Gördüyü işlərdən söhbət açılır



Yüklə 4,29 Kb.
Pdf görüntüsü
səhifə10/18
tarix17.11.2017
ölçüsü4,29 Kb.
#11012
1   ...   6   7   8   9   10   11   12   13   ...   18

Qərib məzarlar
59
Əlimərdan bəyin dəfn mərasimində Qafqaz
Mərkəzi Asiya, Rusiya və Ukrayna mühacir təş-
kilatlarının rəhbərləri iştirak ediblər. 
Sen-Klu qəbiristanlığında dəfn mərasimin-
də ilk söz alan Məmməd Əmin Rəsulzadə deyib: 
“Millət yolunda çalışanlarımızdan bir böyüyü ilə 
halallaşırıq. Heyhat! Azərbaycan parlamentinin 
şanlı rəisini, Nümayəndə Heyətinin sayğılı başçı-
sını müsafiri olduğumuz Fransa torpağına əmanət 
buraxırıq. Parlamento rəisi, Nümayəndə Heyətinin 
başçısı, Milli Mərkəz üzvü və sairə kimi mərhu-
mun daşıdığı ünvanları zikr etməklə Əli Mərdan 
bəy adının mənasını tamamilə anlatmaq, mövzunu 
bütün şümülü ilə qavramaq qətiyyən mümkün de-
yildir...”
Sonra dəfn mərasimində Gürcüstan, Ukray-
na, Şimali Qafqaz xalqlarının nümayəndələri 
çıxış edərək, Əlimərdan bəyin tarixi xidmətlə-
rindən danışıblar.
“Prometey” jurnalının bir nömrəsi Əlimər-
dan bəyin dəfn mərasiminə həsr edilib, jurnalda 
onun dəfnində söylənilən nitqlər çap olunub.
Ə.Topçubaşının dəfni. 
Noyabr, 1934-cü il.


Qərib məzarlar
60


Qərib məzarlar
61
 Ələkbər bəy Topçubaşının 
pasport şəkili.
Fransa qaydalarına görə, bütün ailə bir 
qəbirdə dəfn edilir. Əlimərdan bəyin 1926-cı 
ildə vəfat edən oğlu Rəşidin, 1947-ci ildə vəfat 
edən həyat yoldaşı, böyük Həsən bəy Zərda-
binin qızı Pəri xanımın və 1977-ci ildə vəfat 
edən oğlu Ələkbər bəyin nəşi onunla eyni qə-
birə qoyulub... 
Ələkbər bəy 1896-cı ildə Tiflisdə doğulub. 
1920-ci ildən Fransada yaşayıb.
Paris Sülh Konfransına göndərilən nü-
mayəndə heyətinin işində yaxından iştirak 
edib. 1930-cu ildən “Prometey” hərəkatının 
fəallarından biri kimi tanınıb. Atasının ölü-
mündən sonra da bir müddət siyasi fəaliyyətlə 
məşğul olub, nümayəndə heyətinin üzvləri ilə 
birlikdə Azərbaycanın dövlət müstəqilliyinin 
bərpası uğrunda mübarizə aparıb. 
Orta Asiya və monqol-türk xalqlarının tarixi 
üzrə mütəxəssis kimi tanınıb. 
Parisdə Şərq Dilləri İnstitutunda, Türk Dün-
yasının Öyrənilməsi Mərkəzində və bir sıra 
muzeylərdə işləyib.
Ə.Topçubaşının dəfni. 
Noyabr, 1934-cü il.


Qərib məzarlar
62
Aleksandr Nikolskoy
Parisdə yaşayan rus mühaciri (85 yaş)
Mən Əli Topçubaşı ilə, - biz ona Əli deyirdik, 
- 1952-ci ildə türk dilini ikinci dil kimi öyrənmək 
üçün daxil olduğum Şərq Dilləri Məktəbində ta-
nış oldum. O, türk dilləri mərkəzində işləyirdi. Çox 
mehriban və açıq adam idi. Tələbələrini ürəkdən, 
sevə-sevə öyrədirdi. Məsələn, xatirimdədir ki, bir 
dəfə Luvrda türk incəsənəti sərgisi təşkil olunmuş-
du. Əli biz tələbələri ora apardı və bizə bu incəsənə-
tin incəliklərini çox böyük məhəbbətlə izah etdi. 
Allaha inanan adam idi və İslamın özəlliklərini 
də daim bizə anladırdı. Ona görə də bizdə İslam 
haqqında çox aydın təsəvvür yaranmışdı. Beləcə 
dostlaşdıq və mən onu öz ailəmizə gətirdim. Mənim 
atam Krımdan idi və onunla müzakirə etməyə çoxlu 
ümumi mövzuları olurdu. Atam da Qafqazı sevirdi. 
Ona görə söhbətləri maraqlı alınırdı. 
Əlinin rəssamlıq istedadı da var idi. “Bismil-
lahi-rəhmani-ir-rəhim” yazılmış bu ayəni mənim 
valideynlərimə o özü hədiyyə etmişdi. Başqa bir 
kalliqrafik yazısını isə mənə bağışlamışdı. Bu günə 
qədər də biz hər iki yazı nümunəsini ondan yadigar 
kimi qoruyub saxlayırıq. 
Qeyd edək ki, Əlimərdan bəyin beş övladı - 
gənc yaşda vəfat edən Rəşiddən və uzun ömür 
Aleksandr Nikolskoy. 
Sentyabr, 2015, Paris.


Qərib məzarlar
63
sonra Parisə qayıdıblar. Sonralar daimi yaşamaq 
üçün Türkiyəyə köçüblər.
Atatürkün hakimiyyəti illərində Türkiyədə 
aparılan soyadı islahatı zamanı ailə Sultanov fa-
miliyasından imtina edib və “Kürdəmir” soyadı-
nı qəbul etməli olub.
Zərifə xanımın iki qızı, dörd nəvəsi olub. Qız-
larından biri İstanbulda, digəri isə İzmirdə yaşa-
yıb. 2000-ci illərə qədər Azərbaycanın Türkiyədə-
ki səfirliyi ilə əlaqə saxlayan Zərifə xanım vəfat 
edib və əlaqələr itib. Onun qızları və nəvələri 
barədə hər hansı məlumat əldə etmək mümkün 
olmayıb.
 
Ələkbər bəy Topçubaşının 
əl işi.
sürən Ələkbər bəydən başqa Ənvər adlı daha bir 
oğlu, Sevər və Sara adlı iki qızı olub. 
Ələkbər bəy ailə qursa da, övlad sahibi ola 
bilməyib. Sevər xanımla Ənvər ötən əsrin 70-ci 
illərinə qədər Parisdə yaşayıblar, lakin sonrakı 
taleləri və övladları barədə məlumat yoxdur.
Sara xanımın Türkiyədə yaşayan qızı Zərifə 
Kürdəmir (Sultanova) ötən əsrin 90-cı illərinin 
sonunda müsahibələrindən birində 1921-ci ildə 
Parisdə doğulduğunu deyib. Bildirib ki, atası 
Əliəşrəf Sultanov və anası Sara xanım “1920-ci 
ildə rus istilası zamanı Qafqazdan qaçaraq Ame-
rikaya gediblər”. Bir il Amerikada yaşadıqdan 


Qərib məzarlar
64


Qərib məzarlar
65
...Müasir Azərbaycan dövləti Xalq Cümhuriy-
yətinin tarixi nailiyyətlərinə, bu nailiyyətlərin 
əldə edilməsində müstəsna xidmətləri olan bö-
yük şəxsiyyətlərə daim yüksək ehtiram göstərir, 
onların xatirəsinin əbədiləşdirilməsi üçün lazı-
mi tədbirlər həyata keçirir.  
...1998-ci ilin mayında Əlimərdan bəyin bir 
vaxtlar Parisdə yaşadığı “37, Rue Decamps, Pa-
ris-16” ünvanındakı evə Azərbaycan dövlətinin 
təşəbbüsü ilə xatirə lövhəsi vurulub. Həmin löv-
hədə aşağıdakı mətn həkk olunub: “1918-1920-ci 
illərdə Azərbaycan Parlamentinin prezidenti ol-
muş Əlimərdan Topçubaşı 1920-ci ildə bu evdə 
yaşamışdır”. 
Əlimərdan bəyin burada 
yaşadığını bildirən xatirə 
lövhəsi vurulmuş ev.


Yüklə 4,29 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə