurnalist, kazak (Moskva), Cəlaləddin Qorxmazov – kumuk (Mahaçqala), Povloviç 
Mixail  Povloviç  –  yəhudi  (Moskva),  Həbib  Cəbiyev  –  “Kommunist”in  red., 
azərbaycanlı  (Bakı).  Ancaq  qurultayın  əvvəlcədən  təşkilində,  gedişindəki  iş 
həcminə,  fəaliyyət  yerinə  görə  Bəkir  Çobanzadəni  heç  kəslə  müqayisə  etmək 
olmaz.  Əlbəttə,  heç  kəs  öz  çəkisindən  artıq  yük  götürə  bilməz.  Ancaq  Bəkir 
Çobanzadənin  yüklənməsində  onun savadının çəkisi,  intelekt  əhatəsinin genişliyi, 
həm  dil,  həm  ədəbiyyat  məsələlərinə  yiyələnmiş  olması,  həm  oğuz,  həm  qıpçaq 
dillərini əlaqələndirmə, uyğunluq və fərqlərinə bələdliyi, müasir türkcələrlə yanaşı, 
türkcələrin  tarixinə  dair  tədqiqləri,  müqayisəli  türkologiyanın  bilicisi  kimi 
tanınması, ərəb, fars, rus dilləri ilə bərabər bir neçə Avropa dilini bilməsi və başqa 
keyfiyyətləri  nəzərə  alınırdı.  Həm  də  o,  Azərbaycana  yüksək  vəzifədən  –  Krım 
Maarif  Komissarlığınınişçisi,  universitet  rektoru  vəzifələrindən  gəldiyi  üçün 
təşkilati işlərdə nəyi və necə etməyi bilirdi. 
Bütün  bunlar,  necə  deyərlər,  səhnəarxası  fəaliyyət  olmuşdur  və  Bəkir 
Çobanzadənin  gözümüz  önündə  olmayan  bu  işlərinin  incəliklərini  deyə  bilmərik, 
ancaq  doqquz  (istirahətsiz)  gündə  keçirilən  on  yeddi  iclasın  yüksək  səviyyəsi  ilə 
həm  bütövlükdə  Azərbaycan  hökumətinin,  həm  təşkilat  komissiyasının  və 
bilavasitə professor Bəkir Çobanzadənin əməyini təsəvvür edə bilərik. Biz burada 
B.Çobanzadənin bilavasitə qurultayın gedişindəki işi ilə bağlı söhbət açırıq.  
 
Əslində  onun  türkoloji  qurultayla  bağlı  fəaliyyəti  daha  əhatəlidir. 
B.Çobanzadənin qurultaya qədərki, qurultayda  və qurultaydan sonrakı çalışmaları 
olub. Türkoloji qurultayın qərar və tövsiyyələrini gerçəkləşdirmək üçün o, müxtəlif 
türk  coğrafiyalarında  olub.  Qurultayın  tarixi  işini  həyata  keçirmək  üçün 
yorulmadan  maarifləndirmə  işi  aparıb.  B.Çobanzadənin  qurultaydan  sonrakı 
maarifçilik və təşkilatçılıq işi ayrıca bir tədqiqat mövzusudur. 
 
Əlbəttə,  Bəkir  Çobanzadənin  gözlə  görünən  işi  qurultayın  gündəlik 
işlərində  görünən  fəaliyyətidir  –  seçilən  komissiyalarda,  mə’ruzələrin, 
qətnamələrin müzakirəsindəki iştirakıdır. 
Qurultayın  birinci  iclasında  131  nümayəndə  içərisindən  rəyasət  hey’ətinə 
seçilən  22  nəfərdən  biri  professor  Bəkir  Çobanzadədir.  On  üçüncü  iclasda  əlifba 
ilə,  on  dördüncü  iclasda  ədəbi  dillə  bağlı  qətnamə  komissiyasının  üzvü  olur, 
doqquzuncu iclasda terminologiya üzrə qətnamə komissiyasına sədr tə’yin olunur. 
On  yeddinci  iclasda  akademik  Bartold  və  akademik  Oldenburqun  qətnamələrlə 
bağlı  təklifləri  ətrafında  qalxan  mübahisələri  məhz  B.Çobanzadə  məxrəcə  gətirir. 
Yenə  on  yeddinci  iclasda  ana  dilinin  tədrisi  metodikasının  qətnaməsinin 
müzakirəsində tədrisdə ana dili fənninə  müstəqillik verilməsi paraqrafında  “fənnə 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə