Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə2/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   2   3   4   5   6   7   8   9   ...   158


 
müstəqillik  verilməsi”  (самодовлеющее  значение  предмета)  ifadəsinə  e’tiraz 
olunur.  Qətnaməni  oxuyan  şəxs  mübahisəni  həll  edə  bilmir.  Mübahisəni  kəsmək 
üçün  yerdən  təklif  olunur  ki,  “самодовлеющий”  sözü  qətnamənin  mətnindən 
atılsın.  B.Çobanzadə  qalxıb  izahat  verir:  “...  Görünür,  yoldaş  belə  başa  düşür  ki, 
başqa  fənlərin  tədrisi  ana  dilinin  ətrafında  cəmləşdirilir.  Dilin  müstəqil  rolu 
(самодовлеющее  значение)  o  deməkdir  ki,  müasir  tədris  metodikasında  dilin 
öyrənilməsi,  indiyə  qədər  olduğu  kimi,  daha  orfoqrafiyanın  öyrənilməsi  üçün 
köməkçi  predmet  kimi  nəzərdə  tutulmur  (həqiqətən,  qədim  yunanıstanda 
qrammatika tə’limində məqsəd sözlərin düzgün yazılmasını öyrətmək olmuşdur və 
XX əsrin əvvəllərinə qədər də həmin prinsip davam etmişdir. Söhbət məktəblərdə 
qrammatika  tə’limindən,  ana  dilinin  tədrisindən  gedir.  –  T.H.).  Ana  dilinin  tədris 
sistemində  müstəqilliyi  odur  ki,  dili  bir  fənn  kimi  öyrənərək,  biz  ümumtəhsil 
fənlərini tamamlayırıq, dil öyrədilməsinə psixologiya və təbiət elmlərinin sırasında 
müstəqil  fənn  kimi  baxırıq”  (Stenoqrafiçeskiy  otçet,  Baku-ASSR,  1926,  s.  387-
388). Bu cavab hamını tə’min etdi, həmin termini qətnamənin mətnində saxladı və 
bu gün elmi dəyəri olan pedoqoji fikirdir. 
Bəkir  Çobanzadə  iki  qurultay  nümayəndəsindən  biridir  ki,  iki  mə’ruzə  ilə 
çıxış  etdi:  “Türk  dillərinin  yaxın  qohumluğu”  (üçüncü  iclas),  “Elmi 
terminologiyanın  sistemi  haqqında”  (səkkizinci  iclas)

.  Bu  mə’ruzələrin  yüksək 
dəyərindən  danışmaq niyyətində deyilik. Birinci mə’ruzə haqqında ümumi şəkildə 
onu deyim ki, türkologiyada ilk dəfə Mahmud Kaşğaridən dərin elmi söhbət açan 
B.Çobanzadə  “Divan”ın  müddəa  və  faktlarından  çıxış  edərək,  həmin  dövrdən 
müasir  zamanımıza  qədər,  ədəbi  dil  təzahürlərindən  bugünkü  canlı  dialekt  və 
şivələrə  qədər  türklərin  yaxınlığından,  türkcələrdə  anlaşmanın  olmasından  və  bu 
yaxınlıq və anlaşmanın tarixi şərtlərindən, qanunauyğunluğundan danışdı. Əslində 
bu mə’ruzəsi ilə o, Fuad Köprülüzadənin mə’ruzəsi ətrafında qalxacaq ümumi türk 
ədəbi dili müzakirəsi üçün elmi və faktoloji bünövrə yaratmış oldu. 
Türkologiyada  ümumtürk  dili  məsələsində  xüsusi  bir  Bəkir  Çobanzadə 
mexanizmi  var  ki,  burada  qurultaydakı  ikinci  mə’ruzəsi  ilə  bağlı  həmin  problemə 
toxunmaq istəyirəm. 
Ümumtürk və  ortaq türk  ədəbi dili ideyasının  yüzdən bir az çox yaşı olar. 
Bu  ideya  bir  daha  Birinci  Bakı  Türkoloji  qurultayında  müzakirə  predmeti  oldu. 
İdeyanın  üzdə  əleyhdarı  yoxdur.  Tərəfdarların  bir  qismi  bu  ideyanı  sadəcə 
alqışlayır, ancaq ona aparan yolu göstərmir. Yol göstərənlərin də təklifləri camaatı 
razı salmır, e’tirazlar doğurur, mübahisələrə səbəb olur. 
Mənim  fikrimcə,  elmi  cəhətdən  doğru  –  əsaslandırılmış,  tarixi  baxımdan 
mümkün  olan  yeganə  konsepsiya  prof.  B.Çobanzadəninkidir.  B.Çobanzadə 
ümumtürk ədəbi dilinin iqtisadi və mədəni faktorlarla şərtləndiyini göstərir. 
                                                           

İki məruzə edənlərdən biri də Türkiyə nümayəndəsi professor Fuad Köprülüzadədir. 



 
Bunu ayrı-ayrı və ya dəstə-dəstə adamların alveri, epizodik, konsertlərin və 
rəssamlıq sərgilərinin təşkili şəklində olan əlaqələrlə həll etmək olmaz. Bu, ardıcıl, 
müntəzəm  və  davamlı  tarixi  ünsiyyət  olmalıdır.  Bu  ünsiyyət  xalqın  həyatındakı 
bütün  sahələrə  girməlidir.  Ünsiyyətdə  şifahi  və  yazılı  nitqlər  iştirak  etməlidir. 
Həmin  ünsiyyət,  əlbəttə,  bazarı  da,  ancaq  əlbəttə,  birinci  növbədə,  təhsili  nəzərdə 
tutur.  Ünsiyyətin  birinci  şəkli  (bazar  əlaqəsi)  şifahi  –  danışıq,  ikincisi  (təhsil) 
yazılı–ədəbi nitqlərin ümumiləşməsinə gətirir. Dil iki təzahürlü – danışıq və ədəbi 
reallıqları  ilə  fəaliyyət  göstərmirsə,  ortaq  məxrəc  yarana  bilməz.  Buna  görə  də 
B.Çobanzadə  türk  xalqlarının  ünsiyyətini  iqtisadi  həyat  və  təhsil  kompleksinin 
birliyində  görür.  Görkəmli  alim  elm  dilinin  yaxınlaşması  üçün  məktəb  tə’liminə 
böyük  əhəmiyyət  verir.  Məsələyə  çox  real  yanaşan  dilçi,  görünür,  beşik  dili  ilə 
elmi dil arasında, yerli ana dili ilə ümumi ədəbi dil arasında ziddiyyət yaratmamaq 
üçün inkişafın təbiiliyinə və tədriciliyinə ehtiyatla və diqqətlə  yanaşır. Ümumi və 
ya  ortaq  dil,  əlbəttə,  yerli  canlı  danışıq  dili  deyil,  bədii  əsərlərin,  bayatıların, 
laylaların dili deyil, kürsülərin və auditoriyaların dilidir, elmin və siyasətin dilidir, 
terminlərin,  professionalların  dilidir.  Buna  görə  də  B.Çobanzadə  bu  işi  yaşın  və 
intellektin  artımı  ilə  bağlayır.  Əvvələn,  B.Çobanzadə  hazır  olan  dillərdən  birini 
ümumi  dil  kimi  götürmür.  Görünür,  alim  iki  cəhəti  nəzərə  alıb:  1.  Bütün  türk 
xalqlarının  zehni  intellekti  bir  hazır  dilə  sığmaz,  bu  dil    bütün  türk  soylarının 
intellektinin ümümiləşməsi olmalıdır- yeni, zəngin, hamısından yüksəkdə duran bir 
dil  olmalıdır;2.  Mövcudlardan  birini  götürəndə  başqa  qardaşlarda  ögeylik 
emosiyası dirçələ bilər. 
Beləliklə,  B.Çobanzadə  olmalı  olan  ümumi  dildə  bütün  mövcud  ünsiyyət 
təzahürlərinin,  bütün  türkcələrin  iştirakını  zəruri  və  təbii  bilir.Və  yeni  örnəyin 
yaradılma  mexanizmində  iqtisadi  və  təhsil  faktorlarının  mühüm  yer  tutacağını 
vurğulayır.  B.Çobanzadə  yeni,  ortaq  ədəbi  dilin  formalaşmasında  tədrislə  bağlı  3 
mərhələ  görür:  1.  Bir  dərəcəli  məktəblərdə  yerli  milli  terminlərin  işlənməsini 
məqsədəuyğun sayır  (indi ibtidai və ya ilk okul adlandırılan təhsil). Məsələn, eyni 
anlayışı Azərbaycan türkləri su, qaraçaylar suu, çuvaşlar şıv, xakaslar suğ, özbəklər 
suv, başqırdlar hıy kimi işlədirlər – bir kökdəndir, fonetik fərqlər var və bu fonetik 
xüsusiyyətlər  (özəllik)  türkcələrin  səs  qanunlarına  uyğun  müəyyənləşib.  Tövsiyə 
olunur ki, ibtidai sinif şagirdləri öz dərs kitablarında bu sözü ata-anası, ətrafdakılar 
necə deyirlər, elə işlətsinlər – özbək məktəblisi suv, çuvaç şıv, azəri su kimi yazsın 
və  oxusun.  2.  İkinci  dərəcəli  məktəblərdə  ümümtürk  terminləri  müəyyənləşsin 
(indiki  orta  məktəb,  orta  okul  təhsili).  Yə’ni  bu  söz  (su)  türk  dillərinin 
əksəriyyətində necə işlənirsə və ya fonetik-morfoloji baxımdan hansı variant daha 
mükəmməldirsə,  o,  ümumi  söz-termin  kimi  qəbul  olunmalıdır.  Mən  ən  adi 
sözlərdən  birini,  populyar  biologiya  termini,  kimyəvi  element  kimi  “su”yu  misal 
gətirdim (buhalgücdalğa – fizika terminləri, üçbucaqvurmabölmə - riyaziyyat 
terminləri  və  s.  müxtəlif  örnəklərə  də  aiddir).  Bu  adi  terminin  də  qəbulunda  öz 
problemləri  var:  sözün  ən  inkişaf  etmiş,  ən  cilalı  nümunəsi  “su”dur.  Ancaq  türk 
sözündə  sonun  samit  olması  daha  tipik  morfonoloji  hadisədir.  Bu  baxımından 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə