Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə153/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   150   151   152   153   154   155   156   157   158

325 
 
ordenlərindən  görünür  ki,  qoçaq  adamdır  (Ə.Vəliyev)  -  cümləsində  ikinci  tərkib 
hissə  (qoçaq  adamdır)  baş,  birinci  tərkib  hissə  (Danışığından,  sənəd  və 
ordenlərindən görünür) budaq cümlə olmalı idi. Çünki ikinci tərkib hissə birincidən 
fərqli  olaraq,  mə’naca  tam  tə’minedicidir  və  dinləyəni  intizarda  qoymur.  Lakin 
mə’na  yükünün  ikinci  tərkib  hissə  üzərinə  daha  çox  düşməsinə  baxmayaraq,  bu 
cümlənin  birinci  tərkib  hissəsi  baş,  ikincisi  budaq  cümlədir.  Çünki  ikinci  tərkib 
hissə  mahiyyət  e’tibarilə  birincinin  bir  üzvünə  -  mübtədasına  bərabərdir.  Həmin 
cümləni  sadələşdirməklə  də  bunu  görə  bilərik:  Danışığından,  sənəd  və 
ordenlərindən qoçaq  adam olduğu  görünür. Baş cümlə  tabeli  mürəkkəb cümlənin 
qurulması  üçün  zəmin  yaradır,  mürəkkəb  cümlənin  quruluşunu  formalaşdırmaq 
üçün mərkəz rolunu oynamaqla  yanaşı,  mürəkkəb cümlənin ümumi məzmununun 
açılması üçün də həlledicidir. Budaq cümlələr bir çox hallarda baş cümlədən sonra 
gəlməklə  “yeni”ni  bildirməsi,  rema  kimi  çıxış  etməsi  ilə  aparıcı  semantik  gücə 
malik olsa da, quruluşca tema-baş cümlədən asılı olur. 
 
ƏDƏBİYYAT 
1.    Abdullayev  Əlövsət  Zakir  ,  “Müasir    Azərbaycan    dilində    tabeli    mürəkkəb 
cümlələr”, Bakı, Azərtədrisnəşr, 1964, səh.366 
2.  Musayev  O., “İngilis dilinin qrammatikası” , B.,1996 
3.  Musayev  O.İ., “İngilis dilinin qrammatikası” , Ali məktəb tələbələri üçün, Bakı, 
1979, səh.560 
4. Abdullayev  Ə.Z. və başqaları , “Müasir  Azərbaycan dili” (sintaksis) IV hissə , 
B.,1985 
5.    Rəhimov    İ.,  Hidayətzadə  T.,  “İngilis  dilinin  praktik  qrammatikası”, 
(izahlar,çalışmalar,çalışmaların cavabları),Bakı,2001,səh.170 
 
Kübra  Alməmmədova

 
 
HƏSRƏT HƏSƏNOVUN  
“MÜASİR AZƏRBAYCAN DİLİNİN LEKSİKASI” KİTABI 
VƏ LEKSİKOLOGİYA MƏSƏLƏLƏRİ 
 
Müasir  Azərbaycan  dilinin  şöbələrindən  biri  də  leksikologiyadır. 
Leksikologiya dilçiliyin bir bölməsi olub, dilin müasir vəziyyətində və eləcə 
də  tarixi  inkişaf  prosesində  lüğət  tərkibini  öyrənir.  Leksikologiya  termini 
dar ve geniş mənada başa düşülür. Geniş mənada leksikologiyaya daxil olan 
bölmələrdən biri də frazeologiyadır.  
Qeyd  etmək  lazımdır  ki,  frazeologiya  az  öyrənildiyindən  onun 
tədqiqat  obyekti  olan  söz  birləşmələri  üçün  vahid  konkret  termin  hələ 
yaradılmamışdır.  Bununla  belə,  frazeoloji  birləşmələrin  dildə  həddindən 
                                                           

Alməmmədova Kübra - Bakı Dövlət Universitetinin magistrantı 


326 
 
artıq  işlədilməsi  tədqiqatçıların  diqqətini  özünə  cəlb  etmişdir.  Məhz  bu 
səbəbdən  də  frazeologiya  dilçilik  elminin  bir  şöbəsi  olan  leksikologiyanın 
bir  bölməsinə  çevrilmişdir.  Bu  sahəni  muxtəlif  alimlər  tədqiq  edib 
öyrənmişlər.  Bu  alimlərdən  Həsrət  Həsənov,  Səlim  Cəfərov,  Nəsir 
Məmmədov,  Ağamusa  Axundov,  Buludxan  Xəlilov  və  b.  adlarını  qeyd 
etmək olar. 
Frazeologiya  iki  və  daha  artıq  sözün    birləşməsindən  yaranır. 
Bununla  yanaşı,  frazeoloji  birləşmələrdə  məna  bütövlüyü,  sabitliyi  özünü 
göstərir.  Frazeoloji  birləşmələr  bir  neçə  sözün  birləşməsindən  əmələ 
gəlməsi xüsusiyyətinə görə sərbəst söz birləşmələrinə bənzəyir. Lakin onları 
fərqləndirmək lazımdır.  
H.  Həsənov  “Müasir  Azərbaycan  dilinin  leksikası”  adlı  kitabında 
yazır : “Frazeologizmlərin əsas əlamətləri aşağıdakılardır : 
1.Frazeoloji vahidlər ümumi bir məna ifadə edir. 
2.Məna və strukturca bütöv və sabitdir. 
3.Daimi leksik tərkiblidir. 
4.Tərəfləri məcazi mənada işlədilir. 
5.Tərəfləri mənaca dəyişərək yeniləşir. Bu onlarda mənanın vahidliyi 
və təkrar edilməzliyi ilə bağlıdır. 
6.Dildə hazır şəkildə mövcuddur. 
7.Milli səciyyəlidir. Tərəfləri xalis sözlərdən düzəlir. 
8.Obrazlı, emosional və ifadəlidir.” (1, 214) 
Göründüyü  kimi,  H.Həsənov  burada  frazeoloji  birləşmələrin  əsas 
əlamətlərini  göstərir.  Onun  göstərdiyi  bu  əlamətlər  sabit  söz  birləşmərini, 
yəni frazeoloji birləşmələri sərbəst söz birləşmələrindən fərqləndirir. 
Frazeologiya hal-hazırda dərsliklərdə, tədris proqramlarında məhdud 
dairədə  tədris  olunur.  Məhz  buna  görə  də  atalar  sözlərini,  məsəlləri, 
hikmətli  sözləri,  tapmacaları,  aforizmləri  bəzi  tədqiqatçılar  frazeologiyanın 
tərkibinə  daxil  etməyi  düzgün  hesab  etdiyi  halda,  bəziləri  bunu  düzgün 
saymır.  
H.Həsənov  “Müasir  Azərbaycan  dilinin  leksikası”  adlı  kitabında 
yazır  :  “Frazeologizmlərlə  atalar  sözü,  məsəllər,  hikmətli  sözlər,  ibarələr, 
aforizmlər,  obrazlı,  milli  məzmunlu  didaktik  və  ya  qiymətləndirici  sözlər 
arasında  müəyyən  oxşarlıq  vardır:  onların  hamısı  nitqdə  hazır  şəkildə 
istifadə  olunur,  mənaca  bütövdür,  obrazlıdır,  ayrıca  formalaşmış,  tərkibcə 
sabitdir,  məcazi  mənada  işlədilir.”  (1,  215).  Əlbəttə,  yuxarıdakı 
xüsusiyyətlərdən  çıxış  edərək  onları  eyniləşdirmək  olar.    Frazeologizmlər 
öz  təbiətinə  görə  söz  birləşməsi  və  ya  cümlə  səciyyəli  olsa  da,  onlardan 
əmələ  gəlsə  də,  atalar  sözü,  məsəllər,  hikmətli  sözlər,  ibarələr  və  s.dən 
mənalarına, strukturlarına və işlədilməsinə görə fərqlənir.  
Frazeologizmlərə  elə  atalar  sözü  və  məsəllər  daxil  olur  ki,  leksik 
tərkibləri  daimidir,  bütöv  məna  ifadə  edir,  nominativ  səciyyəlidir, 


327 
 
cümlələrin  tərkibində  mürəkkəb  bir  üzv  kimi  çıxış  edir.  H.Həsənov  bütün 
atalar  sözü  və  məsəlləri,  hikmətli  sözləri  frazeologizmlərə  aid  etmir. 
H.Həsənov eyni zamanda frazeologizmlər sırasına daxil olan atalar sözü və 
məsəllərin  özünəməxsus  xüsusiyyətlərini  qeyd  edir.  O  yazır  :  “Atalar  sözü 
və məsəlləri iki qrupa ayırmaq olar: 1) birmənalı - həqiqi mənalı olanlar; 2) 
ikimənalı – həqiqi və məcazi mənalı olanlar. Birmənalı, yəni həqiqi mənalı 
kimi  dərk  edilən  atalar  sözünü  və  məsəlləri  frazeologizmlərə  daxil  etmək 
olmaz. Çünki əvvəla, bunlar ancaq həqiqi mənada işlədilir, ikincisi, onların 
mənaları tərkib üzvlərinin mənaları ilə bağlıdır. Belə atalar sözü və məsəllər 
mənaca  öyüd,  ibrət,  əxlaq,  tərbiyə  səciyyəli  olur.  Bunların  məcazi  mənada 
işlədilməsi    hiss  olunsa  da,  onların  tərkib  üzvləri  ilk  leksik  mənalarını 
itirmir,  sözün  ekvivalenti  ola  bilmir,  sinonimi  də  yoxdur.  İkimənalı  kimi 
işlədilən  atalar  sözü  və  məsəllər  dilin  frazeoloji  fonduna  daxil  ola  bilər. 
Bunlar  məcazi  və  ümumiləşmiş  mənalı  dil  vahidləri  kimi  qəbul  edilir.  Bu 
tipli atalar sözü və məsəllər həqiqi və məcazi mənalarda işlədilir. Predikativ 
səciyyəli  olsalar  da,  sözün  ekvivalenti  olur,  cümlədə  bir  cümlə  üzvü  kimi 
çıxış edir. Məsələn, o nə ətdir, nə balıq; o nə ağına baxır, nə bozuna və s.” 
(1, 216). 
Buludxan  Xəlilov    atalar  sözlərini  frazeoloji  vahidlər  sırasına  daxil 
edir.  Lakin  o  da    atalar  sözlərini  frazeoloji  vahidlər  sırasına  daxil  edərkən 
bəzi  xüsusiyyətləri  qeyd  edir.  O  yazır  :“  Frazeoloji  vahidlərin  bir  qismi 
atalar sözlərindən aşağıdakı qaydalar əsasında formalaşmışdır: 
1.Atalar sözlərinin bir hissəsinin atılması yolu ilə frazeoloji vahidlər 
formalaşmışdır. Məsələn, ” Üz vermə,astar da istər” əsasında “üz vermək” 
və s. 
2.Ümumi  şəxsli  sadə  cümlə  quruluşunda  olan  nəsihət,  məsləhət 
məzmunlu atalar sözlərinin bir qismi dəyişikliyə uğrayaraq frazeoloji vahidə 
çevrilmişdir.  Məsələn,  “İsti  aşa  soyuq  su  qatmazlar”  əsasında    “İsti  aşına 
soyuq su qatma” və s. (3,273). 
Dilçilik  ədəbiyyatlarında  frazeoloji  birləşmələr  müxtəlif  prinsiplər 
üzrə  təsnif  edilmişdir.  H.Həsənov  frazeologizmləri  mənşəyinə  görə  iki 
qrupa  ayırır:  xalis  tutmaq,  üzə  salmaq  və  s.  Alınma  frazeologizmlərin  isə 
tərkib  hissələrindən  biri  və  ya  hər  ikisi  başqa  dillərdən  alınma  olur. 
Məsələn,  nuşu  can,  qədəmin  mübarək  olsun  və  s.  Frazeologizmləri 
mənalarına  görə  isə  H.Həsənov  aşağıdakı  şəkildə  qruplaşdırır.  O  yazır: 
“Mənalarına  görə  frazeologizmləri  iki  qrupa  ayırmaq  olar:  semantik 
frazeologizmlər və qrammatik frazeologizmlər. Semantik frazeologizmlərin 
tərkib  üzvləri  bir-biri  ilə  elə  əlaqələnmiş  və  elə  qaynayıb-qarışmış, 
qovuşmuşdur ki, onları ayrı-ayrılıqda təsəvvür etmək və təsəvvürə gətirmək 
olmur.... Qrammatik  frazeologizmlər də  mənaca bütöv  və  bölünməzdir, bir 
məfhum ifadə edir. Lakin tərkib üzvləri arasındakı qrammatik əlaqə nəzərə 
çarpır,  hiss  olunur,  canlı  sintaktik  əlaqəni  yada  salır.  Sözlərin  potensial 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə