Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə152/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   148   149   150   151   152   153   154   155   ...   158

323 
 
tabesiz  mürəkkəb cümlələr adlanır.  Tabesiz mürəkkəb cümlənin  tərkib  hissələrini 
əlaqələndirmək üçün aşağıdakı bağlayıcılardan istifadə edilir. 
1. Birləşdirmə bağlayıcısı: və 
2.  Qarşılaşdırma  bağlayıcıları:  amma,  ancaq,  lakin  və  s.  Məsələn:  Dərsi 
öyrənmədim ,ancaq oxudum. 
3. İştirak bağlayıcıları: həm, həm də ki, hətta, da, də. Məsələn: Yemək həm 
isti, həm də dadlı idi. 
4. İnkar bağlayıcıları: nə, nə də, nə də ki. Məsələn: Nə o bilirdi, nə də mən. 
5.  Bölüşdürmə  bağlayıcıları:  ya,  ya  da,  gah,  gah  da,  istər,  istərsə  də  və  s. 
Məs: O, gah danışır, gah da susurdu. 
6.  Aydınlaşdırma  bağlayıcıları:  yəni,  məsələn.  Qiymət  aldım,  yəni  beş 
aldım. 
Birləşdirmə,  iştirak  və  inkar  bağlayıcıları  əsasən  zaman  əlaqəli  tabesiz 
mürəkkəb  cümlələrdə  işlənir.Qarşılaşdırma,  iştirak,  inkar  və  bölüşdürmə 
bağlayıcıları tabesiz mürəkkəb cümlələrin arasında ki, yazıda vergül (,) qoyulur. 
Tabeli  mürəkkəb  cümlələr    iki  və  daha  artıq  sadə  cümlənin  mə’na  və 
qrammatik  cəhətdən  tabelilik  yolu  ilə  vahid  bir  tam  kimi  birləşməsi  nəticəsində 
yaranan  sintaktik  vahiddir.  Tabeli  mürəkkəb  cümlələr  tərkib  hissələri  arasında 
semantik  və  qrammatik  əlaqənin  möhkəmliyi  ilə  fərqlənir  və  buna  görə  də 
mürəkkəb cümlə tipi kimi mütəxəssislər arasında heç bir şübhə doğurmur.  Tabesiz 
və tabeli mürəkkəb cümlələr struktur baxımdan çox yaxındır. Ona görə də bə’zən 
mürəkkəb cümlənin tabesiz və ya tabeli olduğunu fərqləndirmək çətin olur. Bu hal 
tabesiz  və  tabeli  mürəkkəb  cümlələrin  struktur-semantik  təkamülünün 
yaxınlığından  irəli  gəlir.  Hər  ikisi  eyni  dil  materialı  əsasında  formalaşır;  hər 
ikisinin  komponentləri  eyni  cümlə  formaları  -  cüttərkibli  və  təktərkibli  cümlə 
tipləri əsasında qurulur; hər ikisi iki və daha artıq sadə cümlənin birləşməsi yolu ilə 
yaranır; hər ikisinin tərkib hissələri mə’na cəhətdən birləşərək vahid bir tam təşkil 
edir;  hər  ikisinin  tərkib  hissələrini  əlaqələndirmək  üçün  intonasiya  və 
bağlayıcılardan  istifadə  edilir;  hər  ikisinin  tərkib  hissələri  arasında  müəyyən 
fərqlərlə zaman, qarşılaşdırma, səbəb, nəticə və s. kimi mə’na əlaqələri olur. 
Tabesiz  və  tabeli  mürəkkəb  cümlələri  vahid  ad  -  “mürəkkəb  cümlə”  adı 
altında birləşdirən bu xüsusiyyətlərdən əlavə, onların struktur oxşarlığının mühüm 
bir  səbəbi  də  tabeli  mürəkkəb  cümlələrin  bir  qisminin  tarixən  tabesiz  mürəkkəb 
cümlələrdən  əmələ  gəlməsidir.  Hərçənd  Hümmət  az  yazırdı,  amma  redaktor 
demişkən,  saz  yazırdı  (Ə.Vəliyev)  -  tipli  cümlələrdə  tərəflərin  nisbətən  zəif 
əlaqələnməsi,  tərkib  hissələri  əlaqələndirmək  üçün  hərçənd  bağlayıcı  sözü  ilə 
yanaşı,  amma  tabesizlik bağlayıcısından istifadə  edilməsi  bu cür tabeli  mürəkkəb 
cümlələrin  tabesiz  mürəkkəb  cümlələrdən  əmələ  gəldiyini,  tabeli  mürəkkəb 
cümlənin  tabesiz  mürəkkəb  cümlə  qəlibində  formalaşdığını,  lakin  bu  formalaşma 
işinin hələ tam başa çatmadığını göstərir. 
Tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında əlaqə tabelidə olduğu 
qədər möhkəm olmur. Tabesiz mürəkkəb cümlədən tabeliyə keçid hallarında eyni 


324 
 
cümlədə  hər  iki  bağlayıcı  növünün  (tabesizlik  və  tabelilik  bağlayıcılarının) 
işlənməsi,  tərkib  hissələr  arasında  bağlayıcıların  dəyişməsi  ilə  mürəkkəb  cümlə 
növünün dəyişməsi də mürəkkəb cümlənin tabesiz və tabeli növlərinin yaxınlığı və 
tarixi əlaqələri ilə bağlıdır: Bu sözü eşidəndə ürəyim bərk sancdı və özümü saxlaya 
bilməyib  yerə  sərildim.  (Ə.Vəliyev)  -Bu  sözü  eşidəndə  ürəyim  bərk  sancdı,  ona 
görə  də  özümü  saxlaya  bilməyib  yerə  sərildim  -  cümlələrindən  birincisi  tabesiz, 
ikincisi  tabelidir.  Tərkib  hissələr  arasında  ona  görə  də  bağlayıcısının  işlənməsi 
səbəb-nəticə  əlaqəli  tabesiz  mürəkkəb  cümləni  nəticə  budaq  cümləli  tabeli 
mürəkkəb cümləyə çevirmişdir . Beləliklə, cümlənin inkişafı: “sadə cümlə - tabesiz 
mürəkkəb cümlə - tabeli mürəkkəb cümlə” istiqamətində olmuşdur. 
Tabesiz  və  tabeli  mürəkkəb  cümlələri  müstəqil  mürəkkəb  cümlə  növləri 
kimi fərqləndirən mühüm əlamətlər vardır. Ən mühüm fərqləndirici əlamət tərkib 
hissələrin  mə’na  və  qrammatik  cəhətdən  asılılıq  dərəcəsi  ilə  bağlıdır.  Tabesiz 
mürəkkəb cümlələrin tərkib hissələri bərabərhüquqlu və bir-birindən eyni dərəcədə 
asılı  olduğu  halda,  tabeli  mürəkkəb  cümlələrdə  bu  asılılıq  birtərəflidir  -  tərkib 
hissələrdən  biri  (baş  cümlə)  qrammatik  cəhətdən  müstəqil,  o  biri  (budaq  cümlə) 
ondan  asılıdır.  Buna  görə  də  tabesiz  mürəkkəb  cümlələrin  komponentləri  fikrin 
ifadəsində  bilavasitə,  birbaşa  iştirak  edir,  tabeli  mürəkkəb  cümlələrdə  isə  tərkib 
hissələrdən biri (budaq cümlə) dolayı  yolla, baş cümlənin məzmununu izah edib-
aydınlaşdırmaq yolu ilə fikrin ifadəsinə xidmət edir. Tabesiz mürəkkəb cümlələrin 
tərkib  hissələri  tabesizlik  bağlayıcılarının,  tabeli  mürəkkəb  cümlələrin  tərkib 
hissələri  tabelilik  bağlayıcılarının  köməyi  ilə  əlaqələnir.  Tabesiz  mürəkkəb 
cümlələrin  komponentlərini  əlaqələndirməkdə  ortaqlı  söz  və  birləşmələrin,  tərkib 
hissələrin  paralelliyinin,  zaman  uyuşmalarının,  əvəzliklərin,  mənsubiyyət 
şəkilçilərinin  mühüm  rolu  vardır;  tabeli  mürəkkəb  cümlələrdə  isə  tabelilik 
bağlayıcıları ilə yanaşı, bağlayıcı sözlər, şəkilçilər, ədatlar, modal sözlər həlledici 
gücə  malikdir.  Bağlayıcı  sözlərin  iştirakı  ilə  yaranan  tabeli  mürəkkəb  cümlələr 
budaq cümlələr silsiləsində analitik budaq cümlələrə paralel şəkildə böyük bir lay 
təşkil  edir,  dilimizin  sintetik-aqqlütinativ  təbiətini  daha  bariz  şəkildə  üzə  çıxarır, 
əzəli  milli  keyfiyyətləri  ilə  diqqəti  cəlb  edir.  İntonasiyanın  tabesiz  və  tabeli 
xarakterdə  olması  da  mühüm  fərqləndirici  əlamət  kimi  çıxış  edir.  Bütün  bu 
vasitələrin birliyi əsasında tabesiz və tabeli mürəkkəb cümlələri fərqləndirə bilirik. 
Qeyd etdiyimiz kimi, tabesiz mürəkkəb cümlələrdən fərqli olaraq, tabeli mürəkkəb 
cümlələrin  komponentlərindən  biri  qrammatik  cəhətdən  müstəqil,  digəri  ondan 
asılı  olur.  Tabeli  mürəkkəb  cümlə  tərkibində  qrammatik  cəhətdən  müstəqil  olan 
hissəyə  baş  cümlə,  baş  cümlədən  asılı  olan,  onu  izah  edib  aydınlaşdıran  hissəyə 
budaq cümlə  deyilir. 
Baş və budaq cümlə müəyyənləşdirilərkən cümlənin mə’nası yox, forması, 
quruluşu  əsas  götürülür.  Mə’na  yükü  komponentlərdə  müxtəlif  şəkildə  paylana 
bilir:  bə’zən  mə’na  yükü daha  çox baş cümlənin, bə’zən budaq cümlənin üzərinə 
düşür, bə’zən də  baş və budaq cümlələr arasında  bərabər şəkildə  paylanmış olur. 
Əgər  mə’na  yükü  əsas  götürülsə  idi,  onda,  məsələn:  Danışığından,  sənəd  və 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə