Gördüyü işlərdən söhbət açılır



Yüklə 4,29 Kb.
Pdf görüntüsü
səhifə18/18
tarix17.11.2017
ölçüsü4,29 Kb.
#11012
1   ...   10   11   12   13   14   15   16   17   18

Qərib məzarlar
103
Paşa xan Makinski uzun sürən xəstəlikdən 
sonra 1934-cü ildə Parisdə vəfat edib və «rus qəbi-
ristanlığı»nda dəfn olunub. Aradan uzun zaman 
keçməsi ilə əlaqədar onun qəbir daşının üstündə-
ki qeydlər tamamilə pozulub, qəbirin üstündə isə 
yamyaşıl kolluq əmələ gəlib. Ona görə də qəbiri 
ancaq Sent-Jenevyev De Bua məzarlığının ofi-
sində saxlanılan müvafiq sxem əsasında tapmaq 
mümkündür... 
Paşa xanın oğlu İskəndər (Aleksandr) xan 
Makinski isə Rusiya İmperator Hüquq Məktə-
bində təhsil alıb, sonralar Parisdə yaşayıb. Parisin 
işğal olunduğu İkinci Dünya müharibəsi illə-
rində faşistlər tərəfindən təqib edilən alimlərin 
və müqavimət hərəkatının üzvlərinin Parisdən 
çıxarılmasında fəal iştirak edib, buna görə sonra-
lar «Fəxri Legion» ordeni ilə təltif olunub.     
İskəndər xan Makinski bir müddət Rokfeller 
Fondunun Lissabondakı ofisində işləyib,1964-cü 
ildə “Coca Cola Eksport” şirkətinin Nyu-Yorkda 
vitse-prezidenti olub. 
Ramiz Abutalıbovun sözlərinə görə, o, sonra-
lar bir sıra Amerika və Fransa qəzetləri ilə əmək-
daşlıq edib, məqalələri “Aleksandr Qotye” imzası 
ilə çap olunub.
İskəndər xan 1988-ci ildə Parisdə vəfat edib. 
Onun Sent-Jenevyev De Bua qəbiristanlığındakı 
ot basmış qəbir daşının üstündəki qeydi olduğu 
kimi təqdim edirik: «Şahzadə Aleksandr Makins-
ki. 13.X.1900- 24.IV.1988».
Paşa xanın qəbri.


Qərib məzarlar
104
Paşa xanın 1910-cu ildə Peterburqda doğulan və 1991-ci 
ildə Parisdə dünyasını dəyişən ikinci oğlu Kərim xan (Kirill) 
Makinski də bu qəbiristanlıqda dəfn edilib. 
O, vaxtilə Parisdə hüquq üzrə magistr dərəcəsi alıb, İkinci 
Dünya müharibəsi illərində bu şəhərdəki Katolik İnstitutu-
nun və Sosial Elmlər Kollecinin professoru olub. Paris faşist-
lər tərəfindən işğal olunduqdan sonra antifaşist müqavimət 
hərəkatının liderlərindən biri kimi həbs edilib, 1943-1945-ci 
illərdə Buhenvald və Dora həbs düşərgələrində saxlanılıb.
1945-ci ildə Fransa Xarici İşlər Nazirliyi və ABŞ-ın Fran-
sadakı səfirliyinin himayəsi ilə iki ölkə arasında əlaqələrin 
daha da gücləndirilməsi üçün yaradılan France-Etats Unis 
Asosiasiyasının prezidenti olub. 1945-1947-ci illərdə gündə-
lik “Le Parisien Libere” qəzetində müxbir kimi çalışıb. 1947-
1948-ci illərdə UNESCO-da işləyib, 1948-ci ildə Fransanın 
ABŞ-da səlahiyyətli nümayəndəsi olub.
İskəndər (Aleksandr) xan 
Makinskinin qəbri
Ramiz Abutalıbovun sözlərinə görə, K.Malinski sonralar 
ABŞ-da fəaliyyət göstərən Lev Tolstoy Fondunun Fransa böl-
məsinə rəhbərlik edib. 
Fransa xalqı və dövləti qarşısında xidmətlərinə görə 
“Fəxri Legion” ordeni ilə, eləcə də bir sıra digər orden və me-
dallarla təltif olunub. Maraqlıdır ki, Parisdə yaşamış iki qar-
daşın - Makinskilərin hər ikisi “Fəxri Legion” ordeni ilə təltif 
edilib...
Pərvin Mirzəzadənin verdiyi məlumata görə, Kərim xan 
milliyyətcə rus qadınla ailə qurub, onun Mişel adlı oğlu olub. 
Mişel isə Belçika əsilzadələrindən olan bir xanımla ailə qu-
rub və bu izdivacdan Nadejda, Pyer və Pavel adlı övladları 
doğulub. Hazırda onlar Parisdə yaşayırlar.
Qeyd edək ki, Fransada yaşayan Makinskilər xristianlığa 
etiqad ediblər, xristian kimi də dəfn olunublar... 


Qərib məzarlar
105
Sent-Jenevyev De Bua məzarlığı rus ordusu-
nun kapitanı olmuş Cahangir (Vladimir) Rəhi-
movun (1894-1984) da son mənzili olub. 
Tiflis quberniyasında doğulmuş podpolko-
vnik Abbasqulu bəy Sofiyevin oğlu Oskar (Əs-
kər - Boris) Sofiyev (1874-1934) və onun qardaşı 
Maksimilian (1906-1945) da bu qəbiristanlıqda 
dəfn edilib. Maksimilianın baş daşında ölümü 
haqqında kiçik qeyd var : «5.XI.1937- 2.I. 1945. Ko-
lıma həbs düşərgəsində verilən əzablardan sonra 
vəfat edib».
Xatırladaq ki, Sofiyevlər də xristianlığı qəbul 
ediblər.
Sofiyevlərin qəbri.
Cahangir (Vladimir) 
Rəhimovun qəbri.


Qərib məzarlar
106
Üç mindən çox rusiyalı mühacirin əbədi ra-
hatlıq tapdığı Kokad qəbiristanlığı (fr. Cimetière 
russe de Caucade) Fransada ərazisinə görə ikinci 
böyük rus qəbiristanlığıdır. 
XIX əsrin ortalarında Fransanın bu gözəl 
guşəsi rus aristokratları üçün cəlbedici məkana 
çevrilir. Çar ailəsinin üzvləri, zadəganlar, yazı-
çılar və rəssamlar bu yerlərdə istirahət etməyi 
çox seviblər. 1860-cı ildə Nitssada ilk provaslav 
məbədi tikilir və qəbiristanlıq salınması qərara 
alınır. Rusiya çarı yaxınlıqda yerləşən rus hərbi 
kömür bazasını qorumaq üçün artilleriya bata-
reyası yerləşdirməkdən ötrü şəhərin qərbində  
torpaq sahəsi alır.  
1865-ci ildə şahzadə Nikolay Aleksandroviç 
Nitsada vərəm xəstəliyindən vəfat edir, bundan 
sonra orada ibadətxana tikilir və İmperator II 
Aleksandrın razılığı ilə 1867-ci ildə burada qəbi-
ristanlıq salınır. Həmin vaxta qədər Fransanın 
başqa yerlərində dəfn edilən rusların qalıqları 
bura köçürülür.
Kokad qəbiristanlığında məzarı olan iki soy-
daşımızın maraqlı tərcümeyi-halı vardır.  
Onlardan biri – general Teymur bəy Novru-
zov 1880-ci ildə peşəkar hərbiçi ailəsində dünya-
ya gəlib. Atası rus ordusunun general-leytenantı 
rütbəsinə yüksəlmiş Mirzəhacı bəy Novruzov 
olub.
Teymur bəy 1917-ci ilin fevral inqilabına qə-
dər 17-ci Nijeqorod alayında podpolkovnik rüt-
bəsində xidmət edib. Azərbaycanın müstəqilliyi 
elan edildikdən sonra polkovnik rütbəsində milli 
General və general qızının... 
qərib məzarları


Qərib məzarlar
107
General Teymur bəy Novruzovun 
qəbri təmirdən sonra.


Qərib məzarlar
108
orduda qulluq edib, xidmətdə fərqləndiyinə görə 
tezliklə general-mayor rütbəsi alıb.
1920-ci ilin mayında Gəncədə bolşeviklərə 
qarşı üsyanın rəhbərlərindən biri olub.  
Son illərdə aşkarlanan arxiv sənədlərinə 
əsasən, Birinci Dünya müharibəsində göstərdiyi 
qəhrəmanlığa görə Fransanın Fəxri Legion orde-
ni ilə təltif olunmuş general T. Novruzov 1920-ci 
ilin iyununda, Gəncə üsyanı zamanı bu ölkənin 
Qafqazdakı hərbi missiyasının rəhbəri podpol-
kovnik Emil-Avqust Korbelə məktubla müra-
ciət edərək, Fransa hökumətinin Azərbaycanın 
bolşeviklərdən azad olunmasına hərbi yardım 
göstərməsini xahiş edib.
General həmin məktubda Azərbaycan xalqı-
nın azadlıq istəyindən söz açaraq son vaxtlar 
anti-bolşevik hərəkatının gücləndiyini xatır-
ladaraq yazırdı: “Azərbaycan ordusunun generalı 
kimi mübarizə yoldaşlarımla və Vətənimin tanınmış 
siyasi xadimləri ilə razılıq əsasında xalq hərəkatına 
və Azərbaycanın müstəqilliyi uğrunda döyüşə qalxan 
nizam-intizamlı silahlı qüvvələrə rəhbərliyi öz üzə-
rimə götürməyi özümə borc və vəzifə hesab edirəm. 
Hesab edirəm ki, əgər Fransa hökuməti mənim 
təşəbbüsümə maddi və kiçik miqdarda maliyyə yar-
dımı etsə, bütün xalqın  köməyi ilə mən uğur qazana 
bilərəm”.
Təəssüf ki, Qafqazdan ünvanlanan bu və di-
gər müraciətlərə baxılmayıb, Gəncə üsyanı bol-
şeviklər tərəfindən yatırdılıb və general Novru-
zov Tiflisə, ordan da Almaniyaya gedə bilib. O, bir 
müddət Mərakeşdə yaşayandan sonra Fransaya 
köçüb.
1961-ci ildə Fransada vəfat edib və Kokad qə-
biristanlığında dəfn olunub.
Hüseyn xan 
Naxçıvanskinin qızı 
Tatyana Hüseynova-
Martınovanın qəbri 
təmirdən sonra.


Qərib məzarlar
109
Kokad qəbiristanlığı general Hüseyn xan 
Naxçıvanskinin qızı Tatyana Hüseynova-Mar-
tınovanın da son mənzilidir...
Hüseyn xan Kəlbəli xan oğlu Naxçıvans-
ki 1863-cü ildə doğulub, rus ordusunda qul-
luq edib, Rusiya İmperator Ordusunda yeganə 
müsəlman general-adyutant olub. Ehtimal 
olunur ki, 1919-cu ildə bolşeviklər tərəfindən 
güllələnib. General Naxçıvanskinin harda dəfn 
olunduğu müəyyən edilməyib. Amma qızı Tat-
yana Naxçıvanskayanın qəbri Nitsada tapılıb. 
Qeyd edək ki, Hüseyn xan 1889-cu ildə o döv-
rün tanınmış şair və tərcüməçisi Nikolay Gerbe-
lin qızı Sofiya ilə ailə qurub. Bu nikahdan onların 
provaslavlığı qəbul edən üç övladı dünyaya gəlib. 
Böyük oğlu Xan Nikolay Naxçıvanski 1891-ci ildə 
doğulub, 1912-ci ildə naməlum şəraitdə vəfat 
edib. 
Kiçik oğlu Xan Georgi (Yuri) Naxçıvanski 
1899-cu ildə Peterburqda anadan olub, hərbi təh-
sil alıb, çarizmin süqutundan sonra ağqvardiya-
çılara qoşulub və sonralar anası və bacısı Tatyana 
ilə birlikdə Fransaya köçüb. Bir neçə il sonra isə 
anası ilə Livanda yaşayıb və 1948-ci ildə Beyrutda 
vəfat edib. 
Tatyana Naxçıvanskya 1893-cü ildə Peter-
burqda doğulub. 1917-ci ildə rus ordusunun ge-
neralı Dmitri Martınovun oğlu ilə ailə qurub və 
bolşeviklərin hakimiyyətə gəlməsi ilə əlaqədar 
Fransaya mühacirət etməli olub.
Tatyana Martınova-Naxçıvanskaya 1972-ci il 
mayın 3-də Nitsa şəhərində vəfat edib. 
Hər iki soydaşımızın Kokad məzarlığındakı 
qəbirləri Azərbaycanın Fransadakı səfirliyinin 
qayğısı ilə təmir edilib və səliqəyə salınıb.
Hüseyn xan 
Naxçıvanskinin qızı 
Tatyana Hüseynova-
Martınovanın qəbri 
təmirdən sonra.


Qərib məzarlar
110
Məlum olduğu kimi, İkinci Dünya müharibə-
si illərində azərbaycanlı əsgər və zabitlər bir çox 
Avropa ölkələrində faşizm əleyhinə döyüşlərdə 
fəal iştirak edib, öz şücaət və qəhrəmanlıqları ilə 
xalqımıza şərəf gətiriblər. Belə hünərvər soydaş-
larımız Fransa torpağında da az olmayıb... 
1941-ci ilin sonlarında faşist Almaniyasının 
rəhbərliyi sovet hərbi əsirlərindən milli legi-
onlar yaratmaq qərarına gəlir. 1943-cü ilin pa-
yızında bəzi Şərq milli legionlarının döyüşçülə-
ri, o cümlədən bir neçə Azərbaycan batalyonu 
Fransaya göndərilir. Onların əsas hissəsi Rodez 
şəhərində yerləşdirilir. Lakin tezliklə Azərbay-
can legionerləri 30 nəfərlik gizli antifaşist təş-
kilat yaradır və Fransa partizanları ilə əlaqə qu-
rurlar. Təşkilata sovet ordusunun sabiq kapitanı 
Mirzəxan Məmmədov və Hüseynrza Məmmə-
dov rəhbərlik edirlər. 
1943-cü il oktyabrın əvvəllərində legioner-
lərin Fransa partizanları ilə əlaqəsindən xəbər 
tutan alman komandanlığı həkim Şahbazovu və 
feldşer Quliyevi həbs edir. Onlar oktyabrın 6-da 
güllələnir...
Bu cür repressiyalara baxmayaraq, Azərbay-
can döyüşçüləri mübarizəni davam etdirir, Şa-
nak şəhəri yaxınlığında 32 alman faşistini məhv 
edirlər. 
1944-cü ilin iyulunda daha 15 nəfər soyda-
şımız silahla alman hərbi hissəsini tərk edərək 
partizanlara qoşulur. Ayyarım sonra daha 50 
nəfər partizan dəstələrinin tərkibində faşistlərə 
qarşı döyüşlərə başlayır. Yerli sakinlərlərlə birlik-
Onlar Fransa uğrunda 
həlak olublar


Qərib məzarlar
111
Fransanın azadlığı 
uğrunda döyüşən 
Azərbaycan hərbiçilərinə 
abidə.


Qərib məzarlar
112
Ramiz Abutalıbov Rodez 
qəbiristanlığında. 
2000-ci il.


Qərib məzarlar
113
də soydaşlarımız Fransanın bir çox şəhərlərinin 
faşizmdən azad olunmasında fəal iştirak edirlər.
Burlup şəhərində yerləşdirilmiş Azərbaycan 
legionerləri 1944-cü il avqustun 17-də qiyam 
qaldırmağa hazırlaşırlar. Bu hazırlıqdan xəbər 
tutan faşistlər avqustun 16-da qiyamın rəhbərlə-
rini dərhal güllələyir. Güllələnən 15 nəfər arasın-
da kapitan Mirzəxan Məmmədov, hərbi həkim 
Feyzulla Qurbanov, leytenant Vəli Vəliyev, leyte-
nant Qulu Quluyev, leytenant Məmmədhüseyn 
Yaqubov, leytenant Həmid Qurbanov, leytenant 
Əli Həsənov, sanitar Mirzəli Məmmədli, İsmayıl 
Heydərov, Paşa Cəfərxanlı, Əbdürrəhman Əliyev 
və başqaları olur. 
Maraqlıdır ki, legionerləri güllələmək üçün 
qəbiristanlığa apararkən onlar faşistlərə müqa-
vimət göstərirlər və atışma başlanır. Hüseynrza 
Məmmədovun başçılığı ilə 29 nəfər soydaşımız 
hadisə yerindən qaçaraq partizanlara qoşula bi-
lir. Bu hadisədən qəzəblənən faşistlər 60 nəfərə 
yaxın azərbaycanlını cəzalandırmaq qərarına gə-
lir, onlardan bəziləri diri-diri yandırılır, qalanla-
rını isə güllələyirlər.
  Ramiz Abutalıbov:  “Rodez uğrunda döyüş-
lərdən sonra soydaşlarımız Karmo, Albi, Qayaka və 
sair şəhərlərin azad olunmasında yaxından iştirak 
ediblər, sonralar onların bəziləri Fransanın yüksək 
dövlət mükafatları ilə təltif olunublar. 
1977-ci ildə Paris Milli Müqavimət Muzeyində 
“Əcnəbilərin Fransanın azadlığı uğrunda döyüşlərdə 
iştirakı” adlı sərgi təşkil olunmuşdu. Həmin sərgidə 
Fransa torpağında faşistlərə qarşı döyüşən ölkələrin 
adları göstərilmişdi. Bu ölkələr sırasında Azərbay-
canın da adı var idi. O vaxt belə bir mənzərəni müşa-
hidə eləmək, həqiqətən, qürurverici idi...”
Sonralar Rodez şəhər qəbiristanlığında dəfn 
olunan azərbaycanlı döyüşçülərin şərəfinə Azər-
baycan dövlətinin təşəbbüsü ilə abidə kompleksi 
ucaldılıb. Abidənin postamentində fransızca ya-
zılıb: “Fransa uğrunda həlak olan Azərbaycan dö-
yüşçülərinə”.
Hər dəfə Parisə gedəndə Fransanın Fəxri Le-
gion ordeninin lentini qürurla pencəyinə taxan 
Ramiz Abutalıbov 2005-ci il mayın 9-da bu abidə-
nin açılış mərasimində də iştirak edib. Azərbay-
canlı olduğundan fəxarət hissi keçirməklə... 


Qərib məzarlar
114
1990-cı ildə Tbilisi Dövlət Universitetinin 
tarix fakültəsini bitirib. 1990-1992-ci illərdə 
Gürcüstan Elmlər Akademiyasının Tarix və Et-
noqrafiya İnstitutunda elmi işçi kimi fəaliyyət 
göstərib, 1992-ci ildə namizədlik dissertasiyası 
müdafiə edib.
1992-1994-cü illərdə Gürcüstan prezidentinin 
beynəlxalq münasibətlər üzrə müşaviri olub. 
1996-cı ildə Moskvada Diplomatik Akademiyada 
təhsilini başa vurub, 2000-ci ilə qədər Gürcüsta-
nın Rusiyadakı səfirliyində ikinci katib vəzifə-
sində çalışıb.
2003-cü ildən Fransada yaşayır.
Fransa Ali İctimai Tədqiqatlar Məktəbinin 
doktorudur.
Gürcüstan və Qafqaz tarixinə dair çoxsaylı 
elmi araşdırmaların müəllifidir.
Ramiz Abutalıbovla birlikdə yazdığı “ODLAR 
YURDU azadlıq və müstəqillik uğrunda müba-
rizədə (Azərbaycan mühacirətinin siyasi tarixi. 
1920-1945-ci illər)” adlı kitabı 2014-cü ildə Bakıda 
rus dilində, 2016-cı ildə isə Azərbaycan dilində 
nəşr olunub.
Tarix elmləri doktorudur.
Giorgi Mamulia 


Qərib məzarlar
115
1984-cü ildə Moskva Dövlət Universiteti Jur-
nalistika fakültəsinin aspiranturasında təhsilini 
başa vuraraq İran mətbuatı tarixi üzrə namizəd-
lik dissertasiyası müdafiə edib.
1980-1995-ci illərdə Azərbaycan Elmlər Aka-
demiyasının Siyasi Tədqiqatlar və İnformasiya 
İnstitutunda, 1995-ci ildən Azərbaycan MEA-nın 
akademik Ziya Bünyadov adına Şərqşünaslıq 
İnstitutunda müxtəlif elmi vəzifələrdə çalışıb. 
Hazırda həmin institutun İran tarixi və iqtisa-
diyyatı şöbəsinin baş elmi işçisidir.
2004-cü ildə Kominternin Şərq siyasəti və 
İran mövzusunda dissertasiya müdafiə edərək 
tarix elmləri doktoru alimlik dərəcəsi alıb. 
XIX-XX əsrlər İran, Azərbaycan, Qafqaz və 
Yaxın Şərq ölkələrinin siyasi tarixi, eləcə də 1918-
ci ildə Azərbaycanlıların soyqırımı tarixi, Azərbay-
can Xalq Cümhuriyyəti dövrü tarixi və s. mövzu-
larda çoxsaylı elmi araşdırmaların, o cümlədən 20 
kitab və monoqrafiyanın müəllifidir.
Azərbaycanlıların 1918-ci il soyqırımı möv-
zusunda nəşr etdirdiyi sənədlər topluları və tə-
dqiqatlar respublikadan kənarda da maraqla qar-
şılanıb.
Solmaz Rüstəmova-Tohidi


Qərib məzarlar
116
Qəriblik, el-obadan, yurd-yuvadan ayrı 
düşmək Azərbaycan xalqı üçün bütün dövrlər-
də çətin olub, ağrılı sayılıb. Bu ağrı-acının izlə-
ri folklorumuzda bu gün də yaşayır: “Gəzməyə 
qərib ölkə, ölməyə Vətən yaxşı” kimi... “Burda 
bir qərib ölmüş, göy kişnər, bulud ağlar” for-
masında...
Bu, həm də o deməkdir ki, azərbaycanlılar 
bütün dövrlərdə el-obaya, doğma yurd-yuvaya, 
Vətənə bağlı olublar. Qəriblikdə isə... bir qayda 
olaraq, məcburiyyət ucbatından qalıblar... Amma 
qalan ömürlərini Vətən həsrəti ilə yaşayıblar... 
Vətən onlara sahib çıxanda isə geri dönüblər, tor-
pağını öpüblər, daşını qucaqlayıblar.
Bu kitabda haqqında söhbət açılanların heç 
birinə sağlığında Vətən sahib çıxa bilməyib. 
Baxmayaraq ki, onların əksəriyyəti həyatını bu 
Vətənin istiqlalı uğrunda mübarizəyə həsr edib
qəriblik möhnəti yaşayıb, qərib məzarlarda yat-
malı olub. Bu Vətən isə öz istiqlalına qovuşmaya-
na qədər istiqlal mücahidlərinə nə qapı aça bilib, 
nə də qucaq...   
Son söz yerinə


Qərib məzarlar
117
Amma nə yaxşı ki, o günlər gəlib. Azərbay-
can yenidən dövlət müstəqilliyi qazanıb, öz 
taleyini müəyyənləşdirmək imkanı əldə edib 
və nəhayət, öz qəriblərinə - istiqlal mücahid-
lərinə, bolşevik təqibindən qaçanlara, hətta, 
sadəcə inciyib gedənlərə də sahib çıxıb, onla-
rın yad ölkələrdəki məzarlarını itib-batmağa 
qoymayıb.  
Və bəlkə bundan sonra qərib məzarlarda 
uyuyan həmvətənlərimizin ruhu əbədi rahatlıq 
tapıb...  
“Qərib məzarlar” adlanan bu kitab da Vətən 
həsrəti ilə yaşayan və bu dünyadan nigaran 
köçən soydaşlarımızın qərib məzarlarının unu-
dulmaması və qorunması məqsədilə hazırlanıb. 
Yenə də qərib məzarlara sahib çıxan Azərbaycan 
dövlətinin qayğısı ilə, Heydər Əliyev Fondunun 
yardımı ilə...
Bu xeyirxah layihəyə dəstək verənlərə ancaq 
sonsuz minnətdarlıq düşür...
Fransadakı qərib məzarlarda uyuyanların ru-
huna isə “Məkanınız cənnət olsun!” demək... 




“Qərib məzarlar” (Fransa)
Layihə rəhbəri:   
 
Arzu Əliyeva
İdeya müəllifi və baş məsləhətçi: 
Ramiz Abutalıbov
Buraxılışa məsul:   
 
Orman Əliyev
Layihənin koordinatoru:   
Nəzrin Qaracayeva
Redaktor : 
 
 
Elşən Əliyev
Korrektor:     Nəzrin Nazirli İsmayılzadə
Dizayn: 
   ALF Group Design
Fotoqraf: 
   Vüqar İbadov
Nəşriyyat:   Çaşıoğlu
   
© Heydər Əliyev Fondu. 2016
© Bakı Media Mərkəzi. 2016
ISBN: 978 - 9952 - 499 - 24 - 7

Yüklə 4,29 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə