Gördüyü işlərdən söhbət açılır



Yüklə 4,29 Kb.
Pdf görüntüsü
səhifə16/18
tarix17.11.2017
ölçüsü4,29 Kb.
#11012
1   ...   10   11   12   13   14   15   16   17   18

Qərib məzarlar
93
Məşhur Şamxorskilər və 
Zülqədərovlar nəslinin 
nümayəndəsi 
İlhan Zillinin qəbri.
***
2012-ci ildə Parisdə vəfat edən daha bir soydaşı-
mız – İlhan Zilli də Monparnas qəbiristanlığında 
dəfn edilib. 
Ramiz Abutalıbovun sözlərinə görə o, Fransada 
yaşayan soydaşlarımız arasında daha çox Elxan bəy 
kimi tanınıb. 
Nəzakət xanım Aşurbəyova-Ələkbərovanın ver-
diyi məlumata görə, Parisdə İlhan kimi tanınan 
Elxan bəy Allahyar bəyin doğma nəvəsi olub. 
Əvvəldə qeyd edildiyi kimi, Allahyar bəyin qızı 
Şövkət xanım əvvəlcə məşhur memar Zivər bəy 
Əhmədbəyova ərə gedib, lakin bu izdivac uzun 
sürməyib. Şövkət xanım ikinci dəfə Allahyar bəyin 
bacısı oğlu Zilli bəy Şamxorski ilə ailə qurub. Bu iz-
divacdan dünyaya iki övlad gəlib – Elxan və Mələk.
Qeyd edək ki, Azərbaycanda sovet hakimiyyəti 
quruluna qədər Şamxorskilər də Yelizavetpol qu-
berniyasının iri mülkədarlarından sayılıblar, onlar 
40 min desyatindən çox torpağa sahib olublar. Azər-
baycan İnqilab Komitəsinin 5 may 1920-ci il tarixli 
dekretinə əsasən Şamxorskilərin bütün mülk və 
torpaqları müsadirə olunub.
1920-ci ildən sonra bu nəslin nümayəndələ-
rinin bir hissəsi də Azərbaycanı tərk edib, Zilli bəy 
Şamxorskinin övladları – Elxan və Mələk İrana kö-
çüb. Onlar uzun müddət İranda yaşayıb, şah ailəsi 
ilə - Pəhləvilərlə mehriban münasibət yaradıb, bu 
ailə ilə yaxın dost olublar. 1979-cu ildə İran inqilabı 
baş verəndə Mələk və Elxan Fransada səfərdə ol-
duqları üçün şahın yaxın adamları kimi bir daha 
İrana qayıda bilməyiblər. Bundan sonrakı həyatla-
rını Parisdə yaşayıblar.
Nəzakət xanımın dediyinə görə, ölkəmiz 
müstəqillik qazandıqdan sonra Mələk xanım da, 
Elxan bəy də dəfələrlə Azərbaycanda olub, qohum-
ları ilə görüşüblər. Mələk xanım ailə qurmayıb. 
Hazırda qocalıq illərini Parisdəki pansionatlardan 
birində keçirir...
Sonralar İlhan Zilli kimi tanınan Elxan bəy isə 
milliyyətcə fars olan Mersede xanımla ailə qurub. 
Bu izdivacdan Mehdi və Əli adlı oğlanları, Məryəm 
adlı qızı dünyaya gəlib, onlar Parisdə yaşayırlar. La-
kin artıq ata-baba yurdlarına – Azərbaycana maraq 
göstərmirlər...
İlhan Zilli 2012-ci ildə Parisdə vəfat edib və 
Monparnas qəbiristanlığında dəfn olunub. Onun 
dəfnində Parisdə yaşayan soydaşlarımız, eləcə də 
Azərbaycanın Parisdəki səfirliyinin əməkdaşları 
iştirak ediblər.


Qərib məzarlar
94
1927-ci ildə Parisin təxminən 30 kilometrli-
yində Sent-Jenevyev De Bua şəhərində (fr. Sa-
inte-Geneviève-des-Bois) salınmış qəbiristan-
lıq Fransada “rus qəbiristanlığı” kimi tanınır. 
Arxiv sənədlərinə əsasən, müəyyən olunub ki
1927-ci ilin aprelində rus knyaginyası Vera Ki-
rillovna Meşerskaya bu şəhərdə torpaq sahəsi 
alaraq rus mühacirləri üçün «Rus evi» («Rus 
qocalar evi» də deyirlər) adlanan qocalar evi-
nin əsasını qoyub. Bu evdə yaşayan qocalar elə 
həmin 1927-ci ildən başlayaraq vəfat etdikcə 
burada dəfn ediliblər. İvan Bunin, Konstantin 
Korovin, Sergey Lifar, knyaz Feliks Yusupov, 
Viktor Nekrasov, Andrey Tarkovski, Aleksandr 
Qaliç və yüzlərlə digər məşhurlar bu qəbiris-
tanlıqda dəfn ediliblər. 
Məzarlıqda, əsasən provaslav təriqətinə 
mənsub insanlar dəfn edilir, lakin başqa inanc 
Rus mühacirləri 
arasında 
doğma adlar
Sent-Jenevyev De 
Bua şəhərindəki rus 
qəbiristanlığı.


Qərib məzarlar
95
sahiblərinin qəbirləri də az deyil. Məsələn,  
1961-ci ildə Fransaya qastrol səfərinə gedib  
SSRİ-yə qayıtmayan məşhur baletmeystr, mil-
liyyətcə başqırd olan Rudolf Nureev də burada 
dəfn olunub. Onun öz vəsiyyətinə əsasən, xalça 
formasında hazırlanan məzar daşı bura gələn-
lərin diqqətini xüsusi cəlb edir...
Ötən illər ərzində rus qəbiristanlığı sürətlə 
böyüyüb. Müqayisə üçün xatırladaq ki, 1939-cu 
ildə burada cəmi 50 qəbir olub, 1952-ci ildə isə bu 
rəqəm 2000-ə çatıb. İndi bu qəbirisitanlıqda çox-
lu rus hərbi xadimləri, tanınmış yazıçılar, məş-
hur rəssamlar, görkəmli artistlər, ümumilikdə  
15 mindən çox mühacir uyuyur.
“Rus qəbiristanlığı”nın əbədi sakinləri ara-
sında azərbaycanlılar da var. Onların məzarını 
axtarıb tapmaq zəhməti yenə Ramiz Abutalıbo-
vun çiyinlərinə düşüb.
Rus qəbiristanlığının 
sxemi.


Qərib məzarlar
96
Ramiz Abutalıbov. 
Sentyabr, 2015-ci il
Ramiz Abutalıbov belə xatırlayır: “Təxminən 
ötən əsrin 70-ci illərində Parisdə yaşayarkən rus 
mühacir qəzeti olan “Русская мысль” qəzetində 
oxudum ki, Paris rus kilsəsində Tatyana Hüseyno-
vna Martınova-Naxçıvanskayanın qırx mərasimi 
keçiriləcək. Həyat yoldaşım Tamilla xanımı da gö-
türüb getdim ora. Mərasim zamanı Aleksandr (İs-
gəndər) Makinski ilə tanış olduq. O, bizə Sent-Je-
nevyev De Bua şəhərindəki rus qəbiristanlığının 
ünvanını verdi. Bundan başqa, Nitsa şəhərindəki 
rus qəbiristanlığının da ünvanını verdi, dedi ki, 
Tatyana xanım Nitsa şəhərindəki rus qəbiristanlı-
ğında dəfn olunub. Beləliklə, mən bu iki qəbiristan-
lıqda da axtarışlar apardım və xeyli soydaşımızın 
son mənzilini tapdım...”
Rudolf Nureevin qəbri


Qərib məzarlar
97


Yüklə 4,29 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə