Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə155/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   150   151   152   153   154   155   156   157   158

330 
 
1.Canlı varlıqların adını bildirən isimlər
2.Cansız varlıqların adını bildirən isimlər. 
Birinci qrupa daxil olan isimlərə insan, heyvan və quş adları daxildir. İkinci 
qrupa cansız varlıqların, mənəvi və mücərrəd anlayışların adları daxildir. 
Q. Kazımov “Müasir Azərbaycan dili” əsərində canlı və cansız varlıqların 
adını bildirən isimləri iki qrupa ayırır: xüsusi isimlər, ümumi isimlər. 
Xüsusi isimlərvarlığı tək olan, yəni bir-birinin eyni olmayan  əşyanın adını 
bildirir. 
“Xüsusi isimlərə insan adları və soyadlar (Həzi Aslanov, Kamal Qasımov); 
təxəllüs  (Nizami  Gəncəvi,  Füzuli,  Vaqif,  Zakir,  Sabir);  ölkə  adları  (Azərbaycan, 
Gürcüstan);  şəhər  və  kənd  adları  (Moskva,  Bakı,  Maştağa);  dağ,  dəniz  və  çay 
adları (Kəpəz, Savalan, Araz, Volqa, Kür); idarə, müəssisə adları (“Qayğı” şirkəti); 
qəzet  və  jurnal  adları  (“Azərbaycan”  jurnalı);  planet  adları  (Mars,  Yupiter); 
heyvanlara verilən adlar (Məstan, Alagöz) və s. daxildir”. (4, 25) 
Ümumi isimlər  eynicinsli əşyaların adını bildirir. Xüsusi isimlərdən başqa 
qalan bütün konkret əşya adları bildirən isimlər və bütün mücərrəd  anlayış bildirən 
isimlər ümumi isimlərə daxildir. Ümumi isimlər varlığına  görə çoxluq təşkil edir. 
Məsələn: kitab, insan, ağac, daş və s. 
Q.Kazımov xüsusi isimləri aşağıdakı qruplara ayırır: 
1.Antroponimlər  –  insan  adları:  şəxsin  öz  adını,  atasının  adını,  soy  adını, 
təxəllüsünü,  ləqəbini  bildirən  isimlər:  İsmayıl,  İlyas,  Xətai,  Füzuli,  Sabir,  Qövsi, 
Abbas,  Tusi  və  s.  Bədii  əsərlərdə  yaradılan  bir  sıra  satirik  adlar:  Əli  Əyrizadə, 
Fağır Bağırov (Anar), Anket Anketov, Əntərzadə (Mir Cəlal) və s. 
2.Toponimlər  –  qitə,  ölkə,  vilayət,  şəhər,  rayon,  inzibati  ərazi  adları: 
Avropa, Rusiya, Hindistan, Bakı, Qarabağ, Qarayazı, Dilican, Quba, Qəbələ, Sibir 
və s. 
3.Ktematonim,  kosmonim  və  hidronimlər  (Araz,  Kür,  Xəzər,  Ceyran 
bulağı, Diri dağları, Sultanbud meşələri, Yupiter, Saturn və s. 
4.Xrematonimlər  –  maddi-mədəniyyət  əşyalarının  adları,  kitab,  qəzet, 
jurnal  adları,  S.Vurğunun,  N.Nərimanovun,  M.F.Axundovun  və  b.  böyük  sənət 
ustalarının, alimlərin ev muzeyindəki ayrı-ayrı şeylərin hər birinin adı  xrematonim 
sayılır. 
Ə.Rəcəbli  “Göytürk  dilinin  morfologiyası”  əsərində  xüsusi  və  ümumi 
isimləri  konkret  isimlərin  qrupları  şəklində  vermişdir.  O  qeyd  edir  ki,  Göytürk 
Orxon-Yenisey  yazısı  abidələrinin  dilində  işlənən  xüsusi  isimləri  iki  böyük  qrupa 
ayırmaq  olar:  antroponimik  adlar  (antroponimiya)  –  xüsusi  insan  adları  və 
toponimik adlar (toponimiya) – şəhər, dağ, çay, göl, ölkə, yer və s. adları. (2, 44) 
Orfoqrafiya qaydalarına əsasən xüsusi isimlərin baş hərfi böyük yazılır. 
Q.Kazımov ümumi isimləri bir sıra qruplara ayırmışdır: 
1.Yaxınlıq, qohumluq, dostluq tipli əlaqə və münasibətləri bildirən sözlər: 
əmi, dayı, qardaş, bacı, xala, bibi və s. 
2.Heyvan adı bildirənlər: qoyun, maral, cüyür, it, aslan, pələng  və s. 


331 
 
3.Quş adları bildirənlər: tovuz, göyərçin, turac, kəklik, durna və s. 
4.Cansız əşya adlarını bildirənlər: su, torpaq, qapı, kitab,qələm, stol və s. 
5.İctimai  hadisə  adlarını  bildirənlər:  inqilab,  üsyan,  müharibə,  qələbə, 
mübarizə, məğlubiyyət və s. 
6.Təbiət hadisələrinin adlarını bildirənlər: yağış, tufan, qar, boran, fırtına, 
külək, meh, ildırım, duman və s. 
7.Zaman adlarını bildirənlər: ay, gün, il,həftə, zaman, fəsil, bahar, yay, qış, 
payız və s. 
8.Məkan adları bildirənlər: şəhər, kənd, düz, tarla, çöl, səhra və s. 
9.Elm  adlarını  bildirənlər:  dilçilik,  darvinizm,  tarix,  biologiya, 
qrammatika, morfologiya, kimya, riyaziyyat və s. 
10.Əlamət, keyfiyyət, vəziyyət adlarını bildirənlər: gözəllik, pislik, yaxşılıq, 
zəiflik, halsızlıq, dəlilik və s. 
11.Bədən üzvlərinin adlarını bildirənlər: baş, əl, boyun, ayaq, barmaq, bel, 
sinə, bilək, göz, qaş, burun və s. 
12.Mənəvi  və  mücərrəd  anlayışların  adlarını  bildirənlər:  şadlıq,  sevinc, 
təmkin, məhəbbət, mələk, pəri, şeytan və s. 
Fikrimcə, bu bölgünün sayını artırmaq məqsədəuyğun olardı. Belə ki, bitki 
adları  bu  bölgüdə  nəzərə  alınmamışdır.  Eləcə  də,  ilan,  kərtənkələ  və  s.  sözlər 
bölgüdən kənarda  qalıb. Buna  uyğun olaraq  sürünən canlıları bildirən isimlər  və 
bitki adlarını bildirən isimlər adlı qrupları da elavə etmək olar. 
Q.Kazımov isimləri adlandırdıqları əşya və anlayışların səciyyəsinə görə iki 
qrupa ayırır: 
a)
 
konkret maddi varlıqların adını bildirən isimlər; 
b)
 
mənəvi və mücərrəd anlayışları bildirən isimlər. 
Konkret  isimlərmaddi  varlıqların  adlarını  bildirən  isimlərdir.  Dilimizdəki 
isimlərin böyük bir qrupu konkret varlıqların adlarını bildirir. Məsələn: ev, budaq, 
meyvə, yarpaq, çörək  və s. 
Mücərrəd  isimlər  maddi  varlığın  özünü  deyil,  onunla  bağlı  mənəvi 
anlayışların  adlarını  bildirir.  Mücərrəd  isimlər  əşyaya  məxsus  keyfiyyəti,  işi, 
vəziyyəti  bildirir.  Gözlə  görülməyən,  toxunulması  mümkün  olmayan  əşyaların 
adını  bildirən  sözlər  mücərrəd  isimlərdir.  Məsələn:  arzu,  xəyal,  sevgi,  düşüncə, 
qardaşlıq və s. 
“Göytürk  Orxon-Yenisey  yazısı  abidələrinin  dilində  mücərrəd  anlayış 
bildirən  isimlər  konkret  əşya  adı  bildirən  isimlərdən  sayca  çox  azdır.  Müasir  türk 
dillərində  isə  bunun  əksini  müşahidə  edirik.  Belə  ki,  müasir  türk  dillərində 
mücərrəd  anlayış,  məfhum  bildirən  isimlər  konkret  əşya  adı  bildirən  isimlərdən, 
bəlkə  də,  çoxdur.  Bu  onu  göstərir  ki,  insan  təfəkkürü  inkişaf  etdikcə  daha  çox 
abstraktlaşdırmaya  meyil  göstərir.  Bunun  nəticəsində  də  dildə  mücərrəd  anlayış 
bildirən  sözlər  konkret  əşya  adı  bildirən  sözlərə  nisbətən  dəfələrlə  artıq  sürətlə 
artır”. (2, 43) 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə