Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə150/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   146   147   148   149   150   151   152   153   ...   158

319 
 
Terminologiya sahəsində əsas iki istiqamətə müasir dövrdə daha çox diqqət 
yetirilir: 
1.
 
Bəzi terminlərin dəqiqləşdirilməsi. 
2.
 
Yeni terminlərin yaradılması. 
Termin necə yaranır? Bu suala ətraflı cavab vermək üçün, hər şeydən əvvəl, 
qeyd  edilməlidir  ki,  dildəki  terminlərin  hər  biri  müəyyən  tələbat  əsasında  əmələ 
gəlir. Zəruriyyət olmadan özbaşına heç bir termin yaranmır. 
Termin  yaradıcılığında  iki  mənbədən  istifadə  olunur.  Bunlardan  birinci  və 
başlıcası  dilin öz daxili imkanları, ikincisi isə başqa dillərin vasitələridir. Hazırda 
termin tərtibi işində, başqa dillərdən ən çox Avropa dillərinə müraciət edilir. 
Yuxarıda göstərilən hər iki mənbə əsasında termin yaradıcılığının bir neçə 
prinsipi  vardır.  Termin  tərtib  edilərkən  dilimizin  öz  xüsusiyyətləri  nəzərə  alınır, 
onun qayda və qanunlarına əsaslanılır. 
Termin  yaradıcılığında  aşağıda  qeyd  olunan  üç  əlamət  hökmən  diqqət 
mərkəzində durmalıdır: 1) təkmənalılıq; 2) azkomponentlilik; 3) sinonimsizlik. 
1)
 
Termin təkmənalılığı. Təkmənalılıq termin üçün ən başlıca əlamətlərdən 
biridir.    Termin  çoxmənalı  olduqda  onun  elmi  əhəmiyyəti  nisbətən  azalır, 
çünki  çoxmənalı  terminlər  elmi  anlayışların  aydın  əks  olunmasına  lazımi  imkan 
yaratmır. 
Dilimizdəki terminlərin, o cümlədən dilçiliyə dair terminlərin bəziləri 
çoxmənalıdır.    Məsələn,  frazeologiya  termini  iki  mənada-  birincisi,  dildə 
olan  ifadə  və  ibarələrin  məcmusu  (frazeoloji  tərkib),  ikincisi  isə  frazeoloji  tərkib 
haqqında  elm  mənasında  işlənilir.  Eləcə  də  ifadə  və  ibarə  terminləri  dilçilik 
ədəbiyyatında    ayrı-ayrı  dilçilər  tərəfindən  çox  müxtəlif  mənada  işlədilir.  Bəzi 
dilçilər  ifadə  termini  altında  iki  və  daha  artıq  sözdən  ibarət  olan  hər  cür 
birləşmələri nəzərdə tutur, bəzi dilçilər isə əksinə, həmin mənada ibarə terminindən 
istifadə edirlər. 
Dilimizdə  bu  kimi  çoxmənalı  terminlər  bəzən  anlaşılmazlıq  və  dolaşıqlıq 
yaradır.  Lakin  bu,  keçici  xarakter  daşıyan  haldır;  gec-tez  belə  terminlərin 
dəqiqləşdiriləcəyinə şübhə etmək olmaz. 
2)
 
Terminin  azkomponentliyi.  Terminlərin  azkomponentli  olması  onun 
yaxşı əlamətlərindəndir. Məlumdur ki, müəyyən anlayış bir sözlə əks olunanda onu 
mənimsəmək, yadda saxlamaq və ondan istifadə etmək də asan olur; məsələn: nida, 
neologizm, həmcins, xitab, sadalama, lüğət, filoloq, dodaqlanma, məsdər, tarixizm, 
şəkilçi, əlifba və s. 
Termin  tərtibində  bu  və  ya  digər  anlayışın,  imkan  daxilində,  bir  sözlə  əks 
etdirilməsi vacibdir. 
3)
 
Terminin sinonimsizliyi. Terminlərin əsas əlamətlərindən biri də onların 
sinonimlərinin  olmaması  ilə  əlaqədardır.  Bu  əlamətə  görə,  əsasən  dildə  hər  bir 
anlayış ancaq bir terminlə əks olunmalıdır. Bir anlayışa dair bir neçə terminin, yəni 
terminoloji  dubletlərin  olması  elmi  anlayışların  mənimsənilməsini    müəyyən 
dərəcədə çətinləşdirir. 


320 
 
Müasir  dilimizdə  bir  anlayışın  müxtəlif  terminlərlə  ifadə  edilməsi  halları 
vardır.  Məsələn:  lüğətçi-leksikoqraf,  lüğətçilik  –leksikoqrafiya,  mənaşünaslıq- 
semasiologiya, mənşəşünaslıq- etimologiya, fəal- aktiv və s. 
Geniş  şəkildə  müvazi işlənən bu terminlərin və  həmin qəbildən olan digər 
terminlərin 
birini  müəyyənləşdirib  istifadə  etmək,  şübhəsiz  ki,  daha 
məqsədəmüvafiq hesab edilməlidir. 
Hər  bir  elm  sahəsinə  aid  terminlər  sistem  təşkil  edir.  Lakin  bu  sistem 
həmişə  stabil  olaraq  qalmır,  müəyyən  dövrlər  ərzində  onda  bəzi  dəyişikliklər 
etmək,  dürüstləşdirmə,  dəqiqləşdirmə  aparmaq  ehtiyacı  doğurur  ki,  bunun  da 
nəticəsində terminlər sistemi daha da təkmilləşir. 
Terminlər  sistemindəki  dəyişiklik  bir  neçə  səbəbdən  baş  verə  bilir.  Həmin 
səbəblərdən ən başlıcası bunlardır: 
a)
 
Terminin ifadə  etdiyi anlayışın xarakterinin, yaxud həcminin dəyişilməsi 
əsasında; 
b)
 
Terminin aid olduğu elmin inkişaf etməsi nəticəsində. 
Bu 
səbəblərə 
görə  terminlər  sistemindəki  bir  sıra  terminlər  
tamamiləköhnələ  bilir.  Azərbaycan  dilçiliyində  vaxtilə  işlənən  bəzi  terminlərin                    
köhnələrək  yeni terminlərl  əvəz olunmasına  buna misal göstərmək olar: məsələn, 
sövtiyyat- fonetika, sərf- morfologiya, nəhv- sintaksis və s. 
Terminin müəyyənliyinin təhlili göstərir ki, termin xüsusi elmi və ya texniki 
anlayış ifadə edən söz və ya söz birləşməsidir. Hər hansı bir elmin dəqiq müəyyən 
olunmuş  terminləri  müəyyən  elmi  mühitdə  xüsusi  sözlər  olaraq  həmin  elmin 
terminologiyasını təşkil edir. Termin- müəyyən anlayış ifadə edən sözdür. Əgər hər 
hansı  söz  xüsusi  anlayış  ifadə  etmək  funksiyasını  itirərək  yalnız  məişət  anlayışı 
ifadə  edən  söz  və  söz  birləşmələrini,  daha  doğrusu,  terminləri  onlardan  ayırmaq 
mümkündür. 
Yeni  anlayışların  yaradılmasında  və  müəyyənləşməsində  iki  başlıca  cəhət 
nəzəri  cəlb  edir.  Bunlardan  birincisi  onların  dil-quruluş,  ikincisi  isə  anlayış-
semantik cəhətindən ibarətdir. Hər iki cəhət bir-biri ilə  əlaqədardır. Məlumdur  ki, 
elmin,  texnikanın  inkişafı  ilə  əlaqədar  olan  informasiya  dildə  həmin  sahəyə  aid 
anlayışları  ifadə  edən  sözlərin  yaranmasına  çox  mühüm  bir  təkan  verir.  Dildə 
həmin anlayışı ifadə edən vahidləri müəyyənləşdirməkdə isə yeni ifadələrin əmələ 
gəlməsi problemindəki çətinliklər praktik cəhətdən aradan qaldırılmış olur. Uyğun 
məna və struktur lüğət tərkibinin yeni söz və terminlərlə zənginləşməsinin başlıca 
təməlidir. 
Dil faktı olmaq  üçün həm əşya, həm də anlayışın adı olmalıdır. Ona görə də 
hər bir söz həmişə şüurda əks olunan əşyanı və onun haqqında anlayışı ifadə edir. 
Kontekstindən    asılı  olaraq  hər  hansı  bir  ümumişlək  sözün  fəaliyyəti  konkret 
əşyasını bildirməklə yanaşı, məişət mənası, həmçinin də elmi anlayış mənası olur. 
Belə ki, hər hansı bir ümumişlək söz və hər hansı texniki termin həm əşyaları, həm 
də anlayışı eynilə adlandırır. 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə