Gördüyü işlərdən söhbət açılır



Yüklə 4,29 Kb.
Pdf görüntüsü
səhifə11/18
tarix17.11.2017
ölçüsü4,29 Kb.
#11012
1   ...   7   8   9   10   11   12   13   14   ...   18

Qərib məzarlar
66
2006-cı ilin mayında Azərbaycan dövlətinin 
himayəsi ilə Sen-Klu məzarlığında Əlimərdan 
bəyə yeni, əzəmətli qəbirüstü abidə qoyulub. 
Əlimərdan bəy 
Topçubaşının və ailə 
üzvlərinin yeni qəbri. 
Sentyabr, 2015-ci il.


Qərib məzarlar
67
Əlimərdan bəyin köhnə 
qəbir daşı Nizami adına 
Ədəbiyyat muzeyində. 
Oktyabr, 2015-ci il.
Köhnə məzar daşı isə Bakıya gətirilib və ha-
zırda Nizami adına Azərbaycan Ədəbiyyatı mu-
zeyində saxlanılır.
Dahi Üzeyir Hacıbəyovun qardaşı, jurnalist, 
ictimai xadim Ceyhun bəy Hacıbəylinin də mə-
zarı Sen-Klu qəbiristanlığındadır. O, 1962-ci il ok-
tyabrın 22-də, 69 yaşında vəfat edib.


Qərib məzarlar
68
Ceyhun bəy Hacıbəyli 
1891-ci ildə anadan olub. Bakıda, Sankt-Peter-
burqda və Parisdə təhsil alıb. Azərbaycan Xalq Cüm-
huriyyətinin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin 
redaktoru olub, Paris Sülh Konfransına göndərilən 
Azərbaycan nümayəndə heyətinin müşaviri kimi ça-
lışıb.
1920-ci ilin aprelində Azərbaycanda baş verən 
çevrilişdən sonra mühacirətdə qalmağa məcbur olub. 
1927-1933-cü illərdə “Prometey” hərəkatının 
fəallarından biri kimi tanınıb. 1937-ci ildən “Qafqaz” 
jurnalının fransızdilli versiyasının redaktoru kimi 
fəaliyyət göstərib.
Fransada nəşr edilən çoxsaylı jurnallarla əmək-
daşlıq edib, Azərbaycan tarixi, ədəbiyyatı və dili 
haqqında çoxsaylı məqalələr yazıb.
Üzeyir bəyin “Arşın mal alan” musiqili komedi-
yasını fransız dilinə tərcümə edərək, 1925-ci il iyulun 
4-də Parisin “Femina” teatrında fransız aktyorların 
ifasında tamaşaya qoyub.
Ömrünün sonuna qədər Azərbaycanın dövlət 
müstəqilliyinin bərpası uğrunda mübarizə aparıb.
Ceyhun bəyin özünün və Əlimərdan bəyin 
məktublarında məhəbbətlə “Ceyçik” adlandır-
dıqları oğlu Ceyhun Hacıbəyli də atası ilə eyni 
qəbirdə yatır. Məzar daşında ata Ceyhun bəydən 
başqa oğul Ceyhun barədə də qeyd var: “Ceyhun 
Hacıbəyli, 1918-1940. Fransa uğrunda həlak olub”.
Deyilənə görə, kiçik Ceyhun Hacıbəyli iste-
dadlı gənc olub, Sorbonna Universitetində oxu-
yub və İkinci Dünya müharibəsi başlayanda 
Fransa ordusuna çağrılıb, hərbi tapşırığı yerinə 
yetirərkən həlak olub. 
Ata Ceyhun bəyin 1950-ci ildə dünyasını də-
yişən həyat yoldaşı Zöhrə xanım və 1993-cü ildə 
Ceyhun bəy Hacıbəyli 
oğlu ilə.


Qərib məzarlar
69
vəfat edən oğlu Timuçin Hacıbəyli də bu qəbirdə 
dəfn ediliblər.
Hacıbəylilərin Fransadakı nəsil davamçıları 
haqqında əldə olunan məlumatlar belədir: 
Timuçin bəy birinci dəfə ixtisasca musiqiçi 
olan fransız xanımla ailə qurub və bu izdivacdan 
Ceyhun-Klement Hacıbəyli kimi tanınan oğlu 
doğulub.
Ceyhun-Klement Hacıbəyli hazırda Laosun 
paytaxtı Vyentyan şəhərindəki fransız liseyində 
musiqi müəllimidir. Çaz ifaçısı kimi tanınır. Bu 
istedadlı musiqiçi də mənsub olduğu məşhur 
nəslin yaradıcılıq və ifaçılıq ənənələrini yaşadır 
və uğurla davam etdirir.
O, iki dəfə Bakıda olub. Bir dəfə dünya 
Azərbaycanlıları Konqresinin, bir dəfə isə Bey-
nəlxalq Caz Festivalının iştirakçısı kimi... Hər 
zaman azərbaycanlı olması ilə fəxr etdiyini 
bildirir... 
Timuçin bəyin ikinci nikahdan övladı olma-
yıb, üçüncü nikahdan isə Bencamen adlı oğlu 
dünyaya gəlib və hazırda Parisdə yaşayır.
Ceyhun bəyin və ailə 
üzvlərinin qəbri. 
Sentyabr, 2015-ci il.


Qərib məzarlar
70


Qərib məzarlar
71
Fransa hökuməti hələ Birinci Dünya müha-
ribəsi illərində bu ölkənin tərəfində vuruşaraq 
yaralanan müsəlman hərbçilərə xüsusi qayğı 
göstərib. Bu qayğının təzahürü kimi 1934-cü ildə 
Fransa uğrunda döyüşən müsəlmanların dəfn 
edilməsi üçün Paris yaxınlığındakı Bobinyi (fr. de 
Bobigny) qəsəbəsində xüsusi bir ərazi ayırıb. Bu, 
o vaxtlar Fransada yeganə müsəlman qəbiris-
tanlığı olub. Bobinyi qəbirstanlığının ərazisində 
məscid fəaliyyət göstərir, məzarların vəziyyətinə 
nəzarət edən din xadimi var. 
Məlum olduğu kimi bolşeviklərin haki-
miyyətə gəlməsi keçmiş çar Rusiyasının əra-
zisində yaşayan bir çox xalqların, o cümlədən 
Qafqaz xaqlarının azadlıqsevər övladlarının 
nümayəndələrinin öz doğma torpaqlarını tərk 
etməsinə səbəb olub. Fransaya gəlib çıxmış və 
burada həmişəlik yaşamağı qərara almış mü-
hacirlər arasında sonralar bu ölkəyə şərəflə 
xidmət edənlər, hətta onun uğrunda həyatını 
itirənlər də az deyil. Müharibə illərində Fran-
sa uğrunda döyüşən müsəlmanlar, sonralar 
isə sovet rejimindən qaçıb Fransaya pənah 
gətirən müsəlmanların əksəriyyəti bu qəbiris-
tanlıqda dəfn edilib. 
Arxiv sənədləri əsasında müəyyən edilib ki, 
ötən əsrin 30-cu illərində Bobini şəhərində hər-
bi hospital yerləşirdi. Birinci Dünya müharibəsi 
illərində Fransa uğrunda döyüşən hərbçilər hə-
min hospitalda müalicə alır, çoxları da elə bura-
da dünyasını dəyişirdi. Vəfat edən müsəlmanla-
rı dəfn etmək üçün tarixi vətənlərinə aparmaq 
Fransada... müsəlman qəbiristanlığı


Yüklə 4,29 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə