Gördüyü işlərdən söhbət açılır



Yüklə 4,29 Kb.
Pdf görüntüsü
səhifə8/18
tarix17.11.2017
ölçüsü4,29 Kb.
#11012
1   ...   4   5   6   7   8   9   10   11   ...   18

Qərib məzarlar
49
Ceyhun bəyin 
oğlunun oxuduğu 
kollecin direktoruna 
Ə.Topçubaşının məktubu. 
26 fevral 1932-ci il.


Qərib məzarlar
50
lamzadə nə Parisdə, nə Berlində iş tapa bilmişdi 
və Türkiyəyə köçmüşdü... Miryaqub Mirmehdi-
yevin səhhətində problemlər yaranmışdı... Təh-
sil haqqını ödəyə bilmədiyi üçün Ceyhun Ha-
cıbəylinin oğlu dərsə buraxılmırdı...
Topçubaşı isə həm ciddi məişət problemləri 
ilə üzləşmişdi, həm də xəstəliklərdən əziyyət çə-
kirdi. 
Bütün bunlarla yanaşı, sovet xüsusi xidmət 
orqanları mühacirləri gözdən salmaq üçün ge-
cə-gündüz fəaliyyət göstərir, onların əleyhinə iş 
aparırdılar.
1925-ci ilin aprelində sovet təmayüllü “Nova-
ya Qruziya” qəzetində belə bir xəbər dərc olun-
muşdu: guya Topçubaşov SSRİ-nin xarici işlər 
naziri Çiçerinə müraciət edib ki, ona Sovet Azər-
baycanına qayıtmağa icazə versinlər. 
1926-cı il avqustun 30-da Topçubaşı M.Ə.Rə-
sulzadəyə yazdığı məktubda bu məsələyə ay-
dınlıq gətirir: “...Qəti şəkildə bəyan edirəm ki, nə 
Qafqaz Konfederasiyası 
Paktının imzalanması. 
İyul, 1934-cü il.


Qərib məzarlar
51
şəxsən, nə kiminsə vasitəsilə, nə burada, nə başqa bir 
yerdə, nə Çiçerinə, nə də bir başqasına heç bir müra-
ciətim olmayıb və heç vaxt olmayacaq. Ömrünü ya-
lan üstündə quran, hər cür prinsipləri inkar edənlər 
hər şeyi öz arşınları ilə ölçürlər. 30 il xalqa xidmət 
edən adam kimi antibolşevik mövqeyimi niyə gizlət-
məliyəm? Mövqeyimi dəyişməyə heç bir əsas olma-
yıb, indi də yoxdur!”
Giorgi Mamulianın dediyinə görə, 1920-ci 
illərin sonunda Azərbaycan nümayəndə heyə-
tinin maliyyə vəziyyəti daha da ağırlaşdı. Və 
qeyd etmək lazımdır ki, Azərbaycan nümayəndə 
heyəti üzvlərinin pis-yaxşı yaşamasında, əlbət-
tə, polyaklar böyük rol oynadılar. Çünki 1926-cı 
ildə “Prometey” hərəkatı və Qafqazın Müstəqil-
lik Komitəsi yarananda Azərbaycan nümayəndə 
heyətinin bütün üzvlərinə, az da olsa, müavinət 
təyin olunmuşdu. Bu da onlara yaşamağa və si-
yasi fəaliyyətlə məşğul olmağa imkan verirdi. 
Əlbəttə, bu vəsait kifayət eləmirdi. Məsələn, mən 
nümunə kimi deyə bilərəm ki, Topçubaşı 1926-cı 
ilin sonundan ömrünün axırına qədər polyak-
lardan hər ay 80 Amerika dolları almışdı. 20-ci il-
lərdəki vəziyyətə baxanda bu, pis məbləğ deyildi. 
Daha doğrusu, o vaxt bu pulla birtəhər yaşamaq 
olardı.
1924-cü ildə Əlimərdan bəy maddi problem-
lər ucbatından artıq Parisdə yaşamırdı. O, pay-
taxt yaxınlığındakı Sen-Klu qəsəbəsinə köçmüş-
dü. Çünki orda kirayə haqqı ucuz idi...
1926-cı ildə Polşa hökumətinin yardımı ilə 
“Prometey” hərəkatının yaradılması nəinki 
Azərbaycan, həm də bütövlükdə Qafqaz, Ukray-
na və Türküstan mühacirlərinə maddi-mənəvi 
baxımdan xeyli yardımçı oldu. Təşkilatın nəşr 
etdirdiyi “Prometey” jurnalı mühacirlərin arzu 
və ideallarının tribunasına çevrildi.
1920-ci illərin sonlarında vəziyyət tamam 
dəyişdi. Qərb dövlətlərinin əksəriyyəti sovetləri 
tanıdı. Onda mühacirlər arasında Qafqaz xalqla-
rının birliyi məsələsi yenidən aktuallaşdı. 
1932-ci ildə Qafqaz Konfederasiyası yaratmaq 
barədə müzakirələr başlandı, çoxsaylı görüşlər 
keçirildi. Azərbaycan, Gürcüstan və Şimali Qafqaz 
xalqlarının nümayəndələri Qafqazın bolşeviklər-
dən azad olunmasından sonra İsveçrə Konfede-
rasiyası tipli birlik yaratmaq öhdəliyi götürdülər. 
Bu öhdəlik Qafqaz Konfederasiyası Paktı deyilən 
sənəddə öz əksini tapmışdı. 
Qafqaz Konfederasiyası Paktı 1934-cü ilin iyu-
lunda Brüsseldə imzalandı. Azərbaycan tərəfdən 
Paktı Əlimərdan bəy Topçubaşı və Məmməd Əmin 
Rəsulzadə imzaladılar. Onda Əlimərdan bəy xəstəy-
di. Sənədi titrək əlləri ilə imzalamışdı. Sonralar 
M.Ə.Rəsulzadə Paktın imzalanmasını Topçubaşı-
nın “sonuncu qəhrəmanlıq işi” adlandıracaqdı...


Qərib məzarlar
52
1934-cü ilin yayında, Qafqaz Konfederasiyası 
Paktını imzalayandan bir neçə ay sonra Əlimər-
dan bəy vəfat etdi. 
Əlimərdan bəy Topçubaşov 
1865-ci ildə anadan olub
1
. 1888-ci ildə Peter-
burq İmperator Universitetinin hüquq fakültəsi-
ni bitirib.Uzun illər Bakı şəhər Dumasının üzvü 
olub, 1902-1905-ci illərdə Bakı şəhər Dumasının 
ilk müsəlman sədri kimi fəaliyyət göstərib. Bir 
müddət rusdilli “Kaspi” qəzetinə redaktorluq edib. 
Rusiyanın birinci Dövlət Dumasının deputatı və 
Dumada Müsəlman Fraksiyasının sədri olub. 
Azərbaycan müstəqillik qazanandan dərhal sonra 
nazir statusunda səfir kimi Türkiyəyə göndərilib, 
həmin il dekabrın 7-də Parlamentin sədri seçilib.
1918-ci ilin dekabrında Paris Sülh Konfransında 
Azərbaycan Nümayəndə Heyətinin sədri təyin olunub.
Azərbaycanda bolşevik hakimiyyəti qurulandan 
sonra Bakıya qayıtmayıb. Ömrünün sonuna qədər 
Parisdə Azərbaycanın dövlət müstəqilliyinin bərpası 
uğrunda mübarizə aparıb.
Qəriblikdə bitən 
ömür
1 Əlimərdan bəyin doğum tarixi barədə mətbuatda müxtəlif rəqəmlər gedib.Biz onun özünün yazdığı tərcümeyi-hala əsaslanaraq 1865-ci il yazırıq.


Qərib məzarlar
53
Nümayəndə heyətinin sədr müavini olmuş 
Məmmədhəsən Hacınski hələ Əlimərdan bəy-
dən bir neçə il əvvəl faciəli şəkildə bu dünyaya 
“əlvida” demişdi...
O, 1919-cu ilin sentyabrında Bakıya göndəril-
mişdi ki, Parisdə imzalanmış iqtisadi müqavilələr 
barədə hökumətə hesabat versin. Eyni zamanda, 
hökumət üzvləri ilə üzbəüz söhbət etsin, daxili və 
xarici vəziyyətə dair planlar haqqında məlumat 
alaraq, qayıdıb nümayəndə heyətinə çatdırsın.
M.Hacınskinin Parisə iki aydan sonra qayıda-
cağı planlaşdırılırdı. 
Lakin o, Bakıda qalaraq, müxtəlif vəzifələrdə 
çalışır...
Məmmədhəsən Hacınski
1876-cı ildə doğulub. 1902-ci ildə Peterburq 
Texnoloji İnstitutunun Tikinti Mühəndisliyi 
fakültəsini bitirib.Bakı şəhər dumasının üzvü, 
1913-cü ildə qısa müddətdə Bakı şəhər upravası-
nın rəisi olub. Dənizkənarı bulvarın salınmasın-
da, Şollar su kəmərinin çəkilməsində yaxından 
iştirak edib, şəhərin abadlaşdırılmasında xüsusi 
xidmətləri ilə seçilib. Sonralar Zaqafqaziya Sey-
minin üzvü olub. Müstəqil Azərbaycan hökuməti 
təşkil olunanda xarici işlər naziri, maliyyə naziri 
vəzifələrini tutub. 
1919-cu ilin yanvarında nümayəndə heyətinin 
sədr müavini kimi Paris sülh konfransına göndəri-
lib. 1919-cu ilin sentyabrında iki aylığa Bakıya qayı-
dıb və bundan sonra Parisə dönməyib.
1920-ci ilin aprelində Azərbaycanda yeni hö-
kumət formalaşdırmaq qərara alınır və bu vəzifə 
Məmmədhəsən Hacınskiyə həvalə olunur. Lakin 
o, bu işi ləngidərək bolşeviklərlə əməkdaşlığa 
meyil edir. 
Parisdə apardığı mücadiləyə baxmayaraq, 
sonradan Azərbaycanın müstəqilliyinə, milli 
ideallara xilaf çıxmasını sanki tanrı ona bağış-
lamır: 1930-cu ilin dekabrında Məmmədhəsən 
Hacınski həbs edilir, 1931-ci il fevralın 8-də isə 
həbsxanada döşək üzündən hazırladığı kəndir-
lə özünü asır.


Yüklə 4,29 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə