İPƏk yolu, No. 1, 2018



Yüklə 164,03 Kb.
Pdf görüntüsü
tarix14.04.2018
ölçüsü164,03 Kb.
#38167
növüXülasə


 

 

İPƏK YOLU, No.1, 2018, səh.41-55 



 

 

41 



 

AZƏRBAYCAN XALQININ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİNİN QORUNMASI  

VƏ MÜCADİLƏ TARİXİNİN AKTUAL PROBLEMLƏRİNƏ DAİR  

(XIX əsr və XX əsrin əvvəlləri-Rusiya istilasindan milli istiqlala aparan 

 yola qisa tarixi nəzər) 

 

Salman İbişov 

 

Azərbaycan Universiteti, Bakı, Azərbaycan



 

e-mail: 


salman.ibishov@au.edu.az

  

 



Xülasə.  Təqdim  olunan  məqalədə  Rusiya  istilasının  fəlsəfəsinə  dair  

Cümhuriyyət  qurucularının  M.Ə.  Rəsulzadə,  Ə.  Topçubaşov,  M.B. 

Məmmədzadə    və  s.  müəlliflərin  əsərlərinin  öyrənilməsinə  xüsusi  diqqət 

yetirilir.  Məqalənin  məzmununun  ana  xəttini  -  xalqın  mənəvi  bütövlüyü, 

genefondun  və  dəyərlərin    qorunmasında  ali  zümrə-ruhani  və  ziyalıların 

rolunun araşdırılması tutur. Məqalədə bir əsr ərzində, maarifçilikdən –milli 

istiqlala  qədər  -  tarixşünaslığımızdan  nisbətən  kənarda  qalmış  məsələyə  -

məhkum  xalqın    milli-mənəvi  dəyərlərin  qorunması  uğurunda    mücadiləsi 

elmi ədəbiyyat əsasında  araşdırılır. 

 

Açar  sözlər:  Azərbaycan  Cümhuriyyəti,  Ali  müsəlman  zümrəsi,  kolonial 

siyasətin fəlsəfəsi, tatar, məhkumiyyət acısı,mənəvi bütövlük. 

 

ON A PROTECTION OF MORAL-



NATIONAL VALUES OF AZERBAIJANI 

PEOPLE AND ACTUAL PROBLEMS OF 

THE HISTORY OF NATIONAL-

INDEPENDENCE FIGHT  

 

Salman Ibishov

 

Azerbaijan University, Baku, Azerbaijan 

 

Abstract.  The  article  mainly  deals  with  the 

studying  of  the  works  written  by  the  founders  of 

Azerbaijan  Democratic  Republic  M.A.Rasulzade, 

A.Topchubashov, M.B.Mammadzadt and others on 

the  Tsar  Russian  invasion.  Main  essence  of  the 

article  is  to  find  out  the  role  of  higher  class  – 

clergies and the intelligentsia in moral integrity of 

the  nation  and  protection  of  genofund  and  values. 

The article studies the fight of the nation, that were 

left  beyond  our  thy  history,  from  awareness  to 

national independence  for about a century,  for the 

protection of national and moral values.  



Keywords:  The  Azerbaijan  Democratic  Republic, 

the  highest  Muslim  class,  the  Tatars,  the 

condemned nation, moral integrity. 

О СОХРАНЕНИИ НАЦИОНАЛЬНЫХ И 

НРАВСТВЕННЫХ ЦЕННОСТЕЙ 

АЗЕРБАЙДЖАНСКОГО НАРОДА И 

ПРОБЛЕМЫ ИСТОРИИ НАЦИОНАЛЬНО-

ОСВОБОДИТЕЛЬНОГО ДВИЖЕНИЯ 

 

Салман Ибишов 

Университет Азербайджан, Баку, Азербайджан 

 

Резюме.  В представленной  статье  дана  степень 

освещения  на  основе  произведений  и  мыслей  

основоположников  АДР  М.А.Расулзаде,  А.Топ-

чубашова,  М.Б.  Маммедзаде  и  др.  к  сущности 

колониальной  политики  Российской  империи  в 

Азербайджане.  Исследование  роли  интеллиген-

ции  и  высшего  мусульманского  сословия  на 

защите  духовного  единства  и  генофонда  Азер-

байджанского  народа  является  главной  идеей 

данной  статьи.  В  статье  проведены  на  основе 

научно-исторической литературы, исторические 

процессы  от  завоевания  Российской  империей 

до национальной независимости на протяжение 

столетия,  история  освободительного  движения 

осужденной  нации  направленная  на  защиту 

национальных и духовных ценностей.         



Ключевые  cлова:  Азербайджанская  Демокра-

тическая  Республика,  высшее  мусульманское 

сословие,  татар,  осужденная  нация,  моральная 

целостность. 

 

 



İPƏK YOLU, No.1, 2018

 

Azərbaycan Universiteti 



 

 

42 



Rusiya  işğalı  dövrü  (XIX  əsr  və  XX  əsrin  əvvəlləri)  tariximizin  ən  ağır  və  faciəli 

dönəmlərindən birini təşkil edir. M.Ə.Rəsulzadənin qeyd etdiyi kimi, “siyasi hüququnu itirən 

xalqımız  məhkumiyyətin  acısını  tamamilə  dadmışdı”  [19,  s.16].  Hərbi-siyasi  və  iqtisadi 

istilaya məruz qalan xalqımız ağır müstəmləkə tarixini yaşamağa məcbur edildi, ruslaşdırma 

və xristianlaşdırma isə imperiyanın dövlət siyasətinin əsas məqsədinə çevrildi. “Məhkumiyyət 

acısını”  yaşayan  xalq  nəinki  rus  dilində  danışmalı,  hətta  rus  məmurlarının  fikrincə  həmin 

dildə düşünməli idi. Beləliklə, hərbi-siyasi, iqtisadi işğala məruz qalan Vətənimiz rus kolonial 

siyasətinin obyektinə çevrildi. Hərbi-siyasi ilhaq nəticəsində əvvəlcə Vətənimizi və xalqımızı 

iki  yerə  parçalayan  istilaçılar  xalqın  adını  dəyişib  əvvəlcə  “müsəlman”,  sonra  isə  “tatar” 

qoydular. Daha sonra 1828-1911-ci illərdə Azərbaycanın tarixi ərazilərinə bir milyon erməni 

və 1830-1914-cü illərdə yüz minlərlə rusdilli əhali köçürüldü. Məqsəd İranla Rusiya arasında 

əhalisi bir milyon olan,  rus dilli əhalidən ibarət yeni bir quberniya, eyni zamanda, Osmanlı və 

Rusiya arasında erməni dövləti yaratmaq üçün zəmin hazırlamaq, xalqımızı təcrid etmək idi. 

“Erməni  müəllifi  C.  Kirokosyan  yazırdı:  Zaqafqaziya  və  Azərbaycan  türklərini  Kiçik  Asiya 

türklərindən  ayıran  erməni  xalqı  türk  tayfalarının  bədəninə  çaxılmış  bir  xərcəngdir.  Biz,  bu 

xəncərin  aradan  götürülməsinə  və  onun  yerində  bizə  yağı  kimi  baxan  bütöv  müsəlman 

toplumunun  ortaya  çıxmasına  yol  verə  bilmərik”  [1,  s.210].  X.Xəlilli  yazırdı:  “Azərbaycan 

xalqı Rusiya istilasına qarşı özünəməxsus mənəvi bütövlüklə mücadiləyə başladı, Azərbaycan 

xalqı mənəvi bütövlüyün qorunmasına xüsusi əhəmiyyət verir, onun rus imperiyası tərəfindən 

pozulmasına imkan vermirdi.” [13, s.60]. Rusiyanın işğal prosesində və işğaldan sonrakı 100 

ilə  yaxın  bir  dövrdə  iqtisadi-sümürgəçilik,  maarif,  din,  mənfur  köçürmə,  inzibti  idarəetmə, 

hüquq  və  məhkəmə  siyasəti    “Velikorus”  şovinist  ideologiyasına  uyğun  olaraq  sistemli 

formada  və  dövlət  səviyyəsində  aparılırdı.  Bu  məsələyə  münasibət  bildirən  M.Abdullayev 

yazır  ki,  Azərbaycanda  rus  müstəmləkəçiliyinin  qanunsuzluqları  və  özbaşınalıqları  haqda 

cild-cild kitablar yazmaq olar və bu baxımdan o dövrün, tariximizdə ola bilsin ki, analogiyası 

yoxdur  və  qismən  Monqol  işğalları  dövrü  ilə  müqayisə  edilə  bilər  [1].    1829-30-cu  illərdə 

Cənubi  Qafqazı  təftiş  etmək  üçün  göndərilən  senator  Meçnikov  və  Kutaysov  yoxlamanın 

nəticəsini  raportlarında  belə  bildirirdilər:  “Yüz  minlərlə  xalqın  huququ,  namusu  və  mülkü 

komendantların  kefinə  tabedir.  Xanlar  dövründə  əsasən,  vergi  toplananda  və  ya  başqa 

mükəlləfiyyətlər istəniləndə mahaldakı adət və ənənə, içtimai vəziyyət və mulahizələrə əməl 

olunduğu  halda,  komendantlar  bu  məsələlərdə  kar  və  kordurlar”  [4,  s.27].  Görkəmli 

Azərbaycan  tarixçisi  H.  Baykara  qeyd  edir:  Həmin  senatorlar  Tiflisdən  o  dövrdə  Rusiya 

imperiyasının  ədliyyə  naziri  olmuş    D.B.  Daşkova  göndərdikləri  raportda  yazırdılar  ki,  bu 

vaxta  qədər  topladığımız  məlumatdan  aydın  olur  ki,  bilavasitə  Gürcüstan  ərazisində  hər  cür 

pislik, rəzalət həddini aşaraq son dərəcəyə gəlib çatmışdır. Müsəlman vilayətlərindəki idarəyə 

gəlincə,  burada  idarə  edənlərin  zülmü  ilə  idarə  olunanların  məzlumluğu  təsəvvür  olunmaz 

dərəcədə  faciəli  şəkil  almışdır.  İnsan  ləyaqəti  tapdalanmış,  ədalət  tamamilə  unudulmuş, 

qanunsuzluq,  cinayət,  qarətçilik,  rəislərin  özbaşınalığı  hökm  sürür.  Qeyd  etmək  lazımdır  ki, 




S. İBIŞOV: AZƏRBAYCAN XALQININ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİNİN… 

 

 

 



43 

mənəvi  sahənin  bir  istiqaməti  olan  din  sahəsində  də  qatı  müstəmləkəçilik  siyasəti  həyata 

keçirilirdi. 

“Müsəlman ruhaniliyini  xalqın gözündən salmaqla onarın xalqa təsir imkanlarını heçə 

endirmək, onları “buyruq qulları”na çevirmək siyasəti yeridirdi.” [19, s.42]. 

Azərbaycan  xanlıqlarının  işgalından  başlayaraq,  İmperiyanın  köçürmə,  maarif  və  din 

siyasəti bir məqsədə - xristianlaşdırma və ruslaşdırmağa yönəlmişdi. Bir sıra rus məmurlrı və 

o  cümlədən,  Rozen,  fon  Aşeberq,  Qolovin,  Xanıkov,  Meçnikov,  Kutaysov  və  bir  çox 

başqalarının  adını  çəkmək  olar  ki,  müsəlman  ruhaniliyinə  qarşı  hərbi  zorakı  metodlardan 

istifadə  etməyi  vacib  bilirdilər.  Bütün  bunlar  həyata  keçirilərkən  “ali  və  xeyirxah  məqsəd” 

nəzərdən  qaçırıılmamalı,  əhali  xristian  pravoslav  dininin    şöləsi  ilə  nurlandırılmalı  idi”. 

Kutaysov  və  Meçnikov  Azərbaycan  müsəlmanlarının  bir  o  qədər    də  fanatik  olmadıqlarını, 

eləcə də Axalsıx paşalığında 800 türkün dönüb xristian olduğunu  əsas  gətirərək bu məqsədə 

qısa müddətdə və asanlıqla nail olmağı mümkün sayırdılar. Onlardan biri hətta yazırdı; “mən 

əminəm  ki,  islamın  xarabalıqları  üzərində  həyatverici  xaç  hamının  gözlədiyindən  əvvəl 

parlamağa  başlayacaqdır.”  [10,  s.58].  Senatorlara  görə,  xristianlaşdırma  siyasəti  ilə  paralel 

olaraq  ruslaşdırma siyasəti də aparılmalı idi.  İstər 19-cu  əsrin  əvvəllərində, istərsə də  19-cu 

əsrin 30-40-cı illərində mübarizə dövrü olsun həmin tarixlərə nəzər salsaq, onda xanzadələr, 

bəyzadələr,  ağalar  və  ruhanilərin  xalqla  bir  yerdə  işğalçılara  qarşı  mücadilə  etdiyinin  şahidi 

olarıq.  Mənbələr  və  çoxsaylı  elmi-tarixi  ədəbiyyat  bunu  təsdiq  edir.  Xalqın  inandıqları 

(müsəlman  aristokratiyasını)  ali  zümrənin  nümayəndələrini  və  ruhaniləri,  daxildən 

parçalamaq məqsədilə 40-cı illərin “islahatları” həyata keçirildi. Qeyd etmək istərdik ki, milli 

satqınları  xalq  qəbul  etmirdi.  “Azərbaycan  xalqı  mənəvi  bütövlüyünün  qorunmasına  xüsusi 

əhəmiyyət  verir,  onun  rus  imperiyası  tərəfindən  pozulmasına  imkan  vermirdi.  Xalq  rus  dini 

məktəblərində təhsil almaqla yaradılan “mollaları” “dəfdər mollası”, qeyri-zadəgan silkindən 

olan  “bəyzadələri”    “rus  balası”,  rus  idarələrinin  arayışı  ilə  titul  alan  “bəyləri”  “quru  bəy” 

adlandırır, milli-mənəvi  dəyərləri itirmiş bu adamlara inanmırdı.”  [13, s.60]. Məlum olduğu 

kimi, min illər boyu Azərbaycanda xalqın yuxarı təbəqəsinin əhəmiyyət vermədiyi bir məsələ 

(elm  və  təhsilin  ərəb  və  fars  dilində  öyrədilməsi)  ənənəyə  çevrilmişdi.  Belə  ki,  məktəb  və 

mədrəsələrdə fars dili öyrədilir və tədris əsasən bu dildə aparılırdı. Milli mənlik şüuru olduqca 

zəif olan siyasi elita XVIII əsr də daxil olmaqla fars dilini dövlət dili səviyyəsinə qaldırmışlar. 

Rusiya  işğalına  qədər  Şərqdə  islami  dəyərləri  ortaq  bölüşən  xalqlar  buna  o  qədər  də  diqqət 

etmirdi, adət-ənənə və şəriət baxımından düzgün hesab edirdi. 

İ.Ziyadxanlı  Rusiya  Dövlət  Dumasında  olduqca  cəsarətli  tarixi  çıxışında  işğalçı  

dövlətin  bu  siyasətini  tənqid  edərək  deyirdi:  Ölkəmiz  istila  edilən  kimi  dərhal  milli 

varlığımıza  təcavüz  edildi.  Dinimizə  və  müqəddəs  yerlərimizə  müdaxilə  edildi,  şəriət 

müəllimlərimizin  seçilməsinə  mane  olundu,  bizə  hökumət  tərəfindən  20  manat  maaş  alan 

müsəlman məmurlar göndərildi. Hörmətli millət vəkilləri, bu maaşlı din məmurlarının millət 

və xalqın nəzərində heç  bir qədir-qiyməti  yoxdur, buna baxmayaraq ki,  onlar bir  əsrdir bizə 

din rəhbərliyi etmişlər. [4, s.126-127]. 




İPƏK YOLU, No.1, 2018

 

Azərbaycan Universiteti 



 

 

44 



M.Ə.  Rəsulzadə  “Azərbaycan  Cumhuriyyəti”  əsərində  Rusiyanın  müstəmləkə 

siyasətinin mahiyyətini və bu siyasətə qarşı xalqın öz dəyərlərini qoruma üsullarını ciddi təhlil 

edərək yazır: “Xəvass (yuxarı təbəqqə) düşdüyü bu yalnış girəvənin çıxılmaz bir yol olduğunu 

sezmədiyi  halda, avam  və  pak xalq laqeyd deyildir. Xalq  qeyri-təbii olan bu halə  ünsürü bir 

müqabilə  yapıyordu.  Türk  xalqı  xəvvasdan  (yuxarı  zümrədən)  heç  bir  kimsənin  əhəmiyyət 

vermədiyi bu hala kəndi milliyyətindən isqat edilməsinə qarşı qiyam etmişdir” [19, s.14].  

 “Koroğlu”, “Aşıq Qərib”, “Əsli və Kərəm” kimi dastanların ürək yaxan aşıq sazlarının 

ruhnəvaz  ahəngləri  vasitəsilə  Sədini,  Tolstoyu  və  s.  dünya  məşahiri  ədibini  anlamaq  üçün 

Füzulilərini,  Nəbatilərini  nə  qədər  kiçik  də  görünsələr  Seyidlərini,  Sabirlərini,  Cavidlərini, 

Cavadlarını  öyrənməlidirlər  [19,  s.17].  Xüsusilə  vurğulamaq  istəyirəm  ki,  tarixi  prosesdə  

xalqın etno-mənəvi dəyərlərinə sahib çıxmaq zərurətinin mahiyyətini  M.Ə. Rəsulzadə tarixi 

faktlarla  təqdim  edir.  Vətən  tarixinin  obyektiv  öyrənilməsi  baxımından  elmi  əhəmiyyətini 

nəzərə alıb onun fikirlərini işdə geniş formada təqdim etməyə cəhd göstərmişəm. 

  Hələ  Rusiya-Osmanlı  və  Rusiya-İran  müharibələri  gedişində  “xristian  Rusiyasının 

müsəlman  dövlətləri  üzərindəki  hər  bir  kiçik  qələbəsi  şərəfinə  müsəlman  məscidlərində 

moizələr oxunmasını, rühanilərin rus əsgərləri və impertoruna dualar etməsini tələb edirdilər”. 

[10,s.43]. 

Qeyd  etmək  lazımdır  ki,  bu  dövrdə  xalqın  mənəvi  bütövlüyünün  qorunmasında  axund 

və mollaların rolu az olmamışdı. Baxmayaraq ki, Rusiya onları daxildən parçalamaq siyasəti 

yürüdürdü. Sözügedən mövzu ayrıca tədqiqat mövzusu olsa da, öyrənilən problemlə əlaqədar 

olduğunu  nəzərə  alıb  xalq  arasında  ciddi  nüfuz  sahibi  olan  və  dəyərlərimizin  qorunmasında 

müstəsna  xidmətləri  olmuş  belə  şəxsiyyətlər  haqqında  bəzi  qeydlər  etməyi  lazım  bilirəm. 

Onlardan  39  il  Qafqaz  şeyxülislamı  olmuş  Məhəmmədəli  Səlyani  (1791-1852)  və  onun 

qardaşı oğlu Axund Əhməd Səlyaninin (1812-1884) Azərbaycan tarixində xüsusi yeri var. Əli 

bəy  Hüseynzadənin  babası  olan  Axund  Əhməd  Səlyani  Qafqaz  şeyxülislamı  olduğu  32  il 

müddətində  sözün  geniş  mənasında  Azərbaycanın  ruhani  həyatını  maarifçilik  düşüncəsinə 

yönəldə  bilmişdi  [22,  s.11].  “Axund  Əhməd  Səlyani  nəinki  ruhanilər,  eləcə  də  demokratik 

fikirli ziyalılar arasında böyük nüfuza malik idi.” [22, s.15]. O, maarifçilik hərəkatında aparıcı 

simalardan biri olsa da, nədənsə o dövrə dair araşdırmalarda adı az çəkilir. Rus ədəbiyyatının 

dahisi  M.Lermontovun  Rayeviskiyə  yazdiği  məktubda  adı  keçən  türk  alimi  Əhməd  odur, 

M.F.Axundova  görə  “müxdəlif  elmlər  və  fənlər  sahəsində  astranomiya,  coğrafiya,  hesab 

riyaziyyat,  tarix,  hikmət  və  xüsusi  ilə  fiqh  elmi  sahəsində  bütün  Qafqaz  ölkəsində 

şeyxülislamın tayı bərabəri yox idi. O, filiosof  təbiətli, liberal məsləkli, təriqət sevən, fitrən 

fəsahətli bir adam idi.” [22, s.12]. 

XIX-XX  əsrlərdə  xalq  arasında  böyük  nüfuz  sahibi  olan,  istiqlal  məfkurəsinin 

formalaşmasinda tarixi xidməti olan məşhur Şeyxzamanlı, Pişnamazzadə və Şeyxülislamovlar 

kimi  ruhanilər  soyadını  da  qeyd  etmək  lazımdır.  Bir  məsələni  xüsusilə  vurğulamaq  lazımdır 

ki,  Rusya  imperyası  siyasiləri  Azərbaycanda  ali  zümrə  nümayəndələrini  və  o  cümlədən, 




S. İBIŞOV: AZƏRBAYCAN XALQININ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİNİN… 

 

 

 



45 

ruhaniləri özününküləşdirmək üçün məkrli siyasət yürüdürdü və sovet işğalından sonra dövlət 

səviyyəsində  aparılmış  siyasi  repressiyalar  -  qırmızı  teror  bunun  davamı  idi.  Belə  ki, 

bolşeviklər  din  xadimlərinə  daxildən  zərbə  vurmaq  niyyətində  idilər.  Məhz  məqsədlərini 

həyata  keçirmək  üçün  yeni  hökuməti  müdafiə  edən  din  xadimlərindən  “qırmızı  mollalar 

ordusu” yaradılmışdı [10, s.129]. 

Rusiya müstəmləkə  siyasətinin aparıcı quvvələrindən sayılan Baron Rozen, Kutaysov, 

Meçnikov,  Xanikov  kimi  məmurlar  islam  dininə  və  müsəlman  rühaniliyinə  qarşı  kəskin 

mövqeyi  ilə  seçilir  və  savadlı,  elmli  mollaların,  axundların  cəmiyyətdən  və  maarifdən 

uzaqlaşdırılması  üçün  əllərindən  gələni  edirdilər.  Rusiya  məmurları  “çar  hökümətinə  qarşı 

bütün  üsyanların  onların  iştirakı  ilə  baş  verdiyini  xüsusi  vurğulayırdılar”  [10,  s.57]. 

Rühanilərə  münasibətdə  əsas  kriteriya  “onların  hökümətə  sədaqətli  olmaları  idi”.  Beləliklə, 

istilaçılar bilərəkdən xalqı nadan, cahil etmək üçün kölə və kütlə psixologiyası aşılayırdılar. 

Bunun üçün ilk növbədə xalqın inandıqlarını-bəyzadələri, xanzadələri və rühaniləri sındırmaq 

siyasəti  yeridirdilər.  Xalqımızın  min  illər  boyu  formalaşdırdığı  etno-mənəvi  dəyərlər  məhv 

edilir vəxalqımız ciddi deqredasiyaya məruz qalırdı. “İsmayıl bəy Qaspıralı hələ 1887-ci ildə 

rusca  nəşr  etdirdiyi  “Rusiya  müsəlmanları”  adlı  əsərində  göstərirdi  ki,  “Asiya  və  Avropanın 

bir qismində sakin böyük bir millət-türk-tatar milləti var. Bu millət dağınıq, parça-parça, zəif, 

digər millətlərə nisbətən elm və mərifətcə, sərvət və mədəniyyətcə çox geridə qalmışdır. Belə 

davam edərsə, əbədi mübarizə qanununa uyğun olaraq məhv olacaq, başqa millətlər tərəfindən 

udulacaqdır” [3, s.150]. 

Azərbaycanın  görkəmli  ziyalısı  və  dövlət  xadimi  Ə.  Topçubaşov  Rusiyanın 

Azərbaycanla  bağlı  müstəmləkə  siyasətinə  belə  münasibət  bildiriridi:  “Qafqaz  əhalisinin 

sayca daha çox olan və özlərini ümumi şəkildə “Qafqaz müsəlmanları” adlandıran hissəsi ilk 

baxışdan  sanki  yeni,  Avropa  tipli  “cinayətkarlar”  sırasına  daxil  deyildi.  Lakin  onlar 

imperiyanın tərkibindəki bütün digər xalqlarla müqayisədə daha əvvəl, həm də xüsusi özləri 

üçün  düşünülmüş  “cinayətdə”  suçlu  bilinərək  artıq  çoxdan  nəzarət  altına  almışdılar.  Bu 

“cinayətin” adı  “panislamizm” və “pantürkizm” idi.” [25]. Həm də birincilərin,  yəni  erməni 

və  gürcülərin  günahları  boyunlarına  qoymaq,  onları  “cinayət”  başında  yaxalamaq,  faktları 

aşkara  çıxarmaq  və  məhkəmə  qurmaq  tələb  olunurdusa,  hakim  dairələrin  nəzərində 

müsəlmanların günahları üstlərində idi. Onlar movcudluqlarına zorla dözülən yad ünsür kimi 

hər  vasitə  ilə  sıxışdırılırdı.  Müsəlmanların  başqa  xalqlardan  təcrid  vəziyyətdə  saxlanmaları 

dövlətin  maraq  və  mənafelərinə  cavab  verən  məqbul  addım  sayılırdı.  Həqiqətən  də  polis 

qamçısından,  soyuq  zindanlardan,  dilini  anlamadıqları  ruh  və  mahiyyət  etibarı  ilə  yad 

məhkəmələrin  hökmü  ilə  göndərildikləri  Sibirin  uczus-bucaqsız  çöllərindən  başqa  onlara 

göstərilən hər hansı qayğıdan danışmaq mümkün deyildi” [25].  

Çar  Rusiyasının  mənfur  kolonial  siyasətinin  nəticəsində  cəhalətin,  nadanlığın  hökm 

sürdüyü Azərbaycan cəmiyyətinin vəziyyətini Ə. Hüseyinzadənin dillər əzbəri olan şeiri çox 

düzgün  əks  etdirir.  XX  əsrin  əvvələrində  “Səadət”  məktəbində  nəğmə  dərsi  deyən  Üzeyir 

Hacıbəyov  bu  şeirə  nəğmə  qoşmuşdu.  ”Səadət”  məktəbində  cəhalət  nəticəsində  xalqın 




İPƏK YOLU, No.1, 2018

 

Azərbaycan Universiteti 



 

 

46 



əsrlərdən bəri  geridə qaldığını ifadə  edən şərqilər, qəmgin  musiqi  təranələri ətrafa  yayılırdı. 

[21, s.166-167] 

Millətin halı  nə yaman olmuş

Hamının qəlbi qəm ilə dolmuş, 

Bir belə cəhalət olmaz, olmaz, olmaz... 

Bir belə səfalət olmaz, olmaz, olmaz... 

Xalqın  milli  kimliyini  məhv  etməyə  yönələn  Rusiya  imperiyasının  siyasətinin  əsas 

istiqamətlərinin  fəlsəfəsini  dəqiq  bilən  M.Ə.  Rəsulzadə  bu  məsələni  belə  səciyyələdirir: 

“Çarizm  Azərbaycanı  ruslaşdırmaq  üçün  iki  cəbhədən  gəliyordu.  Bir  tərəfdən  xəlqin 

hissiyyəti-diniyyəsini  idarə  edən  üləma  və  mollaları  kəndi  kontroluna  tabe  tutur,  digər 

tərəfdən  də  milli  tərbiyəyə    meydan  verməyərək  xəlqi  rus  (uşkol)  məktəblərində  oxumağa 

icbar  ediyordu"  [19,  s.16].  Elmi  əhəmiyyətini  nəzərə  alıb  onun  mülahizələrini  mübaliğəsiz 

təqdim  edirəm.  “XIX  əsrin  əvvəllərində  xalq  siyasi  cəhətdən  məğlub  olmuşsa  da,  mənən 

bərbad olmaq istəmirdi” [19, s. 17]. Əsrlərlə məktəb və  mədrəsələrdə, mollaxanalarda tədris 

zamanı fars və ərəb dilindən istifadə olunurdu. "Mirzəyə" işğal nəticəsində "uçitel" də əlavə 

edildi.  XIX  əsrdə  dilimizi,  mənəvi  dəyərlərimizi  qorumaq  xeyli  çətinləşdi.  Əvvəllər  -  XIX 

əsrin  əvvəllərinə  qədər  İran  nüfuzunun  mənəvi  assimliyasiyası  hiss  olunmurdusa,  indi 

vəziyyət dəyişdi. Xristian və ruslaşdırma faktoru da əlavə edildi. M.Ə.Rəsulzadə “Azərbaycan 

Cümhuriyyəti”  əsərində  yazırdı  ki,  “Fəqət  xəvass  (aristokratiya)    yenə  yanılmışdı.  Vaxtilə 

Firdovsinin  romantizmi,  Sədinin  dərin  hikməti,  Hafizin  dadlı  qəzəlləri  qarşısında    bayılan 

“Mirzə”  bu  dəfə  Lermontovun  dağlarda  uçan  ruhu,  Puşkinin  su  kimi  axan  nitqi,  Tolstoyun 

məsihanə  fəlsəfəsinə  vurulmuş  bir  “uçitel”  idi”  [19,  s.17].  Yenə  də    M.Ə.  Rəsulzadə  davam 

edərək vurğulayırdı: “Sənələr keçdi, bir tərəfdə “mirzə”, digər tərəfdə “uçitel” olurdu. Bunlar 

bir  çox  zaman  anlaşmadılar.  Farslaşmış  mirzə  kimi  ruslaşmış  uçitel  dəxi  xəlqin  hədsən 

duyduğu  mətləbi  bir  çox  zaman  dərk  edə  bilmədi.  Nəhayət,  bir  çox  kəcvaclardan  keçildi. 

Məktəb və mədrəsələrə  qarşı üsulsuz mübarizələrdən sonra “uçitel” məqsədi anladı, bildi ki, 

Sədini  də,  Tolstoyu  da  türk  xalqına  öyrətmək,  türkü  onlarla  aşina  etmək  həm  vacib  (lazım), 

həm  faydalıdır”  [19,  s.17].  Fəqət,  bununla  bərabər  türkü  öz  Sədisindən, öz  Tolstoyundan  da 

məhrum etmək  olmaz. 

M.Ə.  Rəsulzadə  “Azərbaycan  Cumhuriyyəti”  əsərində  Rusiya  işğalının  mahiyyətinə 

münasibət  bildirərək  qeyd  edir  ki,  "Azərbaycan  xanlıqları    kəndi  mənliklərini  həqqilə  dərk 

etmədən,  kəndisini  idrak  etmiş  milli  bir  sima  göstərmədən  tamamilə  İran  hərs  və  nüfuzi-

mənəvisi  altında  ikən  mövqelərini  müasir  bir  ordu  ilə  gələn  rusun  qüvvət  bazusuna  tərk  və 

qəzayə  təslim  oluyorlarsa  da  xəlq  kəndinə  məxsus  ədəbiyyatı,  şairləri,  aşıq  və  dərvişləri  ilə 

hüzn və məsərrətini,  kəndi  lisanı  ilə, idrakı  ilə bir vücud olduğunu sezdiriyordu" [19,  s.13]. 

Bəli!  Pəhləsi  (Fars  düşüncəsi)  üstündən  enməyən  Füzulisi,  Koroğlu  ilə  bağrı  yanıq  Kərəmə 

ağlayan  aşiqləri,  bu  aşiqlərin  ürək  dağlayan  sazları  ilə  çobanların  ruhə  sinən  türküləri, 

cocuqların  sevə-sevə  oxuduqları  mahnıları,  anaların  yavrularını  uyudurkən  (yatızdırdıqları 




S. İBIŞOV: AZƏRBAYCAN XALQININ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİNİN… 

 

 

 



47 

zamanı) çağırdıqları ninniləri (laylaları), xəvassının (yuxarı ali - zümrənin, təbəqənin, xalqın 

aristokratiyasının ) düşüncəsinə kəndisini İranlı bilən bu xalqın müdhiş bir zəlalətdə olduğunu 

göstəriyor: “Xayır, degil, sən türksən! Diyordu.” [19, s.13]. 

Əsrlərlə  öz  dilinə  xor  baxmış  siyasi  elita  tarixi  səhv  etmişdi.  Türkcə  əvam  və  köylü 

lisanı  ədd  olunmuş,  lisani-rəsmi  və  ədəbi  olmaq  üzrə  farsi  üstünlük  təşkil  etmiş,  nəticədə 

tühaf  (qəribə)  bir  millət  vücuda  gəlmişdi:  dili  başqa,  yazısı  başqa  bir  millət!  Araz  çayının 

cənubundakı Azərbaycanın halı bu haldır.” [19]. Orada hər kəs türkcə söylər, fəqət iş yazıya 

gəlincə  fars  dili  istifadə  olunur.  Xalqın  yuxarı  zümrəsinin  -elitanın  tarixi  prosesdə  hiss 

etmədiyi,  diqqət  yetirmədiyi  yanlış  yanaşmaya  xalq  kütlələri  heç  vaxt  laqeyd  qalmamışdır. 

“Xəlq  qeyri-təbii olan bu halə ünsüri bir müqabilə  yapıyordu. Türk xəlqi xəvassdan heç bir 

kimsənin  əhəmiyyət  vermədiyi  bu  halə  kəndi  milliyətindən  isqat  edilməsinə  qarşı  qiyam 

etmişdir”  [19,  s.14].  Rusiya  işğal  rejiminə  gəldikdə  isə  -    “Xəlqdə  nə  bu  məmurluğu  qəbul 

edən  mollalara  etimad,  nə  də  məzkur  uşkollardan  çıxan  bəyzadələrə  etibar  vardı.  Hökumət 

tərəfindən  təyin  olunan  mollalara  “dəftər  mollası”,  rus  uşkolunda  oxuyan  gənclərə  də  “rus 

balası”  deyən  xalq  kəndi  hissi-fitrətilə  sezdiyi  ruslaşdırma  siyasətinə  bildiyi  kibi  müqabilə 

etmişdir. O, dəftər mollasına öz “axund”unu, hökumət  uşkoluna da kəndi  “məktəbxanə”sini 

qarşı  qoymuşdu.  [19,  s.17]  Çox  təssüflə  qeyd  edirəm  ki,  Azərbaycan  tarixinə  dair  nə 

ümumiləşdirilmiş əsərlərdə, eləcə də Rusiya işğalının tarixşünaslığı ilə bağlı tədqiqat işlərində 

məqalədə  təqdim  olunan  problemlərə  az  toxunulmuşdur.  Öyrənilən  problemə  dair  E.B. 

Muradəliyevanın    ”Azərbaycan  milli  şürunun  qatlarında  Rusiya  işğalı“  (Məhəmməd  Əmin 

Rəsulzadə və ictimai-siyasi ideallar)  adlı məqaləsində M.Ə. Rəsulzadənin əsərləri geniş təhlil 

olunur. Sözügedən əsərdən oxuyuruq:  “M.Ə.Rəsulzadə Rusiya işğalına münasibət bildirərək  

yazırdı:    Rus  iarəsi  yeni  istila  etdiyi  bu  məmləkətlərə  yüksək  bir  iqtisad  və  siyasət  kültürü 

gətirməmişdi.  Müstəqil  və  yarımmüstəqil  xanlıqları  məhv  edərək,  çar  hökuməti  keçmişə  aid 

hər  bir  istiqlal  xatirəsini  silib  atırdı.”  [17.  s.229].  Qeyd  etmək  lazımdır  ki,  “rus  işğalı 

nəticəsində  nəinki  xalqın  soyadı  inkar  edildi,  həmçinin  ölkənin  adının  –  “Azərbaycan” 

məfhumunun rəsmi dövlət sənədlərində işlənməsi ləğv olundu və sonralar isə xəritələrdən də 

silindi.  Yalnız  28  may  1918-ci  il  Azərbaycan  adı  dövlət  anlayışı  kimi  Xalq  Cümhuriyyəti 

tərəfindən  təsdiq  olundu.  M.Ə.  Rəsulzadə  1925-ci  ildə  İstanbulda  oxuduğu  mühazirələr 

zamanı  qeyd  etmişdi:  ”Rusiya  idarəsindəki  müsəlmanlara  “türk”dedirtmək  indi  artıq 

qazanılmış bir davadır. Yalnız “türk” kəlməsi  deyil, Azərbaycan adı  da qazanılmışdır.”  [17, 

s.226]. Beləliklə, Vətəni param-parça olan xalqın adına da təcavüz edilir və tatar adlandırılır. 

İstilaçılar  xalqın elitasının  sosial-zümrə strukturunu dağıtmaq üçün “parçala və hökmranlıq 

et” siyasətindən xanlıqların  işğalında məharətlə   istifadə edirdilər. Əhalinin  sosial  simasının 

dəyişməsini arxiv sənədləri də sübut edir. Çar Rusiyası hərbi-siyasi işğalın gedişində, qismən 

işğaldan  sonra  isə  sistemli  formada  “xalqın  sosial  strukturunu,  adət-ənənəsini,  əxlaqını, 

pozmaq  siyasəti  həyata  keçirməyə  başladı.  Bu  məqsədlə  xan,  bəy,  və  ümumilikdə,  zadəgan 

silkini etno-sosial strukturdan yox etmək üçün onların hüquq və vəzifələrini əlindən alıb, bir 

təbəqə  kimi  məhv  etmək  istiqamətində  tədbirlər  həyata  keçirməyə  başladılar.”  [13,  s.50]. 




İPƏK YOLU, No.1, 2018

 

Azərbaycan Universiteti 



 

 

48 



Rusiya boyunduruğunu qəbul etməyən, azadlıq mücadiləsinə qalxmış Cavad xan, Şeyxəli xan 

kimi azadlıq mücahidləri, istilaçılara qarşı çıxan bəyzadələr, ruhanilər, ağalar, maaflar və sair 

təbəqənin nümayəndələri  ya öldürülür, ya da sürgünə göndərilirdi. Bu tarixi fakt işğal edilmiş 

Azərbaycanın  bütün  Şimal  xanlıqlarına  aid  idi.  Azərbaycan  xanlıqlıqlarının  rus  çarizmi 

tərəfindən  hərbi-siyasi  işğalının  ilkin  dövrlərində  Rusiya  dövlətinin  burada  yeritdiyi  iqtisadi 

siyasətin əsas məqsədlərindən biri də yerli feodalların – bəy və ağaların – özünün sosial-siyasi 

dayağına  çevirmək  idi.  Azərbaycanda  istilaçıların  inamını  qazanmayan,  çarizmə  xidmət 

göstərməyən  yerli  feodallar  kəndliləri  idarə  etmək  hüququndan  məhrum  edilir  və  siyasi 

repressiyaya  məruz  qalırdı.  Məsələn,  xidmət,  qulluq  göstərmədiklərinə  görə  Quba  bəylərinə 

məxsus  kəndlərin  dövlət  xeyrinə  geri  alınmasına  dair  çoxsaylı  tarixi  faktlar  var.  [14,  s.166, 

167,  168].  Beləliklə,  bəylərin,  ağaların  sosial  siması  dəyişirdi.  Onların  bir  qismindən  alınan 

kəndlər  çar  idarə  orqanlarının  inamını  qazanmış  digərlərinə  qaytrılırdı.  Həmin  faciəli 

dövrlərdə  müflisləşmiş,  qüruru  və  hüququ  tapdalanmış  bəylər,  ağalar  çar  idarələrində  mirzə 

kimi,  tərcüməçi  kimi  xidmətə  keçirdilər.  Rusiyaya  qarşı  döyüşən  xanların  əksər  tərəfdarları 

mühacirət etmişdilər.” [14, s.167]. Digər bir tərəfdən ruslara sədaqətlə xidmət edən bəylər də 

az  deyildi  və  onların  bir  neçəsinin  adını  çəkmək  isdərdim.  Bakılı  II  Mirzə  Məhəmməd  xan, 

Qubalı  Ağabəy  Sadıqov,  Şamaxı  xanının  qardaşı  Qasım  xan,  Buduqlu  Məmməd  bəy  və 

digərləri  işğalçılara  dəstək  və  sədaqət  göstərənlərdən  idilər.  “Qubalı  Şeyxəli  xan  Rusiya  ilə 

döyüşürdüsə də, onun başqa bir həmyerlisi  –mülkədar Ağabəy Sadıqov  (1769-1840) ruslara 

sədaqətlə  xidmət  edirdi.  [9,  s.150-151],  1835-ci  ildə  baron  Rozen  tərəfindən  müsəlman 

əyalətlərində bəylər və ağaların hüquq və imtiyazlarını təyin edən komitəyə üzv təyin edilən 

A.Sadıqov  az  bir  vaxt  içərisində  Quba    əyalətinin  ən  iri  mülkədarı  olur.  XIX  əsrin  30-cu 

illərində Buduq mahalının naibi işləmiş Məmmədxan bəy onun oğlu olmuşdur. (Ş. F. s-152). 

Rusiya işğalları dövründə keçmiş Şamaxı xanının qardaşı Qasım xan Quba əyalətində ən iri 

torpaq  sahibkarına  çevrilmişdi  [14,  s.167-168].  Göründüyü  kimi,  müstəmləkəçilərə  loyal 

münasibəti  ilə  fərqələnən  “aristokratiya”  nümayəndələri  “xüsusi  hörmətə”  malik  idilər. 

Rusiya  özünə  siyasi  dayaq  olacaq  ictimai  zümrə  hazırlayırdı  (sapı  özmüzdən  olan 

baltalardan).  M.Ə.  Rəsulzadənin  bu  məsələyə    münasibəti  onu  görkəmli  tarixçi-alim  kimi 

təqdim  etməyə  imkan  verir.  Dahi  şəxsiyyət  yazır:  Çarlıq  yeni  yerləşdiyi  məmləkətdə  istinad 

edə biləcəyi ictimayi bir zümrə hazırlayırdı. Kimlərdən təşkil olunmalı idi bu zümrə? Bu suala 

M.Ə. Rəsulzadə belə cavab verir:  “Xanlıq dövründə qapıqulluğunda bulunub bəy adını alan 

zatlar rus ordusunun istədiyi bu zümrəni təşkil edəcəkdi... Çarizm xanların əlindən qəsb etdiyi 

hakimiyyəti  özünə  minnətdar  etdiyi  bəylərlə,  bir  az  olsun,  bölüşürdü.”  [17,  s.229].  M.Ə. 

Rəsulzadə  yeni  ali  zümrənin  yaranış  mexanizmini  açıqlayır  –  “sırf  rus  intriqası  ilə  həyata 

gəlmiş  və  məhz  buna  görə  də  xalq  içərisində,  Cənubi  Qafqazın  başqa  xalqlarından  fərqli 

olaraq, onun nüfuzu yox dərəcəsində idi. Çarizmin yeritdiyi belə siyasət Azərbaycanda milli 

şüurun  oyanış  dövrünü  xeyli  uzatdı.”  [17,  s.230].  Tarixi  reallıq  bundan  ibarətdir  ki,  Rusiya 

hakim  dairələrinin  uzunmüddətli  müzakirələrindən  sonra  1846-cı  ilin  dekabrında  “ali 




S. İBIŞOV: AZƏRBAYCAN XALQININ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİNİN… 

 

 

 



49 

müsəlman silki” statusu verdiyi bəy və ağaların Rusiya dövləti qarşısında  bir sıra öhdəlikləri 

var idi ki, bunlardan da birincisi orduya  çağırışa hazırlıqlı olmaları idi. Onlar buna  məcbur  

edilmişdilər, çünki tarixdən bəllidir ki,  XIX əsrin 40-cı illərinə qədər çarizmin ali zümrəyə 

münasibəti qeyri müəyyən olmuş, onların hüquq və imtiyazlarının ləğv edilməsi, torpaqlarının 

müsadirəsinə dair əsasnamələr də verilmişdi. Hətta, onlara birdəfəlik ödənc verilməsi şərtilə, 

Rusiyadan  gətirilmə  zadəganlarla  əvəz    edilməsinə  dair  dair  fikirlər    də    səslənirdi.  Belə  bir 

vaxtda  -  “Rus  imperiyasının  Azərbaycanda  xan,  bəy,  ağa  və  bütövlükdə,  zadəgan  silkini 

aradan  qaldırmaq  istiqamətində  həyata  keçirmək  istədiyi  tədbirlər”  hər  yerdə  əhalinin  ciddi 

müqaviməti  ilə  qarşılandı”  onların  müdafiəsi  üçün  yerlərdə  könüllü  silahlı  dəstələr  yarandı. 

Zadəganların öz din qardaşları içərisində tarixən yaranmış nüfuz və təsiri onların müdafiəsini 

ümumxalq  mübarizəsi  səviyyəsndə  təmin  etdi.”  [13,  s.50].  Tarixin  ziq-zaqları  çoxdur.  Bu 

baxımdan,  Azərbaycan  tarixinin  öyrənilən  dövrünün  yeni  kontekstdə  ciddi  araşdırmaya 

ehtiyacı  vardır.  Qeyd  etmək  lazımdır  ki,  işğal  faktorunu  qəbul  edən,  Rus  ordusunda  xidmət 

edən  və  digər  vəzifələrdə  çalışan  şəxslər  arasında  şüuraltı  qatlarda  xalqın  mənəvi  bütövlüyü 

uğurunda  mübarizə  aparanlar  da  az  deyildi.  Tarixi  faktaloji  materiallar  bunu  sübut  edir. 

Genefondun  və  milli  əxlaqın  qorunmasında,  bütövlükdə    dəyərlərimizin  Rus  kolonial 

mühitində yaşamasında bir sıra bəyzadələrin, ruhanilərin tarixdə rolu təkzibedilməzdir. Onlar 

xalqın  zəkası  rolunu  oynayır  və  bunu  çətin  bir  şəraitdə  müxtəlif  üsullarla  edirdilər.  Biz 

yuxarıda rus müstəmləkəçilərini  alqışlayanlar arasında  II  Mirzə Məhəmməd xanın  da adını 

çəkdik. O, A. Bakıxanovun atasıdır və Bakıxanovlar nəslindən 17 nəfər yüksək rütbəli hərbçi 

olub. Onlardan “Cəfərqulu ağa Bakıxanov, Həsən ağa Bakıxanov, Abdulla ağa Bakıxanov isə 

general  kimi  yüksək  rütbəyə  layiq  görülüblər.  Hətta,  Cəfərqulu  ağa  general–leytinant 

rütbəsinə  qədər  yükslib.”  [18,  s.29].  Lakin,  biz  Bakıxanov  dedikdə  ilk  növbədə  diqqət 

mərkəzinə Abbasqulu ağa Bakıxanov gəlir. Məlumdur ki, o da rus ordusunda xidmət edib və 

hətta  hərb  tarixçisi  Şəmistan  Nəzirlinin  son  tədqiqatlarına  görə  general  rütbəsinə  qədər 

yüksəlmişdir.  [18].  A.Bakıxanov  rusların  xidmətində  ola-ola  Rusiyaya  qarşı  azadlıq 

mücadiləsinə qalxmış və ömrünün axırına qədər döyüşmüş Quba xanı Şeyxəli xana  yüksək 

qiymət  vermişdir.  O  yazır:  Şeyxəli  xan  özünün  laqeyidliyinə  və  başqa  zəif  cəhətlərinə 

baxmayaraq, parlaq keyfiyyətlərə malik idi: onun cəsurluğu, əliaçıqlığı və qəlbinin böyüklüyü 

hal  hazırda  da  xalq  arasında  dillər  əzbəridir.”  [9,  s.153].  Maarifçi  kimi  A.Bakıxanov  hesab 

edirdi  ki,  əgər”  siyasi  sabitlik  və  lazımi  tərbiyə  “Qafqaz  sakinlərinin  fitri  qabiliyyətlərini 

inkişaf etdirməyə imkan versəydi, onlar maarifin ən yüksək dərəcəsinə çatardılar [11, s.101]. 

Onun  elmi-fəlsəfi  fəaliyyəti  xalqın  inkişaf  səviyyəsini  ən  azı  100  il  qabaqlayırdı. 

A.Bakıxanov “Gülüstani-İrəm” adlı fundamental əsərində xalqının tarixini böyük məhəbbətlə 

şərh  etmişdir.  “Gülüstani-İrəm”  vətənpərvər  hisslərlə  doludur.  A.  Bakıxanov  öz  vətənini, 

xalqını sevir  və onunla fəxr edirdi. O, təsadüfan demirdi: “Əslən bu ölkədən olduğum üçün 

fəxr  edirəm”  [11,  s.102].  Rusiynın  milli  müstəmləkə  siysətinə  baxmayaraq  belə  şəxsiyyətlər  

var idi və onlar milli  istiqlal məfkurəsinin bünövrəsini qoyurdular. Onlar  19-cu  əsrdə xalqın 

mənəvi  bütövlüyünün  qarantı  rolunu  oynayır  və  genefondun  qorunmasında  ciddi  pay  sahibi 




İPƏK YOLU, No.1, 2018

 

Azərbaycan Universiteti 



 

 

50 



idilər. Qasım bəy Zakir, Cəfərqulu ağa Cavanşir, Baba bəy Şakir və bir çoxları milli intibaha 

xidmət göstərən şəxslərdən idilər. Həsən bəy Zərdabi kimi  görkəmli maarifçini Azərbaycana 

bəxş  etmiş  və    el  arasında  “rus  Ağayev”  kimi  tanınan    xeyirxah  insan  general  Fərəc  bəy 

Ağayev  olmuşdur  [18].  Xalq  arasında  “rus  Əhməd”  kimi  tanınan  “Qarabağamə”  müəllifi 

Əhməd bəy Cavanşir – Həmidə xanım Cavanşirin atası - Kəhrizli kəndində ciddi problemlərlə 

üzləşmişdi.  “Mürtəce dairələr “Əkinçi” qəzetinin  və onun  yaradıcısı H.  Zərdabinin  əleyhinə 

kəskin  şəkildə  çıxışlar  edərək  onu  “papaqlı  rus”  adlandırırdılar.  Hökumət  orqanlarına 

Zərdabidən  saysız-hesabsız  şeytanlıq  edildi.  Məscidlərdə  ruhanilər  onun  xristianlığın 

təbliğçisi  kimi  yamanladılar.”  Əkinçi”nin  düşdüyü  vəziyyətlə  bağlı  Hənifə  xanım  Məlikova 

(Abayeva)  yazırdı:  ”Qəzeti  çarın  qorxusundan  oxumayanlar  onu  Allahın  qorxusundan 

oxumayanlardan  çox  idi”  [11,  s.386].  Beləliklə,  xalq  arasında  “rus  balası”,”dəftər 

mollası”kimi  təqdim olunan kəslər arasında ziyalılar da  az deyildi.  Cəhalətdə bulunan kütlə  

onları    qəbul  edə  bilməzdi.  Əslində,  M.F.  Axundzadənin  çoxsaylı  əsərlərində  xalqın 

maarifsizliyi, mövhumatçılığı, cəhaləti, inkişafdan qalması və s. qaldırdığı problemlərin çoxu 

rus  siysətinin  nəticəsi  kimi  ortaya  çıxmışdı.  Yüksək  dövlət  vəzifəsində  çalışan  M.F. 

Axundzadə xalqın dəhşətli vəziyyətinin əsas səbəbini  tutduğu qulluq mövqeyinə   görə deyə 

bilmirdi.  Çarizmin  mənfur  müstəmləkə  siyasətini    Rus  tarixçiləri  də  təstiqləyir  H.  Baykara 

sözügedən məsələ ilə bağlı yazır ki, rus tarixçisi  İvanenko Azərbaycanda xanlıqlar dövründə 

olan  mütərəqqi  müsəlman  vergilərindən  yazır.  Sonra  isə  kinayəli  bir  tərzdə  komendantlarla  

xanlar  arasındakı  fərqi  izah  edir:  Xanlıq  dövründə  qadınlara  bədən  cəzası  verilməzdi.  Rus 

komendantları kişilərlə birlikdə qadınları da qırmancla döyürdülər. Çar idarəsinin qaçaqların 

ailəsinə  etdiyi  zülm  heç  bir  insanliğa,  heç  bir  ədalət  qanunlarına  sığmırdı.  Şair  Zakiri  təhqir 

etmək  üçün  Şuşanın  komendantı  Tarxanovun  onun  arvadını  bir  rus  kəndlisinə  ərə  verməsi 

Azərbaycan tarixində yaddan çıxmayan hadisələrdir. Bəzi qaçaq arvadlarının rus əskərlərinin 

təcavüzünə  məruz  qalması  hələ  də  yaddan  çıxmamışdır  [4,  s.22].  Beləliklə,  XIX  əsrdə 

xalqımız  milli  faciəsini  yaşamaqdaydı.Cahangir  Zeynaloglu  yazırdı  ki,  Çar  Rusiyası 

Azərbaycanı  öz  hakimiyyəti  altına  aldığı  gündən  süqutuna  qədər  türklərin  milliyyətini 

söndürmək  üçün  nə  lazım  isə  etməkdən  durmamışdır.  Azərbaycan  türklərini  "  tatar  "  deyə 

adlandıraraq.  Nə  Türkiyəyə,  nə  də  İrana  münasibəti  olmayan  üçüncü  bir  millət  yaratmağa 

çalışmışdır [24, s.104]. XIX əsrdə “milli adət-ənənələri rus həyat tərzinə qarşı qoyan və elə bu 

zəmində  də  milli  ideyaları  vahidləşdirərək  istiqlal  ideologiyası  yaradan  Baba  bəy  Şakir 

olmuşdur.  Rusiya  işğalının  ümumi  nəticəsini  Baba  bəy  Şakir  obyektiv  və  tam  reallığı  ilə 

təqdim edir. Onun şerinin bəzi hissələrni təqdim etmək isdərdik [13, s.52]. O yazır:  

Quberniya bina olandan bəri 

Oğrunun hər biri bir xanə dönüb. 

Çox yetişib ərzə divan eyləyən, 

Dağılıb vilayət viranə dönüb. 

 



S. İBIŞOV: AZƏRBAYCAN XALQININ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİNİN… 

 

 

 



51 

Bu nə qubernator, bu necə sərdar?! 

Dağılıb vilayət oldu tarimar. 

Cəldlənibdi rüşvətə murovlar, 

Xəlqin işi ahü-fəqanə dönüb. 

 

Bu dövranda hünər söhbəti bitdi. 



Bərəkət qeyb oldu, kişilik itdi. 

Kərəmli kişilər rəhmətə getdi, 

Kələf çözələndi, yumaq üstünə. 

 

Vilayətdə urus olub ixtiyar



Eyləyib bir bina, yoxdu görək kar; 

Tamam işlər olub cahilə bazar, 

Heyf bu vilayət, heyhatü heyhat! 

 

Kişilər var idi xan əyyamında, 



Əyləşmişdi hər kəs öz məqamında. 

Beş yüz nəfər olurdu hər kəlamında, 

Handa idi onda belə həşərat? [13] 

Rusiya istilasından sonra Azərbaycan türk dilinin və milli-mənəvi dəyərlərinin qorunub 

saxlanmasında  XIX-XX  əsrlərdə  el  aşıqları  və  şairləri  müstəsna  rol  oynamışdı.  Onlar 

yüzlərcədir və ədəbiyyat tarixində onlar haqqında geniş məlumat verilir. Onların əsərlərində 

Rusiya  istilasının  acı  nəticələri  “dövrün,  zamanın  ab-havası,  ictimai-siyasi  ovqatı”  təqdim 

olunur. “Çürük İslamın “Boş qalıb” qoşması XIX əsr insanın həyat və məişəti, gün-güzəranı 

ilə yanaşı, psixoloji durumunun poeziyasında ifadə olunması cəhətdən xüsusilə seçilir: 

Yeri bərbad olmuş  viran Gümüşdü, 

Bayquşlar banlayır, bağlar boş qalır. 

Açılmış gülləri, dərilmir barı, 

Görünmür bağbanı, tağlar boş qalıb. [15] 

Şeirdə  insanın  varlığını  yerindən  oynadan,  onun  şəxsiyyətini  sarsıdan  faciə  təsvir 

olunmuşdur. Gümüşlü bərbad olmuş, bağları boş qalmış, evlərinin üstündə bayquşlar ulayır.” 

[15,  s.58-59].  Xalqin  məhkümiyyət  acısı  demək  olar  ki,  o  dövrə  aid  olan  bütün  aşıq  və  el 

şairlərinin əsərlərinin ana xəttini təşkil edir. Bu baxımdan “Udulu Musanın yurda məhəbbəti 

ən  uca  və  ülvi  hadisə  kimi  öyməsinin,  o  cümlədən,  onun  yurd  sevgisində  təbiət  və  inasnın 

boya-boy dayanmasının canlı sübutudur: 

Ehtiyacdır insanların bəlası, 

Onu təməlindən qıra biləydim. 

Beşgünlük dünyada xoş gün gərəkdir, 

Təzədən dünyanı qura biləydim...” [15. s.61] 



İPƏK YOLU, No.1, 2018

 

Azərbaycan Universiteti 



 

 

52 



Vurğulamaq istərdim ki, XIX əsrdə nəşr olunmuş dərsliklər sırf ruslaşdırma mahiyyəti 

daşıyırdı.  Çar  Rusiyasının  çoxşaxəli  “humanitar”  siyasəti  xalqın  etno-mənəvi  bütövlüyünü 

sındırmağa istiqamətlənmişdi.  

Ümumiyyətlə,  Azərbaycanda  XX  əsrin  əvvəllərində  xalqımızın    ümumi  durumu 

olduqca  acınacaqlı  idi.    Rusiya  hakim  dairələri  məhkumluq  acısı  yaşayan  xalqa  kölə 

psixalogiyası  aşılayırdılar.  Azərbaycanda  maarifin  vəziyyəti  daha  acınacaqlı  idi.  II  Dumada 

Azərbaycandan  millət  vəkili  seçilən  Mustafa  Mahmudov  maarifin  vəziyyəti  ilə  bağlı  belə 

demişdi:  “Biz  müsəlman  müəllimlər  maarif  sahəsində  hər  hansı  bir  yeri  almaqdan  məhrum 

edilmişik.  Bu  vəziyyətdən  maarif  naziri  heç  utanırmı?...  Rus  olmayan  millətlər,  xüsusi  ilə 

türklər  üçün  maarif  nazirliyi  tərəfindən  açılan  məktəblər  bomboşdur.  Çünki  maarif  nazirliyi 

bu məktəblərdə müqəddəs olan bir şey qoymamışdır. İnsanlıq adına nə varsa hamısı silinmiş, 

sökülüb  atılmışdır”.  Mustafa  Mahmudov  sözünə  davam  edərək  demişdir  ki,  Rus  dövləti 

Zaqafqaziyada yerləşən polis idarəsi üçün ildə 2.361.460 rubl məbləğində pul ayırdığı halda, 

rus olmayan  millətlərin təhsilinə cəmi-cümlətani 114.000 rubl pul ayırmışdır. [4, s.117]. 

İsmayıl xan Ziyadxanlının bu məsələyə munasibəti daha kəskin olmuşdu. Onun Dövlət 

Duması  tribunasından  parlaq  nitqində  qeyd  olunurdu:  “Artiq  bizim  üçün  də  hərəkət  etmək 

vaxtı  çatmış  və  bundan  sonra  susmamağı  qərara  almışıq.  Zaqafqaziya  bir  əsr  bundan  əvvəl 

ruslar  tərfindən  işğal  edilmişdir.  Bu  əsr  ərzində  biz  müsəlmanlar  əsir  kimi  həyat  sürmüşük, 

təqiblərə  məruz  qalmışıq,  bizə  heç  bir  haqq  və  hüquq  verilməmiş,  kölə  halına  salınmışıq. 

Sözün əsl mənasında yüz il ərzində biz hökümətin şiddətli hücumlarına və böhtanlarına məruz 

qalmışıq.  Siyasi,  sosial  və  iqtisadi  cəhətinin  hansına  nəzər  salsanız,  hamsında  bizim 

haqqımızda  haqsızlığın  hökm  sürdüyünün  şahidi  olacaqsanız.  Ölkəmiz  istila  edilən  kimi 

dərhal  milli  varlığımıza  təcavüz  edildi.  Xalq  təhsilindən,  ümumiyyətlə  maarif  sahəsindən 

danışmağa  belə  dəyməz.  Çünki  bizim  kəndlərin  heç  birində  məktəb  yoxdur.  Yüz 

kilometrələrlə  gedilsə  belə,  hər  hansı  bir  yaşayış  məntəqəsində  məktəbə  rast  gəlməzsiniz, 

halbuki,  bizdən  maarif  işləri  üçün  vergi  toplanır”.  Xalqımızın  böyük  oğlu  sözünə  davam 

edərək  qeyd  edir  ki,  Cənablar.  Bizə  deyirlər  ki,  müsəlmanlar  çox  geri  qalmışdır.  Bu,  əsla 

doğru  deyildir,  əksinə,  geri  qalmaq  üçün  hökumət  özü  badalaq  vurur...  Hörmətli  millət 

vəkilləri,    bizdəki  idarə  sistemi    tənqiddən  kənardır.  Belə  ki,  əgər  bütün  Rusiya  bir  dəniz, 

Qafqaz da onun sahili olaraq düşünülərsə, bu dəniz sizə  lüzumu  olmayan nə qədər boş və 

səfil adam varsa  hamısını  bizim Qafqaz sahilinə atır və onlar da həqiqətdə əxlaqsız olan bir 

idarənin  məmur  kadırlarını  təşkil  edirlər.  Bizim  ölkəmizdə  dövlət  idarəsinin  idealı  rüşvət  və 

xalqa əziyyət verməkdir. ”Gözü çıxarılmalı müsəlmanlar“ üçün bundan daha yaxşısı olarmı?” 

Cinayət  məhkəməsi  tərəfindən  verilən  sürgün,  hərbi  məhkəmələrin  verdiyi  edam  qərarları 

əslində  tərcüməçilər  tərəfindən  təyin  olunur.  Çünki,  bizdə  müsəlmanlar  rus  dilini, 

tərcüməçilər  isə  türk  dilini  bilmirlər.”  [4,  s.128].  Qeyd  etmək  lazımdır  ki,  məhkəmələrdə 

süründürməçilik, rüşvət və özbaşınalıq adi hal almışdı.    

  XIX əsrin birinci  yarsında və 1870-1884-cü illərdə çar fərmanı ilə türklər üçün tərtib 




S. İBIŞOV: AZƏRBAYCAN XALQININ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİNİN… 

 

 

 



53 

olunan  dərsliklərdə  açıq  aşkar  ruslaşdırma  siyasəti  öz  əksini  tapırdı.  Hətta,  1905-1907-ci  il 

inqilabından  sonrakı,  nisbətən  senzuranın  yumşaldığı  dövrdə  də,    maarifin  vəziyyəti  bərbad 

olaraq  qalırdı.  Dövrün  mənbələri  bunu  təsdiqləyir.  1905-ci  il  17  oktyabr  azadlıq  fərmanı 

əsasında  Azərbaycandakı  ibtidai  məktəblər  haqqında  37  maddədən  ibarət  nizamnaməyə 

istinadən  qeyd  etmək  olar  ki,  ruslaşdırma  və  xristianlaşdırma  xətti  maarif  sahəsində  Rusiya 

işğalından  milli  istiqlala  qədərki  dövrdə  dövlət  siyasətinin  ana  xəttini  təşkil  etmişdir. 

Nizamnamədə  olan  maddələrdən  bəzilərini  qeyd  etməyi  vacib  hesab  edirik:  Maddə  2  - 

yabancı  millətlərin  məktəbləri  fikir,  əxlaq,  məişət  cəhətindən  o  xalqın  tərəqqisinə,  həm  dil, 

həm  də  adət  baxımından  ruslarla  yaxınlaşmalarına  xidmət  etmək  məqsədilə  təsvir 

olunmalıdır. [4, s.116-117]. 

Maddə  13  -  yabancı  millətlərin  dərs  kitabları  həmin  xalqların  dilində  rus  hərifləri  ilə 

nəşr olunmalıdır. Hər hansı bir xalqın milli əlifbası varsa, dərs kitabları həm milli, həm də rus 

əlifbası ilə nəşr olunmalıdır. 

Maddə  21  -  Xiristianlığı  təbliğ  edən  kilsə  mahnılarının  digər  millətlərin  qəlbinə  yol 

tapması üçün bütün məktəblərdə kilsə mahnıları oxunmalıdır. 

Maddə  27  -  Yabancı  millətlərin  məktəblərində,  mədrəsələrində  kilsə  mahnıları  lazım 

olmasa  da,  digər  millətlərin  uşaqlarına  əxlaq  tərbiyəsi  vermək  məqsədi  ilə  bu  mahnılar  həm 

rus, həm də ana dilində öyrənilməlidir. 

Əgər  yabanı  millətlər  övladlarına  öz  dini  mahnılarını  öyrətmək  arzusunda  olsalar, 

məktəb müdiri müavinindən icazə almalıdır [4, s.117]. 

Qafqaz  müsəlman  müəllimlərinin  I  qurultayı  iştirakçıları  olan  görkəmli  ziyalılar  -  H. 

Zərdabi,  Ə.  Ağayev,  N.  Nərmanov,  M.  Mahmudbəyov,  A.R.  Əfəndiyev  və  başqalarının 

şahidliyi və qocaman müəllim Səməd bəy Acalovun qurultay haqqındakı tarixi məlumatları, İ. 

Ziyadxanlı,  M.  Mahmudov  və  Əlimərdan  bəy  Topçubaşovun  Azərbaycanda  maarifin 

acınacaqlı durumu haqqındakı tarixi  qeydləri bir daha sübut edir. Qocaman müəllim Səməd 

bəy Acalov qurultayda baş verən ixtilafı belə izah edirdi: “Bakıda məktəblər üzrə Livitski adlı 

bir inspektor (müfəttiş) vardı. Qatı irticaçı hərəkət və rəftarında ayrı-seçkiçiliyə, iriqçiliyə yol 

verirdi.  O  məktəblərdə  bir  kəlmə  də  olsa  belə  Azərbaycanca  danışmağı  qadağan  edirdi: 

“Məbadə dərs zamanı bir kəlmə də olsa tatarca (azərbaycanca) danışasız. Kim bu əmri pozsa 

müəllimlikdən  qovulacaq”.  Müəllimlər  dəhşətə  gəlib  nə  edəcəklərini  bilmirdilər.  Onlar 

deyirdilər ki, “rus dilində ifadə etdiyimiz sözləri nə sayaq başa salaq. “Sabaka” sözünü it kimi 

hürüb “ham-ham”, pişik sözünü “miyo-miyo” edib əyan edək?!” [21, s.177-178]. 

 Rus imperiyası Azərbaycan xalqının mənəviyyatına hakim olmaq üçün onun liderlərini 

(xanzadələri, bəyzadələri və  ruhaniləri) ləkələməklə gözdən salmağa,  açdığı  dini və  dünyəvi 

məktəblərdə  insanların  şüurunu  xristian  və  rus  adət-ənənələrini  yeritməyə  cəhd  göstərirdi" 

[13,  s.51].  Xaqımızın  böyük  oğlu  M.Ə.Rəsulzadə    İstilaçıların  tərəfinə  keçmiş  insanlara 

xalqın  kəskin münasibət göstərdiyini bir sıra əsərlərində  tarixi faktlarla  izah edir. Beləliklə, 

Rusiya  işğalının  və  kolonial  siyasətinin  əsas  istiqamətləri,  fəlsəfəsi:  M.Ə.  Rəsulzadə,  M.B. 

Məmmədzadə, Ə. Topçubaşov, Ə. Hüzeyinzadə, Ə. Ağaoğlu, İ. Ziyadxanlı kimi Cümhuriyyət 




İPƏK YOLU, No.1, 2018

 

Azərbaycan Universiteti 



 

 

54 



qurucularının əsərlərində ciddi təhlil olunmuş və obyektiv qiymətini almışdır. Çar Rusiyasının 

xalqın milli-mənəvi  bütövlüyünü məhv etməyə  yönəlik maarif və din  siyasətinin  mahiyyəti, 

eləcə  də  ali  müsəlman  silkini  özününküləşdirmək  tədbirlərini,  milli-mənlik  şüurunun 

formalaşmasına  sədd  çəkmək  siyasəti  Cümhuriyyət  qurucularının  əsərlərində  öyrənilmişdir. 

Lakin,  nədənsə  Azərbaycan  tarixinə  dair  ümumiləşdirmiş  əsərlərdə  və  XIX  əsr 

tarixşünaslığına  dair  tədqiqat  əsərlərin  də,  Rusiya  işğalının  tarixşünaslığına  dair 

araşdırmalarda    həmçinin  maarifçi  pedaqoji  ədəbiyyat  tarixinə  dair  elmi    araşdırmalarda  

onların  geniş  təhlilini    görmürük.  Təqdim  olunan  məqalədə  Rusiya  istilasından    XX  əsrin 

əvvəlinə  qədər  xalqımızın  keçdiyi  acınacaqlı  yola  -  milli-istiqlal  məfkurəsinin  yaranmasına 

gətirib çıxaran məqamlara da nəzər yetirilir. 

 

Ədəbiyyat 

1.

 



Abdullayev  M.,  (2005),  Xanlıqlar  və  rus  müstəmləkəçiliyi  dövründə  Şimali 

Azərbaycanda aqrar münasibətlər (XIX əsrin 40 – cı illərinə qədər), Bakı. 

2.

 

Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, iki cilddə, I-cild, Bakı, 2004.  



3.

 

Azərbaycan tarixi, (XIX – XXI əsrin əvvəli.Ali məktəblər üçün mühazirələr kursu), Bakı, 



2010. 

4.

 



Baykara H., (1992), Azərbaycan istiqlal mübarizəsi tarixi, Bakı. 

5.

 



Cəfərzadə Ə., (1974), Azərbaycanın aşıq və şair qadınları, Bakı.  

6.

 



Cəfərzadə Ə., (2005), Azərbaycan qadın şairləri antalogiyası, Bakı. 

7.

 



Düma A., (1985), Qafqaz səfəri, Bakı. 

8.

 



Əhmədov H., (2000), XIX əsr Azərbaycan məktəbi, Bakı. 

9.

 



Fərzəlibəyli Ş.F., (2001), Quba tarixi, Bakı. 

10.


 

Hüseynli R., (2002), Azərbaycan ruhaniliyi, Bakı. 

11.

 

Hüseynov H., (2006), XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən, Bakı. 



12.

 

Hüseynzadə Ə., (1997), Türklər kimdir və kimlərdən ibarətdir, Bakı. 



13.

 

Xəlilli.X., (2006), Qarabağ:etno mənəvi inkişaf tarixi, Bakı. 



14.

 

İbişov.S.Ə., (2017), Quba xanlığı:əhali tarixi və azadlıq mücadiləsi, Bakı. 



15.

 

Qəni T., (2010), Şirvan xalq poeziyasının inkişaf təmayülləri, Bakı. 



16.

 

Məmmədquluzadə H.,(1967), Mirzə Cəlil haqqında xatirələrim, Bakı. 



17.

 

Muradəliyeva  E.,  (2004),  Azərbaycan  milli  şürunun  qatlarında  Rusiya  işğalı  



(Məhəmməd  Əmin  Rəsulzadə  və  ictimai-siyasi  ideallar),  Elmi  məcmuə,  Xəzər 

Universiteti,  s.226-234.  

18.

 

Nəzirli Ş., (1991), Azərbaycan generalları, Bakı. 



19.

 

Rəsulzadə  M.Ə., (1990), Azərbaycan Cümhuriyyəti, Bakı. 



20.

 

Seyidov Ə., (1968), Pedaqogika tarixi, Bakı. 



21.

 

Süleymanov M., (1989), Eşitdiklərim, oxuduqlarım, gördükləri, Bakı. 



22.

 

Turan A., (2008), Əli bəy Hüseynzadə, Moskva. 




S. İBIŞOV: AZƏRBAYCAN XALQININ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİNİN… 

 

 

 



55 

23.


 

Zərdabi H., (2010),  Əkinçi (elm və həyat), Bakı. 

24.

 

Zeynaloğlu C., (1992), Müxtəsər Azərbaycan  tarixi, Bakı. 



25.

 

Quliyev V., (2010),  Ə.Topçubaşi – Zərdabişünas, 525-ci qəzet, 28 may, № 20. 



 

Yüklə 164,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə