Gördüyü işlərdən söhbət açılır



Yüklə 4,29 Kb.
Pdf görüntüsü
səhifə6/18
tarix17.11.2017
ölçüsü4,29 Kb.
#11012
1   2   3   4   5   6   7   8   9   ...   18

Qərib məzarlar
33


Qərib məzarlar
34


Qərib məzarlar
35


Qərib məzarlar
36
Versal sülh müqaviləsini məğlub dövlətlər-
dən yalnız biri – Almaniya imzalamışdı. Digər 
məğlub dövlətlərlə, eləcə də Türkiyə ilə müqa-
vilələr 1923-cü ilə qədər müxtəlif vaxtlarda və 
müxtəlif şəhərlərdə imzalanacaqdı. Ona görə də 
1919-cu ilin yayında Versal sülh müqaviləsi im-
zalansa da, hələ Paris Sülh Konfransı fasilələrlə 
öz işini davam etdirirdi...  
Amma Versal sülh müqaviləsinin imzalan-
ması hələ Azərbaycanın müstəqilliyinin tanın-
masına heç bir ümid yaratmırdı. Ona görə də 
Nümayəndə Heyəti fəaliyyətini davam etdirirdi.
Versal sülh müqaviləsinin 
imzalanması. 
İyun, 1919-cu il.


Qərib məzarlar
37
Nümayəndə heyəti bütün imkanlardan ya-
rarlanmaqla Parisdə Azərbaycanın haqq səsinin 
çatdırılmasına çalışırdı. Topçubaşov 1919-cu ilin 
avqustunda konfransın sədrinə daha bir müra-
ciət ünvanladı:
Müraciətdə deyilirdi: “...Siyasi müstəqillik 
kimi həyati əhəmiyyətli məsələnin həllini səbirsiz-
liklə gözləyən xalqlar arasında Qafqazın cənubun-
da 100 min kvadrat kilometrə yaxın əraziyə malik 4 
milyondan çox əhalisi olan Azərbaycan da var”.
1919-cu ilin sentyabrına olan vəziyyəti Topçu-
başov Azərbaycan hökumətinə göndərdiyi mək-
tubda belə ümumiləşdirirdi: “...müttəfiqlər bizim 
müstəqillik haqqında məsələni nəinki müzakirəyə 
çıxarmırlar, görünür, heç müzakirəyə çıxarmaq istə-
mirlər. Düzdür, onların nümayəndələri ilə görüşlər-
də, üz-üzə gələndə hər biri ayrılıqda xeyirxah müna-
sibət göstərir, müstəqillik uğrunda addımlarımızı 
dəstəkləyir... amma vəziyyət yenə əvvəlki kimi qalır”. 
Paris Sülh Konfransının 
sədrinə növbəti müraciət. 
Avqust, 1919-cu il.
Mücadilə 
davam edir...


Qərib məzarlar
38
1919-cu il oktyabrın 8-də Azərbaycan, Gür-
cüstan, Kuban, Latviya, Litva, Şimali Qafqaz 
Dağlıları, Ukrayna və Estoniyanın Parisdəki nü-
mayəndələri sülh Konfransının sədri Klemanso-
ya ikinci birgə müraciət ünvanladılar. 
Müraciət bu sözlərlə bitirdi: “...ədalət, sülh, 
mədəniyyət və humanizm prinsiplərini, eləcə də bi-
zim xalqların Millətlər Liqasına buraxılması yolu 
ilə azad xalqların beynəlxalq ailəsinə qoşulmaq 
cəhdlərini nəzərə alaraq, biz yenidən səsimizi qal-
dırır və cənab Sədr, Sizdən xahiş edirik ki, Konf-
ransın Ali Şurasına bu məsələləri də çatdırasınız: 
1) adları çəkilən respublikalar müstəqil dövlətlər 
kimi tanınsın; 2) dərhal onların ərazi və maliyyə 
problemlərinə baxılsın...” 
Ə.Topçubaşovun 
görülmüş işlər barədə 
Azərbaycan Nazirlər 
Şurasının sədrinə növbəti 
hesabatı. Sentyabr, 
1919-cu il.


Qərib məzarlar
39
Azsaylı xalqların 
Parisdəki nümayəndə 
heyətlərinin Paris Sülh 
Konfransının sədrinə 
birgə müraciəti. 
Oktyabr, 1919-cu il.


Qərib məzarlar
40
Bu müraciətdən təxminən bir ay sonra ilk 
xoş xəbər alındı.
Azərbaycan Nümayəndə Heyətinin sədrinə: 
“...Sizə məlumat verməkdən şərəf duyuram ki, 
Fransa Kolonial Liqası mənim sədrliyimlə oktyabrın 
29-da keçirdiyi iclasda qərara alıb ki,.. Gürcüstan və 
Azərbaycan respublikalarının mövcud hökumətləri-
nin “de fakto” və “de yure” tanınması barədə xahişini 
müdafə etsin.
...Mən ürəkdən arzu edərdim ki, bu bəyanat si-
zin səy göstərdiyiniz məqsədə – məhz xalqınızın 
müstəqillik yolunda inkişafına yardımçı olsun. 
İmza Burdari”.
Tədqiqatçı Giorgi Mamulianın dediyinə görə, 
1919-cu ilin mayından 1920-ci ilin əvvəllərinə 
qədər müttəfiqlər bolşeviklərlə döyüşən ağqvar-
diyaçılara, vahid və bölünməz Rusiya tərəfdar-
larına – Denikinə, admiral Kolçaka, Yudeniçə, 
digər ağqvardiyaçı generallara dəstək verirdilər. 
Bununla da onlar ümid edirdilər ki, ağqvardiya-
çı generallar bolşevizmə qalib gələ biləcəklər. O 
dövrdə kiçik xalqların müstəqillik məsələsi ikin-
ci dərəcəli məsələyə çevrilmişdi. 
1920-ci ilin əvvəllərində Denikin faktiki ola-
raq məğlub edilir, onun ordusu Rostov yaxın-
lığına çəkilir və sual meydana çıxır: nə etməli? 
Bax, onda tanınmış siyasi xadim, Böyük Brita-
niyanın xarici işlər naziri Lord Kerzon təşəbbüs 
göstərərək bəyan edir ki, biz Qafqazda bolşevik 
təcavüzünün qarşısını ala biləcək iki əsas dövləti 
- Azərbaycan və Gürcüstanı tanımalıyıq.


Qərib məzarlar
41
Fransa Xarici İşlər 
Nazirliyindən Azərbaycan 
nümayəndə heyətinə 
göndərilmiş məktub. 
Noyabr, 1919-cu il.


Qərib məzarlar
42
Böyük Britaniyanın təşəbbüsü ilə 1920-ci il yan-
varın 10-da Paris Sülh Konfransı Ali Şurasının sessi-
yası çağırıldı. Sessiyada Cənubi Qafqaz respublikala-
rında vəziyyət ətraflı müzakirə edildi.
Növbəti gün – yanvarın 11-də Müttəfiqlərin 
Ali Şurası İngiltərənin xarici işlər naziri Lord 
Kerzonun təklifinə əsasən, qərar qəbul etdi: 
”Müttəfiq və birlik ölkələri Azərbaycan və Gür-
cüstan hökumətlərini de-fakto tanıyırlar...”
Bu, Azərbaycan Nümayəndə Heyətinin təx-
minən bir ilə yaxın müddətdə apardığı gərgin 
işin uğurlu sonluğu idi...Yanvarın 12-də Topçu-
başov Bakıya – Baş nazir Nəsib bəy Usubbəyova 
teleqram göndərdi. 
Yanvarın 13-də “Azərbaycan” qəzeti bu şad xə-
bərlə açılırdı... 
Bu tarixi hadisə ilə əlaqədar yanvarın 14-də 
Azərbaycan parlamentinin təntənəli iclası təyin 
olundu... 
Qəzetlərdə təbrik teleqramları dərc edildi,   
14 yanvar bütün Azərbaycanda qeyri-iş günü 
elan olundu... 
Hökumət yanvarın 14-ə yeni iş qrafiki müəy-
yən etdi: 
1) Saat 11-də Təzəpir məscidində ibadət. 
2) Saat 12-də parlamentin təntənəli iclası.
3) Günorta saat 1-də şəhərin Azadlıq meyda-
nında qoşunların paradı...
Tarix elmləri doktoru, professor Solmaz Rüstə-
mova-Tohidinin sözlərinə görə, həmin gün bayram 
şənlikləri Təzəpir məscidində ibadətlə başlayıb. 
Hökumətin başçısı, nazirlər, parlament üzvləri bu 
mərasimdə iştirak ediblər. Sonra izdiham oradan 
parlament binasına doğru hərəkət edib. Çünki 
günorta parlamentin təntənəli iclası gözlənilir-
di. Bu vaxt baş nazir Nəsib bəy Usubbəyovu görən 
insanlar onu qollarının üstünə alaraq parlament 
binasına qədər gətiriblər. Parlamentin qarşısın-
da kütlə Məmməd Əmini tələb edib. Sonra onu 
qollarının üstündə parlament binasının ikin-
ci mərtəbəsindəki pəncərəyə qədər aparıblar və  
Məmməd Əmin Rəsulzadə həmin balkondan alov-
lu bir nitq söyləyib və məşhur “Bir kərə yüksələn 
bayraq, bir daha enməz” şüarını təkrar səsləndirib.
Azərbaycanın müstəqilliyinin 
de-fakto tanınması


Yüklə 4,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə