Dilimizin lüğət tərkibində olan sözlərin hamısı müəyyən qrammatik mənaya malik



Yüklə 203,24 Kb.
Pdf görüntüsü
tarix30.10.2018
ölçüsü203,24 Kb.
#76796


Dilimizin lüğət tərkibində olan sözlərin hamısı müəyyən qrammatik mənaya malik 

olur.Bu baxımdan həmin sözlər ayrı-ayrı qruplarda birləşir. Müstəqil mənasına və 

qrammatik xüsusiyyətlərinə görə qruplaşan sözlərə nitq hissələri deyilir.Sözün 

hansı nitq hissəsinə aid olması onun hansı suala cavab verməsin-dən,əşya,yoxsa 

hərəkətlə bağlı olmasından və s. asılıdır.Nitq hissələri bir-birindən leksik-

qrammatik mənalarına görə fərqlənir.Dilimizdə 11 nitq hissəsi var.Bu nitq hissələri 

də öz sırasında iki qrupda cəmlənib:                                                                                       

1.Əsas nitq hissələri                                                                                                                                    

2.Köməkçi nitq hissələri  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

NİTQ HİSSƏLƏRİ 



*Ancaq qrammatik mənası 

olur,leksik məna ifadə etmir             

*Suala cavab vermir                         

*Ayrılıqda cümlə üzvü olmur         

*Şəkilçi qəbul etmir 

QOŞMA,BAĞLAYICI,

ƏDAT,MODAL 

SÖZLƏR,NİDA 

*Müstəqil leksik mənası olur        

*Suala cavab verir                    

*Cümlə üzvü olur                     

*Şəkilçi qəbul edərək məna 

cəhətdən dəyişir 

İSİM,SİFƏT,SAY, 

ƏVƏZLİK,FEL 

         KÖMƏKÇİ 

         ƏSAS 

          SİNTAKSİS 

MORFOLOGİYA 

QRAMMATİKA 




                     İSİM 

İsim ümumi qrammatik mənasına görə əşyaların, canlı və cansız varlıqların 

adlarını  bildirir.Kim?, nə? (bəzən də hara?) suallarından birinə cavab olur. 

Məsələn: müəllim, şagird, uşaq va s. isimləri kim? sualına; at, quş, ağac, daş və s. 

isimləri nə? sualına; Bakı, Təbriz, Gəncə və s. isimləri isə hara? sualına cavab olur.            

İsmin əsas səciyyəvi xüsusiyyətləri tək və cəm olması, mənsubiyyətə görə 

dəyişməsi və hallanmasıdır.                                                                                       

Konkret və mücərrəd isimlər :                                                                             Əşya 

dedikdə bütün varlıqlar nəzərdə tutulur. Varlıqlar iki cürdür: gözlə görünə bilən və 

görünə bilməyən. Bu baxımdan isimlər iki növə bölünür: konkret isimlər  və  

mücərrəd isimlər.                                                                                                       

Konkret isimlər- gözlə görünə bilən əşyaların adlarıdır. 

Məsələn:dağ,çiçək,qoyun,insan,meşə,ev və s.                                                         

Mücərrəd isimlər- gözlə görünə bilməyən əşyaların adlarıdır. 

Məsələn:arzu,xəyal,yuxu,məqsəd və s.                                                                          

Ümumi və xüsusi isimlər:                                                                                      

İsimlər cəmiyyətdəki tutduğu yerə və həmcinsliyinə görə iki növə bölünür: 

1.Ümumi isimlər                                                                                                                  

2.Xüsusi isimlər                                                                                                                         

Eynicinsli əşyaların adlarına ümumi isimlər deyilir.Məsələn: insan, ağac, ot, gül, 

çiçək, das, quş, balıq, dəftər, kitab, qələm və s.                                                                      

Varlığı tək olması ilə fərqlənən əşyaların adlarına isə xüsusi isimlər deyilir. Xüsusı 

isimlərə, əsasən, aşağıdakılar daxildir:                                                                                          

1. İnsan adları və soyadlar, təxəllüs və ləqəblər: Nizami Gəncəvi, Hüseyn Cavid, 

Mirzə Ələkbər Sabir.                                                                                                                 

2. Coğrafi və astronomik adlar. Azərbaycan, Gəncə, Şuşa, Ay, Ülkər və s.                            

3. Qəzet, jurnal və əsər adları:"Azadlıq","Ulduz", "Xəmsə" və s.                                         

4. Heyvanlara verilən xüsusi adlar: Alabaş, Qırat, Mərcan və s.                                        

Xüsusi isimlər böyük hərflə yazılır. Qəzet, jurnal, əsər, zavod, cəmiyyət və s. adları 

dırnaq içərisində və böyük hərflə yazılır. Məsələn. "Dəli Kür" (əsər), "Azərbaycan" 

(jurnal), "Bakı fəhləsi" (zavod), "Vətən" (cəmiyyət) və s.  .                                              

Bəzi ümumi isimlər xüsusi isimlərə keçə bilir. Məsələn: arzu,fərəh, ilham, səadət, 

vəfa, sədaqət, sevinc, çiçək, bülbül və s. ümumi isimlər şəxs adı                                        

(bəzən də yeməkxana, mağaza, kinoteatr və s adlarını) bildirdikdə xüsusi isim olur. 

Nadir hallarda əks hal da baş verir, yəni xüsusi isimlər ümumi isimlərə çevrilir. 

Məsələn: Rentgenalman aliminin adıdır, rentgen isə xüsusi şüa ilə işıqlandırılma 

alətinin adıdır.                                                                                                                            



Tək və cəm isimlər:                                                                                                     

İsimlər kəmiyyətcə tək və cəm olur. İsimlər cəmdə olarkən  lar

  şəkilçisini qəbul 



edir: kitablar. insanlar, evlər, şagirdlər və s. 

Qeyd: Bu şəkilçi qoşulduğu sözün son samitindən asılı  olaraq, bəzi səkillərdə[-

rar

2

], [-nar



2

 ], [-dar

2

] kimi tələffüz olunur: qatar- [qatarrar], şəhərlər - [şəhərrər], 



qazlar - [qazdar], buludlar [bulutdar], igidlər - [igiddər]. oğlanlar - [oğlannar], 

əkinlər –[əkinnər] və s. 

Dilimizdə elə isimlər də var ki, onların məzmununda çoxluq,topluluq anlayışı var. 

Belə isimlər toplu isimləradlanır. Məsələn: el, xalq, kütlə, camaat. qoşun, sürü, ilxı. 

dəstə, partiya . Toplu isimlərin çoxu cəm şəkilçisi qəbul edir: xalqlar, ellər, ellər və 

s. Toplu isimlərlə əlaqədə olan xəbər təkdə işlənir. məsələn: El  yaylağa köçür. 



Xalq azadlığına qovuşdu və s. 

 

Yüklə 203,24 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə