Gördüyü işlərdən söhbət açılır



Yüklə 4,29 Kb.
Pdf görüntüsü
səhifə4/18
tarix17.11.2017
ölçüsü4,29 Kb.
#11012
1   2   3   4   5   6   7   8   9   ...   18

Qərib məzarlar
23
nümayəndə heyətinin möhkəmləndirilməsi barədə 
ciddi düşünməlisiniz. Bizim maliyyə məsələmiz də 
yaxşı deyil: Ermənilər 10 milyon rubl götürüblər, 
gürcülər hələlik 5 milyon… Deyilənə görə, sanballı  
maliyyə olmadan orada iş görmək mümkün deyil…” 
27 yanvar 1919-cu il
Məmmədhəsən Hacınski - Fətəli xan Xoyskiyə:
Hörmətli Fətəli xan!
Bu gün yanvarın 27-dir, biz hələ bilmirik bura-
dan nə vaxt çıxacağıq, çıxacağıqmı? 
...Xahiş edirəm, nümayəndə heyətinin gücləndi-
rilməsi barədə bir daha düşünəsiniz. Bütün xalqlar 
çoxlu, ən güclü adamlarını ora göndərir. Axı orda bö-
yük mübarizə gözlənilir”. 
Bu problemi aradan qaldırmaq üçün nü-
mayəndə heyətinin rəhbəri Əlimərdan bəy Top-
çubaşov az qala hər gün Antanta dövlətlərinin 
İstanbuldakı nümayəndələri ilə görüşlər keçirir
Parisə getməyə icazə almaq üçün çoxsaylı danı-
şıqlar aparır. Lakin bu danışıqlar nəticəsiz qalır. 
Ona söz verir, vəd edirlər ki, Parisdən müvafiq 
cavab gözlənilir və s. və i.a.  
Uzun illər Parisdəki “Topçubaşov arxivi”n-
də araşdırmalar aparmış gürcü tarixçisi Giorgi 
Quramoviç Mamulia Konstantinopoldan kiçik 
xalqların nümayəndələrinin Parisə buraxılma-
masının səbəbini belə izah edir: 
“Xüsusən, azərbaycanlılar çətin vəziyyətə düş-
müşdülər. Çünki onları Türkiyəyə - keçmiş Os-
manlı imperiyasına yaxın xalq hesab edirdilər. 
Müttəfiqlər, daha doğrusu, Antanta dövlətlərinin 
nümayəndələri Türkiyəyə düşmən kimi, Birin-
ci Dünya müharibəsində məğlub olan ölkə kimi 
baxırdılar. Əlbəttə, bir məsələ də var idi: Antanta 
ölkələri özlərinə müttəfiq hesab etdikləri ermənilərə 
Qafqazın digər xalqlarından daha çox rəğbət bəs-
ləyirdilər. Buna görə də erməni nümayəndə heyəti  
Parisə hamıdan tez – 1919-cu ilin yanvarında gedib 
çatmışdı. Və təbii ki, onlar Azərbaycan nümayəndə 
heyətinin Konstantinopolda qalması və Parisə gedə 
bilməməsi üçün əllərindən gələni etmişdilər”. 
Məmmədhəsən 
Hacınskinin Fətəli xan 
Xoyskiyə məktubu. 
Yanvar, 1919-cu il.


Qərib məzarlar
24
...Ermənilər Azərbaycan nümayəndə heyə-
tinin Parisə buraxılmaması üçün Türkiyənin 
özündə də hər cür bədxahlığa əl atır, xüsusən 
Əlimərdan bəy Topçubaşovun əleyhinə təbliğat 
aparırdılar.
Türkiyə parlamentinin üzvü olmuş Əhməd 
bəy Ağayevin parlamentdə və mətbuatda An-
tanta əleyhinə çıxışlar etdiyi barədə fransızdilli 
“Renessans” erməni qəzetində ciddi kampaniya 
gedirdi… 
Nəticədə Əhməd bəy Ağayev nəinki Parisə 
buraxılmamış, hətta ermənilərin təbliğatı nə-
ticəsində həbs edilmişdi. Onsuz da nümayəndə 
heyətinin üzvlərinin azlığından gileylənən heyət 
savadlı və təcrübəli bir üzvünü də Türkiyədə qoy-
malı olmuşdu...
...Topçubaşov qalib ölkələrin nümayəndələri 
ilə görüşlərdən bir həqiqəti də anlayırdı: onlar 
hələ Rusiyadan ayrılmaq istəyən kiçik dövlətlə-
rin taleyi barədə yox, vahid və bölünməz Rusiya 
problemini həll etmək barədə düşünürlər…
Nümayəndə heyətinin Türkiyədə ləngidilmə-
sinin əsas səbəblərindən biri də bu idi. Ona görə 
də Topçubaşov sülh konfransının rəhbərliyinə 
Konstantinopoldan müraciət ünvanlamalı olur:
21 mart 1919-cu il. 
Konstantinopol
Sülh Konfransının sədrinə
Surəti:
Prezident Vilsona
İngiltərənin baş naziri Lloyd Corca
İtaliyanın baş naziri Orlandoya
Fransanın baş naziri Klemansoya
Əlimərdan bəy 
Topçubaşovun Paris Sülh 
Konfransının sədrinə 
məktubu. Mart, 1919-cu il.


Qərib məzarlar
25
1918-ci il mayın 28-də müstəqilliyini elan 
edən, əsas şəhəri Bakı, 4 milyon əhalisi və 100 
min kvadrat kilometrə yaxın ərazisi olan Qafqaz 
Azərbaycanı parlamentin ümumi rəhbərliyi ilə 14 
nazirdən ibarət hökumətin idarə etdiyi Azərbay-
can Cümhuriyyəti yaratmışdır. Parlamentin və 
hökumətin tərkibində yerli Azərbaycan türkləri 
ilə yanaşı, rusların, ermənilərin və yəhudilərin 
nümayəndələri var. Bu Respublikanın tanınması 
və onun həyati maraqlarının Sülh Konfransında 
müdafiə edilməsi məqsədilə Azərbaycan Par-
lamenti və Hökuməti xüsusi nümayəndə heyə-
ti təsis etmişdir. Nümayəndə Heyəti Bakıdan 
Müttəfiq Qoşunların rəhbəri general Tomsonun 
razılığı və zəmanət məktubu ilə çıxmışdır. Azər-
baycan nümayəndə Heyəti bu il yanvarın 20-dən 
Konstantinopoldadır və o vaxtdan 2 aydır ki, 
Parisə getmək üçün icazə gözləyir. Yeri gəlmiş-
kən, Qafqazda Azərbaycanın qonşusu olan Gür-
cüstan, Ermənistan və Şimali Qafqazın oxşar 
nümayəndələri artıq icazə alıblar və onların bir 
hissəsi Parisdə öz ölkələrini təmsil edirlər. Azər-
baycan nümayəndə heyətinin də orda olması va-
cibdir...
...6 ay ərzində bolşeviklərlə gərgin mübarizə apa-
ran azərbaycanlılar da diqqətə və ədalət prinsiplərinə 
ümid edir. Ümid edir ki, Prezident Vilsonun həyata 
keçirmək istədiyi böyük prinsiplərə uyğun olaraq bi-
zim xalqın da səsi eşidiləcək.
Cənab Sədr, qeyd olunanları nəzərə alaraq Sizdən 
xahiş etməyi şərəf sayırıq ki, Azərbaycan nümayən-
də heyətinin vəziyyətini başa düşərək onların Pa-
risə getməsinə icazə üçün sərəncam vermək zəhməti 
çəkəsiniz... 
Əlimərdan bəy 
Topçubaşovun Paris Sülh 
Konfransının sədrinə 
məktubu. Mart, 1919-cu il.


Yüklə 4,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə