Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə157/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   150   151   152   153   154   155   156   157   158

334 
 
Bəzən  isə  incə  dodaqlanan  saitlə  bitən  sözlərə  elə  incə,  dodaqlanan  saitli 
şəkilçilərin  artırılmasına  təsadüf  olunur.  Məsələn,  küyül  -  küyülüm  (mağara), 
sulğuc-sulğucum (dəhrənin sapı). 
Ümumiyyətlə, bu şəkilçinin tarixi qədimdir.Həm yazılı abidələrimizdə, həm 
də  "Kitabi-Dədə  Qorqud"  abidəsində  bu  şəkilçi  geniş  şəkildə  özünü  göstərir. 
Məsələn,  "Səni  düşmən  hardan  çapmış,  gözəl  yurdum?!",    "Qara  başım  qurban 
olsun qurdum sana!" . 
M.Məmmədli  bildirir  ki,  digər  şivələrdən  fərqli  olaraq,  Zəncan  şivəsində 
bəzən saitlə bitən sözlərin birinci şəxsin təkində -yım şəkilçisindən istifadə olunur; 
məs.;  -Mamayım  iki  abbası  deyərdi.  Bu  xüsusiyyətin  XI  əsrdə  qədim  türk 
dillərində  mövcudluğunu  M.Kaşğari  də  göstərmişdir:  Küküyüm  geldi  (Xalam 
gəldi). 
I  şəxs  təkin  şəkilçisi  -ım
4
  Lənkəran  şivəsində  çox  maraqlı  xüsusiyyətlə 
qarşımıza  çıxır.  Bu  xüsusiyyət  ondan  ibarətdir  ki,  isti  və  soyuq  sözləri  I  şəxsə 
təkdə müvafiq şəkilçilər qəbul edir. Məs.; istimdu - mənə istidir, soğumdu - mənə 
soyuqdur.Əslində  bu  xüsusiyyət  bizim  dilimiz  üçün  xarakterik  deyil.  Çünki 
dilimizdə  mənsubiyyət  şəkilçisini  isimlər,  isimləşə  bilən  nitq  hissələri  qəbul  edir. 
Amma  Lənkəran  şivəsində  gördüyümüz  kimi  sifət  isimləşmədən  mənsubiyyət 
şəkilçisi qəbul edib. Görünür, bu, talış dilinin öz qayda-qanunlarından irəli gələn 
bir xüsusiyyətdir. 
Bildiyimiz  kimi,  dilimizdə  şəxs  əvəzlikləri  hallana  bilir,  ancaq 
mənsubiyyətə  görə  dəyişə  bilmir.  Amma  M.Məmmədli  yazır  ki,  bəzi  şivələrdə 
mən və biz əvəzlikləri birinci şəxs təkdə -m, -in şəkilçisini qəbul edir. Məs.; bizin. 
Daha çox şimal qrupu şivələrində (Şəki, Dərbənd) mən və biz əvəzliklərinə 
-iq şəkilçiləri qoşulur. Məs.; məniq əlim, məniq ev, biziq küçə və s. Bu şəkilçilər 
haqda fikirlər birmənalı deyil. Belə ki, bəzi tədqiqatçılar bu şəkilçinin hal, bəziləri 
mənsubiyyət  şəkilçisi  olduğunu  deyirlər.  M.Şirəliyev  "Azərbaycan  dialekto-
logiyasının  əsasları"  kitabında  bu  şəkilçidən  yiyəlik  hal  şəkilçisi  kimi  bəhs  edir. 
Amma  əvvəlcə  yazdığı  bir  məqaləsində  bu  şəkilçinin  mənsubiyyət  şəkilçisi 
olduğunu  yazır.  Məşhur  tədqiqatçımız  olan  R.Rüstəmov  da  "Quba  dialekti"  adlı 
əsərində  bu  şəkilçidən  mənsubiyyət  şəkilçisi  olaraq  bəhs  edir.  Yerli 
tədqiqatçılardan başqa bəzi xarici tədqiqatçılar arasında da bu şəkilçi ilə bağlı fikir 
ayrılıqları var. Amma bu haqda deyə bilərik ki, -ın şəkilçisi daha çox yiyəlik hal 
şəkilçisinə  uyğun  gəlir.  Çünki  mənsubiyyət  şəkilçili  söz  həmişə  özündən  əvvəl 
yiyəlik  halda  işlənən  söz  tələb  edir.  Bu  qayda  Azərbaycan  dilinin  ən  əsas 
qaydalarından  biridir.  Başqa  bir  tərəfdən  isə  qeyd  etməliyik  ki,  mənsubiyyət 
mənsub  olmanı  bildirir.  Mənsubiyyət  şəkilçili  sözdən  əvvəl  mənsub  olunacaq, 
yiyəlik,  sahiblik  bildirən  bir  sözün  işlənməsi  vacib  şərtlərdəndir.  “Məniq  evim, 
biziq  kənt  kimi”  birləşmələrdə,  gördüyümüz  kimi,    ev  sözü  mənə  sözünə,  kənt 
sözü isə bizə  mənsubdur. 
Azərbaycan dilində əvəzliklərin hallanması zamanı yalnız bu 2 əvəzlik, yəni 
mən  və  biz  əvəzlikləri  yiyəlik  halda  "-ın"  deyil,  "-ım"  şəkilçisini  qəbul  edirlər. 


335 
 
Mənsubiyyət  şəkilçisi  isə  "-ım"-dır.  Bəlkə  də,  tədqiqatçıların  bəziləri  buna 
əsaslanaraq  dialektlərdə  işlənən  məniq  və  biziq  sözlərini  mənsubiyyət  şəkilçisi 
olaraq qəbul edirlər. 
Fikrimizi  dəqiqləşdirmək  üçüm  bir  məsələyə  də  toxunaq.  Müasir 
Azərbaycan  dilində  belə  bir  qayda  vardır  ki,  bizim  əvəzliyi  III  növ  təyini  söz 
birləşməsinin tərəfı olduqda birləşmənin mənsubiyyət şəkilçisi düşür. Məs.; bizim 
ev, bizim küçə. Bu zaman 1-ci tərəflər təyin rolunda işlənir. Gördüyümüz kimi,  bu 
birləşmələr  Dərbənd  Qax,  Şəki  şivələrində  işlənən  məniq  dişim,  biziq  kənt 
birləşmələrilə tam uyğunluq təşkil edir. Bildiyimiz kimi, mənsubiyyət şəkilçisi də 
adlıq hallı isim hesab olunur. İsimlər isə az hallarda təyin olurlar. 
I  şəxsin  cəmi    -mız
4
,  -ımız
4
  şəkilçisi  ilə  düzəlir.  Bu  həm  ədəbi  dilimizdə, 
ıəm  də  dialektlərdə  eynilik  təşkil  edir.  Məsələn,  qoyunumuz,  havabamız  (Qaz.), 
quşumuz  (Qar.).Bu şəkilçi də  birinci  şəxsin təki kimi damaq və  dodaq ahənginə 
görə şivələrdə müxtəlif cür işlənir. Bəzi şivələrdə hər iki variantda, bəzi şivələrdə 
isə  yalnız  bir  variantda  işlənmə  xüsusiyyətinə  malikdir.  Məsələn,  şimal-şərq 
şivələrində  görürük  ki,  birinci  şəxsin  cəmində  şəkilçinin  yalnız  damaq  variantı 
ışlənir.  Məsələn,  anamız,  bobamız,  bocamız,  ərəbəmiz  (B.),  qolımız,  üzimiz, 
şözimiz (Muğ.), suyımız, buzımız (Lən.), alaqutımız (gicitkan) (Quba) və s. 
M.Məmmədli  "Azərbaycan  dialektlərində  ismin  qrammatik  kateqoriyaları" 
əsərində  qeyd  edir  ki,  Qazax,  Ordubad,  Muğan  şivələrində  birinci  şəxs  cəmdə 
bəzən  müvafıq  şəkilçinin  sonunda  cingiltili  samit  karlaşmış  şəkildə  tələffüz 
olunur. Məsələn, yerimiz-yerimis, bağımız-bağımıs (Ord.), atamız-atamıs və s.  
Qədim yazılı abidələrimizdə  I şəxsin cəmi -mız
4
, -ımız
4
 şəkilçilərilə ifadə 
olunur.  Məsələn,  ilimiz  "elimiz",  törümiz-  "dövlətimiz"."Kitabi-Dədə  Qorqud" 
dastanında  da  bu  şəkilçiyə  rast  gəlirik:  məs.:  Əynimizdən  paltarımızı  almamış. 
Başımızdan çadırımızı istəməmiş. 
Şivələrdə II şəxs təkin şəkilçisi dördvariantlı -n, -ın
4
  şəkilçisidir.  Buşəkilçi 
də  digər  mənsubiyyət  şəkilçiləri  kimi  damaq  və  dodaq  ahənginə  görə  fərqlənir. 
Bəzi  şivələrimizdə  damaq  variantı,  bəzilərində  isə  dodaq  variantı  geniş  yayılıb. 
Muğan qrupu şivələrində dodaq variantı geniş yayılmışdır: məs.; əlün, nənön və s. 
Qərb qrupunun bəzi şivələrində də velyar - [ŋ] səsi işlənir: məs.; əluŋ, nənöŋ və s. 
Qərb  qrupunun  digər  şivələri  olan  Zəngilan,  Füzuli,  Qarabağ  şivələrində  də  daha 
çox  velyar  ŋ    variant  işlənir;  məs.:  coravıŋ  (Qaz.),  nənəŋ,  atıŋ  (Q.)  və  s.  Bu 
şəkilçinin  mənşəyi  ilə  bağlı    mübahisələr  var.  Ancaq  əksər  türkoloqların  fikrinə 
görə, ikinci şəxs mənsubiyyət şəkilçisi elə ikinci şəxs əvəzliyindən törəmişdir. Sən 
- əvəzliyindəki son -n səsindən yaranması fikri hal-hazırda daha fəal yayılmışdır. 
Mənsubiyyət kateqoriyasının ikinci şəxs cəmi şivələrdə, əsasən -nız , - ınız 
şəkilçisi  ilə  ifadə  olunur.  Bu  şəkilçinin  də  velyar    ŋ  səsli  variantı  geniş  yayılıb. 
Ancaq  bütün  şivələrdə  deyil,  əsasən  qərb  qrupu  şivələrində,  qismən  də  cənub 
qrupunun bir neçə şivəsində işlənir. Məsələn, bajıŋız, səsiŋiz (Qaz.), əliŋiz. 
Şivələrimizin Zəngilan, Cəbrayıl, Zəngibasar şivələrində ikinci şəxs cəmdə 
-yız, -uyız şəkilçisi də işlənir. Məsələn, əliyiz, gözüyüz, qoluyuz (Zən.) və s. 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə