Gördüyü işlərdən söhbət açılır



Yüklə 4,29 Kb.
Pdf görüntüsü
səhifə7/18
tarix17.11.2017
ölçüsü4,29 Kb.
#11012
1   2   3   4   5   6   7   8   9   10   ...   18

Qərib məzarlar
43
Azərbaycan 
parlamentinin qarşısında 
bayram mitinqi. 
14 yanvar 1920-ci il.


Qərib məzarlar
44
“Azərbaycan” qəzeti. 
Yanvar, 1920-ci il.
Azərbaycanın 
müstəqilliyinin  
tanınması barədə  
xəbər və teleqramlar.  
Yanvar, 1920-ci il.


Qərib məzarlar
45
Parlamentin 
təntənəli iclası. 
14 yanvar 1920-ci il.
Təzəpir məscidində 
bayram ibadəti. 
14 yanvar 1920-ci il.


Qərib məzarlar
46
Azərbaycan müstəqilliyin de-fakto tanınması 
sevincini yaşadığı günlərdə - 1920-ci ilin mar-
tında Qafqazda vəziyyət yenidən gərginləşmişdi. 
Aprelin ortalarında bolşeviklərin silahlı dəstələri 
Dağıstana yeridildi. Qızıl Ordu hissələri Azərbay-
canın sərhədlərinə yaxınlaşdılar.
Giorgi Mamulianın dediyinə görə, 1920-ci 
ilin əvvəllərində Antanta dövlətləri bu məsələni 
müzakirəyə çıxarırlar: biz nə etməliyik? Bolşe-
viklərin qarşısını alaq, yoxsa Qafqazdan çıxıb 
gedək? Nəticədə, Lord Kerzonun təşəbbüsü ilə 
qərara alınır ki, Gürcüstan və Azərbaycan silah-
la təchiz edilsin. Bu ideyanı o dövrdə Britaniya 
imperiyasının baş naziri olan Lloyd Corc da 
müdafiə edirdi. 
İngilislərlə müvafiq danışıqlar aparılır. İn-
gilislərin faktiki olaraq, Gürcüstana və Azərbay-
cana silah verməyə razılaşdığı bir vaxtda ortaya 
problem çıxır: Qarabağda ermənilər qiyam qal-
dırır!”
İngiltərə, Fransa və İtaliyanın Qafqazdakı ali 
komissarlarının “Zaqafqaziyada sülhün bərpası” 
tələbi ilə verdikləri nota da erməniləri sakitləş-
dirə bilmədi. Azərbaycan hökuməti Qarabağda 
qayda yaratmaq üçün bu əraziyə qoşun yeritmək 
məcburiyyətində qaldı.
Giorgi Mamulia yazır ki, bu şəraitdə müttə-
fiqlər ehtiyat etməyə başlayırlar: Azərbaycana, 
Gürcüstana, Ermənistana silah verilsin, ya yox? 
Kim zəmanət verə bilər ki, bu silahı onlar bir-bi-
rinə qarşı işlətməyəcək? Ermənilərin düşünül-
məmiş bu hərəkətindən sonra silah verilməsi 
barədə qərar ləğv edilir və faktiki olaraq Azərbay-
canın bolşeviklər tərəfindən ilhaqına qədər heç 
kimə - nə Azərbaycana, nə Gürcüstana, nə də Er-
mənistana silah verilir.
Bolşeviklər yaranmış vəziyyətdən istifadə et-
dilər. Onlar başa düşdülər ki, Azərbaycanın qoşun-
ları Qarabağa, ermənilərə qarşı döyüşə göndərilib. 
1920-ci il aprelin sonlarında bolşeviklər faktiki ola-
raq Azərbaycana müqavimətsiz daxil  oldular. Çün-
ki onda Bakının özündə cəmi üç milli batalyon var 
idi. Daha doğrusu, bütövlükdə XI Qızıl Ordunun 
qarşısına cəmi bir neçə min adam çıxmışdı.
XI Qızıl Ordu Bakıya daxil oldu, 1920-ci il ap-
relin 28-də hakimiyyət bolşeviklərə təhvil verildi.
Parisdə qalan nümayəndə heyəti Azərbaycan-
da baş verənlər barədə ziddiyyətli xəbərlər alır-
dılar. Onlar Bakıda nə baş verdiyindən xəbərsiz 
idilər. Bunun da səbəbi vardı...
Giorgi Mamulia tədqiqatlar əsasında müəy-
yən edib ki, 1919-cu ilin mayından başlayaraq 
Bolşevik işğalı


Qərib məzarlar
47
ingilislər bütün nümayəndə heyətlərinin üzv-
lərinə - gürcülərə, azərbaycanlılara və Şimali 
Qafqaz nümayəndələrinə birbaşa teleqrafla Bakı, 
Tiflis və ya Teymurxanşura ilə əlaqə saxlamağa 
qadağa qoymuşdular. Buna görə də onların öz 
respublikaları ilə birbaşa əlaqələri yox idi, bütün 
teleqramlar müttəfiqlər vasitəsilə, həmin fran-
sızlar, həmin ingilislər vasitəsilə çatdırılırdı.
Mayın 3-də Topçubaşov Fransa Nazirlər Şu-
rasının sədrinə və xarici işlər nazirinə məktub-
la müraciət etməli olur: “Artıq iki gündür ki, Pa-
ris qəzetlərində Sovet Rusiyası tərəfindən Bakıya 
qoşun yeridilməsi ilə əlaqədar ziddiyyətli xəbərlər 
yayılır. Təəssüflər olsun ki, rəhbərlik etdiyim Azər-
baycan Respublikasının Parisdəki Nümayəndə 
heyəti bütün bunlardan xəbərsizdir və bu səbəbdən, 
nümayəndə heyəti adından Zati-alilərinizdən xa-
hiş edirəm ki, Azərbaycan Respublikası Nazirlər 
Şurasının sədrinə ünvanladığımız məktubun te-
leqraf vasitəsilə çatdırılması üçün zəruri addımlar 
atılmasını təmin edəsiniz”.
Onda Bakıda artıq bolşevik qanunları işləyirdi. 
Cəmi bir neçə ay əvvəl dünyanın ədalətlə 
idarə edilməsi barədə gurultulu bəyanatlar verən 
böyük dövlətlərin nümayəndələri isə Azərbayca-
nın işğalına göz yumurdular. 
Ə.Topçubaşovun Fransa 
Nazirlər Şurasının 
sədrinə məktubu. 
3 may 1920-ci il.


Qərib məzarlar
48
Nümayəndə heyəti hələ də ümid edirdi ki, 
böyük dövlətlər Azərbaycanın müstəqilliyinin 
bərpa olunmasına kömək edəcək. Az qala bütün 
Avropa dövlətlərinə müraciətlər ünvanlanırdı. 
Amma bu müraciətlər cavabsız qaldı və Azərbay-
can məsələsi bağlandı...
Azərbaycanın Parisdəki nümayəndə heyəti-
nin üzvləri isə Fransadakı çoxsaylı mühacirlər 
sırasına qoşulmağa məcbur oldular. Soyadların-
da cüzi dəyişiklik etməklə.... 
Əlimərdan bəy sənədləri bundan sonra Top-
çubaşov kimi yox, Topçubaşı kimi imzalamağa 
başladı... 
Şeyxülislamov Şeyxülislamzadəyə çevrildi... 
Ceyhun bəy Hacıbəyov məqalələrini Ha-
cıbəyli imzasıyla yazdı... 
Yeni yaranmış reallığı nəzərə alan Qafqaz 
xalqlarının Parisdəki nümayəndələri, nəhayət, 
Əlimərdan bəyin illər əvvəl irəli sürdüyü ide-
ya ətrafında – Qafqaz Konfederasiyası ətrafında 
birləşmək qərarına gəldilər. Bu məsələ dəfələr-
lə müzakirə edilsə də, real nəticə alınmamışdı. 
Nəhayət, 1921-ci il iyunun 10-da Azərbaycan, 
Gürcüstan, Ermənistan və Dağlı xalqlarının nü-
mayəndələri “Müstəqil Qafqaz Respublikalarının 
İttifaqı” adlanan bəyanat imzaladılar...
Sonralar Azərbaycan Nümayəndə heyəti 
haqq-ədalətin bərpası ümidilə Cenevrə, London, 
Genuya, Lozanna konfranslarına can atır, Avro-
panın müxtəlif şəhərlərində keçirilən tədbirlərdə 
Azərbaycan xalqının haqq səsini çatdırmağa ça-
lışırdı. Lakin artıq onların səsi eşidilmirdi. Çünki 
Avropanın özündə vəziyyət dəyişir, Versal sülh 
müqaviləsini tərtib edən və imzalayan dünənki 
müttəfiqlər arasında ziddiyyətlər dərinləşir, iqti-
sadi çətinliklər bütün Avropanı bürüyürdü. Belə 
olan halda kiçik xalqların azadlıq istəyinə dəstək 
vermək arxa plana keçirdi. 
1924-cü ilin fevralında İtaliya, oktyabrında 
isə Fransa bolşevik Rusiyasını tanıdığını bəyan 
etdi. Bu, artıq müstəqillik arzusunda olan Qafqaz 
nümayəndələri üçün tamam yeni bir reallıq 
demək idi. Daha doğrusu, bütün bunları Qafqaz 
mühacirlərinə vurulan zərbə hesab etmək olardı.
Ə.Topçubaşının yazdığına görə, bu illərdə ar-
tıq nümayəndə heyətinin üzvləri dolanışıq üçün 
özlərinə əlavə iş axtarır, amma heç də hamı arzu-
suna çata bilmirdi. Məsələn, Əkbər ağa Şeyxülis-
Mühacirət məşəqqətləri


Yüklə 4,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə