Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə154/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   150   151   152   153   154   155   156   157   158

328 
 
ünsürləridir,  onların  ilkin  məna  izləri  hələ  də  qalmaqdadır.”  (1,  227-228). 
Bu  bölgüyə,  əsasən,  H.Həsənov  semantik  frazeologizmlərin  tam  məcazi 
mənada,  qrammatik  frazeologizmlərin  isə  həm  məcazi  mənada  işləndiyini, 
həm  də  sözlərdən  birinin  müstəqil  mənasının  hiss  olunduğunu  qeyd  edir. 
Məsələn,  ürəyi  getmək,  ürəyi  sıxılmaq,  ürəyi  qopmaq  frazeologizmlərində 
ürək  sözü  öz  müstəqil  mənasını  qoruyub  saxlayır.  Semantik 
frazeologizmlərə  aşağıdakıları  misal  göstərmək  olar:  razı  salmaq,  ələ 
vermək, əl-ayaq açmaq, əl-ayağa düşmək və s. 
Səlim  Cəfərov  isə    “Müasir  Azərbaycan  dili”  kitabında  yazır: 
“Frazeologiya  bəhsində  öyrənilən  sabit  söz  birləşmələrinin  aşağıdakı 
növləri  vardır:  idiomlar,ibarələr,  hikmətli  sözlər,  atalar  sözləri,  zərbi-
məsəllər və tapmacalar.” (2, 89). 
Buludxan  Xəlilov  isə  bölgünü  fərqli  şəkildə  aparmışdır.  O  “Müasir 
Azərbaycan  dilinin  leksikologiyası”  adlı  kitabında  yazır:  “Müasir 
Azərbaycan dilinin frazeologiyasını iki böyük qrupa ayırmaq olar: 
1.Frazeoloji sabit söz birləşmələri 
2.Frazeoloji sabit ifadə və ibarələr. (3, 266) 
Frazeoloji sabit söz birləşmələri dildə daha çox işlənir, cümlənin bu 
və  ya  digər  üzvü  vəzifəsində  işlənir.  Eyni  zamanda  frazeoloji  sabit  söz 
birləşmələri  çox  vaxt  tək  sözün  sinonimi  kimi  işlənir.  Məsələn,  yola 
düşmək-getmək, ağzına su alıb oturmaq-susmaq və s. 
B.Xəlilov  frazeoloji  söz  birləşmələrinə  frazeoloji  qovuşma, 
frazeoloji birlik və frazeoloji birləşmələri daxil etdiyi halda, frazeoloji ifadə 
və ibarələrə atalar sözlərini, məsəlləri, aforizmləri, rəvayətli ifadələri, ədəbi 
sitatları və s. Daxil etmişdir.  
Frazeoloji  vahidlər,  əsasəsən,  iki  mənbə  əsasında  yaranır  :  1.  Öz 
dilimizin  imkanları  hesabına,  2.  Başqa  dillərdən  alınmalar  hesabına. 
Dilimizin  öz  imkanları  əsasında  yaranan  frazeologizmləri  H.Həsənov  iki 
qrupa  ayırır.  O  yazır  :“Dilimizin  öz  imkanları  hesabına  yaranan 
frazeologizmlər  xalqımızın  qədim  və  zəngin  söz  xəzinəsinə  əsaslanır. 
Bunları  iki  qismə  bölmək  olar:  ümumi  və  xüsusi.  Ümumxalq  tərəfindən 
yaradılmış,  hamı  tərəfindən  anlaşılan  və  işlədilən  frazeologizmlər 
ümumidir.  Bunları  hamı  işlədir  və  üslubca  neytraldır.  Məsələn,  gözü 
götürməmək, ürəyi getmək, ayaq altına yaxılmaq. Ayrı-ayrı şair və ya yazıçı 
tərəfindən  yaradılan  müəyyən  üslubi  mənada  işlədilən  frazeologizmlərə 
xüsusi frazeologizmlər deyilir. Məsələn, günəşin keşiyi, qaranlıq zindan və 
s.” (1, 224) 
Alınmalar hesabına yaranan frazeoloji vahidlər dilimizdə kalka yolu 
ilə  əmələ  gəlmişdir.  Azərbaycan  dilinin  frazeoloji  vahidləri  içərisində  rus 
dili  materialları  əsasında  formalaşan  frazeoloji  vahidlər  mühüm  yer  tutur. 
Bu  barədə  H.Bayramov  yazır  :“Azərbaycan  dili  frazeoloji  sistemini  bu 
cəhətdən rus dili faktları ilə müqayisəli şəkildə nəzərdən keçirərkən görürük 


329 
 
ki,  dilimizdə  bir  neçə  sabit  birləşmə  rus  dilinin  təsiri  ilə  yaranmışdır. 
Ehtimal  etmək  olar  ki,  bunların  yaranması  təxminən  XIX  əsrin  ikinci 
yarısından sonra başlamışdır.” (4,68) 
Müasir  dövrdə  Azərbaycan  dilində  yeddi  səviyyə  vardır.  Bunlardan  dördü 
əsas, üçü isə aralıq səviyyədir. Frazeologiya müasir dövrdə leksikologiyanın 
tərkibində öyrənilmir,aralıq səviyyə kimi müstəqil formada öyrənilir. 
 
ƏDƏBİYYAT 
 
1.Həsənov H. “Müasir Azərbaycan dilinin leksikası”. Bakı, 1988. 
2. Cəfərov S. “Müasir Azərbaycan dili”. Bakı, 2007. 
3. Xəlilov B. “Müasir Azərbaycan dilinin leksikologiyası”. Bakı, 2008. 
4. Bayramov H. “ Azərbaycan dili frazeologiyasının əsasları.” Bakı, 1978. 
5. Məmmədov N., Axundov A. “ Dilçiliyə giriş”. Bakı, 1980.
 
 
Lətifə Cəlili

 
 
QƏZƏNFƏR KAZIMOVUN “MÜASİR AZƏRBAYCAN DİLİ” 
ƏSƏRİNDƏ İSMİN MƏNACA NÖVLƏRİ 
 
Azərbaycan  dilində  əsas  nitq  hissələrindən  biri,  həm  də  lüğət  ehtiyatının 
zənginliyinə  görə  birincisi  isimdir.  İsim  mənşəcə  ərəb  sözüdür,  ad  mənasındadır. 
Vaxtilə  Azərbaycan  türk  dilində  də,  ümumi  söz  kimi,  ad  mənasında  işlənibdir. 
Hazırda dilçilik termini olmaqla, nitq hissəsinin adı kimi işlənir. 
 
XX  əsrdə  bir  çox  Azərbaycan  dilçiləri  isim  üzərində  tədqiqat  işi  aparmış, 
ismə müxtəlif təriflər vermişlər. Lakin bu təriflərin heç biri ismin xüsusiyyətlərini 
tam  əhatə  etməmişdir.  İsmə  verilən  təriflərin  müxtəlifliyinə  baxmayaraq,  bu 
təriflərdə əşya termini özünə möhkəm yer tutmuş və isim bütöv halda,  bütün məna 
və  növləri  ilə  əşya  terminində  öz  ifadəsini  tapmışdır.  Əşya  termin  kimi  çox 
əhatəlidir. Əşya isimlərin ümumiləşmiş qrammatik mənasıdır. 
Nitq hissələrinin sırası isimlə başlanır. Bu da ismin qrammatik mənası, əşya 
bildirməsi  ilə  əlaqədardır.  Digər  nitq  hissələrinin  bildirdiyi  əlamət,  kəmiyyət, 
hərəkət  əşyanın  varlığı  ilə  şərtlənir,  bu  və  ya  başqa  yolla  əşyaya  xidmət  edir, 
əşyaya  tabe  olur.  “Əşya  yoxdursa,  əlamət,  kəmiyyət,  hərəkət  də  yoxdur.  Bunlar 
əşyanın  varlıq  formalarıdır.  İsim  əşya  bildirən  nitq  hissəsi  olmaqla,  nitq 
hissələrinin önündə dayanır.” (5, 214) 
İsim  söz  tutumuna  görə  digər  nitq  hissələrindən  fərqlənir.  Tək  ismə  daxil 
olan sözlər digər nitq hissələrinə daxil olan sözlərdən daha çoxdur. İsim əsas nitq 
hissəsi  kimi,  kim?  nə?  hara?  suallarına  cavab  verir  və  lüğəvi  mənasına  görə  iki 
qrupa ayrılır: 
                                                           

Cəlili Lətifə - Bakı Dövlət Universitetinin magistrantı. 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə