Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə158/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   150   151   152   153   154   155   156   157   158

336 
 
Qars  şivələrində  ikinci  şəxs  cəm  mənsubiyyət  şəkilçisində  n-y  uyğunluğu 
onları Naxçıvan şivələrinə yaxınlaşdırır. Məsələn, qoluyuz, eliyiz . 
M.Məmmədli  yazır  ki,  qədim  nq//nğ  birləşməsi  Qax  şivəsində  ikinci  şəxs 
cəmdə qeydə alınmışdır: başınğız, atınğız, əlingiz və s. n-ğ səs uyğunluğu əsasında 
ikinci  şəxs  mənsubiyyət  şəkilçisinin  ğ//q-lı  variantı  yaranmışdır  ki,  hazırda 
Cəbrayıl,  Zəngilan,  ayrım  şivələrində  işlənməkdədir.  Məsələn,  babağız,  qutuğuz, 
çatığız (Cəb.), atığız, əmiğız  (Zən.) və s. 
     Üçüncü  şəxsin  mənsubiyyət  şəkilçisi  bildiyimiz  kimi  -ı,  -sı  şəkilçisidir. 
Bu  ədəbi  dildə  belədir.  Ancaq  şivələrdə  bu  şəkilçinin  çox  müxtəlif  variantlarına 
rast  gəlinir.Qərb  və  cənub  qrupu  şivələrində  üçüncü  şəxs  mənsubiyyət  şəkilçisi 
dörd  variantda  işlənir.  Məsələn,  dədəsi,  nənəsi,    (Nax.),    haravası,  sajı  (Qaz.),  
cijisi  (Qar.).  Digər  qrup  şivələrdə  isə,  yəni  Dərbənd,  Şəki,  Şamaxı,  İsmayıllı, 
Muğan  şivələrində  dodaq  ahənginə  rast  gəlinmir,  damaq  ahəngi  üstünlük  təşkil 
edir. Məs.; atı, babası, congesi (Dər.), donı, qolı (Muğ.) və s. 
Cənub  qrupu  şivələrində  Bakı,  Quba  dialektlərində,  əsasən,  birvariantlı  -i 
şəkilçisindən  istifadə  olunur.  Məs.  əli,  qoli,  gözi,  bobası  (B.),    güzi,  evi,  atasi 
(Qb.), dosti, ati (Yar.) və s. 
Türk dillərinin mənsubiyyət şəkilçilərinə nəzər saldıqda görürük ki, qazax, 
özbək,  qaraqalpaq,  uyğur  və  s.  dillərdə  də  üçüncü  şəxsin  tək  və  cəmi  -ı
4
,  -sı

şəkilçilərilə düzəlir. Bu da həmin şəkilçinin qədim tarixə malik olmasından xəbər 
verir.Tədqiqatçılar  bu  mənsubiyyət  şəkilçisi  ilə  bağlı  bir  məsələyə  də  toxunurlar 
ki, bu da tək və cəmdə eyni şəkilçidən istifadə olunmasıdır. Elə ədəbi dilimizdə də 
üçüncü şəxsin tək və cəmi eyni şəkilçi ilə, yəni -ı
4
, -sı
4
 şəkilçisi ilə düzəlir. Ancaq 
Bakının  bəzi  kənd  şivələrində  bu  şəkilçiyə  (-lari)
2
    də  qoşulur.  Məs.;  ərəbələri, 
evləri, quzuları, atdarı və s. 
Türk dillərinə dair qədim yazılı abidələrdə, eləcə də Orxon-Yenisey və Şərqi 
Türküstan  mətnlərində  üçüncü  şəxsin  təki  və  cəmi  eyni  şəkilçi  ilə  düzəlir. 
Tədqiqatçılar  bunun  səbəbini  belə  izah  edirlər  ki,  mənsubiyyət  şəkilçili  sözdən 
əvvəl gələn sahib şəxslə tək və cəmi müəyyənləşdirmək olur. 
 
ƏDƏBİYYAT 
1.Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri. Bakı. EA.1967 
2.Dəmirçizadə Ə. Müasir Azərbaycan dili. Bakı.1984 
3.Əzizov E. Azərbaycan dilinin tarixi dialektologiyası. Bakı. 1999 
4.Hüseynov A. Azərbaycan dialektologiyası. Bakı. 1979 
5.Məmmədli  M.  Azərbaycan  dili  şivələrində  ismin  qrammatik  kateqoriyaları.  Bakı. 
2003 
6.Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları. Bakı. 1967 
 
 
 


337 
 
Şəhanə Əhmədova

 
 
OMONİM  SİFƏTLƏR 
 
Omonimlik  ümumbəşəri  hadisə  olsa  da,  hər  bir  dildə  işlənən  omonimlər 
milli xarakterə malikdir. Bunlar  bir dilə yox, bütün dillərə xas olan bir hadisədir. 
Hər  dildə  işlənən  omonimlərin  öz  xüsusiyyəti  var,  onu  mexaniki  olaraq  başqa  bir 
dilə köçürmək olmaz. 
Dildə  omonimlərin  mövcudluğu,  onların  əmələgəlməsi  yeni  bir  proses 
deyildir,  tarixi  kateqoriyadır.  Omonimlər  müxtəlif    yollarla  yaranır,  onlardan  biri 
də  sözlərin  çoxmənalılıqdan  omonimləşməyə  doğru  inkişafıdır.  Bu  həm  də  leksik 
yolla  sözlərin  yaranma  üsullarından  biridir.  Qeyd  etdiyimiz  proses  Azərbaycan 
dilinin öz daxili imkanları ( əsas lüğət fonduna məxsus olan sözlər ) hesabına baş 
verir. Mütəxəsislərin də  qeyd etdiyi kimi,  dilin lüğət tərkibinin zənginləşməsində 
omonimləşmənin  böyük  əhəmiyyəti  vardır.  ”  Azərbaycan  dilində  omonimləşmə 
hesabına lüğət tərkibinin zənginləşməsi prosesi onun qədim dövrlərindən mövcud 
olmuşdur.” (1. 21) 
Polisemantik sözdən yeni söz əmələ gəlməsi tədricən baş verir. Çoxmənalı 
sözün  ayrılan  mənası  əsas  məna  ilə  əlaqəni  kəsir,  yeni  məna  əlaqəsi  əsasında 
möhkəmlənir.    “  Çoxmənalı  sözlərin  əsas  və  törəmə  mənaları  arasındakı  əlaqə  o 
qədər zəifləyir ki, onu hiss etmək olmur, əlaqə pozulur, mənaca motivləşmə gedir” 
(3.  94)  Bu  yolla  yaranan  omonimləri  H.Həsənov  semantik  (eyni  mənşəli) 
omonimləradlandırıb.  Çoxmənalılıqdan  omonimləşməyə  doğru  olan  prosesdə  nitq 
hissələri  üzrə  ən  çox  isimlər  və  sifətlər  iştirak  edir.  Bu  hadisə  eyni  nitq  hissəsi 
dairəsində qala bildiyi kimi bu dairədən kənara da çıxa bilər. 
Biz məqalədə bu məsələyə sifətlərlə bağlı diqqət yetirəcəyik. Dilimizdə bir 
qrup  sifət  var  ki,  onlar  fellərin  çoxmənalılıqdan  keçərək  omonimləşməsi 
nəticəsində  yaranıb  və  həmin  fellərlə  omonim  cütlük  təşkil  edir.  Bu  sifətlər  daha 
çox  bir  və  ya  ikihecalı  sifətlərdir.  Bu  zaman  eyni  fonetik  tərkibə  malik  olan  söz 
müxtəlif  şəraitdə  həm  hərəkəti,  həm  də  bu  hərəkətin  əşyada,  yaxud  insanda 
yaratdığı əlamət və ya keyfiyyəti bildirir. 
I.
 
Dik f. – Zilləmək 
II.
 
Dik sif. – Şaquli  
I.
 
Ac  f. – Aclıq hiss etmək,yemək istəmək 
II.
 
Ac  sif. – Qarnı boş,yeməyə ehtiyacı olan (adam) 
I.
 
Bas  f. − Üstdən sıxmaq,təzyiq etmək 
II.
 
Bas  sif. − Ən bəm kişi səsi, ən aşağı kişi səsi 
I.
 
Şiş  f. − Köpmək, qabarmaq 
II.
 
Şiş  sif. − Yüksək, hündür, qəlb 
                                                           

Əhmədova Şəhanə - Bakı Dövlət Universitetinin magistrantı. 


338 
 
Gecələr  o  taydan  üzüb  keçən  və  kəndə  soxulub,  toyuq-cücə  oğurlamağa 
çalışan ac çaqqallar çox zaman bu adadakı cələyə toplaşırdılar.( İ.Şıxlı) ; Şamxalın 
kərənti  çəkib,  ot  çalmaqdan  qoları  gizildəyirdi,  özü  də  yaman  acmışdı.  (İ.Şıxlı)  ; 
Araba  qarşıdakı cələdə  itəndə, sahildən  dikcığırla birbaş evlərinə  gəldi.  (İ.Şıxlı)  ; 
O, zəhmli baxışlarını onun gözünə dikdi. 
Maraqlı  cəhət  budur  ki,  çoxmənalılıqdan  yaranan  omonimlərdə  əlaqə  tam 
pozulmamışdır.  Sanki  onlar  arasında  müəyyən  səbəb-nəticə  əlqəsi  var.Bu  cür 
sözlər  sinkretik  köklər  —  ilkin  sözlərdi.  S.Cəfərov  belə    omonimləşmə  prosesini 
mənşə etibarilə daha qədim dövrlərə aid edir: “ ..... belə omonimləşmə prosesi öz 
mənşəyi  etibarilə  dilimizin  inkişafının  çox  qədim  dövrlərinə  aid  olub,  sözün 
ayrılması yolu ilə deyil, əksinə öz mahiyyəti etibarilə bir vəhdət təşkil edən əşya və 
hərəkət  məfhumlarına  məxsus  qədim  ifadə  formasının  indiyə  qədər  mühafizə 
olunması yolu ilə əmələ gəlmişdir .” (1. 127) 
Qeyd etdiyimiz  omonimləşmə prosesini   “fel −  sifət“ omonim cərgələrinin 
hamısına aid etmək olmaz, aşağıdakı omonim cütlər bu fikri təsdiq edir: 
I.
 
Yan  f.− Od tutmaq, əzab çəkmək 
II.
 
Yan  sif. − Böyür,tərəf 
I.
 
Cır f. − Parçalamaq 
II.
 
Cır sif. − Ciyiltili,cingiltili (səs) 
I.
 
Güləş f. − Qurşaq tutmaq 
II.
 
Güləş  sif. − Gülərüzlü,nəvazişli (qız) 
Tez-tez  köpüklənib  daşan,  yaz  aylarında  yatağına  sığmayan,  gah  sol 
sahildəki  meşəyə  soxulan,  gah  da  yan  tərəfdəki  hündür  yarğanları,  biçənəkləri 
yuyub  aparan  Kür  bu  il  daha  coşğun  idi.  (İ.Şıxlı)  ;  Onu  atasının  hərəkətlərindən 
daha  çox  Mələyin  mərhəməti  yandırırdı.  (İ.Şıxlı)  ;  Su  əvvəlcə  təkərin  topunu, 
sonra da cağları batırıb tara çıxanda təkərlərin cır səsi də kəsildi. (İ.Şıxlı) ; Üst-başı 
cırılmış, ağız-burnu əzilib gömgöy edilmişdi. (İ.Şıxlı) 
Nümunələrdən  də  göründüyü  kimi  sözlər  arasında  heç  bir  semantik  əlaqə 
tapmaq  mümkün  deyil.  Çox  güman  ki,  bu  cür  omonimlər  tarixən  müxtəlif 
sözlərdən  fonetik  və  orfoqafik  dəyişmə  nəticəsində  yaranan  omonimlərdir  və 
yaxud  da  çoxmənalı  sözlərin  əsas  və  törəmə  mənaları  arasındakı  əlaqə  o  qədər 
zəifləyir ki, əlaqə pozulub, sözlərdə mənaca motivləşmə gedib. 
Dildə  omonimlərin  bir  qismi  nitq  hissələrinin  bir-birinə  keçməsi— 
konversiya prosesi hesabına əmələ gəlir. “ Bir söz öz formasını saxlamaqla ya iki 
əsas  nitq  hissəsi,  ya  da  biri  əsas,  digəri  köməkçi  nitq  hissəsi  kimi  çıxış  edir.  ..... 
Müxtəlif  kateqoriyalı  sözlər  formaca  differensiallaşmasa  da,  mənaca 
differensialaşaraq omonimləşir.” ( 3 .96) Söz bir nitq hissəsindən digərinə keçəndə 
fonetik  formasını  olduğu  kimi  saxlayır,  leksik  və  qrammatik  mənalarını  isə  ya 
qoruyur, ya da itirir. Öz əvvəlki leksik və qrammatik mənalarını mühafizə edən söz 
başqa nitq hissəsinə keçəndə yeni leksik və qrammatik mənalar, sintaktik funksiya 
qazanır. 


339 
 
Sifətlərin  substantivləşməsi,  adverbiallaşması,köməkçi  nitq  hissəsinə 
keçməsi  ilə  leksik-  qrammatik  omonimlər  yaranır.  Sifətlərin  substantivləşməsi 
nəticəsində  əlamət  və  keyfiyyət  məzmunlu  sözdə  əşyalıq  məzmunu  yaranır,  yəni 
həmin  sözlər  əlamət  və  keyfiyyət  anlayışı  ilə  bərabər,  əşyalıq  məzmunu  da 
qazanaraq  omonim  cərgə  əmələ  gətirir.    1)  Substantivləşmə  nəticəsidə  yarana 
omonimlər: 
I.
 
Ağbirçək  is. – Ailənin böyüyü, başçısı 
II.
 
Ağbirçək  sif. – Saçı ağarmış yaşlı, qoca (qadın) 
I.
 
Ağsaqqal  is.− Başçı, böyük 
II.
 
Ağsaqqal  sif. – Saqqalı ağarmış yaşlı (kişi) 
I.
 
Aylıq  is. – Maaş, əmək haqqı 
II.
 
Aylıq sif. – Bir aya aid, bir ay üçün nəzərdə tutulmuş (iş) 
O,  ağbirçək  müəlliməsini görüncə gözləri yaşardı, onun qarşısında öz qara, 
qıvrımsaçlı  başını  əydi,    müəllimənin  əlini  öpdü.  (S.Rəhimov)  ;    Ağbirçək, 
ağsaqqal  otağa  daxil  olanda  hörmət  əlaməti  olaraq  ayağa  qalxmaq  lazımdır; 
2)Adverbiallaşması nəticəsində yaranan omonimlər: 
I.
 
Düz  sif. – Doğru,həqiqi 
II.
 
Düz  zərf – Bir istiqamətdə (getmək) 
I.
 
Ayrı  sif. – Başqa, qeyri, digər 
II.
 
Ayrı  zərf – Tək, müstəqil (asmaq) 
I.
 
Kəm  sif. – Az, dar (hövsələ) 
II.
 
Kəm  zərf − Əyri, pis (baxmaq) 
Qayıdakılar  nə  qədər  çalışsalar  da,  düz  istiqaməti  götürə  bilmir,  su  qayığı 
əyirdi.  (İ.Şıxlı)  ;  Həqiqətdən  qorxmamaq,  həqiqət  nə  qədər  acı  olsa  da,  onun 
gözünün  içinə  düz  baxmaq  lazımdır.  (Anar)  ;    3)Sifətin  köməkçi  nitq  hissələrinə 
keçməsi nəticəsində yaranan omonimlər: 
I.
 
Qeyri  sif. – Özgə, başqa (kitab) 
II.
 
Qeyri  qoşma – Seçilmə,fərqlənmə mənasında 
I.
 
Başqa  sif. – Qeyri,ayrı, yad (adam) 
II.
 
Başqa  qoşma – Seçmə, ayırma mənasında 
I.
 
Doğru  sif. – Həqiqi,düzgün (söz) 
II.
 
Doğru  qoşma – İstiqamət mənasında 
I.
 
Sarı  sif. – Rəng adı 
II.
 
Sarı  qoşma  – Tərəf, doğru mənasında 
Doğru sözdür ki, dərin tədqiqat, böyük əmək  və yuxusuz gecələr olmadan 
elmi əsər yarana bilməz! ( S.Rəhimov) ; O az qala yerlə sürünən iri qollarını irəli 
uzadıb oğluna doğru əyildi. (İ.Şıxlı) ; Sular sarı torpağı yalayıb geri çəkilir, lillənə-
lillənə uzaqlara gedirdi. (İ.Şıxlı) ; Zərnigar xanım ehtiyatla yarğana sarı yaxınlaşdı. 
(İ.Şıxlı) 
Omonimlərə ancaq bir cütlük kimi baxmaq olmaz. Başqa dil hadisələri kimi 
omonimlər,  o  cümlədən  omonim  sifətlər  də  dəyişir.  Bu,  müxtəlif  semantik  və 
sintaktik  səbəblərlə  bağlıdır.  Söz  zaman  keçdikcə  müxtəlif  kontekslərdə  işlənərək 


340 
 
yeni məna, semantik çalar qazana bilər.” Omonimlərin kəmiyyəti bir tərəfdən fəal 
və qarşıalınmaz şəkildə canlı affikisal elementlərlə isim, fel və bəzən də sifətlərdən 
törəyərək  artır.  Digər  tərəfdən  isə  həmin  dövrdə  omonimlər  fasiləsiz  olaraq  yox 
olub gedir.” (2. 5) 
Yuxarıda  qeyd  etdiklərimizdən  əlavə,  Azərbaycan  dilində  istər  omonimlik 
münasibətində olan hər iki söz, istərsə də  yalnız sözlərdən biri sifətlə ifadə oluna 
bilər. 
I.
 
Yaşlı  sif. – Xeyli yaşı olan, yaşa dolmuş (adam) 
II.
 
Yaşlı  sif. – Sulu, nəmli, gözü sulu  
I.
 
Şah  sif. – Görkəmli ( şair) 
II.
 
Şah  sif. – Düz (vüqar) 
I.
 
Saz  is. – Simli xalq musiqi aləti 
II.
 
Saz  sif. – Kefi kök (adam) 
I.
 
Dolu  is. − İlin isti dövründə buz halında düşən yağıntı 
II.
 
Dolu  sif. – Boş olmayan (qab) 
Bu  cavan  arvadın  nə  üçün  ev-eşiyini  buraxıb,  özündən  yaşlı  kişiyə 
qoşularaq  gəldiyini  anlaya  bilmirdi.  (İ.Şıxlı)  ;  Arvad  yaşlı  gözlərini  önlüyünün  
ətəyi ilə sildi. (İ.Şıxlı) ; Milli musiqi alətlərimizdən saz və tar qonaqların diqqətini 
çəkdi. ; Əbdürrəhman kişi kefi saz, damağı çağ otağa girdi. 
Dilimizdə üç və daha artıq komponentli omonim cərgələr də vardır. ” Belə 
omonim  cərgələrə  dilimizin  müxtəlif  inkişaf  dövrlərində  və  hal-hazırkı  müxtəlif 
funksional üslublarda rast gəlmək olar.”( 2. 5) 
I.
 
Bağlı  sif. – İp, zəncir və s. ilə bənd edilmiş        
II.
 
Bağlı  sif. – Bağ çox olan yer,bağlı-bağçalı məkan 
III.
 
Bağlı  sif. – Məftun, vurulmuş, birisinə bağlanmuş 
IV.
 
Bağlı  sif. − Əlaqədar, bir şeylə bağlı olmaq 
I.
 
Qalın  sif.− Sıx (meşə) 
II.
 
Qalın  sif. – Yoğun ( taxta) 
III.
 
Qalın  sif. (dan.) – Pullu, dövlətli (adam) 
O  taydakı  qalın  meşənin  ətəyini,  boz  qumsallığı  yalaya-yalaya  axan  Kür 
şaxələnib  qollara  ayrılırdı.  (İ.Şıxlı)  ;  Laylanmış  buludların  qalın  kölgələri  boz 
təpələrin üzərində qanadını gərmiş nəhəng quş kimi süzürdü. (İ.Şıxlı) ; Akif  qalın 
adamdır, nə istəsə edər. 
Dil  faktlarının  müşahidəsi  və  təhlili  Azərbaycan  dilinin  lüğət  tərkibi  üçün 
səciyyəvi  olan  omonimlik  hadisəsinin  formalaşmasında  bir  söz  qrupu  kimi 
sifətlərin  də  xüsusi  rol  oynadığı  aydın  olur.  Sifətlərin  iştirak  etdiyi  omonimlikdə 
həm  sadə,həm  də  düzəltmə  sifətlər  iştirak  edir.  Bundan  əlavə  sifətlərin  daxil 
olduğu  omonimliyin  yaranmasında  sözün  çoxmənalılığının  inkişafı  xüsusi  rol 
oynayır. 
 
                                         
 


341 
 
ƏDƏBİYYAT 
1.
 
Həsənon.H.Ə.   Müasir Azərbaycan dilinin leksikası. Bakı: Nurlan, 2005 
2.
 
Cəfərov S.Ə. Müasir Azərbaycan dili. Leksika. Bakı: Şərq-Qərb, 2007 
3.
 
Azərbaycan dilinin omonimlər lüğəti. Bakı: Şərq-Qərb, 2007 
4.
 
İ.Şıxlı Seçilmiş əsərləri, II cild  Bakı: Azərnəşr, 1986 
5.
 
Anar  Seçilmiş əsərləri   Bakı: Lider,  2004 
6.
 
Rəhimov S. Seçilmiş əsərləri,  II cild  Bakı: Şərq-Qərb, 2005 
 
 
 

Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə